Rbaycanda Ərzaq və K



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix01.01.2017
ölçüsü0,75 Mb.
#4037
1   2   3   4   5   6   7   8

2.3 Fəlakətlərdən sonra kənd təsərrüfatı sistemlərinin bərpası 

Təbii  kataklizmlərin,  bəzi  ərazilərdə  quraqlığın,  bəzilərində  normaları  dəfələrlə  üstələyən 

yağıntıların, daşqınların, temperaturun kəskin tərəddüdlərinin və ümumi artımının (son 20 ildə 0,6

0

C), 



torpaq  sürüşmələrinin  və  uçqunlarının  baş  verməsi  biomüxtəlifliyə  böyük  ziyan  vurur.  Đnsanların 

laqeyd  münasibəti,  müvafiq  orqanların  təbii  fəlakətlərlə  bağlı  hazırlıq  nümayiş  etdirməmələri  bu 

ziyanı bir az da artırır. Fəlakətlər zamanı (məsələn, Xəzərsahili ərazilərin su altında qalması, Kürün 

aşağı axarlarında və Böyük Qafqazın cənub yamacları ilə axan çaylarda baş verən daşqınlar, quraqlıq, 

torpaq  sürüşmələri)  fermerlərə  dəyən  ziyanın  dövlət  tərəfindən  ödənilməsi,  onların  toxum  və  əkin 

materialı ilə təmin olunması ilə bağlı tədbirlər görülür.  

 

Azərbaycanda  həm  kənd  təsərrüfatı  sisteminə,  həm  də  yabanı  floraya  ciddi  zərbə  vurmuş 



fəlakət  kimi  torpaqların  Ermənistan  tərəfindən  işğalını  göstərmək  olar.  Müharibədən  əvvəl  Yuxarı 

Qarabağın və ətraf rayonların fermer təsərrüfatlarında müxtəlif bitki qruplarına aid yüzlərlə qiymətli 



 

26 


yerli sort və formalar becərilirdi. Bu qiymətli genefond tamamilə məhv edilmişdir. Həmin ərazilərdə 

kənd təsərrüfatı sisteminin bərpası üçün uzun illər və böyük həcmdə vəsait lazım gələcəkdir. 2006-cı 

ildə isə işğal edilmiş ərazilərdə törədilən yanğınlar 1000 hektarlarla ərazidə bütün yaşıl örtüyü məhv 

etmiş,  xüsusən  nadir  və  qiymətli  biomüxtəlifliyə  ciddi  ziyan  vurmuşdur.  Ziyanın  dəqiq  miqyası 

beynəlxalq qrup tərəfindən müəyyən edilməlidir. Orada mövcud olan bir sıra endemik növlərin təkrar 

bərpası  ciddi  narahatlıq  doğurur.  Həmin  ərazilər  işğaldan  azad  edildikdən  sonra  yerli  şəraitə  uyğun 

gələn  rüşeym  plazmasının  reintroduksiyası  üçün  bu  gün  təxirəsalınmaz  tədbirlər  üzrə  layihələr 

hazırlanmalıdır.  Bu  sahədə  təcrübəyə  malik  olan  ölkələr  və  beynəlxalq  təşkilatların  dəstəyi  daha 

faydalı  olardı.  Fəlakət  ərazilərinə  yaxın  zonalarda  vegetativ  üsulla  çoxalan  bitkilərin  tingliklərinin 

salınması  və  tarixən  Qarabağda  becərilmiş  sort  və  formaların  burada  toplanaraq  artırılması 

təcrübəsindən istifadə olunması yaxşı nəticə verərdi. Bu işdə yerli fermerlərin qüvvəsindən də istifadə 

etmək  səmərəli  olardı.  Belə  olan  halda,  müharibənin  nəticələri  aradan  qaldırılan  zaman  fermerlərin 

lazımi  miqdarda  və  müxtəliflikdə  rüşeym  plazması  materialları  ilə  təmin  edilməsi  çətinlik 

törətməyəcək.  



 

 

 

 

2.4 Ərzaq məqsədilə istifadə olunan yabanı bitkilər və mədəni bitkilərin yabanı əcdad və 

qohumları 

K/T bitkilərinin yabanı əcdadları və müxtəlif təsərrüfat məqsədləri üçün istifadə olunan digər 

yabanı  biomüxtılifliyin  in-situ  mühafizəsi  həm  biomüxtəlifliklə,  həm  də  ekologiya  ilə  bağlı  Milli 

Proqramlarda  əsas  prioritetlərdən  biridir.  Proqramlarda  bu  qiymətli  müxtəlifliyin  mühafizəsi  üçün 

qorunan  ərazilərin  sahəsinin  artırılması,  əhalinin  maarifləndirilməsi  yolu  ilə  bitkilərin  tükənməsinin 

qarşısının  alınması,  itməkdə  olan  növlərin  ex-situ  mühafizəyə  cəlb  edilməsi,  artırılaraq  təbiətə 

reintroduksiya  edilməsi  və  s.  kimi  tədbirlərin  görülməsi  ilə  bağlı  tövsiyələr  verilmiş,  tədbirlərin 

həyata keçirilməsi üçün planlar hazırlanmış və fəaliyyətlər davam etdirilir. 

Lakin  bu  sahədə  ciddi  problemlər  hələ  də  qalmaqdadır.  Problemlərin  həlli  üçün  dövlət 

tərəfindən  qəbul  edilmiş  qanun  və  qərarların  ciddi  icrasına  nail  olmaq  nə  qədər  vacibdirsə, 

ictimaiyyətin  məlumatlandırılması  və  maarifləndirilməsi,  in-situ  qorunma  işinə  yerli  əhalinin, 

fermerlərin  cəlb  edilməsi  də  bir  o  qədər  vacibdir.  Đtmək  təhlükəsi  altında  olan  növlərin  toplanması, 

müvafiq  şəraitdə  artırılaraq  təkrar  reintroduksiyası  üzrə  yeni,  daha  iri  həcmli  layihələrin 


 

27 


hazırlanmasına  və  həyata  keçirilməsinə,  fəaliyyətləri  gücləndirmək  üçün  beynəlxalq  və  regional 

təşkilatlardan metodiki və kadrların təlimi üzrə dəstək və yardıma da ehtiyac vardır. 

 

2.5 Đn-situ idarəolunmanın yaxşılaşdırılması, prioritet və tələbatlar 

Son  illərdə  təbii  landşaftların,  eləcə  də  yabanı  floranın  qorunması  məqsədilə  Azərbaycan 

hökuməti  tərəfindən  bir  sıra  mühüm  addımlar  atılmışdır.  Azərbaycan  Respublikasının  hökuməti 

tərəfindən  təsdiq  olunmuş  Ətraf  Mühiti  Mühafizə  üzrə  Milli  Fəaliyyət  Planını  (1998),  Xüsusi 

mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  haqqında  Azərbaycan  Respublikasının  Qanununu 

(2000),  Azərbaycan  Respublikasında  Bioloji  Müxtəlifliyin  Qorunması  və  Davamlı  Đstifadəsinə  dair 

Milli  Strategiya  və  Fəaliyyət  Planını  (2006),  yeni  Milli  Parkların  və  Dövlət  Qoruqlarının 

yaradılmasını  (Akademik  H.  Əliyev  adına  Ordubad  Milli  Parkı,  Şirvan  Milli  Parkı,  Ağ-göl  Milli 

Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, 

Eldar  Şamı  Dövlət  Təbiət  Qoruğu  və  s.)  misal  göstərmək  olar.  Qorunan  ərazilərin  sahəsinin    və 

statusunun qaldırılması da təqdirəlayiqdir.  

Qorunan ərazilərdən kənarda isə biomüxtəlifliyin in-situ mühafizəsi işi zəif təşkil edilmişdir. 

Mühafizə və məlumatlandırma işinə  yerli idarəetmə orqanlarının, bələdiyyələrin, məktəblərin,  geniş 

ictimaiyyətin  cəlb  edilməsi  ilə  bərabər  qanunvericiliyin  təkmilləşdirilməsinə,  biomüxtəlifliyə 

vurulmuş ziyana görə cərimələrin, inzibati məsuliyyətin tətbiq edilməsinə ehtiyac vardır.  

 

III fəsil. Ex-situ ehtiyatlarının idarəolunma vəziyyəti 



 

3.1. Ex-situ kolleksiyaların saxlanması və genişləndirilməsi 

3.1.1. Əsas ex-situ kolleksiyalar 

Respublikanın 12 təşkilatında mövcud olan 34 ex-situ kolleksiyada 13900-dən çox bitki 

nümunəsi toplanmışdır. Ən iri kolleksiyalar GEĐ, ETƏĐ və ETBSBĐ-dədır. 

