ƏLAVƏ A: 2001-CĠ ĠL EBM və 2008-CĠ ĠL YSQS-NĠN TƏSVĠRĠ
A.1. EBM, 2001-ci il
1.
2001-ci il EBM həyata keçirilməsinə 2001-ci ilin yanvarında baĢlanmıĢ və institutlarda olmayan
bütün əhalini əhatə edən yeni ev təsərrüfatları büdcə müayinəsidir. Seçmədə (rüblər üzrə tam rotasiya
vasitəsilə 8000 ev təsərrüfatı seçilmiĢdir: hər rübdə sorğuda 2000 yeni ev təsərrüfatı iĢtirak etmiĢdir)
Ģəhər və kəndyerləri və iqtisadi regionlar üzrə ilkin bölgü vasitəsilə üç-mərhələli seçmə ehtimalından
istifadə edilmiĢdir.
2.
Sorğu gündəlik qeydiyyat vasitəsilə doldurulan dörd sorğu vərəqəsi dəstindən ibarətdir.
Ġntervyuerlər ev təsərrüfatlarını rübdə 3-4 dəfə ziyarət edirlər. Ġlkin (tanıĢlıq üçün) müsahibə rübün
əvvəlində həyata keçirilir və bundan sonra ev təsərrüfatlarından iki həftəlik xərc və istehlak gündəliyini
tutmaq xahiĢ edilir. Rübün sonunda ev təsərrüfatlarından rüblük gəlirləri və böyük maddələr üzrə xərcləri
haqqında müsahibə götürülür. Sorğu vərəqəsində yoxsulluğun monetar ölçülərini yaratmaq üçün lazım
olan məlumatlar toplanır. Burada həmçinin əsas vəsaitlər və digər yaĢayıĢ səviyyəsi göstəriciləri, o
cümlədən: məĢğulluq, mənzil Ģəraiti, torpaq, əsas xidmətlər, səhiyyə, təhsil, maliyyə əməliyyatları, kənd
təsərrüfatı istehsalı və antropometrik göstəricilər üzrə məlumatlar toplanır.
3.
Azərbaycan ev təsərrüfatları büdcə müayinəsinin (AEBM) gücü cari istehlakı, yəni ev
təsərrüfatlarının aldığı Ģeyləri və Ģəxsi istehlakını aylar üzrə ölçməsidir. Cari istehlak dedikdə ev
təsərrüfatının üzvləri tərəfindən müvafiq ayda istehlak edilən ərzaq və qeyri-ərzaq malları və xidmətlərin
dəyəri baĢa düĢülür. Azərbaycan EBM-i ev təsərrüfatlarının illik istehlakını kifayət qədər dəqiqliklə
müəyyən etməyə imkan vermir. Azərbaycan EBM-i illik istehlakın deyil, aylıq istehlakın qeydə alınması
ilə YaĢayıĢ Standartlarının Qiymətləndirilməsi Sorğusundan (YSQS) fərqlənir ki, bölgü üzrə
müqayisələrin etibarlılığını azaldır. Müayinənin xatırlama üçün olan dövrü tez-tez təkrarlanmayan alıĢlar
və ya mövsümi malların illik istehlakını əhatə etmək baxımından kifayət qədər çevik deyildir. DSK 2001-
ci il EBM-i üçün xatırlama dövrü və gündəliyi praqmatik əsaslarla seçmiĢdir: maraq kəsb edən əsas suala
cavab vermək üçün sorğu aparmaq və maliyyə davamlılığını təmin etmək. Gündəlikdən istifadə yaxĢı
seçim olmaqla, xatırlama xətasını minimuma endirmiĢdir. Seçmənin azalmasını minimuma endirmək
üçün gündəliyin saxlanması dövrü bunu ―dəstəkləyən‖ səviyyələrə uyğunlaĢdırılmalıdır (iki həftə; böyük
əĢyalar üçün üç ay).
4.
Sorğuda böyük yaĢda əhali üçün əmək bazarındakı vəziyyət haqqında məlumatlar, eləcə də əmək
haqları və maaĢlar haqqında məlumatlar toplanır. Lakin əmək haqqı barədə məlumatların etibarlılığı
formal və qeyri-formal sektorlar arasında fərqlənir. Formal sektorda əmək haqları sorğuda yaxĢı əhatə
olunmuĢdur. Bunun əksinə olaraq, özünüməĢğul Ģəxslərin əldə etdikləri qazanc qiymətləndirilə bilmir,
çünki gəlirlər və xərclər üzrə məlumatların kasadlığı və onların mövsümiliyi buna imkan vermiĢ. 2001-ci
il EBM-də nağd və ya natural formada sosial transferlərin alınması, yaxud köçürmələr haqda ətraflı
məlumatlar toplanır ki, bu da onu faydalılıq təhlilləri üçün əvəzsiz edir. Sorğuda ev təsərrüfatının hər bir
üzvü tərəfindən alınan sosial transferlərin (nağd müavinətlər), yaxud ailə tərəfindən alınan (imtiyazlar)
sayı və məbləği, eləcə də səhiyyə və təhsil kimi natural formada verilən əsas müavinətlərin həcmi qeydə
alınır.