Rbaycanda Ərzaq və K



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix01.01.2017
ölçüsü0,75 Mb.
#4037
1   2   3   4   5   6   7   8

 

4.3.2. Satış bazarları, ehtiyac və prioritetlə

Azərbaycanda  bazar  iqtisadiyyatına  uyğun,  rəqabət  qabiliyyətli  kifayət  qədər  olan  yerli 

ə

nənəvi və elmi seleksiya sort və formaları mövcuddur. Bu sortların təbliği, fermerlər arasında onların 



becərilməsi  ilə  bağlı  metodiki  vəsaitlərin  yayılması,  toxum  və  əkin  materiallarının  paylanması  üzrə 

bir  neçə  kiçik  həcmli  layihələr  icra  olunmuşdur  (burada  ilk  növbədə  ETƏĐ  və  GEĐ-ni  qeyd  etmək 

lazımdır).  Lakin  bunlar  yerli  sortların  satışı  ilə  bağlı  ümumi  vəziyyətdə  ciddi  dəyişikliklər 

yaranmasına  səbəb  olmamışdır.  Dövlət  tərəfindən  himayə  olunan  yeni  elit  toxumçuluq  üzrə  fermer 

təsərrüfatları  və  assosiasiyalarının  yaradılması  və  mövcud  olanlarının  inkişafı,  bu  işə  müvafiq 

institutların potensialının cəlb edilməsi daha böyük nailiyyətlər əldə etməyə imkan verərdi.  

Monitorinq  zamanı  bazarlarda  60-dan  çox  bitki  növü  üzrə  500-ə  qədər  yerli  sorta  rast 

gəlinmişdir.  Bu  bitki  ehtiyatlarından  istifadə  sahəsində  əsas  maneə  maliyyələşdirmənin  və  təlim 

görmüş işçilərin çatışmazlığı, respublikada toxumçuluq sisteminin zəif olması və bu səbəbdən də yerli 

sortların  əkin  materiallarının  lazımi  şəkildə  və  kifayət  qədər  olmamasıdır.  Yeni  bazarların 

yaradılmasında  istehsalçıların  əməkdaşlığının  möhkəmləndirilməsinə,  üzvi  əkinçiliyə  və 

yarmarkaların təşkilinə ümid bəslənilir.  

 

4.4 Bitkilərin yaxşılaşdırılma proqramları və ərzaq təhlükəsizliyi 

Ə

rzaq təhlükəsizliyini təmin etmək məqsədilə  yaradılmış seleksiya proqramlarında və dövlət 



tərəfindən  maliyyələşdirilən  layihələrdə  seleksiya  işi  ilə  yanaşı  bitkilərdə  növdaxili  müxtəlifliyin 

qiymətləndirilməsi və monitorinqi və s. üzrə də tədqiqatlar aparılır. Seleksiya proqramlarının tətbiqi 



 

43 


sayəsində  son  illərdə  Azərbaycan  üçün  prioritet  olan  bitkilərin  əksəriyyətində  yaxşılaşma  baş 

vermişdir.  Yeni  sortların  tətbiq  edilməsinə  başlanılması  məhsul  istehsalının  (xüsusilə  taxıl 

bitkilərində) artımına səbəb olmuşdur.  

Yaxın 10 ildə bitki seleksiyasında BGE-nin istifadəsini genişləndirmək üçün bütün ehtiyatlar 

mövcuddur  və  müvafiq  imkanlar  səfərbər  edilir.  Burada  vacib  kolleksiyaların  genişləndirilməsini, 

Milli Genbankın fəaliyyətini, birgə seleksiya proqramlarının planlaşdırılmasını qeyd etmək olar. 

Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas məhdudiyyətlər içərisində marketinq və 

kommersiya  maneələrini  də  gostərmək  olar.  Azərbaycanda  fermerlərin  bitki  yaxşılaşdırma 

proqramlarına daha müntəzəm cəlb edilməsi və onların biliklərinin artırılması, elmin kənd təsərrüfatı 

istehsalına  getdikcə  daha  çox  nüfuz  etməsi,  müsbət  xüsusiyyətlərə  malik  sortların  toxumçuluğunun 

təşkili və tətbiqinə dövlət qayğısının göstərilməsi monokultur təsərrüfat üsulundan imtina edilməsinə, 

ə

rzaq təhlükəsizliyi və bitki yaxşılaşdırılması proqramlarının stimullaşdırılmasına şərait yaradardı. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

44 


V fəsil. Milli proqramların, təlimin və qanunvericiliyin vəziyyəti 

 

5.1 Milli Proqram 

 

Güclü  və  səmərəli  Milli  Proqramın  mövcudluğu  genetik  ehtiyatların  məqsədli  və  planlı 



toplanması,  beynəlxalq  standartlara  uyğun  şəkildə  saxlanması,  qiymətləndirilərək  öyrənilməsi, 

sənədləşdirilməsi,  səmərəli  istifadəsi,  bu  sahə  ilə  bağlı  istiqamətləndirilmiş  tədqiqatların  aparılması, 

fəaliyyətlərin  koordinasiyası,  in-situ  və  ex-situ  mühafizənin  müasir  üsullarla  idarə  olunması  və 

yaxşılaşdırılması, ictimai məlumatlandırmanın gücləndirilməsi, təlim və təhsilin təmin edilməsi və s. 

baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanda belə bir Milli Proqram 1996-cı ildə  yaradılmış 

və  son  10  ildə  icra  edilərək  müəyyən  nailiyyətlər  əldə  edilmişdir.  2001-ci  ildə  Azərbaycan 

Respublikası  Prezidentinin  fərmanı  ilə  Biomüxtəlifliyin  Genetik  Ehtiyatları  ilə  bağlı  Dövlət 

Komissiyası  yaradılmış  və  onun  tərkibinə  Nazirlər  Kabinetinin,  ayrı-ayrı  nazirliklərin,  Milli  Elmlər 

Akademiyasının  məsul  şəxsləri,  görkəmli  alimlər  və  b.  daxil  edilmişdir.  2002-ci  ildə  Dövlət 

Komissiyası  tərəfindən  Milli  Proqram  üzrə  fəaliyyətlərin  koordinasiyası  məqsədilə  Akad.  Cəlal 

Ə

liyevin rəhbərliyi altında Milli Şura yaradılmışdır. Milli Proqramın icrasına bu Şura tərəfindən Kənd 



Təsərrüfatı Nazirliyinin, Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və AMEA-nın 

müvafiq  institutları,  regionlarda  mövcud  olan  elm  mərkəzləri,  fermer  birlikləri,  qeyri-dövlət 

təşkilatları  cəlb  edilmişdir.  2003-cu  ildə  GEĐ  yaradıldıqdan  sonra  Milli  Şuranın  əlaqələndirici 

funksiyalarının  əhəmiyyətli  bir  hissəsi  bu  institutun  üzərinə  qoyulmuşdur.  Milli  Genbankın  GEĐ-də 

olması onun BGE sahəsində oynadığı rolu bir qədər də artırmışdır. 

 

Ə



KTBGE üzrə Milli Proqram Biomuxtəlifliyə dair Milli Strategiya və Fəaliyyət Planı ilə sintez 

halında  fəaliyyət  göstərir,  Seleksiya  və  Ekologiya  proqramları  ilə  sıx  əməkdaşlıq  edir.  AMEA 

Biologiya  Bölməsinin  və  KTN-in  Aqrar  Elm  Mərkəzinin  institutlarının  mövzu  planları  (dövlət 

tərəfindən maliyyələşdirilən layihələr) Ölkə Prezidentinin təsdiq etdiyi Əlaqələndirici Şura tərəfindən 

baxılır və təsdiq olunur. Đnstitutlar və proqramlar arasında daimi məsləhətləşmələr aparılır.  

