Azə rbaycanda Ə rzaq və
Kə nd Tə sə rrüfatı
Bitki Genetik
Ehtiyatlarının
(Ə KTBGE)
və ziyyə tinə dair
2-ci Ölkə
Hesabatı
2
Bakı - 2006
MÜNDƏRICAT
A. Giriş
1) Coğrafi məlumatlar
2) Dövlət və onun sosial-iqtisadi təsviri
3) Kənd təsərrüfatının ümumi təsviri
B. Əsas hissə
I fəsil.
Biomüxtə lifliyin və ziyyə ti
1.1 Bitki genetik ehtiyatlarının əsas dəyəri
1.2 Növdaxili və növlərarası müxtəliflik
1.2.1. Kənd təsərrüfatının əsasını təşkil edən bitki müxtəlifliyinin
vəziyyəti
1.2.2. Đkinci dərəcəli və ya az istifadə olunan bitki müxtəlifliyi
1.2.3. Kənd təsərrüfatı bitkilərinin yabanı əcdadları və ərzaq məqsədilə
istifadə olunan yabanı bitki müxtəlifliyi
1.3 Müasir seleksiya sortlarının müxtəlifliyi
1.4 Ənənəvi sortların müxtəlifliyi
1.5 Genetik zəiflik təhlükəsi
1.6 Bitki genetik müxtəlifliyinin vəziyyətinə təsir edən amillər
1.7 Gələcək üçün tələbat və prioritetlər
II fəsil.
Đn-situ mühafizə edilən ehtiyatların idarəolunma vəziyyəti
2.1 Đnventarlaşdırma, araşdırma və prioritetlərin müəyyən olunması
2.2 ƏKTBGE-nin on farm idarəolunması və yaxşılaşdırılması
2.3 Fəlakətlərdən sonra kənd təsərrüfatı sistemlərinin bərpası
2.4 Ərzaq məqsədilə istifadə olunan yabanı bitkilər və mədəni bitkilərin
yabanı əcdad və qohumları
2.5 Đn-situ idarəolunmanın yaxşılaşdırılması, prioritet və tələbatlar
III fə sil.
Ex-situ
mühafizə edilə n ehtiyatların idarə olunma və ziyyə ti
3.1 Ex-situ kolleksiyaların saxlanması və genişləndirilməsi
3.1.1. Əsas ex-situ kolleksiyalar
3.1.2. Milli Genbank
3.1.3. Tarla kolleksiyaları və botanika bağları
3.1.4. Ex-situ mühafizə edilən BGE-nin sənədləşdirmə sistemi
3.1.5. Ex-situ mühafizənin yaxşılaşdırılması və genişləndirilməsi:
tələbatlar və prioritetlər
3.1.6. Ex-situ kolleksiyalarda genetik eroziya problemləri
3.2 Planlı və məqsədyönlü toplama
3
3.2.1. Son 10 ildə toplanma fəaliyyəti
3.2.2. Kolleksiyalarda boşluqlar, onların tapılması yolları və
doldurulması tədbirləri
3.2.3. Planlı və məqsədyönlü toplama işinin gücləndirilməsi üzrə
tədqiqatlar, prioritet və ehtiyaclar
3.3 Ex-situ mühafizə üzrə tələbatların qiymətləndirilməsi
IV fə sil.
Ehtiyatlardan istifadə
4.1 Bitki Genetik Ehtiyatlarının bölüşdürülməsi
4.2 Bitki Genetik Ehtiyatlarının istifadəsi və istifadənin gücləndirilməsi
4.2.1. Đstifadənin yaxşılaşdırılması tədbirləri
4.2.2. Səciyyələndirmə və qiymətləndirmə
4.2.3. Genetik ehtiyatlardan seleksiyada istifadə
4.2.4. Əkinçilik sistemlərində genetik zəifliyin azaldılması
4.3 Toxumçuluq sistemi və satış bazarları
4.3.1. Toxum istehsalı və yayılması
4.3.2. Satış bazarları, ehtiyac və prioritetlər
4.4 Bitkilərin yaxşılaşdırılma proqramı və ərzaq təhlükəsizliyi
V fə sil.
Milli proqramların, tə limin və qanunvericiliyin və ziyyə ti
5.1 Milli Proqram
5.2 Şəbəkələr
5.3 Təhsil və təlim
5.4 Dövlət qanunvericiliyi
5.5 Đnformasiya sistemləri
5.6 Đctimai rəyin formalaşdırılması
VI fəsil.
Regional və beynə lxalq ə mə kdaş lığ ın və ziyyə ti
6.1 Beynəlxalq şəbəkələr
6.2 Beynəlxalq Proqramlar
6.3 Beynəlxalq sazişlər
VII fə sil.
Ə
KTBGE-dən istifadəyə icazə, onların istifadəsindən əldə
edilə n gə lirin bölüş dürmə si və hə mçinin fermerlə rin hüquqları
7.1 Bitki genetik ehtiyatlarına müraciət
7.2 Bitki genetik ehtiyatlarının istifadəsindən gələn gəlirlərin bölüşdürülməsi
7.3 Fermer hüquqlarının həyata keçirilməsi
VIII fəsil. Ərzaq təhlükəsizliyinin və dayanıqlı inkişafın təmin olunmasının
idarə olunmasında Ə KTBGE-nin rolu
Ə
LAVƏLƏR
4
GIRIŞ
1) Coğ rafi mə lumatlar
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bugünkü bəşər mədəniyyətinin
yaranması, tərəqqisi və dialektikasında onun öz yeri, öz payı vardır. Azərbaycan Respublikası
Qafqazın cənub-şərqində və Iran yaylasının şimal-qərbində, Avropa və Asiya qitələrinin təması
zonasında yerləşən qədim bir ölkədir. Ərazisi 38
o
24
’
və 41
o
54
’
şimal en dairələri ilə 44
o
46
’
və 50
o
51
’
şə
rq uzunluq dairələri arasında yerləşir və şimalda Rusiya Federasiyasının Dağıstan Respublikası
(289 km), şimal-qərbdə Gürcüstan, qərbdə Türkiyə və Ermənistan respublikaları və cənubda Iran
Islam Respublikası ilə həmsərhəddir, şərqdən Xəzər dənizinin suları ilə əhatə olunur. Sahəsi 86,6 min
km
2
təşkil edir. Dünyada ərazi üzrə 44-cü, əhalinin sayına görə 42-ci yeri tutur. Burada irili-xırdalı
8400-ə yaxın çay vardır. Azərbaycanın ən yüksək nöqtəsi Böyük Qafqaz silsiləsində yerləşən
Bazardüzü zirvəsidir (4466 m). Xəzər dənizi sahilləri isə okean səviyyəsindən 26,5 m aşağıda
yerləşir. Daxilində yerləşən Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları onun ərazisinin 2/3
hissəsini tutur. Ölkə ərazisinin 57%-ni ovalıq və düzənliklər, 39,5%-ni alçaq və orta dağlar və 3,5%-
ni yüksək dağlar (2500 metrdən yüksək) təşkil edir. Ölkə ərazisinin 18%-i dəniz səviyyəsindən
aşağıda yerləşir. Burada geomorfoloji quruluşdan, geoekoloji şəraitdən asılı olaraq düzənlik və
ovalıqlarda boz, suvarılan boz-çəmən, boz-qonur, allüvial-çəmən və şoran torpaqlar, dağətəyi və
alçaq dağlıq zonasında şabaladı torpaqlar, orta və yüksək dağlıq zonalarında isə qəhvəyi və qonur
dağ-meşə torpaqları geniş yayılmışdır. Orta dağlıq zonanın meşədən sonraki ərazilərdə bozqır
bitkiləri altında fraqment halında ümumi sahəsi 76 min ha olan dağ-bozqır torpaqları formalaşmışdır.
Lənkəran bölgəsində isə rütubətli subtropik iqlim şəraitində ovalıq və dağətəyi Hirkan tipli meşələr
altında və mənimsənilmiş meşədən sonraki ərazilərdə 170 min ha sahədə sarımtıl-qleyli torpaqlar
yayılmışdır. Azərbaycanda düzənlik-dağətəyi ərazilərdən yüksəkdağlığa qədər yarımsəhra, quru-çöl,
dağ-meşə, dağ-çəmən, nival-subnival kompleksləri biri birini əvəz edərək, dağ landşaftlarının
5
yüksəklik qurşaqlarını yaradır. Yalnız Lənkaran bölgəsində bu qanunauyğunluq pozulur və dağ-meşə
landşaftından sonra dağ kserofit kompleksləri yerləşir. Naxçıvan MR-də arid iqlim şəraitində meşələr
lokal şəkildə nəzərə çarpır. Ən çox meşələrə Talış dağlarında, Böyük Qafqazda və Yuxarı Qarabağda
rast gəlinir. Azərbaycan ərazisi subtropik iqlim qurşağında yerləşir. Ərazidə günəşli saatların illik
miqdarı 1900-2900 saat arasında dəyişir. Đl ərzində yer səthinə düşən ümumi günəş radiasiyasının
miqdarı 120-160 kkal/sm
2
təşkil edir. Ovalıq və dağətəyi ərazilərdə yayı isti, qışı mülayim, dağlıq
zonada isə yayı mülayim, qışı şaxtalı keçir. Ölkə ərazisində havanın mütləq maksimum temperaturu
+46
o
C, mütləq minimum temperaturu isə –32
o
C təşkil edir. Atmosfer yağıntıları ərazidə qeyri-
bərabər paylanır və onun orta illik miqdarı 150-200 mm-dən (Qobustan və Abşeron yarımadasının
cənub hissəsi) 1600-1700 mm və daha çox (Talışın dağətəyi ərazilərində) dəyişir. Bununla belə, ölkə
ə
razisinin təqribən 65%-ni təşkil edən sahələrdə təbii rütubətlənmə aşağı olduğundan (400 mm-dən
az), burada səhra, yarımsəhra və bozqır bitki kompleksləri geniş inkişaf etmişdir, kənd təsərrüfatı
bitkilərinin becərilməsi isə suvarma ilə bağlıdır.
Şə
kil1. Azərbaycanın inzibati xəritəsi
2) Dövlə tin sosial-iqtisadi tə sviri və ə halisi
6
Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik qazanmışdır. Onun siyasi sisteminin
struktur formalaşması, əsasən, 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul
edilməsi ilə başa çatmışdır. Konstitusiyaya görə Azərbaycan dövləti demokratik, hüquqi, unitar,
iqtisadiyyatı bazar münasibətlərinə əsaslanan dünyəvi, sivil respublika kimi müəyyənləşmişdir. Təbii
ehtiyatların bolluğu, düzgün qurulmuş iqtisadi siyasət sayəsində Azərbaycanın iqtisadiyyatı son 10
ildə durmadan inkişaf etmişdir. Son 5 il ərzində dövlət büdcəsi 4 dəfə artaraq 2007-ci il üçün 5
milyard ABŞ dolları həcmində nəzərdə tutulmuşdur. 2006-cı ildə sənayenin 2005-ci ilə nisbətən
artımı 40% təşkil etmişdir. Bakı – Tbilisi – Ceyhan neft və Bakı – Tbilisi – Ərzirum qaz kəmərləri
digər böyük layihələrlə birgə, yaxın illərdə Azərbaycanın iqtisadiyyatında mühüm rol oynayacaq.
2006-cı ilin yanvar ayına olan məlumata əsasən, respublikanın əhalisi 8 milyon 500 min nəfər olmuş,
bunun da 51,5 faizini şəhər və 48,5 faizini kənd sakinləri təşkil etmişdir. Əhalinin orta yaşı 31 yaş
təşkil edir. Son 5 il ərzində ölkədə hər il orta hesabla 114 min və ya hər gün təxminən 312 körpə
dünyaya gəlir. 2005-cü ildə ölkədə doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə 15 nəfər təşkil
etmişdir. Əhalinin 29 faizi 18-34 yaşda olan gənclərdir, yarıdan bir qədər çoxu şəhər yerlərində
yaşayır. Ermənistanın təcavüzü və Azərbaycanın ərazisinin 20%-nin işğal edilməsi, milyondan çox
insanın qaçqın düşməsi, evsiz-eşiksiz və torpaqsız qalması, təbii dolanışıq mənbələrindən məhrum
olması çox böyük iqtisadi, sosial, humanitar və s. problemlər doğurmuşdur.
3) Kənd təsərrüfatının ümumi təsviri
Azərbaycan Respublikasının ərazisinin 12%-i meşələr, 1,6%-i su hövzəsi, 52,3%-i kənd
təsərrüfatına yararlı torpaqlar, 34,1%-i sair torpaqlar təşkil edir. Kənd təsərrüfatına yararlı sahələrin
1630,8 min hektarını, yəni 36,0%-ni əkin yeri təşkil edir ki, bunun da 1102,0 min hektarı və ya
67,6%-i suvarılan sahələrdir. Son illərdə kəndli-fermerlərin torpaqlardan daha çox istifadə etmələri,
onların məşğulluğunun yüksəldilməsinə səbəb olmuşdur. Belə ki, 1995-ci ildə kənd və meşə
təsərrüfatlarında 1112,8 min nəfər işləməklə respublika üzrə faydalı əməklə məşğul olanların 30,8%-
ni təşkil etdiyi halda, 2005-cü ildə bu göstərici 40,0%-ə qədər yüksəlmişdir. Respublika üzrə faydalı
ə
məklə məşğul olanların sayı həmin dövrdə 3,7% artdığı halda, kənd və meşə təsərrüfatlarında
məşğul olanların sayı 34,5% artmışdır. Kənd təsərrüfatı məhsulları istehsalı ilə bilavasitə məşğul
olanlarla yanaşı digər peşə sahibləri də kənd təsərrüfatının ayrı-ayrı sahələri ilə məşğul olmağa
başlamışlar. Kənd təsərrüfatı müəssisələrinin fəaliyyətinin maliyyə nəticələrinin təhlili göstərir ki,
1995-ci ildə 2295 təsərrüfatdan 1079-u və ya 47,0%-i ziyanla işlədiyi halda, 2005-cü ildə ziyanla
işləyən təsərrüfatların xüsusi çəkisi 24% olmuşdur.
7
Aqrar islahatın, sərbəst iqtisadiyyata keçid dövrünün birinci mərhələsi başa çatmış, aqrar sahə
inkişafa başlamış, sahibkarlığın təməli qoyulmuş, qismən sərbəst rəqabət mühiti yaradılmışdır. Ölkə
ə
halisinin ərzaq məhsulları ilə təminatında daxili istehsalın rolu ilbəil yüksəlir, idxal olunan k/t, o
cümlədən ərzaq məhsullarının xüsusi çəkisi azalır, ixrac məhsullarının çeşidi və həcmi isə artır.
Aparılmış təhlillər göstərir ki, son illərdə kənd təsərrüfatında özəl istehsalçılar sərbəst qaydada
bazarın tələblərinə uyğun daha çox ərzaq məhsulları istehsal etməyə başlayırlar ki, bu da ölkə
ə
halisinin istehlak etdiyi məhsulların 80-85%-nin daxili istehsal hesabına ödənilməsinə, kəndli-
fermerlərin gəlirlərinin artmasına səbəb olmuşdur.
Kənd təsərrüfatında hazırda bir neçə mülkiyyət forması mövcuddur. Bunlara fermer və ailə
təsərrüfatlarını, kooperativləri, şirkətləri və cəmiyyətləri aid etmək olar. Kənd təsərrüfatı
məhsullarının 97%-i kəndli (fermer) təsərrüfatlarında istehsal olunur. 1996-ci ildə kənd təsərrüfatının
ümumi məhsulunun tərkibində bitkiçilik məhsulları 58,6% təşkil etdiyi halda, 2005-cü ildə artaraq
59,1% olmuş, heyvandarlıq məhsulları istehsalı isə 41,4% -dən 40,9%-ə düşmüşdür. 1995-ci illə
müqayisədə 2005-ci ildə ölkədə taxıl istehsalı 2,3 dəfə, kartof 7 dəfə, tərəvəz 2,6 dəfə, bostan
məhsulları 8,7 dəfə, meyvə 1,9 dəfə, ət 1,8 dəfə, süd 1,5 dəfə, yumurta istehsalı 1,9 dəfə artmışdır.
2005-ci ildə ölkədə adambaşına 165 kq ərzaq taxılı (təminat 91,5%), 97 kq kartof (təminat 2,4 dəfə
çox), 168 kq tərəvəz (təminat 2,2 dəfə çox), 79,4 kq meyvə (təminat 1,7 dəfə) istehsal edilmişdir. Son
ildə ən çox artım kartof (5%), yaşıl tərəvəz (23%), meyvə (25%) istehsalında müşahidə edilmişdir.
Kartof, bostan, meyvə məhsullarına olan minimum təlabat əsasən daxili istehsal hesabına ödənilir.
2005-ci ildə ölkədə 2126,9 min ton taxıl məhsulu toplanmış və bunun 1565,8 min tonu buğda
olmuşdur. Həmin ildə kartof istehsalı 1083,1 min ton, tərəvəz istehsalı 1127,3 min ton, bostan
məhsulları istehsalı 363,8 min ton olmaqla rekord səviyyəyə çatmışdır. 2006-cı ildə də 2 milyon
tondan çox taxıl istehsal edilmişdir.
Müstəqillik qövründə bitkiçilik sahəsində ən çox azalma pambığın əkin sahələrində və
istehsalında olmuşdur. Lakin 2006-cı ildə 2005-ci ilə nisbətən pambığın həm əkin sahəsində, həm də
məhsul istehsalında 2 dəfəyə yaxın artım bu sahədə dönüş yarandığını göstərir. Yem bitkilərinin əkin
sahəsi artsa da, becərilən növ və sortlarının say tərkibi azalmışdır. 2005-2006-cı illərdə orta hesabla
ə
n çox əkin sahəsi tutan bitkilər və əkin sahələri (hektarla) aşağıdakı dioqramda verilmişdir.
8
arpa, 159908
pomidor, 24998
soğ an, 14532
kartof, 65795
alma, 21919
fındıq, 19763
nar, 10625
üzüm, 8009
buğ da, 611919
yonca, 194964
Son iki ildə 3390 hektar sahədə, 2006-cı ilin yazında isə 316 hektar sahədə yeni meyvə bağları
salınmışdır. Kəndli sahibkarlar arasında üzümçülüyə meyl artmış, Tovuz, Xanlar, Kürdəmir, Şəmkir,
Ş
amaxı, Ağsu, Cəlilabad və digər rayonlarda 1258 hektar sahədə yeni üzümlüklər salınmışdır.
Son illərdə bazarda ərzaq və kənd təsərrüfatı məhsullarının ciddi çatışmazlığı olmamışdır.
Yanacağın, texnikanın, kimyəvi maddələrin qiymətlərinin yüksək olması ilə yanaşı inhisarçılığın və
korrupsiya hallarının mövcudluğu bazarlarda qiymətlərin daimi artımı ilə müşahidə edilmişdir. 2006-
cı ildə dövlət tərəfindən fermerlərə məhsul satışında yaradılmlş imkanlar, yeni satış yarmarkalarının
yaradılması problemin həllinə xeyli dərəcədə müsbət təsir göstərmişdir.
Hələ ki, fermer təsərrüfatlarının yeni şəraitə uyğun kiçik texnika, toxum, gübrə və digər
dövriyyə vasitələri ilə təchizatı qənaətbəxş deyildir. 1996-ci illə müqayisədə kənd təsərrüfatında
işçilərin orta aylıq əmək haqqı xeyli artsa da, respublika üzrə orta göstəricidən 3,3 dəfə, sənayedən
5,9 dəfə, tikintidən 6,7 dəfə, nəqliyyatdan 3,8 dəfə azdır. Müşahidələr göstərir ki, ayrı-ayrı qabaqcıl
kəndli-fermerlərin orta aylıq gəliri təxminən 100-120 YAM-a çatır. Fermerlərin əsas problemlərindən
biri də informasiya qıtlığıdır. Harada nəyin nə qədər becərilməsi, neçəyə satılması, dövriyyə vasitələri
haqqında və digər xarakterli məlumatların olmaması onların “keçən il daha baha satılan” məhsullara
keçmələrinə, yəni ildən-ilə əkin məhsullarında kortəbii kütləvi “tərəddüdlər”ə gətirib çıxarır.
Son illər aqrar elmi-tədqiqat institutlarında kəndli sahibkarların maraqlarına uyğun tədqiqat
işləri genişlənmişdir. Đnstitutlar tərəfindən son beş ildə 40-a yaxın yeni məhsuldar, xəstəliklərə və
zərərvericilərə, quraqlığa, istiliyə, şoranlığa davamlı bitki sortları və formaları yaradılmış, yüksək
kondisiyalı toxumlar artırılaraq istehsalçıların istifadəsinə verilmişdir. Regionlarda elmi nəticələrin
tətbiqinə dair onlarla təcrübə qoyulmuş və bu sahələrdə müxtəlif kənd təsərrüfatı bitkilərinin 100-dən
çox yeni sortu və bir sıra təzə texnologiyalar nümayiş etdirilmiş, fermerlərin maarifləndirilməsi üçün
seminarlar keçirilmişdir. KTN, AMEA-nın institutları, digər nazirliklər, komitələr, agentliklər
9
beynəlxalq təşkilatlarla birlikdə fermerlərə zəruri hüquqi, iqtisadi və peşə biliklərinin öyrədilməsi,
həmçinin lazımı informasiya təminatı sahəsində məqsədyönlü proqramlar həyata keçirmişlər.
Kənd təsərrüfatında bu gün mövcud olan əsas problemlərı aşağıdakı kimi ümumiləşdirmək
olar: maliyyə problemi - kiçik fermerlərə kreditlər ayrılmaması; kənd təsərrüfatı texnikalarının
çatışmazlığı, fermerlərin maarifləndirilməsinin zəif olması; torpağların şoranlaşması; k/t
məhsullarının bazarının məhdud olması; intensiv təsərrüfatın zəif olması; zavod və müəssisələrin
ə
lverışsiz müqavilə şərtləri; bazar qiymətlərinin qeyri-sabit olması; emal müəssisələrinin azlığı; kənd
yollarının bərbad vəziyyətdə olması; torpaq islahatlarında buraxılan səhvlər; texnikanın, gübrələrin
baha olması, yeni elmi nəticələrin, mütərəqqi texnologiyaların və qabaqcıl təcrübənin fermer
təsərrüfatlarında tətbiqi ilə məşğul olan orqanın yoxluğu.
Mövcud olan problemlərin aradan qaldırılmasını, islahatın ikinci mərhələsinin dərinləşməsi və
genişlənməsini təmin edə bilən prioritet inkişaf istiqamətləri ölkə Prezidenti Cənab Đlham Əliyevin
2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-
iqtisadi inkişafına dair Dövlət Proqramı”nda öz geniş əksini tapmışdır. Dövlət Proqramına uyğun
olaraq, ayrı-ayrı bölgələrdə 600 min yeni iş yerinin yaradılması, k/t emalı müəssisələrinin inkişaf
etdirilməsi, mövcud meliorasiya-irriqasiya sistemlərinin bərpası və yenidən qurulması, suvarılan
torpaqların su təminatının yaxşılaşdırılması, torpaqların şoranlaşmasının və eroziyaya uğramasının
qarşısının alınması, toxumçuluq işlərinin, aqrotexservis və aqrolizinq xidmətlərinin yaxşılaşdırılması,
aqrar sektorun kreditləşdirilməsinin genişləndirilməsi, aqromarketinqin inkişaf etdirilməsi yaxın
gələcəkdə respublikada aqrar-sənaye kompleksinin sürətli inkişafına imkan yaradacaq və nəhayət,
ölkə əhalisinin yaşayış səviyyəsinin artmasına səbəb olacaqdır.
Problemlərin həlli üçün əlavə olaraq aşağıdakı tədbirləri göstərmək olar: dövlət neft
fondundan kreditlərin alınması; xırda fermerlərin nisbətən iri fermerlərlə birləşməsi; fermerlərə
maarifləndirmə kurslarının, təlimlərın, treninqlərin keçirilməsi, qabaqcıl təsərrüfatların təcrübəsindən
istifadə etmək, qurulmuş təsərrüfatın müasir texnologiya ilə təmin edilməsi məqsədilə tətbiq və
təlimlə məşğul olan dövlət orqanının yaradılması.
Dostları ilə paylaş: |