hamarlanması məqsədinə xidmət edir. Təqribən iki illik intensiv hazırlıqdan, o cümlədən vəsaitlərin
qiymətləndirilməsi üzrə ünvanlılıq mexanizmi hazırlandıqdan, inzibati proseduralar qurulduqdan,
müvafiq qanun və bir sıra inzibati qərarlar qəbul edildikdən, iĢçilər cəlb olunduqdan və
təlimləndirildikdən, müəssisələr bərpa edildikdən, ev təsərrüfatlarının qeydə alınması üçün
avtomatlaĢdırılmıĢ Ġdarəetmə Ġnformasiya Sistemi (ĠĠS) iĢlənib-hazırlandıqdan, intensiv ictimai
məlumatlandırma kampaniyası hazırlanıb həyata keçirildikdən və proqramın əvvəlində müavinət üçün
müraciət etmiĢ 60000 ev təsərrüfatı yoxlanıldıqdan sonra, 2006-cı ilin ortalarında ÜSY həyata
keçirilməyə baĢlamıĢdır. ÜSY gəlir metodu əsasında ünvanlanan və təcrübədə ünvanlılığının qeyri-təkmil
olması aĢkar edilmiĢ bəzi uĢaq müavinətlərini əvəz etmiĢdir. Bütün ev təsərrüfatları, o cümlədən məcburi
köçkün (MK) ev təsərrüfatları və leqal miqrantların ev təsərrüfatları ÜSY üçün müraciət etmək hüququna
malikdirlər. Əgər onların ailədə bütün mənbələrdən, o cümlədən Ģəxsi istehlak üçün olan istehsaldan
adambaĢına gəlirləri əvvəlcədən müəyyən edilmiĢ həddən (hazırda ayda 60 AZN – orta aylıq əmək
haqqının təqribən 20 faizi) aĢağıdırsa, onlar müavinət almaq hüququ əldə edirlər. Müavinət ailənin
qiymətləndirilən adambaĢına gəliri ilə hədd arasındakı fərq kimi hesablanır. ÜSY həyata keçirilməyə
baĢladığı andan həm əhatə dairəsi, həm də müavinətin məbləği baxımından əhəmiyyətli dərəcədə
geniĢlənmiĢdir. Əhatə dairəsi 2008-ci ilin ikinci yarısında iki dəfədən çox geniĢlənmiĢdir və beləliklə,
2009-cu ilin əvvəlində 165461 ev təsərrüfatının 760000 üzvü (əhalinin 9.2 faizi) ÜSY almıĢdır; ÜSY alan
hər ev təsərrüfatı üzrə orta aylıq ÜSY-nin məbləği 100.3 AZN olmuĢdur. 2008-ci ildə ÜSY-ə ayrılmıĢ
büdcə 127 milyon AZN, yaxud ÜDM-in 0.36 faizi həcmində olmuĢdur. 2009-cu ilin büdcəsi 210 milyon
AZN-ə qədər artırılmıĢdır.