dağıldıqdan sonra azalmışdır (1993-cü ildə ÜDM-in 7.6%-indən 2006-cı ildə 2.7%-inə qədər).
Həmin dövrdən etibarən ÜDM-ə nisbət baxımından təhsil xərcləri cüzi də olsa artaraq 2.8%-ə
çatmıĢdır (Cədvəl 5-1)
22
. 1990-cı illərin əvvəllərindən baĢlayaraq demək olar ki, bütün keçid
ölkələrində sosial xərclərin ÜDM-dəki nisbəti azalsa da, onların bəziləri vəziyyəti düzəltməyə və
müvafiq səviyyəni aĢmağa nail olmuĢdur. Təəssüflər olsun ki, bu sözlər Azərbaycana Ģamil
edilmir. Hal-hazırda, Azərbaycan təhsil xərclərinin ÜDM-ə nisbətinə görə keçid ölkələri arasında
ən aĢağı yerlərdən birini tutur (Diaqram 5-2). Beləliklə də, Azərbaycanın təhsil sistemi nisbi
investisiya çatıĢmazlığı ilə üzləĢir və dövlət xərcləri aĢağı-orta gəlirli ölkələr (4%-dən çox),
dünya üzrə orta göstərici (təqribən 5%) və Ġqtisadi ƏməkdaĢlıq və ĠnkiĢaf TəĢkilatı ölkələrinin
orta göstəricisi (5.2%) ilə müqayisədə kifayət qədər azdır. Ġqtisadi inkiĢaf tempinə və ümumi
xərclərə mütənasib formada xərclərin təmin edilməsi Azərbaycan üçün mühüm məqsəddir.
Diaqram 5-1 Azərbaycan təhsilə çəkilən xərclərin ÜDM-ə nisbətinə görə AMA ölkələri