 

Maraqlı Tərəflər 

Prioritet bitkilər 

Genetik Ehtiyatlar 

Đ

nstitutu 



Azərbaycan üçün prioritet olan bütün ƏKTBGE: Kənt təsərrüfatı 

bitkiləri, onların yabanı əcdadları, dərman, aromatik və yağlı bitkilər

 

Mərkəzi Nəbatat Bağı 



Azərbaycan üçün prioritet olan bütün BGE

 

Bioresurslar Đnstitutu  

 

Buğda, arpa, noxud, lobya, mərci,  meyvə bitkiləri, yabanı flora, 

faydalı bitkilər, dərman bitkiləri

 

Ə



kinçilik Đnstitutu 

Buğda, arpa, qarğıdalı, çovdar, tritikale, vələmir, tütün, noxud, mərci

 

Pambıqçılıq Đnstitutu 



Pambıq

 

Tərəvəzçilik Đnstitutu 



Pomidor, xiyar, baş soğan, sarımsaq, paxlalı tərəvəzlər, kartof, 

qarpız, yemiş, boranı, sair tərəvəz, göyərti və ədviyyə tərəvəz bitkiləri

 

Üzümçülük və Şərabçılıq 

Đ

nstitutu 

Üzüm bitkisi

 


 

28 


Yemçilik, Çəmənçilik və 

Otlaqlar Đnstitutu 

Yonca, xaşa, çobantoppuzu, vələmir və başqa yem bitkiləri

 

Bağçılıq və Subtropik 



BitkiləĐnstitutu 

Alma, armud, heyva, əncir, badam, püstə, qoz, fındıq, şabalıd, ərik, 

alça, gavalı, gilas, gilənar, sitrus meyvələri, əzgil, nar və s. meyvə və 

giləmeyvə bitkiləri, çay

 

Đ



pəkçilik Đnstitutu 

Tut bitkisi

 

“Araz” Elm Đstehsalat 



Birliyi 

Buğda, arpa,

 yonca, alma, armud, heyva, əncir, qoz, fındıq, ərik, alça, 



gavalı, gilas, gilənar, nar və s. meyvə və giləmeyvə bitkiləri

 

Kənd Təsərrüfatı 



Akademiyası 

Buğda, qarğıdalı, arpa, alma, armud, heyva, əncir, qoz, fındıq, ərik, 

alça, nar və s. meyvə və giləmeyvə bitkiləri, birillik və çoxillik tərəvə

bitkiləri 

 

Azərbaycanda qısa, orta və uzun müddətli toxum genbankları, tarla kolleksiyaları mövcuddur. 



Đ

n-vitro və kriosaxlanmada nümunə olması ilə bağlı məlumat yoxdur. Kolleksiyalarda olan nümunələr 

Milli  Genbanka  verıldıkcə  dublikatlaşdırma  intensivləşir.  Eyni  zamanda  bu  sahədə  beynəlxalq 

ə

məkdaşlığı əks etdirən 4 saziş bağlanmışdır. 



Kolleksiyaların böyük əksəriyyətində toplanmış nümunələrin inventarlaşdırılması və həyatilik 

qabiliyyətinin  monitorinqi  müntəzəm,  genetik  təmizliyin  monitorinqi  isə  çox  zəif  aparılır.  Ex-situ 

kolleksiyalar  haqqında  məlumatlar  117  nəşr  materialında  öz  əksini  tapmışdır.  Təşkilatlarda  olan 

kolleksiyaların  dəstəklənməsi  üzrə  49  layihə  icra  olunmuş  və  ya  icra  mərhələsindədir.  Bu 

kolleksiyaların əksəriyyətində bitki toxumlarının saxlanma şəraitinin tipi əsasən qısamüddətlidir.  