 

Hazırda  Milli  Əlaqələndirici  (GEĐ-nin  direktoru  Zeynal  Əkpərov)  tərəfindən  yeni  dövrün  yeni 



tələbləri  əsasında  Bitki  Genetik  Ehtiyatlarına  dair  Milli  Strategiya  hazırlanmışdır.  Yeni  Milli 

Strategiya  Mərkəzi  Asiya  və  Cənubi  Qafqaz  regionu  üzrə  hazırlanan  regional  Strategiyanın  tərkib 

hissəsi  kimi  nəzərdə  tutulmuşdur.  Bu  proqram,  maliyyə  dayaqları  ilə  təmin  edilərsə,  BGE-nin 

mühafizəsi  və  davamlı  istifadəsi  işinə  öz  əhəmiyyətli  töhfəsini  verəcəkdir.  Onun  yerinə  yetirilməsi 

üçün  Azərbaycanda  lazımi  infrastruktur  mövcuddur.  GEĐ-nin  koordinasiya  ilə  bağlı  hüquqi 

statusunun  artırılmasına  ehtiyac  vardır  və  bu  yeni  strategiyada  nəzərdə  tutulmuşdur.  Đnstitutun 



 

45 


gücləndirilməsi (ilk növbədə texniki və kadr hazırlığı cəhətdən) digər təşkilatların və institutların da 

imkanlarının artırılmasına şərait yaradardı.  

 

Đ

nstitutların müvafiq sahədə layihələri – mövzu planları dövlət tərəfindən maliyyələşdirilir. Son 



illərdə  bu  maliyyələşdirmədə  artım  müşahidə  edilsə  də,  tədqiqatların  müasir  səviyyədə  aparılması 

üçün  kifayət  deyil.  Đnstitutların  maddi-texniki  bazasının  gücləndirilməsi,  təhsil  və  təlimin 

səviyyəsinin  yüksəldilməsi,  tarla  kolleksiyaları  üçün  kiçik  qabaritli  texnikanın  alınması,  yeni 

laboratoriyaların yaradılması və s. üçün dövlətin, eləcə də beynəlxalq donorların əlavə maliyyə vəsaiti 

yatırmasına, eyni zamanda müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə və BGE üzrə yeni qanunun 

qəbuluna ehtiyac vardır.  

 

Genetik ehtiyatlar üzrə mərkəzləşdirilmiş idarəetmə və informasiya sisteminin, vahid şəbəkənin 



regional  və  beynəlxalq  şəbəkələrlə  əməkdaşlıq  şəraitində  müntəzəm  fəaliyyəti  Milli  Proqramın 

ə

saslarından biridir. 



 

5.2 Şəbəkələ

Son  10  ildə  bitki  genetik  ehtiyatları  üzrə  respublika  şəbəkəsinin  yaradılması,  bu  şəbəkənin 

regional  və  beynəlxalq  şəbəkələrə  inteqrasiya  olunması  Milli  Proqramın  qarşısında  duran  əsas 

məsələlərdən biri olmuşdur. Hazırda respublikanın 14 təşkilatını birləşdirən şəbəkə yaradılmışdır. Bu 

şə

bəkə  ĐCARDA  və  Beynəlxalq  Etimad  fondunun  (Trast)  dəstəyi  ilə  yaradılan  Mərkəzi  Asiya  və 



Cənubi  Qafqaz  Regional  Şəbəkəsinə  inteqrasiya  edilmişdir.  GEĐ  BGE  üzrə  ölkə  şəbəkəsinin 

yaradılmasında əhəmiyytli rol oynamışdır və bu şəbəkənin işinə rəhbərlik edir.  

Şə

bəkə üzvlərinin daimi əlaqələndirilməsi üçün institutlara kompüterlər verilmiş (ETƏĐ, ETPĐ, 



NBĐ  və  s.)  internet  əlaqəsinin  təmin  olunması  ilə  bağlı  (yalnız  2  təşkilat  internet  əlaqəsinə  malik 

deyildir)  müəyyən  işlər  görülmüşdür.  Ayrı-ayrı  bitkilər  üzrə  şəbəkə  koordinasiya  qrupları 

yaradılmışdır. Bu qrupların işi də GEĐ tərəfindən koordinasiya olunur. Eyni zamanda hər bir institutda 

sənədləşdirmə və informasiya üzrə mütəxəssis və ya mütəxəssislər qrupu fəaliyyət göstərir ki, onların 

da fəaliyyəti GEĐ-nin müvafiq şöbəsi ilə sıx bağlıdır.  

 

5.3 Təhsil və təlim 

Azərbaycanda  kadr  hazırlığı  universitetlərdə  (xüsusən,  Bakı  Dövlət  Universitetində)  və 

AKTA-da  (bakalavr  və  magistr  dərəcələri  üzrə),  eləcə  də,  həmin  təhsil  müəssisələrinin,  elmi 

institutların və AMEA-nın nəzdində fəaliyyət göstərən aspiranturalarda aparılır. Eyni zamanda Milli 

Program  çərçivəsində  fəaliyyət  göstərən  kadrların  inkişafı  və  yeni  biliklərə  yiyələnmələrində 

beynəlxalq və regional təşkilatlar tərəfindən təşkil edilən qısamüddıtli kursların əhəmiyyəti böyükdür. 


 

46 


Son  illərdə  bu  cür  kurslarda  ən  çox  ETƏĐ,  GEĐ  və  ETTĐ-nin  əməkdaşları  iştirak  etmişlər.  Milli 

Proqrama bu sahədə ən çox dəstəyi ĐCARDA, ĐPGRĐ, CĐMMYT, Beynəlxalq Tərəvəz Tədqiqatları və 

Đ

nkişaf  Mərkəzi  və  s.  kimi  beynəlxalq  və  regional  təşkilatlar  göstərmişlər  və  göstərməkdə  davam 



edirlər. 

Son  illərdə  GEĐ  və  ETƏĐ  bu  sahədə  xüsusi  fəallıq  göstərir.  Đnstitutun  aspirantları  və 

mütəxəssisləri ĐCARDA və CĐMMYT Beynəlxalq Mərkəzlərinin və digər təşkilatların yardımı ilə öz 

təhsil səviyyələrini artırır və xarici ölkələrdə, tanınmış elm mərkəzlərində tədqiqat işləri aparırlar.  

Đş

çilərin  təliminin  müntəzəm  xarakter  alması  genetik  ehtiyatlarla  bağlı  fəaliyyətləri 



gücləndirmək üçün ən etibarlı vasitələrdən biridir. Buna görə də ölkədə genetik ehtiyatlarla bağlı ən 

müxtəlif  sahələri  əhatə  edən  qısamüddətli  təlim  kursları  üzrə  daimi  fəaliyyət  göstərən  məktəbin 

(məsələn,  yay, payız və s. məktəblərinin) yaradılması məqsədəuyğun olardı. Beynəlxalq və regional 

təşkilatların dəstəyi olmadan bu planı reallaşdırmaq mümkün deyildir. 

Ə

KTBGE-nin  araşdırılması  və  inventarlaşdırılması,  populyasiya  biologiyası,  ƏKTBGE  üzrə 



Hərtərəfli  Informasiya  Sistemlərinin  yaradilmasi,  Genbank  idarəçiliyi,  on-farm  idarəetmə,  toxum 

işləmləri,  molekulyar  səviyyədə  tədqiqatlar,  seleksiya,  toxumçuluq,  becərmə  texnologiyası,  xəstəlik 

və zərərvericilərə davamlılıq, məhsulun emalı sahəsində yerli, regional və beynəlxalq səviyyədə təşkil 

edilmiş təkmilləşdirmə kurslarında təlimlərin keçirilməsinə ehtiyac vardır. 



 

5.4 Dövlət qanunvericiliyi 

Azərbaycan  Respublikasında  son  10  illdə  bitki  genetik  ehtiyatlarının  mühafizəsi  və  inkişafı, 

bu  ehtiyatların  mövcud  olduğu  ekosistemlərin  qorunması,  kənd  təsərrüfatı  sistemi  və  torpaqdan 

istifadə ilə bağlı bir sıra qanun və sərəncamlar, hüquqi-normativ aktlar qəbul edilmişdir. Milli Məclis 

tərəfindən  qəbul  edilən  və  AR  Prezidenti  tərəfindən  imzalanan  bu  qanunvericilik  sənədlərində 

müəyyən  səviyyədə  mühafizə,  istifadə,  seleksiyaçıların  hüquqları,  toxum  istehsalı  və  satışı  kimi 

məsələlər öz həllini tapmışdır.  

Ölkənin aqrar sektorda iqtisadi siyasətinin ümumi strategiyası bir çox qanunlarda, o cümlədən 

“Ərzaq  Təhlükəsizliyi  Proqramı”,  “Yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf  üzrə  Dövlət 

Proqramı”,  “2003  –  2005-ci  illərdə  kiçik  və  orta  sahibkarlığın  inkişaf  etdirilməsi  üzrə  Dövlət 

Proqramı” kimi siyasi sənədlərdə öz əksini tapmışdır. Ümumiyyətlə, 1995 – 2006-cı illərdə aqrar sahə 

ilə  əlaqədar  100-dən  çox  qanun,  fərman,  sərəncam,  qərar  və  digər  hüquqi-normativ  sənədlər  qəbul 

olunmuşdur.  

Aşağıdakı cədvəl son 10 ildəki qanunvericilik fəaliyyətini nümayiş etdirir. 

 

 


 

47 


 

 

Biomüxtəliflik, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı sistemi və s. sahələr üzrə qanunvericilik 



bazasının inkişafı və təkmilləşdirilməsi, yeni qnunların qəbulu istiqamətində fəaliyyətlər davam edir. 

Qanunların və qnunvericilik aktlarının adı 

Qüvvəyə 

minmə ili 

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə Dəyişikliklər 

1996 


Bitki Karantini Haqqında Azərbaycan Respublikasının Qanunu 

1996 


Bitki Mühafizəsi Haqqında Azərbaycan Respublikasının Qanunu 

1996 


Meliorasiya və Đrriqasiya Haqqında Azərbaycan Respublikasının Qanunu 

1996 


Seleksiya Nailiyyətləri Haqqında Azərbaycan Respublikasının Qanunu 

1996  


Torpaq Đslahatı Haqqında Azərbaycan Respublikasının Qanunu 

1996 


Torpaq Vergisi Haqqında Azərbaycan Respublikasının Qanunu 

1996 


Azərbaycan Respublikasının Meşə Məcəlləsi 

1997 


Azərbaycan Respublikasının Su Məcəlləsi 

1997 


Bitki Karantini Haqqında Azərbaycan Respublikasının Qanununa əlavələr 

1997 


Kəndli (Fermer) Təsərrüfatı Haqqında Azərbaycan Respublikasının Qanununa 

ə

lavələr 



1997 

Toxumçuluq Haqqında Azərbaycan Respublikasının Qanunu 

1997 

Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu 



1998 

Seleksiya Nailiyyətləri Haqqında Azərbaycan Respublikasının Qanununa əlavələr 

2000 

BMT-nin «Bioloji müxtəliflik haqqında» Konvensiyasına qoşulmaq haqqında 



Azərbaycan Respublikasının qanunu 

2000 


Taxıl haqqında Azərbaycan Respublikasının Qanunu 

2000 


Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan 

Respublikasının Qanunu 

2000 

Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi 



haqqında Azərbaycan Respublikasının Qanunu 

2001 


Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının Qanunu 

2001 


Çayçılıq haqqında Azərbaycan Respublikasının Qanunu 

2002 


Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında Azərbaycan 

Respublikasının Qanunu 

2002 

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının Qanunu 



2002 

Bitki sortlarının hüquqi mühafizəsi haqqında Sazişin təsdiq edilməsi barədə 

Azərbaycan Respublikasının Qanunu 

2003 


“Yeni bitki sortlarının mühafızəsi haqqında Beynəlxalq Konvensiya”ya (UPOV) 

qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu 

2003 

"Kənd təsərrüfatı məhsulları istehsalçılarna müddətli vergi güzəştlərinin verilməsi 



haqqında" Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin 

uzadılması barədə Azərbaycan Respublikasının Qanunu 

2004 

Ailə Kəndli Təsərrüfatı haqqında 



2005 

Toxumçuluq Haqqında Azərbaycan Respublikasının Qanununa əlavələr 

2005 

Biotəhlükəsizliyə dair Kartagen protokolunun icrasının təmin edilməsi barədə AR 



Prezidentinin Sərəncamı 

2005 


Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu 

2006 


Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə 

dair Milli Strategiya və Fəaliyyət Planı 

2006 


 

48 


Bununla  yanaşı,  bu  sahədə  qəbul  edilən  qanunların  həyata  keçirilməsinə  dair  dəqiq  mexanizmlərin 

olmaması onların tam reallaşmasına imkan vermir.  

 

5.5 Đnformasiya sistemləri 

 

Đ



nformasiya sisteminə malik olmadan məhdud xarakter daşıyan və hədsiz dərəcədə səpələnmiş 

məlumatların  toplanması,  işlənməsi,  bunun  əsasında  müəyyən  strateji  nəticələrin  əldə  edilməsi, 

növbəti  taktiki  addımların  planlaşdırılması  mümkün  deyildir.  Genetik  ehtiyatların  toplanması, 

öyrənilməsi,  bərpası,  mühafizəsi,  seleksiya  işlərində  və  ərzaq  təhlükəsizliyi  məqsədilə  səmərəli 

istifadəsi istiqamətində taktiki və strateji məsələlərin həlli üçün informasiya sisteminin tərkib hissəsi 

kimi pasport, ekoloji, botaniki və səciyyələndirmə məlumatları əsasında mərkəzləşdirilmiş kompüter–

məlumat bazasının yaradılması cox vacib idi.  

Bu ehtiyacdan irəli gələrək, ƏKTBGE sahəsində Đnformasiya sisteminin yaradılması və idarə 

olunması üzrə 5 MT-in 9 layihə üzrə fəaliyyəti icra edilmişdir.  

Qarşıya qoyulmuş məqsədlərə müvafiq olaraq, “Genetik ehtiyatların beynəlxalq deskriptorlar 

ə

sasında informasiya məlumat bazasının yaradılması, pasportlaşdırılması və koordinasiyası” layihəsi 



ə

sasında  məlumat  bazalarının  müasir  idarəetmə  sistemlərindən  biri  olan  MS  Visual  FoxPro  [3] 

proqram paketi (firma – FOX Software Inc.) vasitəsi ilə MB-nin yeni variantı hazırlanmış (ĐCARDA-

nın  mütəxəssisləri  ilə  birgə,  mərkəzdə  istifadə  edilən  sistemdən  yararlanaraq),  struktur  vahidlərinin 

ə

laqələndirilməsi və formaların yaradılması, bazanın daxili idarəolunması zamanı məlumat bazası və 



axtarış üzrə proqramlaşdırma dili olan SQL-dən (Structured Query Language) istifadə edilmişdir. Bu 

məlumat  bazası  istifadəçilərin  interaktiv  rejimdə  effektiv  işini,  müvafiq  statistik  analizlərin  və 

hesabatların  aparılmasını,  elektron  exspert  sistemlərinin  tətbiqini,  məlumatların  fiziki  və  məntiqi 

təşkilinin  çoxfunksiyalı  sistemindən  istifadə  imkanlarını  nəzərdə  tutur.  Məlumat  Bazasının  bütün 

linkləri  və  sahələri  ingilis  və  rus  dillərində  işləyir.  Azərbaycanın  Bitki  Genetik  Ehtiyatlarının 

Đ

nformasiya Sistemində (BGEĐS) mədəni bitkilərin yabanı əcdadları, qədim və ənənəvi sortlar, müasir 



sort  nümunələri  və  s.  gеniş  təmsil  olunmuşlar.  BGEĐS-in  əsasını  ex-situ  kolleksiyaları  əhatə  edən 

MMB təşkil edir. Bazanın əsas hissəsini Azərbaycan üçün prioritet sаyılаn dənli-taxıl, tərəvəz-bostan, 

paxlalı, texniki, meyvə, giləmeyvə və s. bitkilər hаqdа məlumаtlаr təşkil edir. Burada 385 cinsə, 904 

növə, 1059 növ müxtəlifliyinə malik bitki nümunələri təmsil olunmuşdur.  

BGEĐS  bitki  nümunələri  haqqında  məlumatların  təhlili  vasitəsi  ilə  ərzaq  və  kənd  təsərrüfatı 

bitkiləri,  onların  yabanı  əcdad  və  qohumlarına  aid  olan  hansı  taksonların  əhatə  dairəsindən  kənarda 

qaldığını müəyyənləşdirir, kolleksiya siyasətini formalaşdırmaqla gələcək ekspedisiya fəaliyyətlərinin 

istiqamətləndirilməsinə  kömək  göstərir,  toplanma  və  saxlanma  üçün  prioritet  bitki  növlərinin 



 

49 


müəyyənləşdirilməsinə  inkan  yaradır.  MMB-nin  daha  da  inkişaf  etdirilməsi  və  axtarış  sistemindən 

analiz  sisteminə  qədər  gücləndirilməsi  Azərbaycanın  genetik  ehtiyatlarının  informasiya  fəzasını 

yaradır  və  təkmilləşdirir,  BGE  şəbəkəsinin  koordinasiya  fəaliyyətini  yeni  imkanlarla  zənginləşdirir. 

Sistem  beynəlxalq  miqyasda  əkin  materialı  və  məlumatların  mübadiləsini  sistemləşdirməyə,  dünya 

ə

həmiyyətli genbanklarla ünsiyyətin daha yüksək səviyyəyə qaldırılmasına və bununla da səpələnmiş 



milli  genefondun  təkrar  toplanmasına,  kataloqların  hazırlanmasına,  eləcə  də  düzgün  introduksiya 

siyasətinin  təmin  olunmasına  imkan  verir.  BGEĐS  gələcək  fəaliyyətlərin  strategiya  və  taktikasını 

istiqamətləndirməklə bitki genetik ehtiyatlarının planlı toplanması və qorunmasının təmin edilməsinə, 

bitki  nümunələrindən  seleksiya  və  bitki  tədqiqatlarında  səmərəli  və  düzgün  istifadə  olunmasına  öz 

ə

həmiyyətli  töhfələrini  verir.  Đnformasiya  Sisteminin  səciyyələndirmə  məlumatları  ilə 



dolğunlaşdırılması  və  ondan  istifadə  imkanlarının,  istifadəçi  auditoriyasının  genişləndirilməsi  əsas 

prioritetdir.  

Hazırda Azərbaycanın institutlarında toplanmış herbari fondunun inventarizasiyası və müvafiq 

informasiya  sisteminin  yaradılması  üzrə  fəaliyyətlər  həyata  keçirilir.  Đn-situ  mühafizə  edilən 

Ə

KTBGE-nin informasiya sisteminin yaradılması işi isə planlaşdırılmaqdadır.  



 

5.6 Đctimai rəyin formalaşdırılması 

Đ

ctimai  məlumatlandırmanın  lazımi  səviyyəyə  qaldırılması,  BGE-nin  həqiqi  dəyərinin 



ictimaiyyətə  çatdırılması həm biomüxtəlifliyin azalmaq təhlükəsinə qarşı  mübarizə üsullarından biri 

kimi,  həm  də  ərzaq  təhlükəsizliyinə  nail  olunması  istiqamətində  mühüm  bir  mərhələ  kimi 

qiymətləndirilməlidir.  Nadir  və  nəsli  kəsilməkdə  olan,  qiymətli  genlərə  malik  biomüxtəlifliyin, 

aborigen  sortların,  faydalı  bitki  ehtiyatlarının  tanıdılması,  əhəmiyyəti  barədə  ictimai 

maarifləndirməyə ehtiyac böyükdür. Genetik ehtiyatlarından nəzarətsiz və hədsiz istifadənin, təbiətə 

laqeyd  münasibətin  törədə  biləcəyi  fəsadlar,  səmərəli  və  elmi  əsaslandırılmış  istifadənin  isə  xeyri, 

canlı  təbiətin  müxtəlifliyini  qorumağın  vacibliyi  haqqında  əhalinin  maarifləndirilməsi  istiqamətində 

son  10  ildə  müəyyən  işlər  görülmüş,  bu  məqsədlə  kütləvi  informasiya  vasitələrinin  imkanlarından 

(verilişlərin,  televiziya  filmlərinin,  reklam  roliklərinin,  məqalə  və  müsahibələrin  hazırlanması  və 

nümayişi)  istifadə  edilmiş,  geniş  ictimaiyyətin,  xüsusən  fermerlərin,  məktəblilərin,  eləcə  də 

biomüxtəlifliklə bağlı qərar qəbulu üçün məsuliyyət daşıyan şəxslərin iştirakı ilə sərgilər, seminarlar, 

təbliğatçıların  təlimi  üçün  trening-kurslar  və  s.  təşkil  edilmişdir.  Bütövlükdə  ictimai 

maarifləndirmənin  tam  sisteminin  yaradılması,  işlək  mexanizmin  hazırlanması  və  reallaşdırılması 

üzrə layihələr hazırlanmış və müxtəlif səviyyələrdə müsabiqələrə təqdim edilmişdir.  



 

50 


Bütün  bunlara,  eləcə  də  təbliğat  xarakterli  elektron  və  çap  materiallarının  istehsalına  və 

yayılmasına  böyük  miqdarda  vəsait,  işçi  heyəti  və  vaxt  tələb  olunur.  Ölkədə  son  illərdə  həm  daxili 

ehtiyatlar hesabına, həm də beynəlxalq təşkilatların (ATƏT, FAO, FFĐ, ĐCARDA, ĐPGRĐ) dəstəyi ilə 

bir  neçə  layihə  və  müəyyən  fəaliyyətlər  həyata  keçirilsə  də,  bu  sahədə  görülmüş  işlər  yetərincə 

deyildir.  Genetik  ehtiyatlara,  ekologiyaya  və  kənd  təsərrüfatı  sistemlərinə  aid  layihələrə  ictimai 

məlumatlandırma və maarifləndirmə ilə bağlı məsələlərin salınmasına çalışmaq və bu yolla müəyyən 

vəsait cəlb etmək olar. Ancaq problemin tam əhatə edilməsi və həllinin müasir səviyyədə təşkili üçün 

konkret  istiqamətli  layihələrə  ehtiyac  vardır.  Bu  layihələr  üçün  donorların  tapılmasında,  metodiki 

vasitələrin  və  təbliğat  xarakterli  materialların  əldə  olunmasında  beynəlxalq  və  regional  təşkilatların 

dəstəyi  (o  cümlədən,  qısa  müddətdə  əhəmiyyətli  müsbət  nəticələrin  əldə  edilməsi  baxımından)  çox 

vacibdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

51 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin