Qlobal maliyyə böhranı daha çox insanı yoxsulluğa sürükləyə, eyni zamanda daha çox insanın yoxsulluğunun dərinləşməsinə və kəskin yoxsul əhalinin sıralarına qoşulmasına yol aça bilər. Buna
görə də Azərbaycan kəskin yoxsul əhaliyə yardım göstərilməsi sahəsindəki səylərinə diqqət yetirməlidir.
Bu, sosial yardıma, xüsusilə də ÜSY-yə ayrılan vəsaitlərin tədricən artırılmasını tələb edə bilər. Kiçik
sosial yardım proqramlarının bəziləri ÜSY-yə birləĢdirilə bilər.
8.28
Ümumiyyətlə, sosial transferlərin Azərbaycan əhalisinin maddi durumunun yaxşılaşdırılmasında mühüm rol oynadığını nəzərə alaraq, onların maliyyələşməsinə ayrılan vəsaitlərin ən azı real ifadədə sabit saxlanması zəruridir (proqramların birləĢdirilməsinin labüd olması
vəsaitlərə mənfi təsir göstərməməlidir). Daha yaxĢı olar ki, onların ÜDM-ə nisbəti ən azı sabit qalsın və
ya artırılsın, bununla da daha az uğur əldə edən Ģəxslər təkcə böhranın təsirindən qorunmuĢ olmasın, həm
də Azərbaycanın son onillikdə nümayiĢ etdirdiyi güclü iqtisadi irəliləyiĢdən müəyyən fayda əldə etmiĢ
olsun.