Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə88/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   84   85   86   87   88   89   90   91   ...   139
Ala rəng. Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub 

canlı-cansızdakı  rəng  əlamətini  tanıdır.  Yəni  "ala"  çox-çox  "...sözlərin  əvvəlində 

sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud 

yarımçıqlıq,  qeyri-müəyyənlik,  dağınıqlıq,  adda-buddalıq,  natamamlıq  və  s.  bu  kimi 

xassələr  olduğunu  bildirir"[25].  Bir  neçə  misala  baxaq:  alapaça-paçalarının  arası  ağ 

olan kəhər və ya kürən at; alaçiy - tam bişməmiş; alaağac -ölkələri ayıran, sərhədlərə 

basdırılmış  ağ-qara  zolaqlı  ağac  (dirək);  alanəm  -  qurumamış,  yaş;  alakölgə  -  həm 

işıqlı,  həm  kölgəli  yer  və  s.  Arxada  "ala  göz"dəki  "ala"nın  da  rəng  bildirdiyini 

demişdik.  Daha  bir  neçə  örnək:  "Ala  itdən  məşhur",  "Ala  ördək",  "Ala  qaz", 

"Alaboyun", "Alabaş" (it adı) və s. 

Göründüyü kimi, bu misallardakı "ala" bilavasitə rəng deməkdir. Bununla belə, 

"ala"nın hündür ("Ala çadırın  yer üzünə dikdirgil", "Qarşı yatan ala dağdan bir oğul 

uçurdunsa  degil  mana"  və  s.),  böyük  ("Ala  barigah  otağını  çox  görmüşəm",  "Ala 

yorğan içində"), səmt, istiqamət, tərəf ("Başın ala baxar olsam, başsız ağac! // Dibin 

ala  baxar  olsam  dibsiz  ağac!")  və  s.  mənaları  da  vardır  və  bunu  "Kitabi-Dədə 

Qorqud"dan gətirilmiş misallar da təsdiq edir. 




358 

 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin