ƏDƏBİYYAT
1.
Ə.S.Həsənov, N.A.Rzayev, F.Q.İslamzadə, A.M.Əfəndiyev. Bioloji kimya. Bakı, Maarif , 1989,
562 s
2.
S.F.Qarayev, P.Ş.Məmmədova, A.Q.Nəbiyeva. Biokimyanın əsasları. Bakı, Təfəkkür, 2000, 359 s
3.
F.Q.İslamzadə, F.İ.İslamzadə. Endokrin sistemin patobiokimyası. Bakı, 1999, 66 s
4.
F.İ.İslamzadə, A.M.Əfəndiyev F.Q.İslamzadə. İnsan biokimyasının əsasları. III cild, Bakı,
Müəllim, 2008, 332 s
5.
A.M.Məhərrəmov, M.Ə.Allahverdiyev. Həyat fəaliyyətinin kimyəvi əsasları. Bakı, Bakı
Universiteti, 2009, 287 s
ABSTRACT
M.Seyidov
A.Aliyev
Methods of teaching the topic “Ferments”
The article deals with ferments which are biological catalysts, selective ability of these
catalysts, dependence of ferments activeness on the temperature, thickness of substratum and
hydrogen ions. It also explains the methods of teaching students the chemical nature of ferments,
similar and different points of ferments to the inorganic catalysts. The article aims to increase
163
students’ knowledge about ferments and achieve formation of detailed information in them about
this biological catalyst
РЕЗЮМЕ
М.Сеидов
А.Алиев
Методика темы «Ферменты»
В статье рассмотрена методика наличия ферментов биологическим катализатором,
способность селективности этих катализаторов, зависимость активности ферментов от
температуры, концентрации водородных ионов, сходные и отличительные характеры
ферментов от катализаторов химическая природа ферментов. Задачами статьи являются
повышение знаний студентов о ферментах и формировать у них подробную информацию об
этих биологических катализаторах.
NDU-nun Elmi Şurasının 26 aprel 2016-cı il tarixli qərarı ilə çapa
tövsiyə olunmuşdur (protokol № 09)
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 6 (76)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 6 (76)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 6 (76)
ZƏRÖVŞƏN BABAYEVA
Naxçıvan Dövlət universiteti
164
babayeva_z@yahoo.com
UOT:372.8.57
BİOLOGİYANIN TƏDRİSİNDƏ MÜASİR TEXNOLOJİ
İNNOVASİYALARA İNTEQRASİYA PROBLEMLƏRİ
Açar sözlər: müasir təhsil sistemi, texnoloji innovasiyalar, inteqrasiya, elektron resurslar,
interaktiv rejim
Key words: modern education system, technological innovations, integration, electronic
resurs, interactive mode
Ключевые слова: современная система образования, технологические инновации,
интеграция, электронные ресурсы, интерактивный режим
Təlim texnologiyalarının durmadan təkmilləşməsi tədris prosesinə hər keçən gün yeni
imkanlar yaradır. XIX-XXI əsri əhatə edən dövrdə biologiyanın tədrisdə yeri və tədrisi metodların-
da qlobal dəyişikliklər baş vermişdir. Canlı təbiəti öyrənən biologiya bir fənn kimi tədris prosesinin
forma və metodlarının özünəməxsusluğu ilə digər fənlərdən kəskin fərqlənir. Biologiyada dəqiq
obyektlər, onların üzvi aləmdə mürəkkəb və qarşılıqlı əlaqəsi və inkişafı öyrənilir. Tədris işləri xü-
susi formalarda, xüsusi təlim vəsaitləri və praktik işlərlə həyata keçirilir. Bioloji fənlərin səmərəli
tədrisi üçün yuxarıda göstərilənlərlə yanaşı, xüsusi tədris təchizat-bazası: əyani vəsaitlərlə təchiz
olunmuş kabinet, canlı təbiət guşəsi, tədris təcrübə sahəsi, müasir təlim texnologiyaları tələb olunur.
Bütün bunlarla yanaşı, yeni təlim texnologiyalarının tədrisdə yeri müəyyənləşdirilməlidir. Canlı
orqanizmlərin inkişafının konkret obyektlər əsasında öyrənilməsi, təbiətdə baş verən hadisələrin
qarşılıqlı əlaqəsi, üzvi aləmin təkamülünün qanunauyğunluqları haqqında öyrənənlərdə düzgün dün-
ya görüşünün formalaşmasına təbii-elmi zəmin yaradır.
Bioloji biliklərin artması, daha əhatəli və yaddaqalan olması ətraf mühitin qorunmasının zə-
ruriliyini öyrətməklə, təbiətə məhəbbət hissi yaratmağa imkan yaradır (1, 2). Biologiyanın
tədrisində mövcud imkanların genişləndirilməsi üçün təkcə adi dərsliklər, şifahi izahat kifayət deyil.
Yaxın illərdə kütləvi xarakter daşıyacağına inandığımız Elektron kitab və ya E-book - 16 Mb
elektron kitab fləş-yaddaşın köməyi ilə 3200 mətn səhifəsini və ya 10-a qədər orta həcmli kitabı
yaddaşda saxlayır. Microsoft Word mətn redaktorlarında yaradılan DOC formatında, HTML və ya
ZIP, RAR, ARJ mətnləri HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və
şəkillərin formalaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların
daxil edilməsi əsasında yaradılır (4).
Fənlər üzrə bu cür elektron kitabların hazırlanması eyni zamanda bir neçə kitabın bir arada
istifadəsinə, istənilən məlumatın təkrar istifadəsinə imkan yaradar. Xüsusilə biologiya fənnlərin təd-
risi və öyrənilməsi zamanı bu cür E-bookların istifadəsi yüksək səmərə verərdi. Artıq interaktiv,
elektron dərs və metodik vəsaitlərin hazırlanması zamanı bu məqamları nəzərə almağı düşünürük.
Təbiətşünaslıqdan tutmuş, ümumi biologiyaya qədər elm sahəsini təşkil edən bu cür elektron kitab-
da verilmiş mövzunu öyrənən şagird, yaxud tələbə istənilən bioloji fakt və hadisəni təkrar öyrənə,
yaxud, müqayisə edə bilmək imkanına malik olacaq. Yaxın gələcəkdə elektron kitabların tədris
sahəsinə geniş şəkildə daxil olacağına inanırıq. Bütün bu imkanları tədris prosesinə qazandıran YTT
səmərəsini get-gedə artırmaqdadır.
Təhsilin tamamilə elektron versiyalardan istifadəyə keçəcəyi, virtual, onlayn dərslər for-
masında təqdim ediləcəyi qaçılmazdır. Bu da yeni təlim texnologiyalarının fənlərin tədrisində nə
qədər əhəmiyyətli yer tutduğunu, hətta əvəzedilməz olduğunu göstərir, yeri və həcmini
müəyyənləşdirməyə şərait yaradır. Son illər NDU-da Elektron Universitet layihəsinin köməyi ilə
sistemdə video kontentlərimizi yerləşdirərək tələbələrin ixtiyarına vermişik. Bu formatda yazılıb
təqdim edilmiş video-mühazirələr tədris üçün imkanları genişləndirməklə yer və məkan hüdudlarını
165
aşır. Yaranmış imkandan istifadə edib yeni üsulla hazırladığımız dərsləri təkcə tələbələrin
öyrənməsi üçün deyil, həm də bəzi müəllimlərin tanış olmadıqları interaktiv üsulların və YTT-nın
tədrisdə əhəmiyyəti, istifadə qaydalarını öyrənmələrinə imkan yaratdıq. Müəllimlər arasında univer-
sitetdaxili sorğu keçirib interaktiv üsullara münasibətlərini müəyyənləşdirməyə çalışdıq. Nəticə
gözlənilən idi - bu sahədə hələ bir çox problemlər qalmaqdadır. Təbliğat işlərinin aparılması, açıq
dərslərin geniş müzakirəsini keçirməyə ehtiyac vardır. Qloballaşan dünyada istənilən şəxs yaşadığı
ölkədən asılı olmayaraq onlayn təhsil ala bilir. Elektron təhsil ölkənin təhsil səviyyəsinin əsas gös-
təricisidir. Bu səbəbdən də Boloniya prosesinin əsas atributlarından biri elektron Boloniyadır. Yəni
müasir universitetlərdə elektron təhsilin, virtual təhsilin inkişafı mühüm şərt kimi irəli sürülür.
Bəzi rus pedaqoqlarının «Müasirləşmə və innovasiyalı inkişaf XXI əsrdə Rusiyanın rəqabətə
davamlı cəmiyyət olmağa imkan yaradır və bu da vətəndaşlara layiqli həyat təmin edir» (2, 6) - fikri
birbaşa mənası ilə tam bir absurddur. Dolayısı ilə bunu cəmiyyətdə yüksək inkişafa çatmaq
şanslarından biri kimi dəyərləndirə bilərdilər. Əslində müasir texnologiyalar, innovasiyalar gələcək
kadrların yetişməsi üçün tramplin rolu oynayır. Bu resurslar peşəkar, yenilikçi pedaqoq əlində bilik-
lərə çatmaq üçün açar, digərləri üçün dərs prosesini xaosa döndərmək, tənbəllik üçün vasitədir.
Ənənəvi kagız kitablarla elektron kitabları müqaisə etsək: «1. Elektron kitabda mətndə
axtarış, böyük istinadlara keçid, qeyd və seçmə təsvir edilə bilər; 2. Bir qurğuda 1000-dən artıq
kitab saxlanıla bilər; 3. Kiçik həcm və ölçüyə malik olduğu üçün daşımaq asandır; 4.Şriftin forması-
nı və ölçüsünü dəyişmək mümkündür; 5. Animasiyalı şəkillərə, multimediyalı kliplərə baxmağa
imkan verir; 6. Elektron kitabın kağız kitabdan baha olmasına baxmayaraq, elektron mətn kağız
mətndən xeyli ucuzdur; 7. Daxili proqramlar, nitq sintezatorları, mətni səsləndirməyə imkan verir
(3). Elektron kitabların digər özəlliyi isə oxucunu dinləyiciyə cevirmək xüsusiyyətidir ki, bu da
müxtəlif varianlarda öyrənənin işini yüngülləşdirməyə hesablanmışdır. Bu vasitə ilə XXI əsr insanı-
nı elmi və bədii ədəbiyyatların oxunmasına istiqamətləndirmək də mümkündür. Həqiqətən də
internetdən, elektron resurslardan istifadə edən hər kəs üçün elektron kitablar hazırlamaq
məqsədəmüvafiqdir.