 


 

29 


 

3.1.2. Milli Genbank  

Maraqlı  Tərəflərin  əksəriyyətində  toxumların  qısamüddətli  saxlanması  və  tarla  genbankları 

vardır. Yalnız 2 müəssisədə (GEĐ-də (+5 – +7

0

C temperatur şəraitində) və ETƏĐ-də (+5 – +7



0

C) orta 


müddətli saxlanma mövcuddur. Yalnız GEĐ-də yaradılmış Milli Genbankda ortamüddətli saxlanma ilə 

birgə,  uzunmüddətli  saxlanma  şəraiti  mövcuddur  (-18  –  -20

0

C).  Ölkə  üzrə  ortamüddətli  saxlanma 



otaqlarında  cəmi  4941  nümunə  toplanmışdır.  Ən  qısa  zamanda  həmin  nümunələrin  əksəriyyətinin 

uzun  müddətli  saxlama  şəraitinə  köçürülməsi  planlaşdırılır.  Respublika  üzrə  ex-situ  kolleksiyalarda 

olan  bitki  nümunələrinin  toxumlarının  buraya  toplanması  həyata  keçirilir.  Eyni  zamanda  dünyanın 

tanınmış  genbanklarında  saxlanılan  Azərbaycan  mənşəli  bitki  nümunələrinin  axtarışı,  ikitərəfli 

razılaşmalar və elmi mübadilə yolu ilə Milli Genbanka cəlb edilməsi üzrə də fəaliyyətlər icra olunur. 

VĐR, USDA, ĐCARDA, CĐMMYT və s. təşkilatlarla müvafiq razılaşmalar əldə edilmişdir.  

Milli Genbankın tam şəkildə fəaliyyət göstərməsi üçün daimi vəsait qoyuluşu tələb olunur. Bu 

işdə Azərbaycan hökumətinin, Beynəlxalq Etimad Fondunun (Trast-Fond) və digər donor təşkilatların 

dəstəyi arzuolunandır.  

 

3.1.3.  Tarla  kolleksiyaları  və  botanika  bağları.    Đnstitutların  demək  olar  ki,  hamısında  tarla 

genbankları,  genefond  bağları  mövcuddur.  Respublikada  mövcud  olan  tarla  kolleksiyalarında  6193 

Maraqlı Tərəflər və onlarda toplanmış bitki genefondu

42%


18%

11%


2%

5%

4%



4%

8%

2%



2%

1%

1%



Genetik Ehtiyatlar Đnstitutu 5696

Elmi Tədqiqat Əkinçilik Đnstitutu 2490

ARAZ Elm-Istehsalat Birliyi 284

Azərbaycan Kənd Təsərrüfatı Akademiyası 304

ET Bağçılıq və Subtropik Bitkilər Đnstitutu 1519

ET Ipəkçilik Institutu 322

ET Pambıqçılıq Đnstitutu 680

ET Tərəvəzçilik  Đnstitutu 578

ET Üzümçülük və Şərabçılıq Đnstitutu 143

ET Yemçilik, Çəmənçilik və Otlaqlar Đnstitutu 189

Mərkəzi Nəbatat Bağı 512

Naxçıvan Bioresurslar Đnstitutu 1043

310 

42%


18%

11%


2% 5%

4%

4%



7%

2%

2%



1%

2%


 

30 


nümunə cəmlənmişdir. Bu genbankların idarə olunmasında əsas prioritet ondan ibarətdir ki, veqetativ 

üsulla  çoxalan  bitkilər  müvafiq  bölgələrdə  yerləşən  institutların  və  onların  tədqiqat  bazalarının 

ə

razilərində becərilsin, mühafizə edilsin və artırılsın. Bu kolleksiyaların da dəstəyə və daimi nəzarətə 



ehtiyacı  var.  Burada  ETĐĐ-nin  yaratdığı  tut  bitkisinin  genefond  bağını,  ETBSBĐ-nin  müxtəlif 

regionlarda salınmış meyvə bağlarını, GEĐ-nin Elmi Bazalarında və Dayaq Məntəqələrində yaradılmış 

genefond bağlarını misal göstərmək olar. Bakı şəhərində MNB, Dendraloji Park, Naxçıvan şəhərində 

NBĐ-nin  nəbatat  bağı  fəaliyyət  göstərir.  Onlarda  dünyanın  müxtəlif  yerlərindən  gətirilmiş  bitkilərlə 

birgə  Azərbaycan  florasının  qiymətli,  itməkdə  olan  nadir,  relikt  nümunələri,  o  cümlədən  mədəni 

bitkilərin  xalq  seleksiyası  sortları,  yabanı  əcdadları  və  başqa  faydalı  bitkilər  toplanaraq  mühafizə 

olunur.  

 

3.1.4. Ex-situ mühafizə edilən BGE-nin sənədləşdirmə sistemi  

 

Ex-situ  mühafizə  edilən  bitki  genetik  ehtiyatlarının  sənədləşdirilməsi  uzun  illər  institutlarda 



yerli  kolleksiyalar  səviyyəsində  aparılırdı.  Kolleksiyalarıın  bütün  məlumatları  dəftərxana 

jurnallarında toplanır və nadir hallarda kompüterə (əsasən Word tekst redaktorunda cədvəllər halında) 

keçirilirdi.  

 

Avropada  EPGRĐS  layihəsi  çərçivəsində  2002-ci  ildən  etibarən  bütün  kolleksiyaların 



kompüter  sisteminə  keçirilməsinə  başlanmışdır.  Kolleksiyalar  və  ayri-ayri  bitki  qrupları  üzrə 

beynəlxalq (FAO və ĐPGRĐ tərəfindən birgə hazırlanmış) deskriptorlar əsasında pasport məlumatları 

toplanmış  və  Excel  cədvəlləri  şəklində  kompüter  sənədləşdirməsi  aparılmışdır.  Genetik  Ehtiyatlar 

Đ

nstitutunun  yaradılması  (fevral  2003)  və  bu  institutda  sənədləşdirmə  üzrə  qrupun  təşkili  ex-situ 



kolleksiyaların məlumat bazasının yaradılması işini xeyli sürətləndirmişdir. 

 

Respublikanın ex-situ kolleksiyalarında olan bitki nümunələrinin əhəmiyyətli bir qismi (cəmi 



7773 nümunə) haqqında pasport və səciyyələndirmə məlumatlarından ibarət Mərkəzi Məlumat Bazası 

(MMB) GEĐ-də yaradılmışdır.  

MMB  ĐPGRĐ  ilə  GEĐ  arasında  imzalanmış  “Anlaşma  Memorandumu”  əsasında  EURĐSCO 

internet  axtarış  kataloguna  yüklənmişdir  və  internet  sistemi  vasitəsi  ilə  ona  müraciət  etmək 

mümkündür (www.eurisco.ecpgr.org).  

 

MMB əksər ex-situ kolleksiyaları əks etdirir. Yalnız MNB, NBĐ, “Araz” EĐB bu sistemdə zəif 



təmsil olunmuşlar. Hazırda bu təşkilatların kolleksiyalarının inventarlaşdırılması həyata keçirilir, bitki 

nümunələri sənədləşdirilərək məlumat bazasına daxil edilmək üçün hazırlanır.  

 

Milli  Genbankın  inşa  edilməsi  MMB-nin  inkişafında  yeni  mərhələnin  başlanğıcını 



qoymusdur. Məlumat Bazası Milli Genbankın informasiya təminatının əsası olmaqla idarəetmə işinin 

 

31 


və  təşkilati  mexanizmlərin  keyfiyyətini  yüksəltməkdə  əvəzsiz  vasitədir.  O,  institutların  ex-situ 

kolleksiyalarının  müqayisəli  təhlilinə  imkan  verməklə  onların  unikallığının  və  səmərəliliyinin 

artırılmasına,  beləliklə  də  böyük  miqdarda  əlavə  vəsaitə  qənaət  edilməsinə  şərait  yaradır.  Eyni 

zamanda,  sahə  genbanklarının  təşkil  və  idarə  olunmasında  da  bu  sistemin  rolu  böyükdür.  MMB 

müvafiq  institutların  kompüterlərində  qurulmuşdur  və  istifadə  olunur.  Ex-situ  kolleksiyaların 

təmsilçiləri, şəbəkə üzvləri burada toplanmış məlumatlarda dəyişikliklər etməklə onu daha da inkişaf 

etdirirlər. 

 

3.1.5. Ex-situ mühafizənin yaxşılaşdırılması və genişləndirilməsi  



 

Təbii bitki ehtiyatlarının və xalq seleksiyası nümunələrinin itməkdə olduğu bir dövrdə ex-

situ  saxlanma  fəaliyyətlərinin  genişləndirilməsi,  kolleksiyaların  tərkibinin  zənginləşdirilməsi  və 

saylarının  artırılması,  saxlanma  şəraitinin  yaxşılaşdırılması  və  mövcud  şəraitdən  daha  səmərəli 

istifadə edilməsi çox vacibdir. Bunu nəzərə alaraq, Milli proqram çərçivəsində respublikanın müxtəlif 

institutlarında  ex-situ  saxlanmanın  metodologiyasının  yaxşılaşdırılması  və  yeni  idarəetmə 

strategiyaları üzrə tədqiqatlar aparılmışdır. Həmin tədqiqatlar 30-dan çox nəşrdə öz əksini tapmışdır. 

Ex-situ saxlanmanın metodologiyasının yaxşılaşdırılması üzrə tədqiqatlarda ehtiyaclar orta və yüksək, 

imkanlar  isə  aşağı  və  orta  olaraq  qiymətləndirilmişdir.  Kolleksiyaların  saxlandığı  təşkilatların 

ə

ksəriyyətində  fondların  saxlanması  üçün  müvafiq  laboratoriya  avadanlıqları,  dezinfeksiya  və 



dezinseksiyaedici kimyəvi preparatlar, etiketləşdirmə materialları və qurğularına ehtiyac var. 

Ex-situ  saxlanma  fəaliyyətinin  genişləndirilməsi  üzrə  son  illərdə  əsas  diqqət  material  və 

informasiya  mübadiləsi  sahəsində  əlaqələndirmənin  artırılmasına,  Milli  səviyyədə  toxum  və  tarla 

Genbanklarının yaradılmasına verilmişdir. Strategiyanın bu cür müəyyən edilməsi həm məqsədyönlü 

tədqiqatların  səmərəliliyinin  artırılması,  həm  müsbət  təcrübənin  yayılması,  həm  də  əhəmiyyətli 

dərəcədə vəsaitlərə qənaət edilməsi baxımından əlverişlidir. Nümunələrin milli səviyyədə saxlanmaya 

cəlb  edilməsi  həm  onların  etibarlı  qorunmasını  təmin  edir,  həm  də  ayrı-ayrı  kolleksiya  sahiblərini 

artıq  vəsait  və  qüvvə  sərf  etməkdən  xilas  edir.  Milli  toxum  Genbankının  yaradılmasında  və  lazımi 

avadanlıqlarla  təchiz  olunmasında  Dünya  Bankının,  ĐCARDA-nın,  Beynəlxalq  Etimad  Fondunun, 

Usda-nın  rolunu  xüsusi  qeyd  etmək  lazımdır.  Ex-situ  mühafizə  və  genbank  fəaliyyətləri  üzrə  yerli 

mütəxəssislərin  təlimi  işinə  ĐCARDA-nın  və  digər  beynəlxalq  təşkilatların  mütəxəssislərinin  cəlb 

edilməsi  nəzərdə  tutulur.  Tarla  genbanklarının  və  kolleksiya  bağlarının  da  lazımi  səviyyədə  təşkil 

edilməsi  üçün  beynəlxalq  və  regional  təşkilatların  dəstəyinə  və  müvafiq  layihələr  üçün  donorların 

tapılmasına ehtiyac vardır. 



 

32 


 

  Yaxın  10  ildə  ex-situ  mühafizənin  yaxşılaşdırılması  üzrə  tədbirlər  planı  yeni  milli 

strategiyanın əsas tərkib hissələrindən biridir. Milli genbankın və digər mühüm kolleksiyaların texniki 

təchizatının  yaxşılaşdırılmasına,  toxum  işlənmələri  və  genbanklarla  bağlı  kadr  hazırlığının 

gücləndirilməsinə  ehtiyac  vardır.  Veqetativ  çoxalan  bitkilərin  in  vitro  üsulu  ilə  saxlanması  üzrə 

şə

raitin yaradılması vacibdir. Gələcəkdə kriosaxlanma işinin təşkili də nəzərdə tutulur. 



 

3.1.6. Ex-situ kolleksiyalarda genetik eroziya problemləri  

Son  illərdə  4  təşkilatda  genefond  materiallarında  genetik  dəyişkənlik  və  genetik  bütövlüyün 

itməsi  üzrə  13  tədqiqat  icra  olunmuşdur.  Bu  tədqiqatlar  40-a  qədər  nəşr  materialında  öz  əksini 

tapmışdır.  Azərbaycanın  müxtəlif  təşkilatlarında  mövcud  olan  ex-situ  kolleksiyalarda  normal 

saxlanma  şəraitinin  olmaması  bir  sıra  qiymətli  nümunələrin  itmək  təhlükəsi  ilə  üzləşməsinə  səbəb 

olmuşdur. Bu kolleksiyalarda toplanmış və milli əhəmiyyət daşıyan genefond Milli Genbanka təhfil 

verilərkən  nümunələrin  cücərmə  qabiliyyətinin  çox  aşağı  olması,  bəzilərinin  isə  ümumiyyətlə 

həyatilik  qabiliyyətini  itirməsi  faktları  narahatlıq  doğurur.  Eyni  zamanda,  tarla  kolleksiyalarında, 

genefond  bağlarındakı  maddi-texniki  imkanların  lazımi  səviyyədə  olmaması,  dəqiq  qeydiyyatının 

aparılmaması,  sahiblərin  dəyişdirilməsi,  qanunsuz  zəbtedilmə  və  s.  səbəblərdən  onlarda  toplanmış 

toxumla  çoxaldılmayan  bitki  nümunələrinin  itməsi  və  ya  itmək  təhlükəsi  ilə  üzləşməsi  faktları  da 

mövcuddur. Đtmək təhlükəsi altında olan ex-situ nümunələrin bərpası üzrə son illərdə respublikada bir 

sıra  layihələr  həyata  keçirilmişdir.  Bu  layihələrin  əhəmiyyətli  hissəsi  vegetativ  çoxaldılan  bitki 

genefondu  və  tərəvəz  bitkiləri  ilə  bağlıdır.  Bərpaolunma  üzrə  layihələrin  əhatə  dairəsini 

genişləndirməyə ehtiyac vardır.  

Vaxtilə  toplanmış  yabanı  bitki  müxtəlifliyi  nümunələrinin  toxumlarının  miqdarının  az, 

cücərmə qabiliyyətinin aşağı olması, bərpa zamanı rast gəlinən çətinliklər (aqroekoloji mühitin fərqli 

olması, çarpaz tozlanan bitkinin təcrid edilməsini təmin etməyin heç də həmişə mümkün olmaması, 

işçi  heyətin  peşəkarlığının  zəifliyi  və  s.)  eroziya  təhlükəsini  daha  da  artırmışdır.  Ölkə  üzrə 

inventarlaşdırma  keçirilməsi  yolu  ilə  bütün  kolleksiyalarda  genetik  eroziya  təhlükəsinin  vaxtında 

aşkara  çıxarılması  lazımdır.  Regional  və  beynəlxalq  təşkilatlardan  ehtiyac  duyulan  dəstək  isə,  ilk 

növbədə, heyətin təlimı ilə, texniki və metodiki yardımlarla bağlıdır. 

 

 

 



 

 


 

33 


3.2 Planlı və məqsədyönlü toplama 

3.2.1. Son 10 ildə toplanma fəaliyyəti   

Uzun bir tarixi dövr ərzində həvəskar əkinçi və bağbanlar tərəfindən yaradılmış bir sıra yerli 

aborigen  sort  və  formalar  ən  müxtəlif  səbəblərdən  (məsələn,  müasir  intensiv  sortlar  tərəfindən 

sıxışdırılmaqla) yox olmuş, ya da itmək təhlükəsi ilə üzləşmişlər. Đn-situ mühafizə edilən və xüsusilə 

də bu mühafizədən kənarda qalmış bitki müxtəlifliyi müxtəlif səbəblərdən azalmış, qiymətli genlərin 

daşıyıcısı  olan  bir  sıra  növlər  isə  birdəfəlik  itməkdədir.  Onlar  vaxtında  toplanılmazsa  və  lazımi 

şə

raitdə mühafizə edilməzsə, çox qiymətli genetik zənginlik itirilər, gələcək nəsillər isə bundan ciddi 



ziyan  çəkə  bilər.  Bunu  nəzərə  alaraq,  Azərbaycanda  mədəni  bitkilərin  yerli  qədim,  qiymətli  sort  və 

formalarının,  onların  yabanı  qohum  və  əcdadlarının,  ərzaq  məqsədi  ilə  istifadə  edilən  yabanı  bitki 

müxtəlifliyinin  nadir,  endemik  və  itməkdə  olan  növlərinin  məqsədli  və  planlaşdırılmış  şəkildə 

toplanması və ex-situ kolleksiyalarda mühafizə edilməsi üzrə son illərdə Milli Proqram çərçivəsində 

çox iş görülmüşdür. Bu məsələ Milli Proqramın mühüm prioritetlərindəndir. ETƏĐ, GEĐ, BĐ, AKTA, 

MNB,  NBĐ  ən  çox  ekspedisiya  fəaliyyəti  ilə  məşğul  olmuş  təşkilatlardır.  Məlumat  bazasında  55 

ekspedisiya  ərzində  dənli-taxıl,  dənli-paxlalı,  tərəvəz-bostan,  yem,  meyvə-giləmeyvə,  texniki, 

dərman, bəzək və meşə bitkilərini əhatə edən 1308 nümunənin toplanması haqqında məlumat vardır.  

 

1999-2006-cı  illərdə  Azərbaycanın  əksər  ərazilərini  əhatə  edən  milli  və  beynəlxalq 



ə

həmiyyətli  ekspedisiyalarda  dənli-taxıl,  dənli-paxlalı,  yem,  meyvə-giləmeyvə,  texniki,  dərman, 

bəzək, meşə və s. bitkilərin qiymətli nümunələri toplanmışdır. Burada 1999, 2001, 2002, 2003, 2004, 

2006-cı  illərdə  Almaniya,  Avstraliya,  Rusiya,  Yaponiya,  Suriya,  Böyük  Britaniya,  ABŞ,  Đran  və  s. 

ölkələrin  alimlərinin  iştirakı  və  bir  sıra  beynəlxalq  təşkilatların  dəstəyi  ilə  keçirilmiş  Beynəlxalq 

Ekspedisiyaları  misal  göstərmək  olar.  Məsələn,  2001-ci  ildə  Cənubi  Muğan,  Lənkəran–Astara, 

Abşeron,  Şamaxı–Đsmayıllı,  Şəmkir–Gədəbəy  və  Tovuz–Qazax  bölgələrində  71  məntəqəni  əhatə 

etmiş  beynəlxalq  ekspedisiya  zamanı  yerli  dənli  taxıl,  paxlalı  və  yem  bitkilərinin  242  nümunəsi 

toplanmışdir.  2003-cü  ildə  respublikanın  cənub  və  şimal  regionlarında  yabanı  tərəvəz  və  paxlalı 

bitkilərin  toplanması  üzrə  Beynəlxalq  Ekspedisiya  keçirilmiş  və  endemik,  nadir  və  itməkdə  olan 

növləri  əhatə  edən  bitki  nümunələri  toplanmışdır.  2004-cü  ildə  keçirilən  və  respublikanın  əksər 

bölgələrini  əhatə  edən  Beynəlxalq  Ekspedisiyanın  gedişində  paxlalı  və  dənli  bitkilərin  yabanı 

ə

cdadlarının və yerli sortlarının 670 nümunəsi toplanaraq ex-situ kolleksiyalara təhvil verilmişdir.  



 

Son illərdə meyvə-giləmeyvə bitkilərinin və üzümün qiymətli genefondunun toplanması üzrə 

fəaliyyətlər genişləndirilir. Burada GEĐ, ETBSBĐ, ETÜŞĐ, NBĐ və digər təşkilatlar daha məqsədyönlü 

iş aparırlar. Məsələn, yerli ekspedisiyalar və fərdi ezamiyyələr yolu ilə ETÜŞĐ-da üzümün 310, GEĐ-

də  160  xalq  seleksiyası  sortu  toplanmış  və  yeni  genefond  bağları  salınmışdır.  GEĐ-də  badam,  nar, 


 

34 


püstə, çaytikanı və digər bitkilərin qiymətli genefondu toplanmışdır. ETBSBĐ-nun meyvə genefondu 

da fərdi ezamiyyələr yolu ilə daim zənginləşdirilir. 

 

Görülmüş  işlərlə  birgə,  kolleksiyaların  daha  da  zənginləşdirilməsi,  onlarda  olan  boşluqların 



doldurulması, itmiş nümunələrin bərpası və bitki müxtəlifliyinin vəziyyətinin öyrənilməsi məqsədi ilə 

respublikanın bütün ərazilərini əhatə edən və vahid mərkəzdən əlaqələndirilən müntəzəm ekspedisiya 

fəaliyyətinin  həyata  keçirilməsinə  ehtiyac  vardır.  Bu  işin  yüksək  səviyyədə  təşkili  üçün  əsas 

məhdudiyyətlər  maliyyə  mənbələri,  xüsusi  hazırlıqlı  işçi  heyət  və  müvafiq  texniki  avadanlıqlarla 

təminatın  lazımi  səviyyədə  olmamasıdır.  Ən  böyük  problemlərdən  biri  də  ekspedisiya  maşınlarının 

yoxluğudur.  

 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin