Rbaycanda Ərzaq və K



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix01.01.2017
ölçüsü0,75 Mb.
#4037
1   2   3   4   5   6   7   8

B. ƏSAS HĐSSƏ 

 

I fəsil. Biomüxtəlifliyin vəziyyəti 



1.1 Bitki genetik ehtiyatlarının əsas dəyəri  

Azərbaycanda  torpaq-iqlim  şəraitinin  son  dərəcə  rəngarəngliyi  bitki  genetik  ehtiyatlarının  çox 

böyük zənginliyinin əmələ gəlməsinə səbəb olmuşdur. Burada ali bitkilərin 4500-dən çox növü qeydə 

alınmışdır ki, onlardan da 237-i endemikdir. Onların içərisində elə bir növ tapmaq olmaz ki, mühüm 

ə

həmiyyət  kəsb  etməsin.  Təbii  zənginlikdən  bəhrələnməklə  10  min  illik  əkinçilik  tarixində 



mədəniləşdirilən  və  xalq  seleksiyası  yolu  ilə  yaradılan  nümunələrin  müxtəlifliyi  xüsusi  qeyd 

edilməlidir.  Burada  tarixən  dənli-taxıl  (buğda,  arpa,  çovdar,  vələmir  və  s.),  dənli-paxlalı  (noxud, 

mərci,  lərgə,  lobya  və  s.),  tərəvəz-bostan  (pomidor,  badımcan,  qarpız,  yemiş,  boranı  və  s.),  paxlalı-

yem (yonca, xaşa və s.), meyvə (alma, armud, ərik, alça, heyva, nar, əncir, badam, qoz, fındıq və s.), 

üzüm,  texniki  bitkilər  (pambıq,  şəkər  çuğunduru,  tütün,  biyan  və  s.)  becərilmiş,  əhalinin  ərzaq  və 

digər məhsullara tələbatının ödənilməsində mühüm rol oynamışlar. Bu bitkilər indi də kənd təsərrüfatı 

ə

kinlərinin əsas hissəsini təşkil edir. Eyni zamanda, əhali həmin bitkilərin yabanı əcdadlarından və bir 



sıra digər yabanı bitkilərdən (yabanı bitən yemişan, itburnu, böyürtkən, quşüzümü, çaytikanı və s. kol 

bitkiləri, kəklikotu, əməköməci,  yarpız, gicitkən və s. ot bitkiləri, meşə ağac və kol bitkiləri) ərzaq, 

dərman və təsərrüfat məqsədləri üçün istifadə edir. Otlaq və biçənəklərin, dağ çəmənliklərinin, meşə 


 

11 


talalarının  zəngin  bitki  örtüyü  heyvandarlığın  inkişafına  güclü  təkan  vermişdir.  Ölkənin  yarımsəhra 

və  quru  çöllərinin  əkinlərdən  kənarda  qalan  hissəsi,  alp  və  subalp  çəmənlikləri,  meşə  zonalarının 

kənarları  otlaq  kimi  intensiv  istifadə  olunur.  Lənkəran-Astara  bölgəsində  sitrus  meyvələri,  çay  və 

faraş  tərəvəz,  Kür-Araz  zonasında  quru  subtropik  meyvələr,  pambıq,  taxıl  bitkiləri,  üzüm,  Gəncə-

Qazax  bölgəsində  üzüm,  kartof,  taxıl  bitkiləri,  Şəki-Zaqatala  bölgəsində  qərzəkli  meyvələr,  taxıl 

bitkilıri, Quba-Xaçmaz bölgəsində gecyetişən tərəvəz, tumlu meyvə və taxıl bitkiləri, Abşeronda quru 

subtropik meyvə bitkiləri, Naxçıvanda çəyirdəkli meyvə bitkiləri, üzüm, taxıl və  yem bitkiləri kənd 

təsərrüfatı  sistemində  əhəmiyyətli  yer  tutmaqla  əhalinin  ərzaq  və  digər  məhsullarla  təminatında, 

fermerlərin gəlirlərinin formalaşmasında mühüm rol oynayır.  

 

1.2 Növdaxili və növlərarası müxtəliflik 



1.2.1. Kənd təsərrüfatının əsasını təşkil edən bitki müxtəlifliyinin vəziyyəti  

Ölkədə  dənli-taxıl,  dənli-paxlalı  bitkilərin  müxtəlifliyində  ciddi  dəyişikliklər  qeydə  alınmasa 

da,  cüzi  azalmalar  müşahidə  edilmişdir.  Bu  azalma  ilk  növbədə  dənli-taxıl  və  paxlalı    bitkilərin 

yabanı  müxtəlifliyinə,  eləcə  də  vaxtilə  geniş  istifadə  edilən  qədim-yerli  sortlara  aid  edilə  bilər. 

Müstəqillik  dövründə  Azərbaycan  şəraitində  ən  çox  becərilən  taxıl  bitkilərindən  buğda  sortlarının 

müxtəlifliyinin illər üzrə kəskin dəyişilmələri son 2 ildə müəyyən qədər sabitləşmiş, əsasən Seleksiya 

Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasında (SNSM DK) qeydiyyatdan keçmiş 

və  introduksiya  olunmuş  sortların  becərilməsi  ilə  məhdudlaşmışdır.  Burada  əksər  ex-situ 

kolleksiyalarda  olan  müvafiq  bitki  nümunələrinin  azalması  müşahidə  edilmişdir.  Genetik  Ehtiyatlar 

Đ

nstitutunun (GEĐ)  genefondu isə elmi mübadilə və ekspedisiyalar yolu ilə toplanma nəticəsində xeyli 



zənginləşmişdir. Dənli taxıl və paxlalı bitkilərin əsas kolleksiyaları ET Əkinçilik Đnstitutunda (ETƏĐ) 

(2490 nümunə), GEĐ-də (2272), Naxçıvan Bioresurslar Đnstitutunda (NBĐ) (843) toplanmışdır.  

Azərbaycanda  qırtıckimilər  (Poaceae)  fəsiləsinin  120  cinsinə,  454  növünə  rast  gəlinir, 

bunlardan  25  növü  mədəni  halda  becərilir.  Bura  qırtıckimilərin  qədim  əmələgəlmə  mərkəzlərindən 

biri  sayılır.  Burada  buğda  (Triticum  L.)  cinsinin  16  növü  vardır.  Onlardan  bərk  buğdanın  (T.durum 

Desf.

)  43  növ  müxtəlifliyi  mövcuddur.  Ən  geniş  yayılanı:  apulicum,  hordeiforme,  leucurum



melanopus

 bütün aran, dağətəyi və dağlıq rayonlarda beçərilir. Burada yumşaq buğdanın (T.aestivum 



L

.)  87  növ  müxtəlifliyi  vardır.  Daha  geniş  yayılanlar  eritrospermum,  ferrugineum,  sezium



barbarossa

lutescensmilturumalbidum növləridir. Ex-situ kolleksiyalarda buğda bitkisinə aid 1862 

nümunə mühafizə olunur. 


 

12 


Azərbaycanda  arpanın  (Hordeum  L.)  10  növünə  rast  gəlinir.  Bunlardan  2-si  (adi,  çoxsıralı, 

altısıralı  arpa  (H.vulgare  L.)  və  ikisıralı  arpa  H.  disticum  L.)  mədəni  halda  becərilir.  Ex-situ 

kolleksiyalarda arpa bitkisinə aid 297 nümunə mühafizə olunur.  

Ölkədə covdarın (Secale L.) 5 növünə rast gəlinir. Bunlardan yalnız biri (əkin çovdarı S.cereale 



L.

) mədənidir. Genefondda çovdarın 23 nümunəsi vardır.  

Qarğıdalının  (Zea)  yalnız  bir  növü  (sarıdənli)  Z.mays  L.  yayılmışdır.  Onun  genefondda  549 

nümunəsi vardır. 

Çəltiyin  (Oryza  L.)  1  növü  –  O.sativa  L.  Şəki-Zaqatala  bölgəsində,  Kür-Araz  düzənliyində  və 

Talışda  becərilir.  Bundan  başqa,  tritikale  (genefondda  326  nümunə),  sorqo  (Sorghum  L.),  darı 

(Panicum L.) və s. cinslər də ərazidə təbii halda yayılmışdır.  

Azərbaycanda Fabaceae fəsiləsindən olan və əsasən ərzaq və yem məqsədi üçün istifadə olunan 

paxlalı  bitkilərin  400  növü  yayılmışdır.  Bunlardan  noxud  (Cicer  L.),  mərci    (Lens  L.),  at  paxlası 

(Vicia faba L.), lobya (Phaseolus L.), göy noxud (Pisum), araxis (Arachis L.), lərgə (Lathyrus L.) və 

b.  cinslərin  növləri  qədim  zamanlardan  mədəniləşdirilmişdir,  yabanı  növləri  isə  bütün  ölkə 

ə

razilərində  yayılmışdır.  Genefondda  noxudun  78,  lobyanın  68,  lərgənin  50,  paxlanın  70  və  s. 



nümunəsi mühafizə olunur. 

Florada itmək təhlükəsinə məruz qalan növlərin içərisində yem bitkiləri xüsusilə fərqlənirlər. 

Bu bitkilərinin genefondu üzrə nümunə sayı ilə seçilən 2 kolleksiya mövcuddur (GEĐ – 373, ETYÇOĐ 

–  189  nümunə).  Paxlalı  yem  bitkilərindən  ən  çox  yayılmış  və  istifadə  olunan  Medicago  L. 

(qarayonca)  (genefondda  263  nümunə),  Trifolium  L.  (üçyarpaq  yonca)  (121  nümunə),  Melilotus 

Adans. 

(xəşənbül), Lotus L. (qurdotu) (17 nümunə), Onabrychis (xaşa) (29 nümunə), Faba Garten. və 

s. cinslərin mədəni və yabanı növləri florada geniş yer tuturlar. Taxıl və paxlalılar fəsiləsindən olan 

bitkilər təbii otlaq və biçənəklərdə də geniş yer tutur.  

Ölkə  üzrə  tərəvəz-bostan  bitkilərinin  200  növü  bitir  və  bunun  əksəriyyəti  əhali  tərəfindən 

istifadə  olunur.  Onların  içərisində  Azərbaycanda  yayılma  areallarının  genişliyinə,  növlərin  və 

sortların  sayına,  qida,  dərman  və  sənaye  məqsədləri  ilə  istifadə  miqyasına  görə  Solanaceae  Hall., 

Brassicaceae  Juss.,  Liliaceae  Hall.

  və    Chenopodiaceae  Less.,  Cucurbitaceae  Hall.,  Asteraceae



Portulacaceae  Lindl.,  Lamiaceae

,  Malvaceae  Juss.,  Amaranthaceae  R.Br.  və  s.  fəsilələrindən  olan 

cinsləri xüsusi qeyd etmək olar. Tərəvəz-bostan  bitkilərinin ölkədə mövcud olan əsas kolleksiyaları 

(GEĐ  –  337,  ETTĐ  –  578,  AKTA  –  118  nümunə)  bu  bitkilərin  respublikada  mövcud  olan 

müxtəlifliyini tam əhatə  etmir. Əsas tərəvəz və bostan bitkilərinin  yabanı müxtəlifliyinin azalma  və 

yerli sortların introduksiya sortları ilə əvəz olunması tendensiyalarını nəzərə alsaq, bu sahəyə diqqət 

artırılması əsas prioritetlərdən biri olmalıdır.  


 

13 


Meyvə və giləmeyvə bitkilərinin zəngin biomüxtəlifliyi istifadə və faydalılıq baxımından çox 

qiymətlidir.  Əsas  meyvə  bitkilərinin  və  onların  yabanı  əcdadlarının  müxtəlifliyi  də  tədricən  azalır. 

Müxtəlif səbəblərdən bəzi ənənəvi sortların unudulması, introduksiya sortlarının isə sayının və əkin 

sahələrinin artması baş verir. O cümlədən, bir sıra növlər (məsələn, Naxçıvan MR-da Ficus carica L., 



Rheum  ribes  L.,  Pyrus  raddeana  Woronow,  Pyrus  medvedevii  Rubtz.,  Sorbus  persica  Hedl., 

Crataegus  tournefortii  Griseb.,  Crataegus  pontica  C.  Koch.,  Rosa  arvensis  Huds

.  və  s.)  itmək 

təhlükəsi  ilə  üzləşmişlər.  Bu  səbəbdən  əsas  meyvə,  giləmeyvə  və  üzüm  bitkilərinin  GEĐ-də  (cəmi 

1199  nümunə),  ET  Bağçılıq  və  Subtropik  Bitkilər  Đnstitutunda  (ETBSBĐ)  (1519),  NBĐ-də  (166), 

“Araz” Elm Đstehsalat Birliyində (“Araz” EĐB) (197), Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında 

(AKTA)  (57),  ET  Üzümçülük  və  Şərabçılıq  Đnstitutunda  (ETÜŞĐ)  (310),  Mərkəzi  Nəbatat  Bağında 

(MNB)  (120)  və  institutların  regionlarda  yerləşən  genefond  bağlarında,  tarla  kolleksiyalarında 

toplanmış genefondunun dəyəri çox yüksəkdir.  

Böyük  Qafqazın  cənub  yamaclarında  və  Quba-Qusar  regionunda  yunan  qozu  (Juglans  regia 

L

.), fındıq (Corylus avellana L.), şabalıd (Castanea sativa Mill.), xurma (Diospyros kaki L.), xurma-

xırnik    (Diospyros  lotus L.),  zoğal  (Cornus  mas L.),  alça  (Prunus  divaricata  Led.)  və  onlarca  digər 

növlər əhali tərəfindən ərzaq kimi istifadə olunur. Bu ərazilərdəki fermer təsərrüfatlarında bu növlərin 

bir  çox  xalq  seleksiyası  sortları  vardır.  Ərazidə  alma,  armud,  tut,  əzgil,  zoğal  və  s.  bitkilərin 

müxtəlifliyi geniş yayılmışdır.  

Vaxtilə çaykənarı meşəliklərdə palıd, vələs və s. meşə bitkiləri ilə birgə yabanı və mədəni halda 

bitən əzgil (Mespilus germanica L.), nar (Punica granatum L.), gilas (Cerasus avium (L.)Moench.), 

gilənar (Cerasus vulgaris Mill.), üzüm (Vitis sp.div.)  bitkiləri böyük ərazi tutduqları halda antropogen 

təsirlər  nəticəsində  areallarının  daralması  müşahidə  olunur.  Talış  regionunda  böyürtkən,  əncir,  nar, 

alça,  itburnu,  sitrus  bitkiləri,  Abşeronda  üzüm,  əncir,  püstə  (Pistacia  vera  L.),  badam  (Amygdalus 

fenzliana Lipsky

), iydə (Elaeagnus angustifolia L., E.caspica Grossh.), tut (Morus alba L., M.nigra 



L

.),  heyva  və  nar  bitkilərinin  qiymətli  sortları  təbii  halda  bitir  və  ya  fermerlərin  təsərrüfatlarında, 

bağlarda  becərilir.  Yabanı  üzümün,  moruğun,  çiyələyin  və  digər  giləmeyvə  bitkilərinin  bütün 

respublikada yayılması məlumdur.  

Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə vaxtilə zoğal, gilas, gilənar, nar, heyva (Cydonia 

oblonga Mill

.), nar, əncir (Ficus carica L., F.hyrcana Grossh.), armud (Pyrus sp.), üzüm (məs.: Vitis 



vinifera L

. və V.labrusca L.), və s. meyvə bitkiləri geniş yayılmaqla əhali tərəfindən istifadə edilirdi.  

Texniki bitkilərdən pambıq (Gossypium L.), çay (Thea L.) və tütün (Tabacum L.) Azərbaycanda 

qədimlərdən becərilməklə geniş sahə tutur. Son illərdə bu bitkilərin həm əkin sahələrinin və həm də 

istifadə  olunan  sort  tərkibinin  azalması  müşahidə  olunsa  da,  onların  kolleksiyaları  (pambıq,  tütün, 


 

14 


şə

kər  çuğunduru  və  s.)  zənginliyi  ilə  seçilir  (GEI-nin  pambıq  kolleksiyası  1370,  ETPI-nin  pambıq 

genefondu  isə  670  nümunədən  ibarətdir).  Respublikada  bu  nümunələrin  az  bir  qismi  əkilir,  lakin 

genefond  gələcəkdə  seleksiya  imkanlarının  yaradılması  baxımından  qiymətlidir.  Digər  texniki 

bitkilərlə  bağlı  GEĐ-nin  Çuğundur  kolleksiyasını  (95  nümunə),  AKTA-nın  Texniki  və  efir  yağlı 

bitkilər kolleksiyasını (36) göstərmək olar. 

 

1.2.2. Đkinci dərəcəli və ya az istifadə olunan bitki müxtəlifliyi 

Təsərrüfat əhəmiyyəti yüksək olmayan və az istifadə olunan bitki müxtəlifliyinin vəziyyəti son 

illərdə  geniş  araşdırmaların  mövzusu  olmamışdır.  Dərman  bitkilərinin,  yabanı  üzümün,  çaytikanı 

bitkisi  kimi  son  illərdə  şöhrət  qazanmış  bitkilərin  müxtəlifliyinin  öyrənilməsinə  diqqət  artırılmışdır. 

Azərbaycanda 350-dən çox baltoplayıcı bitki növü qeydə alınsa da, bunların yalnız 200 növündən az 

və ya çox dərəcədə istifadə edilir. Az istifadə olunan bitkilərdən xaşxaşı (Papaver L., Azərbaycanda 

20 növünə rast gəlinir, bunlardan bir növ P.somniferum L. becərilir), bəzi aşılayıcı bitkilərdən Cotinus 

coggria

 L. – sarağan, Quercus sp.div. – palıd, Rhus coriaria L. – sumax, Carpinus sp.div. – vələsi, 

boyaq  bitkilərindən  sarı  rəng  verən  65  növ,  qırmızı  rəng  verən  30  növ,  qara  rəng  verən  24  növ, 

çəhrayı  rəng  verən  13  növ,  göy  rəng  verən  25  növü,  kauçuk  və  digər  elastik  maddələr  verən 

bitkilərdən Acer platanoides L. – ağcaqayın, Apocynum sibiricum Pall. – kəndir, Evonymus sp.div. – 

gərməşov, Verruosus Scop. və s. bitkiləri misal göstərmək olar. Bu bitkilər ex-situ kolleksiyalarda ya 

təmsil  olunmamış,  ya  da  çox  cüzi  təmsil  olunmuşlar  (MNB-də  və  Mərdəkan  Dendrarisində  bu 

bitkilərin  yerli  və  introduksiya  nümunələrinə  rast  gəlmək  olar).  Təbii  landşaftların  sahəsinin 

məhdudlaşması  ilə  bunların  da  ehtiyatları  və  növ  müxtəlifliyi  azalmaqdadır.  Dərman  bitkilərinin 

istifadəsinin artması və mühafizə fəaliyyətinə diqqət verilməməsi nəticəsində onların müxtəlifliyi də 

azalmaq  təhlükəsi  ilə  üzləşmişdir.  Qida  kimi  istifadə  edilən  bəzi  ot  və  yabanı  tərəvəz  bitkilərinin 

müxtəlifliyinin hədsiz otarılma səbəbindən azalması müşahidə edilir.  

Ə

hali  tərəfindən  istifadə  olunan,  ancaq  sənaye  və  satış  əhəmiyyəti  aşağı  olan  bitkilərdən 



quşəppəyi (Capsella bursa pastoris L.), suluf (Echinochoa oryzoides Fr.), çaşır (Prongos ferulaceae 

Lindl.)

, baldırqan (Heracleum trachyloma L.), turşəng (Rumex-in növləri), kəvər (Capparis herbacea 



L.)

,  adi  kaliş  (Sorghum  vulgare  L.),  sallaq  quşdarısı  (Milium  effusum),  cacıq  (Chaerophyllum 



caucasicum

) və b. bu kimi əvvəllər çox yayılmış bitkilərin müxtəlifliyi də azalmaq təhlükəsinə məruz 

qalmaqdadır.  

El  adətlərində,  bayatılarda,  digər  folklor  nümunələrində,  tarixi-etnoqrafik  əsərlərdə  bəzi 

bitkilərin  (dağdağan,  üzərrik  və  s.)  tərənnüm  edilməsinə,  bəzən  isə    müqəddəsləşdirilməsinə  rast 

gəlirik.  Belə  bitkilərin  bəziləri  bəzək,  bəziləri  məişət  avadanlığı,  bəziləri  dərman,  bəziləri  isə 



 

15 


inamlarla bağlı müəyyən mərasimlərdə istifadə edilmək üçün (məsələn üzərlik yandırma adəti kimi) 

toplanılır. Fermerlər onları sataraq müəyyən qazanc əldə edirlər.   

 

1.2.3. Kənd təsərrüfatı bitkilərinin yabanı əcdadları və ərzaq məqsədilə istifadə olunan yabanı 

bitki müxtəlifliyi 

Mədəni  bitkilərin  yabanı  əcdad  və  qohumlarının  müxtəlifliyi  tədricən  azalmaqdadır. 

Azərbayçanda  buğdanın  yabanı  növləri  aran,  dağətəyi,  və  dağlıq  rayonlarda  yayılmışdır.  Dağlıq  və 

dağətəyi  zonalarda  itmək  təhlükəsi  ilə  üzləşmiş  3  yabanı  buğda  növü  bitir:  təkdənli  buğda  – 



T.boeoticum

 Boiss., ikidənli buğda – T.araraticum Yakubs. və b. Müəyyən edilmişdir ki, T.boeoticum 



Boiss.

 növünün ayrı-ayrı növmüxtəliflikləri Zəngilanda (dəniz səviyyəsindən 600-800 m yüksəklikdə) 

Bəsitçay  vadisində,  Naxçıvanda  Şərur  və  Ordubad  bölgələrində,  Cəbrayıl  rayonu  ərazisində 

yayılmışdır. Azərbaycanda T.urartu növü də tapılmışdır. T.boeoticum Boiss. növündən divergensiya 

etmiş T.monococcum növünün Yuxarı Qarabağ ərazilərində yayıldığı qeydə alınmışdır. T.araraticum 

Ş

amaxıda 800 m, Ağsu aşırımında 350-700 m hündürlükdə aşkar edilmişdir. Bu növə Naxçıvanda da 



rast  gəlinir.  Aegilops  cinsinə  aid  9  növ  Azərbaycanda  geniş  yayılmışdır.  Araşdırma  zamanı  bəzi 

yerlərdə  bu  cinsin  növlərinə  2000  m-dən  bir  qədər  yuxarıda  da  rast  gəlinmişdir.  Ölkədə  yabanı 

arpanın  8  növü  yayılmışdır:  yabanı  arpa  (Hordeum  spontaneum  C.  Koch.),  göy  arpa  (H.  glaucum 

Steud

.),  soğanaqlı  arpa  (H.bulbosum  L.),  bənövşəyi  arpa  (H.violaceum  Boiss.  et  Huet.),  çovdarvari 

arpa (H.secalinum Schreb.), dovşan arpası (H.leporinum Link.). Çovdarın  4 yabanı növü yayılmışdır: 

alaq-tarla  çovdarı  (S.segetale  Roshev.),  Vavilov  çovdarı  –  (S.vavilovi  Grossh.),  Anadolu  çovdarı 

(S.anatolicum Boiss.), meşə çovdarı (S.sylvestre Host.). Azərbaycanda lərgənin 17, gülülün (Vicia L.) 

40 yabanı növü yayılmışdır. Bundan başqa sorgonun 2, darının 3 yabanı növü (Panicum capillare L., 



P.dichotomiflorum M., P.sumatrens Roth ety Roem

) florada qalmaqdadır.  

Cənub  bölgəsində  Medicago  glutinosa  Bieb.,  Eremurus  spectabilis,  Solanum  sysimbrifolium 

kimi növlər də təbii areallarını itirməkdədirlər. 

Tərəvəz-bostan bitkilərinin yabanı əcdad və qohumları içərisində Physalis L. (2 yabanı növ), 

Allium  L

.  (41  yabanı  növdən  6-sı  Azərbaycanın  endemidir),  Amaranthus  L.  (yabanı  bitən  6  növ), 



Rumex L

. (17 növ), Polygonum L. (27 növ), Calligonum L. (4 növ), Malva L. (10 növ), Alcea L. (8 

növ), Mentha L. (Azərbaycanda 5 növü var, bunlardan 4-ü yabanıdır) daha geniş yayılmışdır. 

Tərəvəz-bostan  bitkilərinin  yabanı  növlərinin  areallarının  daralması  faktları  aşkara 

çıxarılmışdır.  Ən  geniş  yayılmış  və  istifadə  olunan  yabanı  tərəvəz  bitkiləri  içərisində  ərzaq 

ə

həmiyyəti  olan  bir  neçə  bitki  növünü  də  göstərmək  olar.  Bunlardan  Əməköməci  fəsiləsinə  aid 



ə

məköməci  (Malva  neglecta  Wailler)  bitkisinin  yarpaq  və  zoğları  müxtəlif  xörəklərin 



 

16 


hazırlanmasında  istifadə  edilir.  Kərəviz  fəsiləsindən  efir  yağlı  bitki  olan  baldırğanın  (Heracleum 

asperum  Bieb

.)  özəyi  soyulub  yeyilir,  duza  qoyulur.  Yolotu  fəsiləsnə  aid  müalicəvi  əhəmiyyətli 

qırxbuğum  və  ya  yolotunun  (Polygonum  alpestre  C.A.Mey.)  körpə  zoğları  və  yarpaqlarından  sıyıq, 

kətə, plov və dovğa bişirilir, qurudulub saxlanılır. Gicitkən fəsiləsinə aid gicitkənin (Urtica dioica L.) 

körpə  zoğları,  yarpaqları  duzla  ovulub  yeyilir,  ondan  müxtəlif  xörəklərin  hazırlanmasında  istifadə 

edilir.  Çoxillik,  limon  ətirli  bitki  olan  dalamaz,  melissanın  (Melissa  officinalis  L.)  körpə  zoğ  və 

yarpaqları  yığılıb  reyhan  kimi  istafadə  edilir.  Ətriyyatda  və  tibbdə  də  istifadə  edilir.  Azərbaycanda 

yabanı halda razyanə - boyana (Foeniculum vulgare Mill.), köküyumru soğanı (Allium rotundum L.), 

qulançar  (Asparaqus  affcinalis  L.),  əvəlik  (Rumex  asetosa  L.),  qoyunqulağı  (Silene  L.),  rəvənd 

(Rheum undulatum L.), dağ nanəsi (Saturea montana L.), yarpız (istiot nanəsi – Menta piperitta L.), 

çöl  keşnişi  (dişəvər  –  Antrhiscus  cerafolium  Hoffm.),  təpə  keşnişi  (Bifora  radians  L.),  yemlik  və 

onlarca digər tərəvəz bitkiləri əhali tərəfindən istifadə edilir.  

Meşə massivlərində, çayların vadilərində və b. yerlərdə almanın (Malus L.) 40 müxtəlif yabanı 

formasina  rast  gəlinir.  Armudun  (Pirus  L.)  16  yabanı  növündən  P.eldarica  Grossh.  və  P.vsevolodi 



T.Heid

.  endemdirlər.  Heyvanın  yabanı  formalarına  Xəzərsahili  meşələrdə  rast  gəlinir,  bu  meşələrin 

sahəsinin  azalması  onun  müxtəlifliyinin  azalmasına  səbəb  olmuşdur.  Quşarmudu  (Sorbus  L.)  11  (5 

növ Qafqaz üçün endemdir), yemişan (Grataegus L.) 9, gavalı 3, badam  2, gilənar 5, böyürtkən və 

moruq  (Rubus  L.)  14,  qarağat  (Ribes  L.)  2  yabanı  növlə  təmsil  olunmuşdur.  Bundan  başqa  yabanı 

halda  bitən  əzgilə,  göyəmə  (Prunus  spinosa  L.),  alçaya,  nara,  gilasa,  itburnuya  (Rosa  sp.div.), 

çaytikanıya (Hippophae rhamnoides L.), zoğala, üzümə (Vitis silvestris Gmel.), qərzəkli bitkilərə və 

digər  meyvə-giləmeyvə  bitkilərinə  respublikanın  meşə  və  kolluqlarında,  dağlıq  və  dağətəyi 

rayonlarında rast gəlinir. 

Naxçıvan ərazilərində biomüxtəlifliyin araşdırılması sayəsində buranın florasında əhəmiyyətli 

yer  tutan  yabanı  dənli  bitkilərdən  Avena  ventricosa  Bal.  Ex  Coss.,  Hordeum  spontaneum  C.  Koch., 

Secale anatolicum Boiss., Triticum araraticum Jakubz., T.monococcum L., Secale vavilovii Grossh.

paxlalı bitkilərdən Onobrychis sp.div. (O.transcaucasica növünə həm yabanı halda rast gəlinir, həm 



də  mədəni  halda  becərilir),  Lens  sp.div.,  Medicago  sp.div.,  Trifolium  sp.div.;  soğanaqlı  geofitlərdən 

Allium  leucanthum,  Allium  szovitsii

,  Allium  akaka  Gmel.  ex  Schult.,  Allium  mariae  Bordz.,  Allium 



leonidii  Grossh

.  kimi  növlərə  rast  gəlinir.  Onların  da  çoxu  itmək  təhlükəsindədir.  Zuvand  (Lerik) 

ə

razisində  Astragalus,  Allium,  Beta,  Hordeum,  Amygdalus;  Dağlıq-Şirvan,  Qəbələ-Oğuz,  Lənkəran-



Astara  ərazilərində  Lactuca,  Triticum  kimi  cinslərin  növ  müxtəlifliyində  areal  daralması  müşahidə 

edilmişdir. Təbii otlaqların bəzi faydalı bitkiləri, məsələn, Ammi visnaga (L.) Lam., Achillea nobilis 



L.,  Inula  helenium  L.,  Digitalis  nervosa  Steud.  et  Hochst.  ex  Benth. 

növləri  də  eyni  təhlükə  ilə 



 

17 


üzləşirlər.  Botanika  Đnstitutunun  əməkdaşlarının  Böyük  Qafqazın  cənub  yamaclarında  və  Naxçıvan 

MR  ərazisində  apardıqları  araşdırmalara  görə  Dorema  glabrum  Fish.  et  C.A.Mey.,  Ferula  oopoda 



Bois., Ferula szowitsiana DC., Smyrniopsis aucheri Boiss., Grammosciadium platycarpum Boiss. et 

C.A.Mey.,  Zeravschania  pauciradiata  (Tamamsch.)  M.Pimen.,  Ferula  persica  Willd.,  Stenotaenia 

macrocarpa  Willd.,  Prongos  acaulis  (DC.)  Bornm. 

kimi  aborigen  növlər  itmək  təhlükəsindədirlər. 

Ambroziya  (Ambrosia  artemisiifolia  L.),  sarı  sarmaşıqlar  (Cuscuta  L.),  sürünən  kəkrə  (cəhrayı) 

(Acroptilon  repens

  DC.),  tikanlı  quşüzümü  (Solanum  rostratum  Dun.)  kimi  adventik  alaq  otları 

kənardan floraya düşmüş və yerli növləri sıxışdırırlar. 

Respublika florasında rast gələn dərman və sənaye əhəmiyyətli bir çox yabanı bitkilər müxtəlif 

iş  adamları  tərəfindən  xarici  ölkələrə  aparılmaqda  davam  etdirilir.  Bunlardan  Glycyrrhiza  glabra  L. 

(biyan), Urtica dioica L. (gicitkan), Betula sp.div. (toz ağacı cinsinə aid növlər) və s. göstərmək olar. 

Bu bitkilərin də ciddi nəzarətə götürülməsi onların mühafizəsi baxımından çox vacibdir. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin