Azərbaycandakı neft və qaz bumu təkcə ölkə iqtisadiyyatını davamlı inkiĢaf yoluna qoymaq üçün
deyil, həm də onun əhalisi arasında yaĢlılar, əlillər, yoxsullar və həssas qruplara müvafiq qayğı və yardım
göstərmək üçün geniĢ imkanlar açır. Azərbaycanda həm sosial sığorta ayırmaları əsasında ödənilən, həm
də onlar üzərində qurulmayan sosial müdafiə proqramları, o cümlədən: (a) pensiyalar, (b) passiv və aktiv
əmək bazarı proqramları, (c) sosial təhlükəsizlik Ģəbəkəsi və sosial xidmət proqramları mövcuddur.
Hökumət 2003-cü ildən bəri bu proqramlara çəkilən dövlət xərclərinin artırılmasına xüsusi diqqət yetirir.
2006-cı ilin iyulunda hökumət az gəlirli ailələrə pul transferlərini təmin edən Ünvanlı Sosial Yardım
(ÜSY) proqramını həyata keçirməyə baĢladı. Hazırda ÜSY sosial ayırmalardan ödənilməyən əsas
təhlükəsizlik Ģəbəkəsi proqramıdır, ölkədə həm gəlirlər, həm də əmlaka əsaslanan vəsaitlərin
qiymətləndirilməsi üzrə yeganə proqramdır. O, ailələrə gəlir sarsıntıları, o cümlədən, hazırkı qlobal
maliyyə böhranının mümkün mənfi təsirləri ilə mübarizə aparmaqda kömək etmək sahəsində mühüm rol
oynayır.
8.2
Bu fəsil Azərbaycanda bütövlükdə sosial müdafiə proqramlarının və xüsusilə ÜSY-nin
effektivliyini qiymətləndirir. Bu, onların əhatə dairəsi, uyğunluğu, nəzərdə tutulan benefisiarların
hədəflənməsi və onların yoxsulluğa əhəmiyyətli təsiri üzrə faktların axtarılması yolu ilə həyata keçirilir.
Ünvanlılıq xarakterinə görə, ÜSY, onun yoxsulluq və həssaslığa təsirinin obyektiv qiymətləndirilməsinə
imkan verir. Bu fəsildə 2008-ci ildə keçirilmiĢ
YaĢayıĢ Səviyyəsinin Qiymətləndirilməsi Sorğusunun
(YSQS)
33
məlumatlarından istifadə edərək, proqramın geniĢ təsvirinin, onun əhatə dairəsi, ünvanlılığının
effektivliyi, uyğunluğu və yoxsulluğa təsirinin verilməsinə cəhd edilmiĢdir. Bu, proqramın ölkə
səviyyəsində qiymətləndirilməsinə ilk cəhddir; buna görə də o, gələcək qiymətləndirmələr üçün baza
yaradır.
34
Hazırkı qlobal maliyyə böhranı təkcə məhdud resursların yaxĢı xərcləndiyinə və ehtiyacı
olanlara yetiĢdiyinə əmin olmaq baxımından deyil, həm də əmək bazarında aktiv iĢtiraka potensial
maneələrin minimuma endirilməsi və dövlət transferlərindən gələcək asılılığın azaldılması baxımından
adekvat və effektiv sosial yardım proqramlarına malik olmağın, həmçinin onların iĢinin əlavə faydasını
artırmıĢdır.