135
ĠĢsizliyə görə müavinət
0.2
0.2
0.0
0.0
0.0
Digər sosial transferlər
7.5
3.5
2.3
1.4
0.7
ÜSY (yalnız benefisiarlar)
49.6
28.2
28.2
18.3
8.4
Mənbə: YSQS, 2008-ci il
E.
Sosial transferlərin yoxsulluğa təsiri
8.19
Sosial transferlər olmasaydı Azərbaycanda yoxsulluq səviyyəsi daha yüksək ola bilərdi. Sosial
transferlər olmasaydı ümumi yoxsulluq səviyyəsi 11 faiz bəndi qədər arta bilərdi: 10.8 faizdən 21.0
faizədək (100 faizdən çox artım); yoxsulluğun dərinliyi iki dəfədən çox arta bilərdi – 2.4 faizdən 7.2
faizədək – yoxsulluğun dərinliyi isə beĢ dəfədən çox arta bilərdi – 0.7-dən 3.8-dək. Sosial transferlərin
yoxsulluğun azaldılmasına təsiri vəsaitlərin səmərəli istifadəsini əks etdirir.
8.20
Pensiyalar yoxsulluğun azaldılmasında nəhəng təsirə malikdir. Pensiya ödəniĢləri yoxsulluğu
6.8 faiz bəndi aĢağı saldığı halda, sosial yardım proqramları 4.6 faiz bəndi azaldır. Lakin ÜSY həyata
keçirilməyə baĢladığı zaman daha çox ailəni əhatə etsəydi və ona daha çox vəsait ayrılsaydı, onun təsiri
daha artıq ola bilərdi. Sosial yardım yoxsulluğun azaldılmasında pensiyalardan daha effektivdir.
8.21
Sonda qeyd edək ki, sosial transferlər olmasaydı bərabərsizlik daha yüksək ola bilərdi. Sosial
transferlər ev təsərrüfatlarının istehlakından çıxarıldığı halda adambaĢına istehlak üzrə Cini əmsalı 31.0
faizdən 34.65 faizə yüksəlir (15 faizlik artım). Pensiyalar olmadığı halda o, 33.5-ə qədər yüksələ bilərdi,
lakin təkcə sosial yardım olmadığı halda o, 32.8 təĢkil edərdi.
Dostları ilə paylaş: