ÜSY seçməsi. ÜSY benefisiarı olan ev təsərrüfatlarının, eləcə də müraciət etmiĢ, lakin ÜSY
müavinəti almaq hüququnun olmadığı hesab olunmuĢ ev təsərrüfatlarının reprezentativ seçməsini əldə
etmək üçün ƏƏSMN tərəfindən verilmiĢ ÜSY müavinətinə müraciət edənlərin və benefisiarların
siyahısından bu iki qrup ev təsərrüfatlarının üst-üstə düĢən seçməsi hazırlanmıĢdır. ÜSY benefisiarlarının
və müavinət almaq hüququ olmayan ev təsərrüfatlarının daxil olduğu ümumi seçmə təqribən 1000 ev
təsərrüfatını əhatə etmiĢdir, bunlardan 700-ü benefisiar ailələrdən, 300-ü isə qeyri-benefisiar ailələrdən
olmuĢdur. 2008-ci il üzrə YSQS-nin ümumi seçməsi 7000 ev təsərrüfatını əhatə edir. Effektiv seçmə 6600
ev təsərrüfatını əhatə etmiĢdir. Çünki Naxçıvan iqtisadi rayonunda sorğunun həyata keçirilməsi mümkün
olmamıĢdır.