ƏLAVƏ C: YOXSULLUĞUN QĠYMƏTLƏNDĠRĠLMƏSĠ METODOLOGĠYASI
1.
Bu əlavədə yoxsulluğun qısa konsepsiyası və Azərbaycanda yoxsulluğun ölçülməsi və təhlili
üçün istifadə olunan metodologiyanın əsas elementləri əks etdirilmiĢdir.
Yoxsulluğun konsepsiyası
2.
Yoxsulluğun əsas meyarı istehlak yoxsulluğudur – ev təsərrüfatları və ya fərdlərin Ģəxsi
istehlakının həqiqi səviyyələrinin ―yoxsulluq həddindən‖ aĢağı olma səviyyəsidir ki, bu da yaĢayıĢ üçün
ictimaiyyət tərəfindən qəbul edilə bilən minimum səviyyəni əks etdirir. Lakin yoxsulluq konsepsiyası
çoxölçülüdür və bir çox elementi əhatə edir. Bunlardan bir neçəsini sadalamaq olar: uyğun qida, paltar,
yaĢayıĢ sahəsi, təmiz su və sanitariya, səhiyyə və təhsil, istehlak və istehsal vasitələrinə məhdud çıxıĢ,
gücsüzlük və sosial təcridolunma və erkən ölüm. Yoxsulluğun ölçülməsi və təhlili zamanı sual olunur ki,
ev təsərrüfatı və ya fərdin əsas ehtiyaclarını qarĢılamaq üçün kifayət qədər vəsait və ya bacarığı varmı.
Hesabat əsasən istehlak yoxsulluğu və onunla bağlı əsas amillərlə əlaqədar olsa da o, yoxsulluğun mənzil
və yaĢayıĢ Ģəraiti, səhiyyə, təhsil və məĢğulluğa çıxıĢ, eləcə də icma infrastrukturu və əsas xidmətlərə
çıxıĢ kimi istehlak yoxsulluğu ilə sıx bağlı olan digər qeyri-monetar ölçülərini də əhatə edir.
3.
Yoxsulluğun ölçülməsi üçün iki əsas komponent tələb olunur. Birincisi, yaĢayıĢ səviyyəsi
göstəricisi qərarlaĢdırılmalıdır. Ġkincisi, ―yoxsulluq həddi‖ müəyyən olunmalıdır ki, bundan aĢağı olan ev
təsərrüfatı və ya fərdin ―yoxsul‖, yaĢayıĢ üçün ictimaiyyət tərəfindən qəbul edilə bilən minimum standartı
təmin olunmayan kimi təsnifatlaĢdırılması həddini əks etdirsin.
4.
Birinci komponent olan yaĢayıĢ səviyyəsi göstəricisinə gəlincə, rifah halının həm monetar, həm
də qeyri-monetar ölçüləri yoxsulluğun ölçülməsi və təhlilində istifadə oluna bilər. Rifah halının ümumi
istifadə olunan monetar ölçüləri gəlir və istehlak xərcləridir. Yoxsulluq həddinin müəyyən olunması
zamanı birinci komponent seçildiyi halda ikinci komponent yoxsulu qeyri-yoxsuldan ayıran həddin
seçilməsinə gətirib çıxarır. Yoxsulluq hədləri monetar (məsələn, istehlak və ya gəlirin müəyyən
səviyyəsi), yaxud qeyri-monetar (məsələn, savadlılıq və ya fiziki sağlamlığın müəyyən səviyyəsi) ola
bilər. Yoxsulluq həddinin seçilməsi üçün iki üsul var: nisbi və mütləq.