Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə92/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   88   89   90   91   92   93   94   95   ...   139
Göy (mavi) rəng. Göy rəng çox-çox hallarda nəinki mavi, hətta bəzi hallarda 

yaşıl rənglə eyni mənalı, eyni funksiyalı olur. Göylə mavini bir-birindən fərqləndirən 

başlıca  əlamət  göyün  tünd,  mavinin  isə  nisbətən  açıq  olmasıdır.  Amma  bu  o  demək 

deyil  ki,  göylə  mavi  həmişə  bir-birinin  eyni  ola  bilir.  Misal  üçün,  yetişməmiş,  kal 

anlamına  gələn  göy  meyvə  -  göy  alça,  göy  gavalı,  göy  alma,  göy  ərik,  yaxud  göy 

(yaşıl)  meşə,  göy  (yaşıl)  ot,  göy  (yaşıl)  çəmən  və  s.  deyilə  bildiyi  halda,  mavi  alça, 

mavi gavalı, mavi alma, mavi ərik, mavi ot,  mavi meşə, mavi çəmən və s. deyilmir. 

Eləcə  də  göy  rəng  həmişə  mavi  rəngi  əvəz  eləyə  bilmir.  Belə  ki,  "göy"  rəng  yox, 

substantivləşəndə  əlamət  olaraq mütləq "mavi" tələb edir. Misal üçün, səma, asiman 

adları daşıyan Göy qübbəsinin - göyün rəngini bildirmək üçün "göy Göy" yox, "mavi 

Göy" deyilir. Yanacaq olaraq istifadə olunan qaz "göy qaz" yox, "mavi qaz" adlanır və 

s. 


Bəzən göy və mavi rəng paralel olaraq eyni nəsnənin əlaməti olur: göy dəniz // 

mavi  dəniz,  göy  sular  //  mavi  sular.  Bəzən  də  elə  olur  ki,  göy  rəng  mavi  rəngin 

vəzifəsində çıxış edir. Saçı yumaq üçün istifadə olunan gilabının bir növü doğrudan-

doğruya mavi (hətta boz) olduğu halda "mavi gilabı" yox, "göy gilabı" adlanır. Yaxud 

insana  məxsus  bəzi  əlamətlər  "göy"lə  ifadə  olunduğu  vaxt  "mavi"  heç  yada  da 

düşmür.  "Göyöskürək",  "içi  göynəmək",  "üzü  göynəmək",  "yarası  göynəmək", 

"göyərə-göyərə ağlamaq", "boğazı göynəmək" və s. misallarda olduğu kimi. 

Bir  çox  xalqlarda  göy  (mavi)  rəng  əbədiyyət,  əbədilik,  sadiqlik  rəmzi  sayılır 




361 

 

[41].  Türk  xalqlarında,  o  sıradan  Azərbaycan  türklərində  göy  (mavi)  rəng  başqa 



mənalarla yanaşı, həm də sevincin, şadlığın, xoş xəbərin simvolu bilinir. Bu, bilavasitə 

göy  rəngin  öz  adını  Tanrı  məkanı  Göydən  alması  ilə  ilgilidir.  Hələ  onu  demirik  ki, 

əski mifoloji təsəvvürlərdə Tanrı özü həm də göy rəngli bilinmiş (ayrı-ayrı etnoslarda 

Tanrının  ağ,  hətta  sarı  rəngli  düşünüldüyünü  xatırlatmışdıq),  başqa  sözlə,  göy  rəng 

Tanrı  rəngi  sayılmışdır.  Misal  üçün,  Altay  əfsanələrində  Tanrı  "göy  saqqallı  bir 

ixtiyar"  olaraq  tanıdılır.  Və  yenə  də  bildirilir  ki,  "Türklər  göyə  Göytanrı  deyirlər. 

Bugünkü  türkcəmizdə  söylədiyimiz  "göy"  sözü  göyün  rəngindən  başqa  bir  şey 

deyildir. Göy rəng qutsal  göyün olduğu qədər Tanrının  da  simvolu idi.  Bir şeyi  göy 

rənginə büründürmək və ya göy sözü ilə bərabər söylənən o şeyi qutsal saymaq və ya 

Tanrı ilə bağ qurmaq istəyindən irəli gəlmişdir"[42]. 

İş burasındadır ki, epik ənənədə Tanrı tərəfindən Göydən göndərilənlər də çox 

vaxt elə  göy rəng əlamətli olaraq təsvir edilir. Misal üçün, "Oğuz kağan" dastanında 

bildirilir ki, Oğuz xanın ordusu önündə "göy  tüklü, göy yeləkli qurd" gedir. Üstündə 

göy rəng - Tanrı rəngi daşıyan bu qurdu Oğuza uğur gətirən olaraq elə Tanrının özü 

göydən  göndərmişdir.  Oğuzun  iki  xanımından  biri  Göydən  Günəşin  şüası  ilə  yerə 

enmişdir.  Bu  xanımın  da  gözləri  "göydən  göy"  rəngdədir.  Yəni  Tanrı  Oğuza 

göndərdiyi bu qızın da gözlərinə öz rəngindən hopdurmuşdur. 

Göy rəngli atla bağlı belə bayatı örnəkləri vardır: 

Mən aşiqəm atı var,  

Göyün yeddi qatı var,  

Öndə gələn oğlanın 

 Altında göy atı var. 

 

Göy at, yalına qurban,  



Tirmə şalına qurban,  

Məni yara tez yetir,  

Polad nalına qurban. 

 

Göy atı minən oğlan, 



 Minib tez sürən oğlan,  

Qayıdıb elə gəlsən, 

 Ollam qismətin, oğlan[43]. 

Göründüyü  kimi,  burada  göy  atın  "öndə  gələn",  "yara  tez  yetirən"  olması 

söylənilir.  Bu  məsələ  "Çil  madyan"  nağılında  bir  az  da  qabarıqdır.  Göy  rəngli  atın 

cıdırda  ötülməz  olması  nağılda  belə  təsvir  olunub:  "Biri  var  idi,  biri  yox  idi.  Göyün 

altında, yerin üstündə bir şah oğlu var idi. Bu şah oğlunun bir göy atı var idi. Şah oğlu 

hər gün göy atını minib meydana çıxarmış. Şəhərin bütün yaxşı atçapanlarını da oraya 

yığırlarmış. Şah oğlu atlılarla cıdıra çıxarmış. Cıdırda şah oğlunun göy atı bütün atları 

keçərmiş[44]. 

Atın  Tanrıya  məxsusluğu,  Günəşin  şüası  ilə  yerə  endirilməsi  haqqında 



362 

 

məlumatlar az deyil. Haqqında danışdığımız göy rəngli atdakı "göy"də Tanrı ilə, göy-



səma ilə və onların simvolu sayılan göy-mavi rənglə bağlıdır. Etiqada görə, göy rəngli 

at da elə göy-səma atıdır. Bu cəhət özünü bayatılarda da göstərməkdədir: 

Göy atım göy üzündə,  

Torpağında, düzündə,  

Mən yarımı tanıram,  

Qoşa xal var üzündə. 

 

Göydən gələn göy atlı,  



Qolları quş qanatlı,  

Yarıma xəbər apar,  

Mən piyada, o atlı[45]. 

Göy  rəngli  atın  Tanrıya  məxsusluğu,  kömək  edəcəyi  kimsəyə  Göydən  göy 

rəngli at göndərib göyə aparması motivi Altay miflərində də vardır[46]. 

Göy rəngin qəmi, kədəri, ələmi, ölüm-itimi, hüznü, yası, matəmi bildirməsi də 

məlumdur.  "Kitabi-Dədə  Qorqud"a  müraciət  edək.  Burada  bir  kimsə  yaslı  olduğunu 

bildirmək  üçün  ev-eşiyini  qara  rənglə  yanaşı,  həm  də  göy  rənglə  bəzəyir.  Özü  göy 

rəngli don geyinir. Bamsı Beyrək əsirlikdən qurtarıb evlərinə yetişdikdə bulaqdan su 

aparan bacısının ağladığını görür. O, bacısının nə üçün ağladığını öyrənmək istədikdə 

həm də soruşur: "Qaralı, göylü otağı // Sorar olsam, kölgə kimin?" Bacısı da dərdli-

dərdli:  "Qaralı,  göylü  otağı  sorar  olsan  //  Ağam  Beyrəyindir  //Ağam  Beyrək  gedəli 

köçərim  yox"[47].  Düşmənlərə  əsir  düşmüş  Uruz  onu  xilas  etməyə  gələn  atasına  - 

Salur Qazana deyir: "Anam mənim üçün göy geyib qara sarınsın // Qalın Oğuz elində 

yasımı tutsun"[48]. 

Arxada göy rəngin yaşıl rəngi də əvəz eləməsini demişdik. Amma bu da var ki, 

yaşıl rəngə əski məişətimizdə, eləcə də folklor örnəklərimizdə rast gəlmək çox nadir 

hadisə  sayılır.  Çünki  yaşıl  rəng  islam  dininin  simvolik  atributlarından  olduğu  üçün 

həmin  dövr  mədəniyyətimizdə  özünə  yer  tapa  bilməmişdir.  Məsələnin  deyilən 

istiqaməti,  yəni  yaşıl  rəngin  hansı  görüşlərlə  bağlılığı  Tanrı  mələklərinin  də  yaşıl 

donlu olması ilə sübuta yetir. Bu yönü Nizami Gəncəvi də nəzərdən qaçırmamışdır. O, 

"Yeddi gözəl" əsərində demişdir: 

Səmadan atını çaparaq uçan 

 Bakir mələkləri tut kəməndə sal. 

 Göyün ulduzları izləyir səni.  

Yaşıl geyimlilər gözləyir səni. 

Yaxud: 

Yaşıl çıraq kimi parlaq göründü, 

 Sənət mələyi tək yaşıl büründü[49]. 

Sözsüz  ki  rənglər  haqqında  daha  geniş  danışmaq  mümkündür.  Amma  bu 

deyilənlər  də  rənglərin  bütövlükdə  mənəviyyat  və  məişət  tariximizi  öyrənməkdə 

mühüm rolu olduğunu sübut edir. 




363 

 

SAYLAR 

Adi  məişət  məsələlərindən  başlamış  ən  yüksək  səviyyəli  görüş  və 

danışıqlaradək  say-rəqəmsiz  ötüşə  bilən  bir  sənəd,  bir  tədbir  təsəvvürə  gətirmək 

mümkün deyil. 

Bu  gün  insanlar  bəşər  tarixinin  ən  qədim  çağlarından  davam  edib  gəlməkdə 

olan  hesab,  say  əməliyyatının  deyiliş  və  yazılışında,  əsasən,  iki  növündən  istifadə 

edirlər. Bunlardan birincisi ideoqrafik saylardır: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. İlkin olaraq 

Hindistanda sıralanmış bu sayların dünyaya yayılışı ərəblər vasitəsi ilə olmuşdur. Bu 

səbəbdən  də  həmin  saylar  həmişəlik  olaraq  dünyada  "ərəb  say  sistemi"  adıyla 

tanınmışdır. 

İdeoqrafik  sayların  sözlə  deyilişi  iyirmi  dörddür:  sıfır,  bir,  iki,  üç,  dörd,  beş, 

altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, 

yüz, min, milyon, milyard, trilyon. Bunlardan son üçündən əvvəlki iyirmi bir söz (say) 

bilavasitə türk dilləri deyilişlidir. 

İkinci  qisim  saylar  bizim  zamanımızda  daha  çox  sıra  əlamətlərini  özlərində 

daşıyan  rum  (Roma)  saylarıdır.  Xətlərin  yardımı  ilə  yaradılan,  adlanan  və  istənilən 

miqdarı  bildirməyə  qadir  olan  rum  sayları  yeddidir:  I  (1),  V  (5),  X  (10),  L  (50),  C 

(100), D (500), M (1000). 

İndi bütün dünya üçün ümumistifadə xidməti daşıyan bu saylar çox-çox qədim 

zamanlarda  xüsusi  səciyyəli  olmuşlar.  Mif  örnəklərinin,  daş  kitabələrin,  Şərq  yazılı 

mənbələrinin,  qədim  yunan  tarix,  coğrafiyaçılarının  verdikləri  xəbərlərdən  bəlli  olur 

ki,  bir  nəsil,  bir  tayfa,  bir  el  öz  iş-gücündə  başqalarının  sayından  istifadə  edəndə 

bunun əvəzində töycü ödəməliymiş[50]. 

Buradan  da  belə  qənaət  yaranır  ki,  qədim  əyyamlarda  boy,  qəbilə,  tayfa 

birləşmələrinin  öz  məxsusi  sayları  olub  və  bunların  bəziləri  zaman  ötdükcə 

simvollaşaraq  "sevimli",  "uğurlu",  "müqəddəs"  və  bəzən  də  "nəhs"  bilinib.  Misal 

üçün,  türk  xalqları,  əsasən,  9  sayını,  Misir  və  Yunanıstanda  yaşayanlar  12  sayını 

uğurlu  bilmişlər[51].  3,  7,  40  sayları  isə,  demək  olar  ki,  dünyanın  əksər  xalqlarında 

seçilən  say  olaraq  tanınmışdır.  Əski  monqol  məişətində  6,  60  sayları  qutsal 

bilinmişdir. 

Biri  ikidən,  ikini  üçdən,  üçü  dörddən,  dördü  beşdən  və  s.  seçə  bilmək  vərdişi 

say-rəqəm  sisteminin  yaranmasına  yol  açmışdır.  İnsanın  ilk  say,  hesab  "maşını"  elə 

onun öz əlləri olmuşdur. O, sağ əlinin şəhadət barmağı ilə sol əlinin çeçələ barmağını 

qatlamaqla  bir  sayını  yaratmış  və  bununla  da  sadə  saydan  dünyaya  mürəkkəb  say 

sistemi bəxş etmişdir. 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin