VI fəsil. Regional və beynəlxalq əməkdaşlığın vəziyyəti
6.1. Beynəlxalq əlaqələrin ümumi vəziyyəti
Son illərdə beynəlxalq və regional təşkilatlar (FAO, ECP/GR, IPGRI, ICARDA, USDA,
CĐMMYT, BGE üzrə Beynəlxalq Trast–Fond, Beynəlxalq Tərəvəz Tədqiqatları və Đnkişafı Mərkəzi
və s.), ABŞ, Rusiya, Yaponiya, Đtaliya, Cənubi Koreya, Avstraliya, Böyük Britaniya, Almaniya,
Türkiyə, Hindistan, Fransa, Meksika, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin və başqa ölkələrin
elm mərkəzləri və genbankları, botanika bağları ilə sıx əməkdaşlıq əlaqələri qurulmuş, müqavilələr
imzalanmış və birgə fəaliyyətlər həyata keçirilir.
6.2 Beynəlxalq şəbəkələr
Azərbaycan Beynəlxalq və Regional Şəbəkələrin işində fəal surətdə iştirak edir. Azərbaycanın
Bitki Genetik Ehtiyatları Şəbəkəsi 2004-cü ildən ECP/GR (European Cooperative Programme on
Crop Genetic Resources Networks) Əməkdaşlıq Proqramının üzvüdür və onun bitki qrupları üzrə
koordinasiya şəbəkələrinin işçi qruplarında (arpa – N.Gəraybəyova, buğda – S.Məmmədova, yem
bitkiləri – Z.Əkpərov, Malus/Pyrus qrupu – Ş.Məmmədov, Vitis – M.Musayev, dənli paxlalı –
S.Babayeva, Beta – Z.Əkpərov, soğan – Ə.Babayev, Cucurbits – Ş.Əliyev, Brassica – R.Đsmayılov,
dərman və aromatik bitkilər – Ə.Đbrahimov, Solanaceae – Ə.Babayev), Xüsusi Məqsədli Qruplarında
(Yabanı Növlərin Mühafizəsi üzrə - Z.Əkpərov və On-farm Đdarəetmə üzrə - N.Nəbiyeva),
Sənədləşdirmə və Đnformasiya Şəbəkəsində (A.Məmmədov) təmsil edilmişdir.
Azərbaycan WIEWS (Global Network of the World Information and Early Warning System
on Plant Genetic Resources) sistemi ilə də əməkdaşlıq edir. Respublikanın 16 təşkilatı bu sistemdə
qeydiyyata alınmışdır və müvafiq koda malikdir.
Azərbaycanın Bitki Genetik Ehtiyatları Şəbəkəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionu
üzrə Regional Şəbəkənin də tam hüquqlu üzvüdür və həmin şəbəkənin əksər layihələrində, məsələn,
son 2 ildə həyata keçirilmiş “Regionda genbankların dəstəklənməsi, “Regional şəbəkənin
yaradılması” və “Ex-situ kolleksiyaların inventarizasiyasının başa çatdırılması” layihələrində fəal
iştirak etmişdir.
Milli, regional və beynəlxalq şəbəkələr texnologiyanın ötürülməsində, rüşeym plazmasının
dublikatlaşdırılmasında, informasiya və rüşeym plazması ilə mübadilədə, tərəfdaşların fəallığının
artırılmasında, texniki ekspertiza ilə mübadilədə, Milli Proqram üçün tədqiqatçıların təlimində,
qabaqcıl elmi nəticələrə müraciət imkanlarının genişləndirilməsində, rüşeym plazmasının ümumi
səciyyələndirilməsi və qiymətləndirilməsində, ƏKTBGE üzrə məlumatlandırılmanın artırılmasında
52
Milli Proqrama əhəmiyyətli dərəcədə yardım göstərir və fəaliyyətlərin təkrarlanmasının qarşısını alır.
Şə
bəkələrin inkişafında əsas məhdudiyyət maliyyə ehtiyatlarının kifayət qədər olmamasıdır.
6.3 Beynə lxalq Proqramlar və saziş lə r
Azərbaycan ƏKTBGE və ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq miqyaslı proqram və
sazişlərin iştirakçısıdır. Belə proqramlardan biri yuxarıda qeyd edildiyi kimi BGE üzrə Avropa
Ə
məkdaşlıq Proqramıdır (ECP/GR). Bu proqram çərçivəsində Milli Proqramın mütəxəssisləri
beynəlxalq tədbirlərdə iştirak edir, əməkdaşlıq əlaqələrini inkişaf etdirirlər.
Azərbaycan Biomüxtəlifliyə dair Konvensiya (Rio-de Janeyro, 1992), Bitkilərin Yeni
Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Konvensiya (UPOV, Cenevrə, 2002), Biotəhlükəsizliyə dair
Kartahen protokolu və s. kimi beynəlxalq saziş və konvensiyaların üzvüdür, “Bitki rüşeym
plazmasının toplanması və ötürülməsi işi üçün Beynəlxalq Kodeks” (FAO, Đtaliya, 1993), Bitki
Genetik Ehtiyatları (BGE) üzrə Qlobal Fəaliyyət Planı (Leypsik, 1996) və s. beynəlxalq əhəmiyyətli
sənədlərə qoşulmuşdur. Trast Fondla Azərbaycan arasında Müvəqqəti saziş imzalanmış (Azərbaycan
tərəfinin öhdəliyini Milli Elmlər Akademiyasının Prezidenti imzalamışdır) və bunun əsasında
regional layihə üzrə Mill Genbanka texniki yardım göstərilmişdir. IPGRI (Beynəlxalq Bitki Genetik
Ehtiyatları Đnstitutu, Roma) ilə Azərbaycan arasında BGE üzrə Məlumat Bazasının və EURĐSCO
axtarış kataloqunun inkişafı ilə bağlı Anlaşma Memorandumu (memorandumu Azərbaycan tərəfindən
Genetik Ehtiyatlar üzrə Milli Əlaqələndirici imzalamışdır) bağlanmış və fəaliyyətlər davam edir.
Azərbaycanın BGE üzrə Beynəlxalq Müqaviləyə qoşulması ilə bağlı Milli Əlaqələndirici
tərəfindən hökumət qarşısında məsələ qaldırılmışdır. Müqavilənin imzalanması ilə bağlı prinsipial
razılıq əldə edilmişdir.
53
VII fə sil. Ə KTBGE-də n istifadə icazə si, onların istifadə sində n ə ldə edilə n gə lirin bölüş dürmə si
və hə mçinin fermerlə rin hüquqları
7.1 Bitki genetik ehtiyatlarına müraciə t
BGE-yə müraciətin asanlaşdırılması və yaxşılaşdırılması ilə bağlı betnəlxalq miqyasda qəbul
edilmiş prinsiplər Azərbaycan Respublikasında da rəsmən tanınır. 2000-ci ildə Milli Məclis
tərəfindən BMT-nin «Bioloji müxtəliflik haqqında» Konvensiyasına qoşulmaq haqqında Azərbaycan
Respublikasının qanunu qəbul edildikdən sonra bu sahədə müsbət irəliləyişin baş verdiyini söyləmək
olar. 2005-ci ildə Milli Elmlər Akademiyasının Prezidenti tərəfindən imzalanmış Bitki Müxtəlifliyi
üzrə Qlobal Etimad Fondu qarşısında Genetik Ehtiyatlar Đnstitutunun Rəsmi Təəhhüdu də bu
institutda yaradılan Milli Genbanka ayrılmış vəsaitin istiqamətli xərclənməsindən əlavə, həm də
burada toplanmış nümunələrə azad müraciət imkanlarına aiddir. Son 2 ildə Avstraliya, Yeni
Zelandiya, ABŞ, Kanada, Cənubi Afrika, Rusiya və b. ölkələrin elm mərkəzlərinin və alimlərinin
elmi məqsədlərə istifadə edilmək üçün müxtəlif bitkilərin toxumlarını əldə etmək istəyi müsbət həll
edilmiş və bu zaman toxum mübadiləsi haqqında süzişlərə istinad edilmişdir. Toxumlar müvafiq
ölkələrə Dövlət Fitosanitar Xidmətinin sertifikatları ilə göndərilmişdir. Eyni zamanda Azərbaycanda
seleksiya və bitki tədqiqatları üçün lazım gələn nümunələrin əldə edilməsi məqsədilə beynəlxalq
təşkilatlara və xarici ölkələrin genbanklarına müraciətlər edilmişdir. Đlk növbədə Azərbaycan mənşəli
nümunələrin əldə edilməsi prioritet sayılmışdır və USDA, VĐR, ĐCARDA, CĐMMYT, Niderland və
Çexiyanın genbankları ilə bu barədə razılıq əldə edilmişdir. ETƏĐ, “Araz” EĐB və digər təşkilatlar
Đ
CARDA və CĐMMYT-dən, ETTĐ Beynəlxalq Tərəvəz Tədqiqatları və Đnkişafı Mərkəzindən birgə
tədqiqatlar üçün bitki nümunələri alırlar.
BGE üzrə Beynəlxalq Müqavilənin yaxın zamanlarda imzalanacağı da gözlənilir ki, bu da
BGE ehtiyatlarına müraciət və elmi məqsədlərlə bu ehtiyatlardan azad istifadə sahəsində yeni
imkanlar yaradacaqdır.
7.2 Bitki genetik ehtiyatlarının istifadəsindən gələn gəlirlərin bölüşdürülməsi
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının
Qanunu”nda (2000) in-situ mühafizə edilən BGE-dən istifadə nəticəsində əldə edilən gəlirlərin
bölüşdürülməsi ilə bağlı müddəalar vardır. Ancaq bu müddəalar bölüşdürmə mexanizmlərini kifayət
qədər dəqiq əks etdirmir. Gəlirlərin bölüşdürülməsi məsələləri ayrı-ayrı sahələr üzrə hüquqi-normativ
aktlar vasitəsi ilə nizamlanır. Məsələn, Seleksiya Nailiyyətləri Haqqında Azərbaycan Respublikasının
54
Qanununda (1996) və “Yeni bitki sortlarının mühafızəsi haqqında Beynəlxalq Konvensiya”ya
(UPOV) qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununda (2003) yeni sortların
tətbiqindən gələn gəlirlərin bölüşdürülməsi ilə bağlı müddəalar vardır. Lakin burada da mexanizmlər
işləmədiyindən seleksiyaçılar və onların mənsub olduqları təşkilatlar yaratdıqları sortların tətbiqindən
gəlir əldə edə bilmirlər. Məsələn, taxıl bitkiləri üzrə ölkədə əkin sahələrinin 50%-dən çoxunda ET
Ə
kinçilik Đnstitutunun əməkdaşları tərəfindən yaradılmış sortlar əkilərək becərilsə də, nə bu
ə
məkdaşlara, nə də instituta bu sortlardan əldə edilən gəlirdən pay ayrılmır. Bu fikri çoxsaylı
rayonlaşmış sortları olan ET Tərəvəzçilik Đnstitutuna da aid etmək olar. Bu səbəbdən yeni sortların
yaradılması zamanı istifadə edilən genetik ehtiyatların sahibləri də əldə edilən gəlirlərdən yararlana
bilmirlər.
“Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi
barədə” 2005-ci ildə qəbul edilmiş AR Qanununun müvafiq bəndinin icrasını təmin etməklə bağlı
Nazirlər Kabinetinin 2006-cı ilin fevralında qəbul etdiyi “Sort müəllifinə və patent sahibinə toxumdan
istifadəyə görə haqqın ödənilməsi Qaydası haqqında” qərar müsbət qarşılansa da, bunun real olaraq
həyata keçirilməsi üçün mexanizm yoxdur. Stimullaşdırmanın olmaması isə tədqiqatların
səmərəliliyinə öz təsirini göstərir.
7.3 Fermer hüquqlarının həyata keçirilməsi
Kəndli sahibkarların fəaliyyəti “Ailə (kəndli) təsərrüfatı haqqında” Azərbaycan
Respublikasının Qanunu (2005) və Mülki Məcəllə ilə qorunur və tənzimlənir. Dövlət sahibkarlıq
fəaliyyətini özünün vergi, pul, kredit, gömrük və hüquq sistemləri vasitəsilə tənzimləyir. Kənd
təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi, Sahibkarlığa Kömək
Milli Fondunun yaradılması müsbət qiymətləndirilməlidir. Azərbaycan Respublikasının qanunları ilə
torpaq mülkiyyətçilərinə geniş hüquqlar verilmişdir. Onlar özlərinin mülkiyyətində olan torpağı
qanunvericilikdə müəyyən olunmuş qaydada satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq
hüququna malikdirlər. Kəndli sahibkar torpaq vergisi istisna olmaqla bütün vergilərdən, bir sıra
istehsal vasitələrinin və toxumların gömrük rüsumlarından azad edilmiş, yanacağın və suyun satışında
onlara güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Fermerlərə öz məhsullarını satmaq üçün hərtərəfli
imkanlar yaradılır.
Bu və ya digər səviyyədə hüquqlarının pozulmasına görə onlar təsərrüfatlarının yerləşdiyi
rayonların məhkəmələrinə müraciət edə bilirlər.
Fermerlərin hüquqlarının təmin olunmasında əsas çatışmazlıqların səbəbi torpaq islahatının
keçirilməsi zamanı baş vermiş qüsurlar, bəzi yerli icra strukturlarının laqeyd münasibəti və korrupsiya
55
hallarının mövcud olmasıdır. Bir sıra hallarda qanunlarda olan boşluqlar da burada müəyyən rol
oynayır. Fermerlərin meşə ehtiyatlarından, ümumi otlaqlardan, su ehtiyatlarından və s. istifadəsi ilə
bağlı problemlər vardır.
Bütün bu problemlər mövcud qanunlara ciddi əməl edilməsi və qanunvericiliyin
təkmilləşdirilməsi, inhisarçılığa və korrupsiya hallarına qarşı mübarizə aparılması yolu ilə həll edilə
bilər.
56
VIII fə sil. BGE-nin ə rzaq tə hlükə sizliyi və davamlı inkiş afın tə min olunmasının idarə
olunmasında rolu.
Hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri ölkənin milli təhlükəsizliyi
məsələsidir. Ərzaq təhlükəsizliyinin təminatı kifayət qədər geniş və çoxtərəfli problemləri əhatə edən
milli təhlükəsizlik sisteminin mühüm tərkib hissəsidır. “Ərzaq təhlükəsizliyi” dedikdə müəyyən
edilmiş keyfiyyət standartları çərçivəsində əhalinin əsas qida məhsullarına olan tələbatının fasiləsiz,
uzunmüddətli və dayanaqlı şəkildə ödənilməsini təmin edən tədbirlər kompleksi nəzərdə tutulur.
Ə
rzaq təhlükəsizliyinə nail olunması üçün dövlət tərəfindən seleksiya proqramları maliyyələşdirilir,
qabaqcıl üsul və texnologiyalardan istifadə etməklə bitkilərin yaxşılaşdırılması üzrə rəsmi
strategiyalar da mövcuddur. Yoxsulluğun aradan qaldırılması və regionların inkişafı üzrə dövlət
proqramlarını misal göstərmək olar.
Đ
nstitutların mövzu planları şəklində dövlət sifarişləri və bu sifarişlər üzrə icra edilmiş
layihələr də ərzaq təhlükəsizliyi istiqamətində strateji planlaşdırmaya aid edilə bilər.
Azərbaycanda ərzaq təhlükəsizliyinin vəziyyəti ildən-ilə yaxşılaşırsa da hələ də xaricdən taxıl
alınmasını dayandırmaq mümkün olmur. Qazaxıstan (idxalın 50 %-i, Ukrayna və Rusiyadan taxıl
idxal olunur. Azərbaycanın taxıl məhsullarına ehtiyacını tamamilə ödəyə bilməsi üçün bütün tədbirlər
görülür. Bu gün Azərbaycan meyvə bitkilərinin və üzümün ixracatçısıdır.
Ə
KTBGE-nin dövlətin iqtisadi inkişafına və yoxsulluğun azaldılmasına verdiyi töhfələr
çoxşaxəlidir. Azərbaycanda son illərdə aqrar sahədə 170 min iş yeri açılmışdır ki, bunun da mühüm
bir hissəsi birbaşa və ya dolayısı yolla ƏKTBGE-dən istifadə ilə bağlıdır. Ölkədə ərzaq çatışmazlığı
(əsasən qaçqınlarla bağlıdır) son 10 ildə 37 faizdən 21 faizə düşmüşdür. Beynəlxalq Ərzaq
Müfəttişliyinin 2006-cı il üzrə hesabatinda qeyd edilir ki, Azərbaycanda əhalinin 29 faizi yoxsulluq
həddində yaşayır. Bu rəqəm ölkədə əvvəlki illərlə və digər qonşu ölkələrlə müqayisədə əhəmiyyətli
dərəcədə (bəzən 2-3 dəfə) azdır və daim azalmaqdadır. Bu faktı Romada Azərbaycan Prezidenti
Cənab Đlham Əliyevi qəbul edərkən FAO-nun Baş Katibi Cənab Jak Dyuf da xüsusi vurğulamışdır.
Cənab Jak Dyuf FAO-nun BGE, ərzaq təhlukəsizliyi və yoxsulluğun azaldılması sahəsində həyata
keçirdiyi layihələrdə Azərbaycanın iştirakını xüsusi qiymətləndirmişdir.
Azərbaycan hökumətinin tutduğu siyasi xəttin həyata keçirilməsi ƏKTBGE-nin geniş
miqyaslı tədqiqatlara cəlb edilməsi, toplanması, in-situ və ex-situ şəraitində mühafizəsi, ərzaq, geyim,
təsərrüfat və seleksiya–bitki yaxşılaşdırması məqsədlərilə səmərəli istifadəsi ölkədə təmin edilmiş
sosial-siyasi sabitlik şəraitində getdikcə daha da genişlənəcək və nəhayətdə yoxsulluğun tam şəkildə
aradan qalxmasına və xalqın rifahına oz layiqli töhfəsini verəcək.
57
Ə
sas qısaltmalar:
Xarici təşkilatlar:
Qısa adı
Tam adı
ATƏT
Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı
BMT
Birləşmiş Millətlər Təşkilatı
CGĐAR
Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məşvərət Qrupu
ECP/GR
BGE üzrə Avropa Əməkdaşlıq Proqramı
Đ
CARDA
Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi
CIMMYT Buğda və Qarğıdalının yYaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz
Đ
PGRĐ
Beynəlxalq Bitki Gebetik Ehtiyatları Đnstitutu
FAO
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
QFP
Qlobal Fəaliyyət Planı
USDA
ABŞ Dövlət Departamentinin Kənd Təsərrüfatı Đdarəsi
VĐR
Ümum-Rusiya Bitkiçilik Đnstitutu
VDU
Vaşinqton Dövlət Universiteti
Ölkə təşkilatları:
Qısa adı
Tam adı
AEM
KTN Aqrar Elm Mərkəzi
AMEA
Azərbaycan Milli Elmlər Akademiyası
BĐ
AMEA Botanika Đnstitutu
KTN
Kənd Təsərrüfatı Nazirliyi
GEĐ
AMEA Genetik Ehtiyatlar Đnstitutu
ETÜŞĐ
ET Üzümçülük və Şərabçılıq Đnstitutu
MNB
AMEA Mərkəzi Nəbatat Bağı
“ARAZ” EĐB “ARAZ” Elm-Istehsalat Birliyi
ETBSBĐ
ET Bağçılıq və Subtropik Bitkilər Đnstitut
ETĐĐ
ET Ipəkçilik Institutu
ETTĐ
ET Tərəvəzçilik Đnstitutu
NBĐ
AMEA Naxçıvan Bölməsi Bioresurslar Đnstitutu
ETƏĐ
ET Əkinçilik Đnstitutu
ETPĐ
ET Pambıqçılıq Đnstitutu
ETYÇOĐ
ET Yemçilik, Çəmənçilik və Otlaqlar Đnstitutu
AKTA
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası
SNSMDK
Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası
Digə r qısaltmalar:
Qısa adı
Tam adı
MMB
Azərbaycanın ex-situ genetik ehtiyatlarının Mərkəzi Məlumat Bazası
BGEĐS
Azərbaycanın Bitki Genetik Ehtiyatlarının Đnformasiya Sistemi
BGE
Bitki Genetik Ehtiyatları
Ə
KTBGE Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları
58
Đ
darə edici Komitə nin üzvlə ri
Ad, soyad
Vəzifə
1
Cə lal Ə liyev
AMEA-nın akademiki, AMEA Rəyasət Heyətinin üzvü,
Milli Məclisin (Parlament) deputatı, BGE üzrə Milli
Proqramın rəhbəri
2
Zeynal Əkpərov
AMEA Genetik Ehtiyatlar Đnstitutunun direktoru, Genetik
Ehtiyatlar üzrə Milli Koordinator
3
Musa Musayev
AMEA-nın akademiki, Biologiya Elmləri Bölməsinin
akademik-katibi, Zoologiya Đnstitutunun direktoru
4
Vahid Haciyev
AMEA-nın akademiki, Botanika Đnstitutunun direktoru
5
Ə
səd Musayev
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Baş
direktoru
6
Səlim Musayev
AMEA-nın müxbir üzvü, Botanika Đnstitutunun şöbə müdiri
7
Tariyel Talıbov
AMEA Naxçıvan Bölməsi Bioresurslar Đnstitutunun
Direktoru, Naxçıvan MR Ali Məclisinin (Parlament) deputatı
59
QFP-nin yerinə yetirilmə si üzrə MĐ MM-nin Maraqlı Tə rə flə ri:
1.
Genetik Ehtiyatlar Đ nstitutu
Tabeçiliyi: Azərbaycan Milli Elmlər Akademiyası
Ünvanı: Azadlıq prospekti 155, AZ1106, Bakı
Tel: (+994 12) 449 91 29
Fax: (+994 12) 449 92 21
E-mail:
akparov@yahoo.com
Web:
www.biodiversity.az
;
http://www.cac-biodiversity.org/aze/aze_instgen.htm
Fəaliyyət sahələri: Genbank (uzunmüddətli, ortamüddətli, qısamüddətli saxlanma kolleksiyası,
tarla genefondu); Tə dqiqat; Đ darə etmə
Prioritet bitkilər: Azərbaycan üçün prioritet olan bütün ƏKTBGE: Kənt təsərrüfatı bitkiləri,
onların yabanı ə cdadları, də rman, aramatik və yağ lı bitkilə r
Kolleksiyada nümunə sayı: 5706
2.
Botanika Đ nstitutu
Tabeçiliyi: Azərbaycan Milli Elmlər Akademiyası
Ünvanı: Batamdart küç. 40, AZ1073, Bakı
Tel: (+994 12) 497 59 45
Fax: (+994 12) 497 59 45
E-mail:
botanica@baku.ab.az
,
v.gadjiev@yahoo.com
Web:
http://www.science.az/en/botany/index.htm
Fəaliyyət sahələri: Floranın Tədqiqi; Herbari Fondu
Prioritet bitkilər: Yabanı flora, faydalı bitkilər
3.
Mə rkə zi Nə batat Bağ ı
Tabeçiliyi: Azərbaycan Milli Elmlər Akademiyası
Ünvanı: Batamdart küç. 40, AZ1073, Bakı
Tel: (+994 12) 438 11 72
Fax: (+994 12) 438 11 72
E-mail
:
cbg@lan.ab.az ; vahid.botany@bakililar.az
Web:
www.aznabatat.com
Fəaliyyət sahələri: Botanika bağı; Tədqiqat; Laboratoriya
Prioritet bitkilər: Azərbaycan üçün prioritet olan bütün BGE
Kolleksiyada nümunə sayı: 465
4.
Bioresurslar Đnstitutu
Tabeçiliyi: Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi
Ünvanı: Babək k. 10, Naxçıvan, AZ7000
Tel: (+994 99) 45 05 01
Fax: (+994 99) 446580
E-mail:
tariyel_talibov@box.az
,
ttalibov@yahoo.com
Fəaliyyət sahələri: Botanika bağı; Floranın tədqiqi, Genbank (qısamüddətli saxlanma
kolleksiyası);
Prioritet bitkilər: Buğda, arpa, noxud, lobya, mərci, meyvə bitkiləri, yabanı flora, faydalı bitkilər,
də rman bitkilə ri
Kolleksiyada nümunə sayı: 811
|