əhəmiyyətli rol oynamaq baxımından yaxşı qurulmuşdur. Buraya müxtəlif proqramlar daxildir, onun
yaxĢı inzibati gücü var və o, özünün yoxsulluğun azaldılması üzrə təyinatı üzrə həyata keçirilir. Bununla
əlaqədar iki proqram daha əhəmiyyətlidir: ünvanlı sosial yardım (ÜSY) və baza pensiyası. Ünvanlı sosial
yardımın çox yoxsul və yoxsul əhali qrupunu yaxĢı əhatə etməsi praktik cəhətdən sübut edilmiĢdir – ÜSY
resurslarının 51 faizini alan 49 faiz benefisiar əhalinin ən aĢağı desilini təmsil edir. ÜSY-nin demək olar
ki, 90 faizini alan əksər benefisiarlar (86 faiz) əhalinin ən aĢağı 40 faizlik hissəsinə aiddir. ÜSY səmərəli
idarəetmə strukturuna və ölkənin bütün ərazisini əhatə edən avtomatlaĢdırılmıĢ sistemə malikdir. Baza
pensiyası sosial sığorta müavinətləri alanlar üçün minimum gəlir təminatı rolunu oynayır. O, orta
pensiyanın 80 faizə qədərini təĢkil edir, bununla da pensiyaların bu və ya digər dərəcədə yoxsullara
istiqamətlənmiĢ (proqressiv) paylanması və onların Azərbaycanda yoxsulluğun azaldılmasındakı çox
əhəmiyyətli roluna həlledici töhfə verir. Burada böhranın təsirinin yumĢaldılması sahəsində əsas tədbir
baza pensiyanın real səviyyəsinin aĢağı sürüĢməsinə imkan verməmək və beləliklə də yaĢlıların, əlillərin
və ailə baĢçısının itirilməsinə görə pensiya alanların gəlirlərinin qorunması ola bilər.