Azərbaycan


Diaqram 5-4 Təhsil sektorunda normal əmək haqları (aylıq manatla), 1999-2007



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə124/252
tarix25.12.2016
ölçüsü3,44 Mb.
#3305
1   ...   120   121   122   123   124   125   126   127   ...   252
Diaqram 5-4 Təhsil sektorunda normal əmək haqları (aylıq manatla), 1999-2007 
 
Mənbə: Dövlət Statistika Komitəsi, azstat.org, 2008 
 
5.13
 
AMA  standartları  ilə  müqayisədə  təhsilə  çəkilən  özəl  xərclərin  səviyyəsi  aşağı  olaraq 
qalmasına  baxmayaraq  (ÜDM-in  0.5%-i),  o,  sürətlə  artır  –  xüsusilə  də,  qeyri-yoxsul  əhali 
arasında.  Azərbaycanda  təhsil  qanunvericiliyi  özəl  sektor  vasitəsilə  bütün  pillələrdə  təhsilin 
təmin  edilməsinə  imkan  verir.  Lakin,  özəl  sektorun  orta  ümumtəhsil  pilləsində  iĢtirak  səviyyəsi 
çox aĢağıdır və bu sektor orta təhsil pilləsində təhsil alan bütün Ģagirdlərin 1%-dən az hissəsinə 
xidmət edir. Özəl sektorun cəlb edilməsi ali təhsil pilləsində daha çox özünü büruzə verir (və bu 
müəyyən dövr üzrə artmıĢdır). Faktiki olaraq ali təhsil alan hər beĢ tələbədən demək olar ki, biri 
özəl təhsil ocaqlarında təhsil alır. 2002-ci ildə təhsilə yönəldilən özəl xərclər ÜDM-in 0.25%-ini 
təĢkil  etmiĢdir.  2005-ci  ilə  qədər  bu  rəqəm  demək  olar  ki,  iki  dəfə  artaraq  ÜDM-in  0.47%-inə 
bərabər olmuĢdur. Dünya Bankının məlumatlarına əsasən (2007) təhsilə sərf edilən özəl xərclərin 
təqribən 40%-i ən zəngin kvintildən olan ev təsərrüfatlarının payına düĢmüĢdür. Əksinə olaraq, ən 
yoxsul kvintildən olan ev təsərrüfatları təhsilə sərf edilən özəl xərclərin yalnız 10%-ini əhatə edir.  
Təhsil  xərclərindəki  fərqlər  təhsil  nəticələrində  qeyri-bərabərliyin  yaranmasına,  bu  isə,  nəticə 
etibarilə, gəlir, istehlak, məĢğulluq və digər maddi rifah göstəricilərində bərabərsizliyin meydana 
çıxmasına rəvac verir.  
 

Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin