Sorğu vərəqəsi. ƏƏSMN və Dünya Bankının birgə komandası YSQS üçün sorğu aləti
hazırlamıĢdır. Sorğu vərəqəsinə bir çox modullar, o cümlədən ev təsərrüfatlarının demoqrafiyası, gəlir,
xərc, istehlak, əmək bazarı, vəsaitlər, mənzil Ģəraiti, səhiyyə, təhsil, sosial müdafiə, mənzil Ģəraitinin
subyektiv qiymətləndirilməsi, mübarizə strategiyaları və YSQS standartları üçün xarakterik digər
modullar daxil olmuĢdur. ÜSY proqramı üzrə ayrıca modul daxil edilmiĢdir ki, burada onun struktur
xüsusiyyətləri, icrasının təĢkili, ünvanlılıq mexanizmləri, əhatə dairəsi, müavinətlərin həcmi, müraciət
prosesi, məlumatlandırma kampaniyası və proqramın dəqiq monitorinqi və qiymətləndirilməsinə Ģərait
yaradan digər aspektlər üzrə suallar öz əksini tapmıĢdır.
8.
Seçmə. Ümumi seçmə üçün seçmə çərçivəsi əhalinin 1999-cu il siyahıya alınması əsasında
hazırlanmıĢdır. Ġlkin seçmə vahidlərinin (ĠSV) seçilməsindən sonra, Son seçmə vahidlərinin (SSV)
seçilməsindən əvvəl seçilmiĢ ĠSV-lərdəki ev təsərrüfatlarının siyahısının hazırlanması həyata
keçirilmiĢdir. Ümumi seçmə aĢağıdakı çıxıĢ sahələri üçün reprezentativ olmuĢdur: (a) Ģəhər və kənd
əraziləri, (b) Azərbaycanın iqtisadi rayonları və Bakı Ģəhəri, (c) iqtisadi zonalar daxilində Ģəhər və kənd
əraziləri. Ölkə üzrə 5500 ev təsərrüfatı təsadüfi seçilmiĢdir. Əlavə 500 ev təsərrüfatı Qaçqınların və
məcburi köçkünlərin iĢləri üzrə Dövlət Komitəsindən alınmıĢ məcburi köçkünlərin (MK) siyahısından
seçilmiĢdir.