İnformasiya texnologiyalarının təkcə şəhər məktəblərinə deyil, rayon, kənd məktəblərinə də
inteqrasiyası artıq kənd müəllimlərinin də bu prosesə qoşulmasının, yeni layihələri
qiymətləndirməsinin şahidi oluruq. Bir çox region müəllimlərinin internetdə problemlə bağlı
məqalələri diqqətimizi cəlb edir. Ali məktəb müəllimləri içərisində də maraqlı ideyalar, təhlillər
çoxluq təşkil edir. Ən maraqlı ideya tərəfdarları ilə əlaqə yaradıb təcrübə mübadiləsinə nail olmaq
təşəbbüsünü irəli sürməklə qarşıdakı illərdə respublikanın bütün ali və orta məktəb müəllimlərini
problemin həlli, inkişafı istiqamətində fikir mübadiləsinə dəvət edirik. Əgər təşəbbüsümüzə qoşulan
müəllimlərin sayı yetərincə olarsa, konfrans təşkil etmək işin xeyrinə olardı. Konfransda müzakirə
ediləcək məsələləri aşağıdakı kimi müəyyənləşdirmək istərdik: Onlayn təhsil, distant təhsil,
multimedia proqramları, biologiyanın tədrisində istifadə edilməsi səmərəli hesab edilən müxtəlif
proqramlar. Qoşulmaq istəyən həmkarlarımız da müzakirə etmək istədikləri problemi təklif edə bi-
lərlər. Bəzən ali və orta məktəb müəllimlərindən bəziləri sual edirlər: əvvəllər İKT, internet, multi-
media yoxdu, elm öyrədilmirdimi? Bir sözlə, elektron təhsil resursları zəruridirmi? (4). Elektron
Təhsil Resursları - tədris məzmunlu elektron formadır və onları səsləndirmək üçün müxtəlif elek-
tron mexanizm və maşınlardan istifadə edilir. ETR adi dərslikdən fərqlənir və interaktivliyi isə şa-
girdin müstəqil işləməsini təmin edir. ETR - mətn, tekstoqrafik və multimediaya ayrılır. Bu da
imkan verir ki, keçiləcək material həm mətn variantını, həm eyni zamanda mətn və diaqram, şəkil,
cədvəl şəklində, həm də multimedialı təqdimat kimi, illüstrasiyalar, səsli, tərkibində video,
animasiya, audio, məzmun və interaktiv üsullardan istifadə ilə çatdırılsın. Elektron dərslik (e-
dərslik) portalı da öyrənənlərin elektron dərsliklərdən rahat istifadə etməsi məqsədilə hazırlanmış-
dır. Elektron dərslikləri şagirdlər həm onlayn olaraq portal daxilində onlayn rejimdə, həm də öz
fərdi kompüterlərinə yükləyərək oflayn rejimdə, istədikləri vaxt və məkanda istifadə edə bilərlər.
Bundan əlavə, yaradılmış elektron dərslikləri planşetlər vasitəsilə də rahat istifadə etmək mümkün-
dür.
166
Son illər “BAKINƏŞR”, “BAKIMEDİA” və Müasir Texnologiyalar Mərkəzi Azərbaycan Res-
publikası Təhsil Nazirliyi ilə birgə hazırlanmış müxtəlif elektron vasitələrin iş prinsipini
öyrənməklə istənilən fənnə dair elektron resursların yaradılması xüsusilə biologiyanın tədrisində
müsbət irəliləyiş olacaqdır. Ali və orta məktəb dərsliklərinin hazırlanması prosesinə alim,
metodistlərlə yanaşı fənn müəllimlərinin cəlb olunması da tədrisin təşkilində mühüm rol oynaya
bilər. Elektron resursların hazırlanmasında interaktiv rejimin yaradılmasına da diqqət artırılmalı,
təkcə illüstrasiyalar deyil, video materiallardan, məntiqi suallardan istifadə olunmalıdır:
Bu hansı canlıdır?
Tip: Gözləri:
Sinif:
Qidalanması:
Uzunluğu: Çəkisi:
Həyat tərzi: Mənbə:
Yaxşı olardı ki, elektron vəsaitlərin hazırlanması zamanı, illüstrasiyaların izahı əvəzinə həm də
videofraqment yerləşdirilsin və daha aydın anlaşılma, yaddaqalmanın davamlılığı üçün şərait
yaradılsın. Məsələn, şəkillərə slayd, yaxud plakatda baxmaqdan əlavə ayrı-ayrı orqanlar sistemini
əks etdirən videoyazı yerləşdirilsin. Əgər videomaterialın izahı səsləndirilmirsə, müəllim əlavə
izahatla verilmiş biliklərin dərinləşdirilməsinə kömək edə bilər.
167
Ümumtəhsil məktəblərində biologiyanın tədrisində dərsdənkənar məşğələlərdə, ekskursiya-
larda və digər tədbirlərdə ayrı-ayrı fənlər üzrə, şagirdlərin sosiallaşması problemləri üzrə təlim
məqsədlərinin əvvəldən müəyyən edilməsi və planlaşdırılmasının zəruriliyi göstərilir. Təlim məq-
sədlərinin yerinə yetirilməsində vacib şərt təlimin məzmununun uyğun olmasının təmin edilməsi və
yeni standartların qəbul olunması, informasiya texnologiyalarının öyrənilməsinə geniş yer verilmə-
sidir. Tədqiqatlar zamanı informasiya texnologiyalarından istifadə edən və etməyən müəllimlərlə
müxtəlif vaxtlarda söhbətlər etmiş, təhsil sahəsinə gətirilmiş bu yeniliyin öyrətmə prosesində effekti
haqda məlumatlar vermiş, eksperiment üçün hazırladığımız dərslərin keçirilməsi zamanı onların da
iştirakını təmin etmişik. Aparılmış tədqiqatlar (5, 7) göstərir ki, təhsilin modernləşdirilməsinin əsas
məqsədi ona yeni keyfiyyət qazandırıb yeni pedaqoji nəticələr qazandırmaqdır. YTT əsasında yeni
təhsil mühitinin formalaşdırılması biologiyanın tədrisində onun metodik əsasının aydınlaşdırılması
xüsusilə biologiyanın tədrisində yeni nəsil müəllimlərin hazırlanmasında peşəkarlıq nəticələrinə
yeni tələbatın əksidir.
Elektron təlim resurslarının didaktik imkanlarının analizi informasiya təlim mühitinin həyata
keçirilməsi probleminin həllinə istiqamətlənmişdir. Bir çox tədqiqatlarda informasiya
kommunikasiyalı təlim mühitinin prinsip və quruluşu onun xüsusiyyətləri və mahiyyətinin
açılmasına, tədris prosesində yeri və həcminin göstərilməsini nəzərdə tutur. Bizim məqsədimiz də
YTT və interaktiv təlimin biologiyanın tədrisində tətbiqi perspektivlərini və metodikasını işləyib
hazırlamaqdır. Bunun üçün tədqiqatımızın adından da göründüyü kimi, yeni metodikanın ali və orta
məktəblərdə tətbiqinin təşkili təcrübəsinin müqayisəli öyrənilməsi işin mahiyyətini artırmışdır.
Təhsilin modernləşdirilməsi - YTT-dan istifadə, təhsilin informatlaşması, interaktiv, konstruktiv tə-
lim müasir dövr üçün prioritet istiqamətlərdən biridir və bu vəzifələrin öhdəsindən gəlmək üçün
hərtərəfli səy göstərilməlidir. Bunun üçün artıq metodist, pedaqoq və müəllimlərin adi dərsliklərdən
fərqli elektron dərsliklər və dərs vəsaitlərini, müxtəlif istiqamətli, lakin tədrisə əlavə materiallar
verə biləcək saytlar hazırlamalarının vaxtı çatmışdır. Bu vasitələr istər tələbə-müəllim, istərsə də
orta məktəb müəllimləri üçün daha geniş məlumat və bilik mənbəyi olacaqdır.
2015-ci ildə istifadəyə verdiyimiz biometod.net saytında tələbə və müəllimlər üçün zəngin
material bazası toplanmış, interaktiv dərslərin hazırlanması üçün hazır nümunələr verilmişdir.
ƏDƏBİYYAT
1.
Z.Babayeva. Biologiyanin tədrisində texnoloji innovasiyalardan istifadənin perspektivləri.
Naxçıvan, Qeyrət, 2016, 210 səh
2.
Babayeva Z. Integrating the latest technology in the teaching Biology. "International Journal
of Home Science". Archives, 2016 (Vol-2, Issue-1) Part A, p.1-4
3.
Babayeva. Z.Y. Condition of using innovations in teaching biology. Transylvanian Review
journal, (ISSN 1221-1249), Journal Citation Reports®, Thomson Reuters. (2016)
4.
Müşviq Məmmədov. Elektron resurslarin təhsildə imkanlari.
Təhsil Problemləri
. 17 mart
2014
5.
http://az.wikipedia.org/wiki/Elektron_kitab_%28qur%C4%9Fu%29)
6.
http://www.tehsilproblemleri.com/?author=2
7.
http://www.dissercat.com/content/pedagogicheskie-osnovy-orientatsii-informatsionno-
kommunikatsionnoi-sredy-na-novye-obrazovat
ABSTRACT
Problems The Integration of the teaching biology to
168
a modern technological innovation
The article deals with the Integration of the teaching biology to a modern technological
innovation, the principles of the electronic teaching methods, and the priorities of the development
of technologies in teaching process.
The main features and planing of the organizing the teaching process of biology in interac-
tive mode is also taken into consideration.
РЕЗЮМЕ
Проблемы Интеграция преподавания биологии
в современной технологической инновации
В статье рассматриваются вопросы интеграции преподавания биологии в современной
технологической инновации, принципы электронных методов обучения, а также приоритеты
развития технологий в учебном процессе. А также проблемам применения новых технологий
и интерактивный режим в процессе преподавания биологии.
NDU-nun Elmi Şurasının 26 aprel 2016-cı il tarixli qərarı ilə çapa
tövsiyə olunmuşdur (protokol № 09)
169
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 6 (76)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 6 (76)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 6 (76)
OKTAY RZAYEV
oktay_rzayev@mail.ru
ВАЛЕЩ ЯЛИХАНОВ
Naxçıvan Dövlət Universiteti
UOT
:378
БОКСЧУЛАРЫН ПСИХОЛОЪИ КЕЙФИЙЙЯТЛЯРИНИН
ФОРМАЛАШМАСЫ
Açar sözlər: İdman, boksçu, psixoloji hazırlıq, mübarizə, əsaslı, qələbə, rəqib, proses, inad,
əzimkarlıq
Key words: sport, boxer, psychological preparation, fighting, substantially, victory, rival,
process, persistence, decisiveness
Ключевые слова: Спорт, боксер, психологическая подготовка, борьба,
основательно, победа, соперник, процесс, упорство, настойчивость
Бцтцн идман нювляри иля йанашы, бокс идман нювц эярэин мцбаризя характери
дашыйан тякмцбаризлик идман нювцдцр. Диэяр идман нювляриня нисбятян идманчынын
гялябя психолоэийасынын инкишафы даща чох бу идман нювцндя нязяря чарпыр.
Бцтцн истисналара ряьмян боксчу даща чох баша вя эювдяйя вурулан зярбяляри
гябул едир. Тябии ки, беля олан щалда боксчу даща чох эярэинлик кечирир. «Тясяввцр едир
ки, сизи дайанмадан йумруг зярбясиня тутублар» бу заман ня едяжяйинизи дцшцнмяк
доьрудан да чох чятин просесдир. Бцтцн бу эюзлянилмядян рягиб идманчы тяряфиндян
бир анда эялян зярбяляр гаршысында таб эятирмяк вя бунунла йанашы щцжум етмяк,
зярбялярдян йайынмаг вя фикирляшяряк дюйцшцн тактикасыны гурмаг, доьрудан да
боксчу цчцн чятин бир просес вя йа мягамлардан биридир. Мяшгляр заманы психологлар
боксчунун гялябя психолоэийасыны инкишаф етдирмяк цчцн илк нювбядя, онларда
инадкарлыьы, язмкарлыьы, психолоъи дюзцмлцлцйц, юзцня инамы вя цмиди, щятта аилядя
вя мяшгдянкянар гайьылардан нежя йайынмаьы юйрятмялидирляр.
Йарышлар заманы илк нювбядя боксчулар рягибин газандыьы наилиййятляря жидди
фикир верирляр. Рягибин гялябя эюстярижиляри ня гядяр ашаьы олса, боксчу мцбаризяйя
бир о гядяр чох црякля гошулур. Яэяр рягиб яксиня юлкя Авропа вя йахуд дцнйа
чемпионудурса, боксчу онунла чох ещтийатла мцбаризя апарыр, щятта дейярдим ки, ондан
мцяййян гядяр чякинир. Чох щалларда юз гялябясини онун йцксяк наилиййятляриня гурбан
верирляр. Йарышлар заманы беля щиссляр йаранмасын дейя боксчу йайгабаьы юзцня
инамы, язмкарлыьы юз-юзцндя тярбийя етмяли вя инадкарлыгла щазырлашмалыдыр. Щятта
тядгигатлар эюстярир ки, идманчы юз команда йолдашларына, мяшгчисиня, достларына вя
аилясиня сюз вердийи щалда юзцндя даща чох мясулиййят щисс едир вя йарышда
гаршылашдыьы чятинлийя ряьмян язмля мцбаризя апарыры вя галиб эялир.
Бязи щалларда рягиб идманчынын зяиф олдуьуну боксчу билир вя о яминдир ки,
рягиби ондан гат-гат зяифдир. Буна эюря дя боксчу йарыша чох мясулиййятсиз йанашыр, бу
да идманчынын мцбаризядян йайынмасына сябяб олур. Беля олан щалда рягиби она галиб
эялир. Щятта рефери онун ялини галдыранда боксчу бунунла разылашмыр. Бу адятян
боксчунун юз мяшг йолдашы иля йарыш заманы гаршылашдыьы щалларда баш верир.
Рягиб онун тяфяккцрцндя даима рягиб идманчы кими формалашмышдыр. Мяшгялярдя щяр
170
заман она бюйцк цстцнлцкля галиб эялян боксчуда бу психолоъи просес тябии щалдыр. (бу
жцр щадися иля мян дя гаршылашмышам). Лакин унутмаг лазым дейил ки, рягиб дя даима
мяшг едир, юз цзяриндя чалышыр. Щяддян артыг юзцня инамда да бязян бу щаллара
эятириб чыхарыр. Она эюря дя боксчу кесмиш йарышлар заманы бир нечя дяфя галиб
эялдийи рягибиня тялим мяшг топланышларында юз чякисиндя зяиф олдуьу мяшг
йолдашлары иля йарыш заманы гаршылашдыьы заман щеч дя ону тящлцкясиз рягиб кими
эюрмямяси мяслящят эюрцлмцр. Рягиб щяр заман рягибдир.
Йарыш щяр заманы горху щиссинин ня дяряжядя ящямиййяти олдуьуну цзя
чыхарыр. Щяддян артыг горху щисси боксчуда гялябя щиссини эюзлянилмядян щям артыра
биляр, щям дя азалда биляр. Яксяр щаллларда юз рягибини нокаутла мяьлуб едян боксчу
иля растлашан рягиб идманчыда, гялябя психолоэийасы цзяриндя идман психологу
йахындан иштирак етмялидир. Чцнки о яксяр щалда юз мяьлубиййятиля чохдан барышмыш
олур. Бу боксчунун юз рягибиндян щяддян артыг горхмасындан иряли эялир она галыб
эялмяйи ялчатмаз кими артыг юзцндя формалашдырыр. Горху щиссинин мцсбят тяряфи ися
ондан ибарятдир ки, боксчу рягибиня гаршы жидди йанашыр онун зяиф тяряфлярини
арашдырыр, она галиб эялмяйин йолларыны вя истигамятлярини ахтарыр. Бу идманчыда
мясулиййят щиссини артырыр, йарыш баша сатдыгдан сонра идманчы рягибин щеч дя
горхулу олмадыьына инанын, бу да боксчуда юзня йцксяк инамы артырыр.
Боксчунун гялябя газанмасында ики идеолоэийа мювжуддур: бири Вятян наминя
байраьын йцксялдилмяси, юлкяйя гайыданда цзц аь, алны ачыг гаршыланмасыны юзцня
борж биляряк мцбаризядя язмкарлыг эюстярир. Бу просес тябии ки, илк нювбядя
идманчыларда мяшгляр заманы кичик йашларындан вятянпярвярлик щиссляринин тярбийя
едилмясиня дя юням вермясини тяляб едир. Чцнки идманчы билмялидир ки, щяр заман о
Вятян гаршысында боржлудур.
Икинжи идеолоэийа ися мадди марагдыр-бу ися щяр бир инсанда демяк олар ки,
тябии бир просесдир. Яэяр идманчы йарашлырда галиб эялянлярин дювлят тяряфиндян нежя
гайьы эюстярилдийини щисс едирся бу да онларан мяшгляря мараьыны вя йарышда сона
гядяр мцбаризя апармасына зямин йарадыр.
Идманчынын даима гялябя газанмасы, щяр заман биринжиляр сырасында олмасы, чох
чятин вя шяряфли ишдир. Чцнки сяни щяр кяс таныйыр, щяр заман эцжлцлярля мцбаризя
апарырсан вя щеч вахт ади мцбаризя иля растлашмырсан. Ютян илдя газандыьын зирвяни
горуйуб сахламаг цчцн мяшглярдя даима сяйля чалышмалысан вя сцбут етмялисян ки, сян
тясадцфян бу зирвяйя эялиб чыхмамысанвя буна щягигятян лайигсян. Аьыр мяшглярдян
сонра йарышда газанылан уьурлар, чякдийин бцтцн язиййятлярини сяня унутдурур.
Бцтцн инсанларда эенетик олараг биринжи олмаг щисси мювжуддур, буна эюря дя
елми техники тярягги мящз инсанлар арасында олан рягабятин нятижясиндя инкишаф едир.
Бокс идман нювцнцн олимпийа ойунларына дахил едилмяси диэяр идман нювляриня
нисбятян инсанлар арасында даща чох эярэин рягабятя маликдир. Она эюря дя боксда
гялябя газанмаг даща чятин вя шяряфли ишдир. Боксчунун бурада гялябя газанмасында
цмуми физики щазырлагла йанашы даща чох психолоъи щазырлыьын цзяриндя
мцтяхяссисляр ишлямялидирляр. Чцнки бу мигйаслы йарышларда, хцсусиля олимпийа
ойунларында бцтцн идманчылар ейни гцввяйя маликдирляр. Йалныз бурада галиб эялмяк
боксчунун психолоъи щазырлыьынын щансы сявиййядя олмасындан иряли эялир.
Психолоъи щазырлыьы йцксяк олан идманчы ян бюйцк уьура имза ата билир.
Щяр кясин йахшы таныдыьы дцйашющрятли боксчу Мящяммядялиинин «яфсаняви
боксчу» ады газанмасы онун цмуми вя хцсуси физики щазырлыьы иля йанашы даща чох
психолоъи щазырлыьынын йцксяк олмасы иля фярглянирди. О даима рягибляриня
психолоъи тясир етмяйи чох пешякарлыгла бажарыб онлары юз истядийи кими йарыш
тактикасыны гурмаьы диктя едирди. Рягибляри ися юзц дя билмядян Мящяммядялинин
гурдуьу торун гурбаны олурду. Ясасян о рягиблярини гыжыгландырмаьы цстцн тутурду,
171
ясяби рягиб тябии ки, юзцня нязаряти итирирди, щятта дюйцшцн эедишиндя дя
Мящяммядяли ян эцжлц рягибинин гулаьына пычылдайараг «эцжцн будур, бажарыьын еля
будур» она тясир едирди. Бу да рягиби даима эярэинликдя сахлайырды вя рягиб сонунда
йорулараг она тяслим олурду. Йарышдан сонра ися о бюйцк лцтфкарлыгла рягибля эюрцшцб
айрылырды.
Дямир Майкл лягябийля танынан эюркямли боксчу Майк Тайсон ися рягибляриня
горху щисси иля галиб эялирди. О рингдя дюйцш башламаздан яввял щаким онлары мяркязя
чаьырыб гайдалары бир даща тякрарлайан заман рягибин эюзляриня кяскин бахышда
бахараг дейирди: артыг о мянимдир (буну о юз мцсащибясиндя дейиб).
Тайсонун рягибляри ися мцсащибяляр заманы ися онлар Майкын эюзляриндя щяддян
артыг дящшят эюрцрдцляр (чцнки онун бахышлары жящяннями хатырладырды).
Бу идманчыларын психолоъи эярэинлик вязиййятиндя олдуьуну эюстярян яйани бир
сцбутдур.
Təbii ki idmançının stress vəziyyətində özünü idarə etməsi heç də asan deyildir. Onlar bu
psixoloji gərginlikdə döyüşlərini qurması mübarizənin taktikasını dəyişdirməsi heç də mümkün
deyil. Lakin tam psixoloji hazırlıqlı boksçu hətta nokaut və ya noqdaun zərbəsi aldıqdan sonrada
rəqiblərinə qalib gəlir. Belə hallar həmin idmançıları heç də sarsıtmır və yaxud boksçu böyük
hesabla öz rəqibinə uduzduğu halda o, özündə qüvvə taparaq rəqibini güclü nokaut zərbəsi ilə
məğlub edir. Bu həmin idmançının psixoloji hazırlığının heç də zəif olmadığının əyani sübutudur.
Bəzən boksçularla yanaşı məşqçilərdə idmançının yarışda qalib gəlməsinə maneə olurlar.
Səbəb onların da psixoloji hazırlığa ehtiyaclarının olmasından irəli gəlir. Bəzən məşqçi öz
yetirməsinin yarış zamanı mübarizə aparmasına imkan vermir, qışqırır, kənardan müdaxilə edir, səs-
küy yaradır, bu da hakim tərəfindən idmançıya xəbərdarlıq olması ilə nəticələnir. Bu zaman
boksçularının öz taktikasını qurması ləngiyir, bir növ fikirlərini cəmləyə bilmirlər. Bu da onların
uduzmasına səbəb olur.
Bəzən idmançıların texniki-taktiki hazırlığını inkişaf etdirmək üçün başqa ölkələrdən
məşqçilər dəvət olunurlar. Onların milli mənsubiyyətləri öz ölkəsinə mənsub olsa da burada təlim-
məşq toplantılarını keçirirlər. Lakin psixoloji hazırlığın inkişafında heç də digər ölkələrdən dəvət
olunmuş psixoloqlar məsləhət görülmür.
Çünki onların milli mənəvi dəyərləri, yaşayış mühitləri bizim cəmiyyətdən fərqlidir.Hər bir ölkə
vətəndaşlarının öz yaşam mühiti, milli dəyərləri, əxlaq formaları mövcuddur. Bu tip psixoloqlar
milli mühitdə yaşamadıqları üçün onların bizim idmançılara verdiyi psixoloji təlim tərbiyə heç də
effektli görülmür.
Tədqiqatlar sübut edir ki, ən yüksək nəaliyyət qazanmış idmançıların əksəriyyəti məktəbdə
əla qiymətlərlə oxumuş yüksək ailə tərbiyəsi almış idmançılardır. Çünki məktəbdə əla oxuyan
şagird birinci olmağa çalışır. Bu da idmanda vacib xüsusiyyətlərdən biridir. Onların məşq
xronologiyasına nəzər salanda məlum olur ki, bu tip idmançılar daima məşqlərə məsuliyyətli
yanaşan məşqçi tərəfindən verilən tapşırıqlara səylə çalışan idmançılardır. Ona görə də onların
verdiyi nəticə yüksək olur. Ailədə aldığı düzgün tərbiyə onların uğurlarını bir az da sürətləndirir.
Məşqlərin səmərəliliyinin artırılmasında məşqçilər musiqidən də istifadə edə bilərlər.
Musiqini mənəvi qida, ruhun qidası da adlandırırlar. Bildiyimiz kimi musiqi insanı sakitləşdirir,
düşündürür, kövrəldir, qorxudur, hətta mübarizlik hisslərini artırır. Keçmiş zamanlarda da
müharibələr zamanı döyüş əhval-ruhiyyəsini artırmaq üçün böyük sərkərdələr müxtəlif musiqi
səslərindən də istifadə edirdilər. Əgər fikir vermisizsə himnimiz səslənəndə hər birimizin qəlbi
fərəh, məğrurluq hissi ilə dolur. Mübarizə əhval-ruhiyyəsi yaradan musiqi nömrələrindən məşqlər
zamanı istifadə edilməsi həm məşqçilərdə həm də boksçularda yüksək əhval-ruhiyyə yaradır. Biz
bilirik ki, idmanda cəhd və surət tələb edən ritmik hərəkətlər mövcud olmalıdır. Bu ritmik və cəldlik
idmançının hərəkətini musiqinin sədaları altında tez bir zamanda düzgün ardıcıllığa gətirib
çıxarır.Boksçu öz psixoloji halını idarə etmək üçün müntəzəm surətdə məşq etməlidir və bu
məşqlərin düzgünlüyünə nəzarət etmək mütləqdir. İdmançının psixi tənzimlənməsi gündə üç dəfə
172
məşğul olmaq şərti ilə 4-5 ay məşğul olmaq lazımdır. Bəzən idmançı bu məşqlər nəticəsində
istədiyini əldə etmədikdə problemin əsas səbəbini unudaraq psixi tənzimlənmə məşqlərini
əhəmiyyətsiz bilib dayandırırlar. Əsasən boksçular psixi tənzimlənmənin növlərindən biri olan
“relaksasiya”dan istifadə edirlər.
Relaksasiya psixi sakitliyə əzələ boşalması halını sürətləndirir ki, bu da idmançının öz-
özünü təlqin etməsinə yəni inandırmasına çox böyük kömək edir. Hippozdan bu metodun fərqi
ondadır ki, bir insan sənə öz fikrini qəbul etdirməyə çalışmır yəni sən gördüyünə yox özünə daha
çox inanırsan.İkincisi isə bu məşqdə peşəkar psixoloqa ehtiyac da görülmür və heç bir əlavə
maliyyə xərcləri də tələb olunmur. Relaksasiya metodundan harda və nə vaxt istəsən məşğul olmağa
imkan olur.
Autogen məşq-boksçunun yarışda qələbə qazanmasında böyük rol oynayan psixi tərbiyədir.
Bu metod iyirminci əsrin əvvəllərində alman həkimi İqaan Şuls tərəfindən işlənib hazırlanmışdır.
Autogen məşq orqanizmdə olan gərginliyi aradan qaldırmaq üçün ondan azad olmaq üçün çox
böyük vasitədir. Psixi gərginlik daha çox start qabağı boksçunun həddən artıq həyəcan hissinin
toplaşması nəticəsində meydana gəlir ki, bu da idmançını sərbəst düşünməyə, özünü toplayaraq
döyüşünü aparmasına ciddi maneə olur.
Autogen məşqi etmək üçün boksçu özündə bir neçə hissiyat yaratmağı bacarmalıdır. Bunlara
ağrı hissi (qollarda və ayaqlarda), istilik hissi qollar və ayaqlarda yaxşı yeməkdən sonra əmələ gələn
və bədəndə hiss edilən boşalma, qarın nahiyəsində xoşagələn bir istilik, alında isə xoşagələn sərinlik
yaratmaq, ürəyin döyüntüsünü saymaq və sakitliyi tənzim etmək. İnsanda bu hissiyyatları özündə
hiss etdirməyi bacarmaqdan ötrü gündə üç dəfə məşq etməlidir. İlk dəfə məşqə başlayanda boksçu
daha çox hansı əlini işlədirsə ondan başlaması daha yaxşı olardı. Bunun üçün rahat bir yerdə
uzanmaq və ya oturmaq lazımdır. Bu məşqdə bir əldə ağırlıq hissini yaratmaq üçün diqqətini 65-85
saniyə ərzində həmin fikrin üstünə toplayırsan. Hissləri gözüyumulu vəziyyətdə keçirməlisən və
ürəyində təkrarlamalısan (mənim sol əlim ağrıyır, mən tam sakitəm). Sonra “bir” deməklə əlin
vəziyyətini dəyişir “iki” deməklə dərindən nəfəs alır “üç” deməklə gözünü açırsan. Bir dəqiqədən
sonra bütün proses təkrarlanır. Boksçu artıq bu hissiyatın bədənində hiss etməyi vərdiş halına salır.
Buna baxmayaraq dörd aydan tez olmayaraq bu elementlər ayrı ayrılıqda hər ay bir ətrafın (sağ-sol
əllər və ayaqlar, məşqi davam etdirilməlidir. Bu məşqlər öyrənildikdən sonra 90 saniyə ərzində
ətrafların hissi birlikdə təkrarlanmalıdır. “Mənim əllərim və ayaqlarım ağrıyır və istidir, ürəyim
sakit və ritmik vurur, qarın nahiyəsində xoşagələn bir istilik, alın nahiyəmdə isə sərin bir şeh
soyuqluğu duyuram”.
Boksçuya lazımdır ki, yarış zamanı bir psixi gərginliyini azaldıb mübarizəyə
başlasın.Mübarizə zamanı bədənində öz psixi və əzələ gərginliyini azalda bilməsi bacarığı əsas
problemlərdən biridir.
Bu problemi boksçu ayaq üstə nə vaxt azlığı şəraitində də keçirməsi mümkündür. Bu cür
bacarığa malik boksçular başqalarından daha üstün olurlar. Onlar tez bir zamanda özlərini həm
əsəbi vəziyyətdən həm də qorxu hissindən azad edə bilirlər. Diqqəti əsas məsələyə cəmləşdirsən
səndə bu metod tam normal səviyyədə alınacaq.
Dostları ilə paylaş: |