Rbaycanda Ərzaq və K



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix01.01.2017
ölçüsü0,75 Mb.
#4037
1   2   3   4   5   6   7   8

 

 

 

 

 

 

1.3. Müasir seleksiya sortlarının müxtəlifliyi 

Ümumi əkin sahəsində müasir elmi seleksiya sortları əhəmiyyətli  yer tutur. Bu faktı aşağıdakı 

dioqramda aydın şəkildə görmək olar.  

arpa 

95

buğda 

95

qarğıdalı

 90

yonca 

80

kartof 

80

meyvə 

40-70

tərəvə

70-90

0

20

40

60

80

100

Bəzi bitkilər üzrə müasir sortların əkin sahəsində tutduğu yer (%)

 

Respublikada  bir  çox  bitkilərin  yerli  şəraitə  uyğun,  məhsuldar,  biotik  və  abiotik  stres 



amillərinə  qarşı  davamlı  sort  və  formaları  yaradılmışdır.  Yeni  yaradılmış  sortlar  SNSM  DK-da 

qeydiyyata alınır, sınaqdan keçirilir və rayonlaşdırılır. 1984-2006-cı illərdə 65 bitki üzrə 240 sort, o 

cümlədən son 10 ildə 48 sort rayonlaşdırılıb.  


 

18 


2000-2006-ci illərdə sort sınağına 24 bitki üzrə 59 sort təqdim olunub. Son 6 ildə bərk buğda, 

vələmir, çovdar, xiyar, armud, soya, günəbaxan, qarpız, yemiş, soğan, kartof və s. bitkilər üzrə dövlət 

sort sınağına sort və formalar təqdim edilməmişdir.  

Azərbaycanın  ex-situ  kolleksiyalarında  mühafizə  edilən  bitki  nümunələri  haqqında  pasport  və 

səciyyələndirmə məlumatlarının toplandığı Genetik Ehtiyatların Mərkəzi Məlumat Bazasında (MMB) 

1834 nümunə müasir seleksiya sortu kimi qeydiyyata alınmışdır. Bunların yarıdan çoxu Azərbaycanın 

seleksiyaçı alimləri tərəfindən yaradılmışdır.  

Azərbaycanda  elmi  seleksiya  yolu  ilə  yaradılmış  sort  və  formaların  700-ə  qədəri  son  10  il 

ə

rzində  təsərrüfatlarda  istifadə  olunmuşdur.  Bu  dövrdə  bir  sıra  bitkilərin  yerli  yeni  sortlarının 



rayonlaşdırılması  ümumiyyətlə  həyata  keçirilməmişdir  (məsələn:  çovdar,  çəltik,  çuğundur,  kök, 

vələmir, kələm, yemiş, armud, heyva, gilas, ərik, şaftalı və s.). Bunlarla yanaşı, introduksiya olunmuş 

bir  sıra  bitki  sortlarının  daha  geniş  sahə  tutması  ilə  əlaqədar  yerli  seleksiya  sortlarının  iri  fermer 

təsərrüfatlarında  getdikcə  daha  az  əkilməsi  qeydə  alınmışdır.  Bu  səbəbdən  və  vaxtilə  ex-situ 

kolleksiyalarda  saxlanma  şəraitinin  lazımi  səviyyədə  olmaması  nəticəsində  yerli  elmi  seleksiaya 

sortlarının  bəziləri  birdəfəlik  itirilmişdir.  Arpanın  elmi  seleksiya  sortlarından  Pallidum  330/2,  Yerli 

Nutans və s. kimi sortları misal gətirmək olar.  

 

 



 

1.4 Ənənəvi sortların müxtəlifliyi 

Azərbaycanda  uzun  bir  tarixi  dövr  ərzində  xalq  seleksiyasının  qiymətli  nümunələri 

yaradılmışdır.    Lakin  onların  bir  çoxu  müasir  seleksiya  sortları  tərəfindın  sıxışdırılaraq  itmiş  və  ya 

itmək  təhlükəsi  altındadır.  Onlardan  buğdanın  Qaraqılçıq,  Sarı  buğda,  Ağ  buğda,  Qırmızı  buğda, 

Kosa buğda və s., arpanın Qara arpa, Dağ arpası, Ağ arpa və b., qarğıdalının Zaqatala, Xocalı, Xudat 

ağdənli,  Tovuz  qırmızıdənlisi,  Quba  ağdənli,  çəltiyin  Ənbəri,  Ağənbəri,  Payız  əmbərisi,  Sədri, 

Masallı-Sədrisi  və  b.  sortlarını  misal  göstərmək  olar.  MMB-də  2125  yerli  ənənəvi  sort  qeydiyyata 

alınmışdır. Onların bir qismi yalnız ex-situ kolleksiyalarda mühafizə olunur. Son 10 ilin statistikasına 

görə  fermer  təsərrüfatlarında  bunların  yalnız  400-ə  qədəri  az  və  ya  çox  şəkildə  istifadə  edilmişdir. 

Lakin ildən ilə bu göstərici azalmaqdadır.  

MMB-da qeydə üzümün 572 yerli xalq seleksiyası sortlu qeydə alınmışdır, bundan cəmi 125 

sort az-çox istifadə olunur. Bu rəqəmlər almada 136 və 43, armudda 254 və 32, lobyada 127 və 16 

olmuşdur. (Bax: Əlavə) 


 

19 


Yerli  ənənəvi  sortların  müvafiq  bitkilər  üçün  əkin  sahəsində  tutduğu  yer  üzrə  buğda  –  5%, 

arpa  5%,  tərəvəz  bitkiləri  –  15-20%,  qarpız  –  1-2%,  paxlalı  bitkilər  –  25-35%,  noxud  45%,  ərik– 

60%, digər meyvə bitkiləri 30-50%  və s. təşkil edir.  

 

1.5. Genetik zəiflik təhlükəsi 

Respublikanın  aqrobiomüxtəlifliyində  illər  üzrə  dəyişmələr  baş  verir.  Son  3-4  ildə  fermerlər 

tərəfindən  bazara  çıxarılan  növ  və  sortların  sayca  miqdarı  bəzi  bitkilər  üzrə  (ərik,  armud,  üzüm, 

pomidor, kartof, soğan, yaşıl tərəvəz) artmış, digər qrup bitkilər üçün (qarpız, xiyar, dənli və paxlalı 

bitkilər)  azalmışdır.  Bazara  çıxarılan  yerli  sortların  miqdarı  regionlar  üzrə  də  fərqlənir.  Bakı 

bazarlarında heyvanın cəmi 4 sortu satıldığı halda, Naxçıvan bazarlarında 12 sorta rast  gəlinmişdir. 

Bakıda  üzümün  12,  respublika  üzrə  isə  15  sortu  bazarlarda  satışa  çıxarılır.  Vaxtilə  arpanın  onlarla 

sortu  əhali  tərəfindən  becərilirdi.  Đndi  isə  fermer  təsərrüfatlarında  3-4  sortun  becərilməsi  haqda 

məlumat  vardır.  Azərbaycan  vaxtilə  bostan  bitkilərinin  (qarpız,  yemiş)  yetişdirilməsində  həmişə 

fərqlənsə də, son illərdə yerli sortların əksəriyyətinin aradan çıxması ciddi narahatlıq doğurur.  

 

1.6 Bitki genetik müxtəlifliyinin vəziyyətinə təsir edən amillə

Biomüxtəlifliyə  qarşı  ehtimal  edilən  təhlükələrin  xarakterini,  miqyasını  və  mənbəyini  dəqiq 

müəyyənləşdirməklə strateji planlaşdırmanın informasiya dəstəyini təmin etmək məqsədi ilə, genetik 

eroziyanın qiymətləndirilməsi işi aparılmışdır. Müəyyən edilmişdir ki, genetik eroziyaya səbəb olan 

ə

sas amillər kimi əkilən sortların tez-tez dəyişdirilməsini, əhalinin sayının artmasını, urbanizasiyanın 



və  ümumən  antropogen  landşaftların  genişləndirilməsini,  genetik  ehtiyatlardan  hədsiz  və  səmərəsiz 

istifadəni,  meşələrə  və  otlaqlara  düşən  yüksək  təzyiqi,  ex-situ  kolleksiyalarda  saxlanma  şəraitinin 

lazımi səviyyədə olmamasını, abiotik (quraqlıq, şoranlaşma, yüksək temperatur və s.), biotik (yabançı 

növlərin fauna və floraya nüfuzu, xəstəliklərin artması və s.) streslərin güclənməsini, torpağın, suyun 

və  havanın  intensiv  çirkləndirilməsini,  Ermənistanın  Azərbaycan  torpaqlarının  işğalını  davam 

etdirməsini  (hal-hazırda  bütün  işğal  zonasında  genetik  ehtiyatların  vəziyyəti,  o  cümlədən  nadir  və 

itməkdə  olan  növlər  haqqında  heç  bir  məlumat  yoxdur.  16  ildən  çoxdur  ki,  regionda  ekspedisiya 

fəaliyyəti  həyata  keçirilmir,  xarakterik  bitkilərin  yayılma  arealları  tədqiq  edilmir)  və  iqlimdə  baş 

verən dəyişmələri göstərmək olar.   

Kiçik Qafqazın şimal yamaclarında (Xanlar, Şəmkir, Tovuz və s.), Böyük Qafqazın dağlıq və 

dağətəyi zonalarında (Quba, Qəbələ, Zaqatala və digər rayonlar), Naxçıvan MR-də, Talış dağlarında, 

Kür  sahilində  meşə  və  kolluqların  yanacaq  və  tikinti  məqsədləri  ilə  qırılması,  aran  rayonlarında 

ş

oranlaşmanın  və  torpaqların  çirkli  çay  suları  ilə  suvarılmasının,  əkinlərin  və  heyvandarlığın 



 

20 


genişlənməsinin  böyük  vüsət  alması  ciddi  problemlər  doğurmuşdur  və  yabanı  flora  müxtəlifliyinin 

gündən-günə  azalmasına  səbəb  olur.  Düzənliklərdə  otarılma  normalarının  gözlənilməməsi  bu 

torpaqların  bir  qisminin  sıradan  çıxmasına  gətirib  çıxarmışdır.  Məsələn,  Abşeron  və  Qobustanın 

yarımsəhralarında  mal-qaranın  intensiv  otarılması  torpaqların  eroziyasını  sürətlindirmiş  və 

yarğanların əmələ gəlməsinə səbəb olmuşdur. Bütövlükdə, Azərbaycanda otlaqlardan hədsiz istifadə 

edilməsi təbii bitki örtüyünün itirilməsinə gətirib çıxararaq, səhralaşma proseslərini sürətləndirir. 

Kənd  təsərrüfatı  üçün  yararlı  olan  torpaqların  3,6  mln.  hektarı  eroziyaya  məruz  qalmışdır. 

Bunlardan 1,3 mln. ha zəif, 1,15 mln. ha orta və 1,14 mln. ha yüksək dərəcədə eroziyaya uğramışdır. 

Torpaqların şoranlaşması prosesi də çox böyük narahatlıq doğurur. 1,5 mln. ha-dan çox torpaq sahəsi 

ş

oranlaşmışdır.  Əkinçilikdə  aqrotexniki  qaydalara  əməl  olunmaması,  meşələrin  sistemsiz  qırılması, 



ş

umlamanın düzgün aparılmaması, torpaqların sistemsiz və müəyyən norma daxilində suvarılmaması, 

drenaj-kollektor və suvarma şəbəkələrinin düzgün quraşdırılmaması, çoxsaylı su anbarlarının yüksək 

relyefli ərazilərdə tikilməsi və s. eroziya və şoranlaşma prosesini sürətləndirən amillərdəndir.  

Ə

kin  sahələrinin  surətlə  genişlənməsi  nəticəsində  meşələrə  antropogen  təsir  artmış,  qanunsuz 



olaraq mal-qaranın otarılması kütləvi hal almışdır. Meşələrin qoruyucu funksiyaları azaldığına görə, 

sel,  daşqın,  torpaq  sürüşmələri  hadisələri  intensivləşmiş,  meşə  ilə  həmsərhəd  torpaqların  eroziyası 

artmışdır.  Meşə  genetik  ehtiyatlarının  hədsiz  istifadəsi  ilk  növbədə  tuqay  və  düzənlik  meşələrinə 

xüsusilə  böyük  ziyan  vurur,  çünki  bu  meşələrin  ərazisi  Azərbaycanda  olduqça  kiçikdir.  Meşələrin 

qırılması,  biomüxtəlifliklə  zəngin  ərazilərdə  yolların  və  son  illərdə  ciddi  şəkil  almış  neft-qaz 

kəmərlərinin  çəkilməsi,  antropogen  landşaftların  genişlənməsi  fraqmentasiyaya,  səhralaşmanın 

güclənməsinə və hətta iqlim dəyişikliklərinə səbəb olmaqla ekosistemə ciddi zərbə vurur.  

Sənaye  və  məişət  tullantı  sularının  tam  təmizlənmədən  su  hövzələrinə,  o  cümlədən  Xəzər 

dənizinə axıdılması öz növbəsində biomüxtəlifliklə bağlı problemlərin yaranmasına, sahil zolaqlarının 

səhralaşmasına səbəb olur. Hesablamalar göstərir ki, əsas suvarma mənbəyi olan Kür çayı hövzəsinə 

Ermənistan  ərazisindən  ildə  orta  hesabla  350  mln.  m

3

,  Gürcüstan  ərazisindən  330  mln.  m



3

Azərbaycan  ərazisindən  isə  25  mln.  m



3

  çirkab  sular  axıdılır  və  bunun  nəticəsində  Kür  çayının  ağır 

metallar, fenollar, neft məhsulları və s. zərərli maddələrlə həddən artıq çirklənməsi müşahidə edilir. 

Ciddi  çirklənməyə  məruz  qalan  Kür  çayının  suyundan  suvarmada  istifadə  edildiyini  nəzərə  alsaq, 

bunun  bütün  ekoloji  sistem  üçün  hansı  təhlükə  törətdiyini  təsəvvür  etmək  olar.  Abşeron 

yarımadasında 10 min ha. torpaq sahəsi neftlə çirklənmiş və ərazinin bitki müxtəlifliyi üçün təhlükəyə 

çevrilmişdir. Bu ərazidə kütləvi sürətdə bağ sahələrinin ayrılması və tikintilər aparılması, yeni açılmış 

daş karxanaları təbii landşaftların kəskin sürətdə azalmasına səbəb olmuşdur.  



 

21 


Xüsusi  təhlükə  kənd  təsərrüfatında  gübrələrin,  herbisid  və  pestisidlərin  nəzarətsiz,  kütləvi 

şə

kildə tətbiq edilməsidir. Son illər ölkəyə çoxsaylı, əksər hallarda yoxlanılmamış kimyəvi preparatlar 



gətirilir. Bundan başqa, fermerlərin bəzən aqrotexniki qaydaları bilməməsi bu preparatların çox vaxt 

tətbiq normalarına riayət olunmadan istifadəsinə gətirib çıxarır.  

Son  10  ildə  bitki  genetik  müxtəlifliyinin  vəziyyətinə  təsir  edən  amillərlə  bağlı  genetik 

ehtiyatların həm ex-situ, həm də in-situ mühafizəsinin gücləndirilməsi məqsədilə hökumət tərəfindən 

görülmüş  tədbirləri,  yeni  qanunların  qəbulunu,  qorunan  ərazilərin  genişləndirilməsini  və  s.  qeyd 

etmək  lazımdır.  Kənd  əhalisinin  elektrik  enerjisi  və  yanar  qazla  təminatında  baş  verən  müsbət 

tendensiya  və  nəzarətin  gücləndirilməsi  meşələrin  və  kolluqların  yanacaq  məqsədi  ilə  qırılmasının 

qarşısını qismən də olsa almışdır.  

Ex-situ  kolleksiyalarda  mühafizə  edilən  ehtiyatların  vəziyyəti  ümumən  qeyri-qənaətbəxş  olsa 

da,  ETƏĐ-də  orta  müddətli  saxlanma  üçün  nəzərdə  tutulmuş  genbankın  təkmilləşdirilməsi,  AMEA 

Genetika və Seleksiya  Đnstitutunun bazasında Genetik Ehtiyatlar  Đnstitutunun  yaradılması  (2003) və 

bu  institutda  orta  və  uzunmüddətli  saxlama  kameraları  olan  Milli  Genbankın  istifadəyə  verilməsi, 

institutun  özundə  və  bazalarında  olan  genefond  bağlarının  və  tarla  kolleksiyalarının  qaydaya 

salınması  qorunmaya  müsbət  təsir  edən  amillərdən  olmuşdur  və  saxlanma  üzrə  fəaliyyətlərin  yaxın 

illərdə daha da inkişaf edəcəyinə inam  yaradır.  Bütün bu tədbirlərin əhəmiyyətini qeyd etməklə, bu 

sahədə ciddi problemlərin hələ də qalmaqda olduğunu demək olar. 

 

 

 



1.7 Gələcək üçün tələbat və prioritetlə

Azərbaycan  Respublikasında  Bioloji  Müxtəlifliyin  Qorunması  və  Davamlı  Đstifadəsinə  dair 

Milli  Strategiya  və  Fəaliyyət  Planının  həyata  keçirilməsi,  ölkənin  bütün  ərazilərində  mövcud 

Ə

KTBGE-nin genefondunun araşdırılması və vəziyyətinin daimi nəzarətdə saxlanılması, Qabaqcadan 



Xəbərvermə  Sisteminin  yaradılması  yolu  ilə  həm  ex-situ,  həm  də  in-situ  mühafizə  edilən 

biomüxtəlifliyin genetik eroziya təhlükəsinin və onun səbəblərinin vaxtında aşkara çıxarılması, geniş 

ictimaiyyətin, fermerlərin, icra və qanunverici hakimiyyət nümayəndələrinin bu müxtəlifliyin həqiqi 

dəyəri  ilə  bağlı  müntəzəm  maarifləndirilməsi  hazırki  dövrün  ən  mühüm  prioritetləridir.  Genetik 

ehtiyatların  vəziyyətinin  tam  və  mükəmməl  qiymətləndirilməsi  və  genetik  eroziyaya  qarşı  siyasi, 

sosial  və  iqtisadi    mübarizə  mühitinin  yaradılması  üçün  yeni,  sistemli  biliklərə  malik  kadr 

potensialının  formalaşdırılmasına,  daha  müasir  təhlil  üsullarının  tətbiq  edilməsinə  (məsələn: 

markerlərin,  informasiya  texnologiyalarının  və  kompüter  təhlili  üsullarının  tətbiqi),  müntəzəm 



 

22 


ekspedisiya  fəaliyyətlərini,  kadrların  təlimini,  analitik  laboratoriya  tədqiqatlarını,  müasir 

avadanlıqların alınmasını təmin edə biləcək maliyyə dəstəyinə ehtiyac vardır.  

Qorunan ərazilərdən kənarda biomüxtəlifliyin, xüsusilə mədəni bitkilərin yabanı əcdadlarının 

və  əhali  tərəfindən  müxtəlif  məqsədlərlə  istifadə  olunan  yabanı  bitkilərin  in-situ  qorunmasının 

yaxşılaşdırılması ilə bağlı təcili tədbirlərin planlaşdırılması və həyata keçirilməsi də vacibdir. 

Prioritet  istiqamətlərdən  biri  də  seleksiya  fəaliyyətlərinin  gücləndirilməsi,  seleksiya 

nailiyyətlərinin tətbiqi işinin müasir səviyyədə təşkil edilməsi olmalıdır.  

Ex-situ  kolleksiyalarda  toplanmış  bitki  nümunələrinin  Milli  Genbankda  cəmlənməsi  onların 

eroziya  təhlükəsini  əhəmiyyətli  dərəcədə  azaldır.  Bununla  yanaşı  kolleksiyalarda  boşluqların  aşkara 

çıxarılması  və  bərpa  işlərinin  təşkili  də  nəzarətdə  saxlanılır.  Respublikanın  bütün  ərazilərində  GĐS 

sistemindən  istifadə  edərək  yabanı  halda  bitən  bitki  müxtəlifliyinin  mövcud  vəziyyətinin,  itmək 

təhlükəsində  olan,  nadir,  endemik  bitkilərin  areallarının  və  inkişaf  tendensiyasının  öyrənilməsi 

planlaşdırılır. Həmin tədqiqatların nəticəsində kənd təsərrüfatı bitkilərinin yabanı əcdad və qohumları 

və  ərzaq  məqsədi  ilə  istifadə  olunan  digər  yabanı  bitkilərin  vəziyyətinin  qiymətləndirilməsi  üçün 

model  və  sistem  yaradılacaq,  müxtəlifliyin  azalması  təhlükəsinin  aradan  qaldırılması  ilə  bağlı 

tövsiyyələr hazırlanacaqdır.  

 

 

 



 

II fəsil. Đn-situ mühafizə edilən ehtiyatların idarəolunma vəziyyəti 

2.1 Đnventarlaşdırma, araşdırma və prioritetlərin müəyyən olunması 

Đ

tmək  təhlükəsi  ilə  üzləşmiş  biomüxtəlifliyin  vəziyyətinin  daimi  nəzarətdə  saxlanılması  və 



qabaqlayıcı  tədbirlərin  hazırlanmasına  olan  ehtiyacı  nəzərə  alaraq,  1996-cı  ildə  qəbul  edilmiş  Milli 

Proqram  çərçivəsində  ölkədə  son  10  ildə  ƏKTBGE-nin  mövcud  durumunun  araşdırılması  və 

inventarizasiyası  sahəsində  ciddi  araşdırmalar  aparılmışdır.  Bu  istiqamətlərdə  tədqiqatlar  GEĐ,  BĐ, 

MNB,  ETBSBĐ,  ETÜŞĐ,  NBĐ,  “ARAZ”  EĐB,  AKTA  və  ETYÇOĐ  tərəfindən  həyata  keçirilmişdir. 

Yerlərdə ƏKTBGE-nin araşdırılması və invenratizasiyası ilə əlaqədar 25 layihə üzrə fəaliyyətlər icra 

edilmişdir.  Araşdırılmış  ərazilər  arasında  Böyük  Qafqazın  cənubi  və  şimali-şərq  yamacları,  Kiçik 

Qafqazın şimal ətəkləri, Talış dağları regionu, Naxçıvan MR-in əraziləri, Abşeron yarımadası xüsusi 

yer  tutur.  Hazırda  ƏKTBGE-nin  müxtəlifliyinin  tam  şəkildə  inventarlaşdırılmasına  nail  olmaq 

mümkün  olmamışdır.  Maliyyə  dəstəyinin  qeyri-qənaətbəxş  olması  və  bu  sahədə  fəaliyyət  göstərən 

kadrların  kifayət  qədər  vərdişlərə  malik  olmamaları  bir  sıra  ərazilərdə  (xüsusən  aran  rayonları, 



 

23 


Naxçıvan  MR,  respublikanın  qərb  bölgələrinin  bəzi  əraziləri,  dağ  qurşaqları)  biomüxtəlifliyin 

araşdırılması  və  inventarlaşdırılmasında  çətinliklər  yaratmışdır.  Biomüxtəlifliyin  mövcud 

vəziyyətinin tədqiqi üçün ən böyük məhdudiyyət olaraq Ermənistan ilə müharibə vəziyyətinin davam 

etməsi göstərilə bilər.  

K/T bitkiləri və onlarla bağlı biomüxtəlifliyin qarşılaşdığı təhlükələr ekoloji vəziyyətə da ciddi 

təsir  göstərir.  Meşələrin  qırılması  nəticəsində  Böyük  Qafqazın  cənub  yamaclarında  torpaq 

sürüşmələrinin  artması,  bulaqların  quruması,  fauna  nümayəndələrinin  itmək  təhlükəsinə  məruz 

qalması faktları qeydə alınmışdır. Đn-situ mühafizə edilən biomüxtəlifliyin vəziyyəti daima diqqətdə 

saxlanılmalıdır. Əks halda çox qısa bir müddət ərzində bir sıra növlərə əvvəlki arealında rast gəlmək 

çətinləşir.  Araşdırmalar  aparmaq  üçün  bir  sıra  prioritet  ərazilər  seçilmişdir.  Kür  və  Araz  çaylarının 

vadisi  (problemlər:  çayların  çirklənmiş  suları  ilə  əkin  sahələrinin  suvarılması,  şoranlaşma, 

bataqlıqlaşma,  qrunt  sularının  səthə  qalxması,  səhralaşma),  Abşeron  regionu  (sənayenin  və  boru-

kəmər  sisteminin  vüsət  alması),  Lənkəran-Astara,  Qəbələ,  Quba-Xaçmaz  bölgələri  (meşələrin 

qırılması  və  əkin  sahələrinin  genişlənməsi),  Naxçıvan  MR  (Ermənistan  tərəfindən  blokada,  enerji 

çatışmazlığı,  məşğulluq  problemləri  kimi  səbəblər  üzündən  yabanı  müxtəlifliyin  hədsiz  istifadəsi, 

torpaqların eroziyası, antropogen landşaftların genişlənməsi) belə ərazilərdəndir. 

Tədqiqatların istiqamətli xarakterini və səmərəliliyini artırmaq üçün kadrların hazırlanmasına, 

işçilərin təlimatlandırılmasına diqqət artırılmalıdır. Müasir biliklərə yiyələnmiş, yeni düşüncə tərzinə 

malik  taksonomistlərə,  bitki  tədqiqatçılarına,  genetik-ekoloqlara,  sənədləşdirmə  üzrə  mütəxəssislərə 

ehtiyac ödənilməzsə, tədqiqatların yüksək səviyyəsindən danışmaq olmaz. 



2.2 ƏKTBGE-nin on farm idarəolunması və yaxşılaşdırılması 

Son  illərdə  ƏKTBGE-nin  on-farm  idarəolunması  və  yaxşılaşdırılması  istiqamətində  çox  iş 

görülmüşdür.  Aqrar  Elm  Mərkəzinin  institutları  (ETƏĐ,  ETTĐ,  ETBSBĐ)  və  GEĐ  fermerlərlə  birgə 

yaxşılaşdırılma  və  seleksiya  işləri  aparır,  yeni  yaradılmış  və  ya  introduksiya  olunmuş  sortların 

təsərrüfatlarda sınağını keçirirlər. Ötən 5-7 ildə institutlar tərəfindən bu sahədə 10-dan çox layihə icra 

olunmuş, fermerlərə metodiki köməkliklər göstərilmişdir. Hazırda müxtəlif bölgələrdə fermerlər çox 

qiymətli  əlamətlərə  malik,  yerli  şəraitə  daha  uyğun,  qədim  sort  və  formaları  geniş  becərərək  onları 

mühafizə  edir,  tinglərini  və  toxumlarını  artırıb  yayırlar  (satırlar).  Tərtər,  Xaçmaz,  Saatlı,  Lənkəran, 

Abşeron, Qobustan və s. rayonların fermerləri ilə elmi institutlar arasında əlaqələr yaradılmış, fermer 

təsərrüfatları  yerli  ənənəvi  sortların  və  elmi  seleksiya  nailiyyətlərinin  sınağı,  bölgələr  üçün  prioritet 

bitkilərin və sortların seçilməsi, toplanması üzrə birgə tədqiqatlara cəlb edilmişlər.  

Bitkilərin yaxşılaşdırılma proqramlarının fermerlərlə birgə fəaliyyətini gücləndirmək, yeni elmi 

nəticə və texnologiyaların, qabaqcıl təcrübənin fermerlərə operativ şəkildə ötürülməsini təmin etmək 


 

24 


məqsədilə Regional Elm Mərkəzləri yaradılmışdır. Bu mərkəzlərin təcrübə sahələrində fermerlər üçün 

tarla günləri və seminarlar təşkil edilir. Fermerlərin sahələrində də nümayiş-təcrübə əkinləri keçirilir. 

Onlara toxum və ting materialları təklif edilir. Tərtər və Saatlıda fermerlərin sahələrində 100-dən çox 

taxıl  və  qarğıdalı  sortlarının  nümayiş  əkinləri  keçirilərək,  məhsuldarlığına  və  stres  amillərə 

davamlılığına görə daha çox uyğun gələnlərı seçilib artırılmışdır. Ucarda duza, Qobustanda quraqlığa 

və soyuğa davamlı taxıl və paxlalı bitkilər fermerlərin iştirakı ilə öyrənilmişdir.  

Astara  rayonunda  bir  fermer  20-dən  çox  düyü  sortunu,  Xanlarda  isə  bir  fermer  80  üzüm 

sortunu  toplayaraq  becərir  və  mühafizə  edir.  Şəmkirdə  belə  bir  təsərrüfatda  şəftəli  və  giləmeyvə 

bitkilərinin  yerli  sort  və  formalarından  ibarət  dəyərli  genefond  vardır.  Qubada  fermerlər  meşələrin 

kənarlarında bitən yabanı bitkiləri mədənilərlə calamaqla gözəl bağlar salmışlar. Đndi bu bağların bir 

qismi  qırılmışdırsa  da,  fermerlər  tərəfindən  yenidən  bərpa  edilərək  qorunur.  Abşeronda  Çaylı 

kəndinin  fermerləri  bostan  bitkilərinin,  xüsusən  yemişin  yerli,  xalq  seleksiyası  sortlarını  becərir, 

mühafizə edir və onların yaxşılaşdırılması məqsədi ilə seçmə aparırlar. Talış bölgəsində əhalinin qida 

məhsullarına  tələbatının  ödənilməsi  üçün  bir  sıra  paxlalı  bitki  növləri  (noxud,  mərci,  lərgə  və  s.) 

becərilir.  Bir  sıra  bölgələrin  fermerləri  tərəfindən  müxtəlif  təsərrüfat  məqsədləri  (yataq,  bəzək  və 

geyim  əşyaları,  müxtəlif  qablar,  zənbillər  və  taralar  və  s.)  üçün  ekzotik  bitkilər  becərilərək  istifadə 

olunur  və  saxlanılır.  Demək  olar  ki,  bütün  dağlıq  ərazilərdə  fermerlər  dərman  bitkilərini  toplayaraq 

satırlar. Tədqiqatçıların yardımı ilə fermerlər bu bitkilərin bir qismini (yabanı tərəvəz, yeyilən dərman 

bitkiləri və s.) mədəniləşdirir ki, bu da onların kökünün kəsilməsi təhlükəsini azaldır.  

Torpaq  üzərində  kollektiv  mülkiyyətçiliyin  və  iri  təsərrüfatların  mövcud  olduğu  sovet 

idarəçilik  sisteminin  dağılması  on-farm  idarəçilikdə  keçid  xarakteri  daşıyan  çətinliklər  törətmişdir. 

Torpaq islahatının həyata keçirildiyi ilk illərdə yeni torpaq sahiblərinin əksəriyyəti əvvəllər K/T-dan 

uzaq peşə sahibləri olduqlarından (müəllimlər, inşaatçılar, mədəniyyət, tibb, hüquq-mühafizə və digər 

sahələrdə  çalışanlar)  aqrotexnikanı  bilmirdilər,  təsərrüfatı  sərbəst  idarəetmə  təcrübələri,  əkinçilik  və 

heyvandarlıq  vərdişləri,  iqtisadi-hüquqi  bilikləri  yox  idi,  biomüxtəlifliyin,  yerli  xalq  seleksiyası 

sortlarının  həqiqi  dəyərini  anlamırdılar.  Yanacağın,  texnikanın,  kimyəvi  preparatların  və  gübrələrin 

yüksək qiymətə satılmasına əlavə olaraq quraqlıq stresi altında olan əksər ərazilərdə suyun da əmtəə 

şə

klinə gətirilməsi fermer təsərrüfatlarının vəziyyətini ağırlaşdırırdı.  



Azərbaycan  hökuməti  vəziyyətin  yaxşılaşdırılması  istiqamətində  bir  sıra  tədbirlər  həyata 

keçirmişdir. Son 10 ildə aqrar sektorun normativ-hüquqi bazası yaradılmışdır. Bazar iqtisadiyyatının 

tələblərinə  uyğun  olaraq  inzibati-təsərrüfat  idarəetmə  infrastrukturu  yeniləşdirilmiş,  yolların 

çəkilməsi,  yeni  su  mənbələrinin  yaradılması,  sosial  tikililərin  dövlət  tərəfindən  maliyyələşdirilməsi 

həyata  keçirilmişdir.  Kənd  təsərrüfatı  məhsulları  istehsalçıları  torpaq  vergisindən  başqa  bütün 


 

25 


vergilərdən,  keçmiş  borclardan  azad  edilmişlər.  Regionların  inkişafı  və  yoxsulluğa  qarşı  mübarizə 

tədbirləri çərçivəsində fermerlərə  yardımlar  edilmiş, onların məhsullarının satışı üçün  yeni bazar  və 

yarmarkalar  yaradılmışdır.  Fermerlərə  kreditlərin  verilməsi  sistemi  sadələşdirilmiş,  onların 

biliklərinin və vərdişlərinin artırılması ilə bağlı fəaliyyətlər icra edilmişdir.  

Bütün  bu  tədbirlərə  baxmayaraq,  problemlər  hələ  də  qalmaqdadır.  Fermerlər  sənaye 

məhsullarını  yüksək  qiymətə  alırlar,  texnika  və  gübrələr  çatışmır  və  bahadır.  Fermerlərin  və  xırda 

kənd istehsalçılarının daimi dayağa, texniki, metodiki və maliyyə yardımına ehtiyacı vardır. Xüsusilə, 

kiçik toxumçuluq təsərrüfatlarının yaradılması və lazımi şəkildə təchiz edilməsi prosesi ləngiyir. 

Respublika  ərazisində  qiymətli  bitki  nümunələrinin  becərildiyi  və  qorunduğu  təsərrüfatların 

dəqiq  uçotunun  aparılması,  nəzarətə  götürülməsi,  yerli  ənənəvi  bitki  sort  və  formalarının 

inventarizasiyası,  toplanması,  öyrənilməsi,  təzələnməsi,  mühafizəsinin  təşkili  və  fermerlər  arasında 

təbliğat  işinin  gücləndirilməsi  olduqca  vacibdir.  Bu  səbəbdən  Milli  Proqram  çərçivəsində  on-farm 

mühafizə  və  idarəolunma  işinə  ən  vacib  prioritet  kimi  baxılır.  Müvafiq  metodologiya  və 

strategiyaların,  yeni  layihə  təkliflərinin  hazırlanması,  dünya  təcrübəsinin  öyrənilməsi  istiqamətində 

bir sıra işlər görülür.  

Eyni zamanda, bölgələrdə yeni genefond bağları, tingliklər, istixanalar salınmasına, yerli xalq 

seleksiyası  sortlarının  əkin  materialları  ilə  fermerlərin  təmin  edilməsinə,  təlimlərin  və  seminarların, 

təbliğat  işinin  (görüşlərin,  sərgilərin  keçirilməsi,  metodiki  vəsaitlərin,  kitabçaların,  buklet  və 

plakatların nəşri) sistemli xarakter almasına ehtiyac var. Bu məqsədlərin həyata keçirilməsində həm 

yerli hakimiyyət orqanlarının, həm də beynəlxalq və regional təşkilatların dəstəyi çox dəyərli olardı. 

 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin