Bu fəsil Azərbaycanda ümumi şəkildə sosial müdafiə proqramlarının, xüsusilə də Ünvanlı Sosial Yardım (ÜSY) proqramının effektivliyini qiymətləndirir. Bu, onların əhatə dairəsi, uyğunluğu, nəzərdə tutulan benefisiarların hədəflənməsi və onların yoxsulluğa təsiri üzrə faktların axtarılması yolu ilə həyata keçirilir. Fəsil onu göstərir ki, Azərbaycanda sosial müdafiə proqramları yoxsulluğun azaldılmasında əsas rol oynayır, ilkin mərhələdə ÜSY-nin ünvanlılığı yüksəkdir və hazırkı və gələcək iqtisadi böhranın təsirini yumşaltmaq üçün asanlıqla genişləndirilə bilər.