ÜSY-nin tədricən kateqoriyalar üzrə verilən bəzi müavinətləri əvəz etməsi gözlənilir.ÜSY
uĢaqlı ailələrə verilən üç növ müavinəti əvəz etmiĢdir, bəzi digər sosial yardım müavinətlərinin də
tədricən ÜSY-ə birləĢdirilməsi gözlənilir. Mürəkkəb siyasi iqtisad baxıĢları səbəbindən bunun çox çətin
olacağı aydındır. Əlbəttə, hazırkı qlobal mühit bu birləĢmənin yerinə yetirilməsi üçün uyğun zaman
olmasa da bu, hökumətin gündəliyində qalmalıdır, xüsusilə ÜSY-nin nümayiĢ etdirdiyi yaxĢı ünvanlılıq
təcrübəsi və potensial səmərəli nəticələr nəzərə alınmalıdır.
8.10
Bu fəsil beĢ bölməyə ayrılmıĢdır. Sosial transferlərin icra edilməsi və əsas proqramların qısa
xülasəsinə nəzər salan giriĢ bölməsi A və bölmə B-yə əlavə olaraq, C bölməsi sosial transfer
proqramlarının əhatə dairəsi haqqında ətraflı məlumat verir, D bölməsi sosial transferlərin ünvanlılığı
haqqında məlumat verir, E bölməsi transferlərin yoxsulluğa təsirini araĢdırır, F bölməsi isə nəticə və
tövsiyələri əks etdirir. Əlavə A-da 2008-ci ildə həyata keçirilmiĢ YSQS, Əlavə B-də isə Azərbaycanda
yoxsulluğun ölçülməsi və təhlilində istifadə olunmuĢ metodologiya təsvir edilmiĢdir.