Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə91/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   87   88   89   90   91   92   93   94   ...   139
Qonur  -  dor  rəng.  Qaynaqlarda  qonur  və  dor  rənglər  eyni  mənada  izah 

olunmuşdur.  Yəni  qonur  da,  dor  da  şabalıdı,  açıq  şabalıdı,  yanıq  şabalıdı,  qəhvəyi, 

açıq-qəhvəyi, xurmayı deməkdir. 

Qonur və dor - iki adlı bir rəng ümumi rənglər aləmində uğur simvolu sayılır. 

Amma  bu  da  var  ki,  bəzən  yazılışda  və  deyilişdə  "dor"  səhv  olaraq  "dur" 

şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır. Bu atın adı 

isə  dastanda  da,  araşdırmalarda  da  "Durat"  olaraq  göstərilir.  Elə  "Kitabi-Dədə 

Qorqud"da  da  Dədə  Qorqudun  Bamsı  Beyrək  üçün  Banıçiçəyi  istəməyə  -  elçiliyə 

gedəndə mindiyi atlardan da birinin adının "Duru ayğır" olduğu bildirilir. Bu, çox ola 



360 

 

bilsin  ki,  "Kitabi-Dədə  Qorqud"un,  eləcə  də  "Koroğlu"  eposunun  ilk  əlyazma 



nüsxələrinin ərəb əlifbasında olması faktı ilə əlaqədardır. Çünki ərəb əlifbasında "u", 

"ö", "o", "ü", "v" səsləri yalnız "u" şəklində yazılır. Mətnləri oxuyanlar dur"un heç bir 

məna  vermədiyi,  "dor"un isə  rəng adı olduğuna  əhəmiyyət vermədiklərindən  məsələ 

belə bir şəkil almışdır. Unudulmuşdur ki, türklərdə atlara ad, əsasən, rənglərinə  görə 

verilir. 

Qonur  və  dor  rənglərin  uğur  rəmzi  bildirdiyini  dedik.  Elə  bu  rənglərdə  olan 

atların  da  hünərli,  qaçağan  olması  haqqında  xəbərlər  az  deyil.  Qonur  rəngli  atın  üç 

günlük  yolu  bir  gündə  getməsi  söylənilir[39].  Elə  Doratın  da  bu  xasiyyətdə  olması 

bildirilir.  Dor  rəngli  atın  qadirliyi  haqqına  olan  bir  məlumatı  da  burada  nəzərə 

çatdırmağı  faydalı  bilirik.  Deyilənə  görə,  İskəndər  Zülqərneyn  zülmət  səfərinə 

hazırlaşarkən  Ərəstunu  yanına  çağırıb  bu  səfər  üçün  at  seçməyi  tapşırır.  Ərəstunun 

cəm  etdiyi  atlar  axurlara  bağlanılır.  Amma  onlara  yem  və  su  verilmir.  Üç  gün 

keçəndən sonra gəlib görürlər ki, ...qırmızı, dördüncü gün sarı, beşinci gün qır, altıncı 

gün  çil,  yeddinci  gün  qara,  səkkizinci  gün  dəmir  qır,  doqquzuncu  gün  açıq-qırmızı 

rəngdə  olan  atlar  taqətdən  düşüb.  Onuncu  gün  baxdıqda  dor  rəngli  atın  hələ  də 

zəifləmədiyini  görürlər.  Deməli,  bu  rəngdə  olan  at  aclığa,  susuzluğa  dözən  atdır. 

Bundan  sonra,  səfər  zülmətə  olduğundan  atları  qaranlıqda  sınayırlar.  Zil  qaranlıq 

gecədə onların yoluna qara rəngli tük çəkirlər. Bunu qara və dor rəngli atlar görürlər. 

Buna görə İskəndərin zülmət səfəri üçün yüz iyirmi min qara və dor rəngli at tədarük 

edirlər[40]. 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin