Rbaycanda Ərzaq və K



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix01.01.2017
ölçüsü0,75 Mb.
#4037
1   2   3   4   5   6   7   8

VI fəsil. Regional və beynəlxalq əməkdaşğın vəziyyəti 

6.1. Beynəlxalq əlaqələrin ümumi vəziyyəti 

Son  illərdə  beynəlxalq  və  regional  təşkilatlar  (FAO,  ECP/GR,  IPGRI,  ICARDA,  USDA, 

CĐMMYT, BGE üzrə Beynəlxalq Trast–Fond, Beynəlxalq Tərəvəz Tədqiqatları və  Đnkişafı Mərkəzi 

və  s.),  ABŞ,  Rusiya,  Yaponiya,  Đtaliya,  Cənubi  Koreya,  Avstraliya,  Böyük  Britaniya,  Almaniya, 

Türkiyə, Hindistan, Fransa, Meksika, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin və başqa ölkələrin 

elm  mərkəzləri  və  genbankları,  botanika  bağları  ilə  sıx  əməkdaşlıq  əlaqələri  qurulmuş,  müqavilələr 

imzalanmış və birgə fəaliyyətlər həyata keçirilir.  

 

6.2 Beynəlxalq şəbəkələ

Azərbaycan Beynəlxalq və Regional Şəbəkələrin işində fəal surətdə iştirak edir. Azərbaycanın 

Bitki  Genetik  Ehtiyatları  Şəbəkəsi  2004-cü  ildən  ECP/GR  (European  Cooperative  Programme  on 

Crop  Genetic  Resources  Networks)  Əməkdaşlıq  Proqramının  üzvüdür  və  onun  bitki  qrupları  üzrə 

koordinasiya  şəbəkələrinin  işçi  qruplarında  (arpa  –  N.Gəraybəyova,  buğda  –  S.Məmmədova,  yem 

bitkiləri  –  Z.Əkpərov,  Malus/Pyrus  qrupu  –  Ş.Məmmədov,  Vitis  –  M.Musayev,  dənli  paxlalı  – 

S.Babayeva, Beta – Z.Əkpərov, soğan – Ə.Babayev, Cucurbits – Ş.Əliyev, Brassica – R.Đsmayılov, 

dərman və aromatik bitkilər – Ə.Đbrahimov,  Solanaceae – Ə.Babayev), Xüsusi Məqsədli Qruplarında 

(Yabanı  Növlərin  Mühafizəsi  üzrə  -  Z.Əkpərov  və  On-farm  Đdarəetmə  üzrə  -  N.Nəbiyeva), 

Sənədləşdirmə və Đnformasiya Şəbəkəsində (A.Məmmədov) təmsil edilmişdir. 

Azərbaycan WIEWS (Global Network of the World  Information and Early Warning System 

on  Plant  Genetic  Resources)  sistemi  ilə  də  əməkdaşlıq  edir.  Respublikanın  16  təşkilatı  bu  sistemdə 

qeydiyyata alınmışdır və müvafiq koda malikdir.  

Azərbaycanın  Bitki  Genetik  Ehtiyatları  Şəbəkəsi  Cənubi  Qafqaz  və  Mərkəzi  Asiya  regionu 

üzrə Regional Şəbəkənin də tam hüquqlu üzvüdür və həmin şəbəkənin əksər layihələrində, məsələn, 

son  2  ildə  həyata  keçirilmiş  “Regionda  genbankların  dəstəklənməsi,  “Regional  şəbəkənin 

yaradılması”  və  “Ex-situ  kolleksiyaların  inventarizasiyasının  başa  çatdırılması”  layihələrində  fəal 

iştirak etmişdir.  

Milli,  regional  və  beynəlxalq  şəbəkələr  texnologiyanın  ötürülməsində,  rüşeym  plazmasının 

dublikatlaşdırılmasında,  informasiya  və  rüşeym  plazması  ilə  mübadilədə,  tərəfdaşların  fəallığının 

artırılmasında,  texniki  ekspertiza  ilə  mübadilədə,  Milli  Proqram  üçün  tədqiqatçıların  təlimində, 

qabaqcıl  elmi  nəticələrə  müraciət  imkanlarının  genişləndirilməsində,  rüşeym  plazmasının  ümumi 

səciyyələndirilməsi  və  qiymətləndirilməsində,  ƏKTBGE  üzrə  məlumatlandırılmanın  artırılmasında 


 

52 


Milli Proqrama əhəmiyyətli dərəcədə yardım göstərir və fəaliyyətlərin təkrarlanmasının qarşısını alır. 

Şə

bəkələrin inkişafında əsas məhdudiyyət maliyyə ehtiyatlarının kifayət qədər olmamasıdır. 



 

6.3 Beynəlxalq Proqramlar və sazişlə

Azərbaycan  ƏKTBGE  və  ətraf  mühitin  mühafizəsi  ilə  bağlı  beynəlxalq  miqyaslı  proqram  və 

sazişlərin  iştirakçısıdır.  Belə  proqramlardan  biri  yuxarıda  qeyd  edildiyi  kimi  BGE  üzrə  Avropa 

Ə

məkdaşlıq  Proqramıdır  (ECP/GR).  Bu  proqram  çərçivəsində  Milli  Proqramın  mütəxəssisləri 



beynəlxalq tədbirlərdə iştirak edir, əməkdaşlıq əlaqələrini inkişaf etdirirlər.  

Azərbaycan  Biomüxtəlifliyə  dair  Konvensiya  (Rio-de  Janeyro,  1992),  Bitkilərin  Yeni 

Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Konvensiya (UPOV, Cenevrə, 2002), Biotəhlükəsizliyə dair 

Kartahen  protokolu  və  s.  kimi  beynəlxalq  saziş  və  konvensiyaların  üzvüdür,  “Bitki  rüşeym 

plazmasının  toplanması  və  ötürülməsi  işi  üçün  Beynəlxalq  Kodeks”  (FAO,  Đtaliya,  1993),  Bitki 

Genetik Ehtiyatları (BGE) üzrə Qlobal Fəaliyyət Planı (Leypsik, 1996) və s. beynəlxalq əhəmiyyətli 

sənədlərə qoşulmuşdur. Trast Fondla Azərbaycan arasında Müvəqqəti saziş imzalanmış (Azərbaycan 

tərəfinin  öhdəliyini  Milli  Elmlər  Akademiyasının  Prezidenti  imzalamışdır)  və  bunun  əsasında 

regional layihə üzrə Mill Genbanka texniki yardım göstərilmişdir. IPGRI (Beynəlxalq Bitki Genetik 

Ehtiyatları  Đnstitutu,  Roma)  ilə  Azərbaycan  arasında  BGE  üzrə  Məlumat  Bazasının  və  EURĐSCO 

axtarış kataloqunun inkişafı ilə bağlı Anlaşma Memorandumu (memorandumu Azərbaycan tərəfindən 

Genetik Ehtiyatlar üzrə Milli Əlaqələndirici imzalamışdır) bağlanmış və fəaliyyətlər davam edir.  

Azərbaycanın  BGE  üzrə  Beynəlxalq  Müqaviləyə  qoşulması  ilə  bağlı  Milli  Əlaqələndirici 

tərəfindən  hökumət  qarşısında  məsələ  qaldırılmışdır.  Müqavilənin  imzalanması  ilə  bağlı  prinsipial 

razılıq əldə edilmişdir. 

 

 

 

 

 

 

 

 

 

 

 


 

53 


 

VII fəsil. ƏKTBGE-dən istifadə icazəsi, onların istifadəsindəəldə edilən gəlirin bölüşdürməsi 

və həmçinin fermerlərin hüquqları 

 

7.1 Bitki genetik ehtiyatlarına müraciət  

BGE-yə müraciətin asanlaşdırılması və yaxşılaşdırılması ilə bağlı betnəlxalq miqyasda qəbul 

edilmiş  prinsiplər  Azərbaycan  Respublikasında  da  rəsmən  tanınır.  2000-ci  ildə  Milli  Məclis 

tərəfindən BMT-nin «Bioloji müxtəliflik haqqında» Konvensiyasına qoşulmaq haqqında Azərbaycan 

Respublikasının qanunu qəbul edildikdən sonra bu sahədə müsbət irəliləyişin baş verdiyini söyləmək 

olar.  2005-ci  ildə  Milli  Elmlər  Akademiyasının  Prezidenti  tərəfindən  imzalanmış  Bitki  Müxtəlifliyi 

üzrə  Qlobal  Etimad  Fondu  qarşısında  Genetik  Ehtiyatlar  Đnstitutunun  Rəsmi  Təəhhüdu  də  bu 

institutda  yaradılan  Milli  Genbanka  ayrılmış  vəsaitin  istiqamətli  xərclənməsindən  əlavə,  həm  də 

burada  toplanmış  nümunələrə  azad  müraciət  imkanlarına  aiddir.  Son  2  ildə  Avstraliya,  Yeni 

Zelandiya,  ABŞ,  Kanada,  Cənubi  Afrika,  Rusiya  və  b.  ölkələrin  elm  mərkəzlərinin  və  alimlərinin 

elmi məqsədlərə istifadə edilmək üçün müxtəlif bitkilərin toxumlarını əldə etmək istəyi müsbət həll 

edilmiş  və  bu  zaman  toxum  mübadiləsi  haqqında  süzişlərə  istinad  edilmişdir.  Toxumlar  müvafiq 

ölkələrə Dövlət Fitosanitar Xidmətinin sertifikatları ilə göndərilmişdir. Eyni zamanda Azərbaycanda 

seleksiya  və  bitki  tədqiqatları  üçün  lazım  gələn  nümunələrin  əldə  edilməsi  məqsədilə  beynəlxalq 

təşkilatlara və xarici ölkələrin genbanklarına müraciətlər edilmişdir. Đlk növbədə Azərbaycan mənşəli 

nümunələrin əldə  edilməsi prioritet sayılmışdır və USDA, VĐR,  ĐCARDA, CĐMMYT, Niderland və 

Çexiyanın  genbankları  ilə  bu  barədə  razılıq  əldə  edilmişdir.  ETƏĐ,  “Araz”  EĐB  və  digər  təşkilatlar 

Đ

CARDA  və  CĐMMYT-dən,  ETTĐ  Beynəlxalq  Tərəvəz  Tədqiqatları  və  Đnkişafı  Mərkəzindən  birgə 



tədqiqatlar üçün bitki nümunələri alırlar.   

BGE  üzrə  Beynəlxalq  Müqavilənin  yaxın  zamanlarda  imzalanacağı  da  gözlənilir  ki,  bu  da 

BGE  ehtiyatlarına  müraciət  və  elmi  məqsədlərlə  bu  ehtiyatlardan  azad  istifadə  sahəsində  yeni 

imkanlar yaradacaqdır.  

 

7.2 Bitki genetik ehtiyatlarının istifadəsindən gələn gəlirlərin bölüşdürülməsi 

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının 

Qanunu”nda  (2000)  in-situ  mühafizə  edilən  BGE-dən  istifadə  nəticəsində  əldə  edilən  gəlirlərin 

bölüşdürülməsi ilə bağlı müddəalar vardır. Ancaq bu müddəalar bölüşdürmə mexanizmlərini kifayət 

qədər dəqiq əks etdirmir. Gəlirlərin bölüşdürülməsi məsələləri ayrı-ayrı sahələr üzrə hüquqi-normativ 

aktlar vasitəsi ilə nizamlanır. Məsələn, Seleksiya Nailiyyətləri Haqqında Azərbaycan Respublikasının 



 

54 


Qanununda  (1996)  və  “Yeni  bitki  sortlarının  mühafızəsi  haqqında  Beynəlxalq  Konvensiya”ya 

(UPOV)  qoşulmaq  barəsində  Azərbaycan  Respublikasının  Qanununda  (2003)  yeni  sortların 

tətbiqindən gələn gəlirlərin bölüşdürülməsi ilə bağlı müddəalar vardır. Lakin burada da mexanizmlər 

işləmədiyindən seleksiyaçılar və onların mənsub olduqları təşkilatlar yaratdıqları sortların tətbiqindən 

gəlir  əldə  edə  bilmirlər.  Məsələn,  taxıl  bitkiləri  üzrə  ölkədə  əkin  sahələrinin  50%-dən  çoxunda  ET 

Ə

kinçilik  Đnstitutunun  əməkdaşları  tərəfindən  yaradılmış  sortlar  əkilərək  becərilsə  də,  nə  bu 



ə

məkdaşlara,  nə  də  instituta  bu  sortlardan  əldə  edilən  gəlirdən  pay  ayrılmır.  Bu  fikri  çoxsaylı 

rayonlaşmış  sortları  olan  ET  Tərəvəzçilik  Đnstitutuna  da  aid  etmək  olar.  Bu  səbəbdən  yeni  sortların 

yaradılması  zamanı  istifadə  edilən  genetik  ehtiyatların  sahibləri  də  əldə  edilən  gəlirlərdən  yararlana 

bilmirlər.  

 “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi 

barədə”  2005-ci  ildə  qəbul  edilmiş  AR  Qanununun  müvafiq  bəndinin  icrasını  təmin  etməklə  bağlı 

Nazirlər Kabinetinin 2006-cı ilin fevralında qəbul etdiyi “Sort müəllifinə və patent sahibinə toxumdan 

istifadəyə görə haqqın ödənilməsi Qaydası haqqında” qərar müsbət qarşılansa da, bunun real olaraq 

həyata  keçirilməsi  üçün  mexanizm  yoxdur.  Stimullaşdırmanın  olmaması  isə  tədqiqatların 

səmərəliliyinə öz təsirini göstərir.  

 

7.3 Fermer hüquqlarının həyata keçirilməsi 

Kəndli  sahibkarların  fəaliyyəti  “Ailə  (kəndli)  təsərrüfatı  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunu  (2005)  və  Mülki  Məcəllə  ilə  qorunur  və  tənzimlənir.  Dövlət  sahibkarlıq 

fəaliyyətini  özünün  vergi,  pul,  kredit,  gömrük  və  hüquq  sistemləri  vasitəsilə  tənzimləyir.  Kənd 

təsərrüfatı  məhsulları  istehsalçılarına  müddətli  vergi  güzəştlərinin  verilməsi,  Sahibkarlığa  Kömək 

Milli Fondunun yaradılması müsbət qiymətləndirilməlidir. Azərbaycan Respublikasının qanunları ilə 

torpaq  mülkiyyətçilərinə  geniş  hüquqlar  verilmişdir.  Onlar  özlərinin  mülkiyyətində  olan  torpağı 

qanunvericilikdə  müəyyən  olunmuş  qaydada  satmaq,  icarəyə  vermək,  girov  qoymaq,  bağışlamaq 

hüququna  malikdirlər.  Kəndli  sahibkar  torpaq  vergisi  istisna  olmaqla  bütün  vergilərdən,  bir  sıra 

istehsal vasitələrinin və toxumların gömrük rüsumlarından azad edilmiş, yanacağın və suyun satışında 

onlara  güzəştlər  edilməsi  nəzərdə  tutulmuşdur.  Fermerlərə  öz  məhsullarını  satmaq  üçün  hərtərəfli 

imkanlar yaradılır.  

Bu  və  ya  digər  səviyyədə  hüquqlarının  pozulmasına  görə  onlar  təsərrüfatlarının  yerləşdiyi 

rayonların məhkəmələrinə müraciət edə bilirlər.  

Fermerlərin  hüquqlarının  təmin  olunmasında  əsas  çatışmazlıqların  səbəbi  torpaq  islahatının 

keçirilməsi zamanı baş vermiş qüsurlar, bəzi yerli icra strukturlarının laqeyd münasibəti və korrupsiya 


 

55 


hallarının  mövcud  olmasıdır.  Bir  sıra  hallarda  qanunlarda  olan  boşluqlar  da  burada  müəyyən  rol 

oynayır.  Fermerlərin  meşə  ehtiyatlarından,  ümumi  otlaqlardan,  su  ehtiyatlarından  və  s.  istifadəsi  ilə 

bağlı problemlər vardır.  

Bütün  bu  problemlər  mövcud  qanunlara  ciddi  əməl  edilməsi  və  qanunvericiliyin 

təkmilləşdirilməsi, inhisarçılığa və korrupsiya hallarına qarşı mübarizə aparılması yolu ilə həll edilə 

bilər.  


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

56 


VIII fəsil. BGE-nin ərzaq təhlükəsizliyi və davamlı inkişafın təmin olunmasının idarə 

olunmasında rolu. 

Hər  bir  dövlətin  qarşısında  duran  əsas  vəzifələrdən  biri  ölkənin  milli  təhlükəsizliyi 

məsələsidir. Ərzaq təhlükəsizliyinin təminatı kifayət qədər geniş və çoxtərəfli problemləri əhatə edən 

milli  təhlükəsizlik  sisteminin  mühüm  tərkib  hissəsidır.  “Ərzaq  təhlükəsizliyi”  dedikdə  müəyyən 

edilmiş keyfiyyət standartları çərçivəsində əhalinin əsas qida məhsullarına olan tələbatının fasiləsiz, 

uzunmüddətli  və  dayanaqlı  şəkildə  ödənilməsini  təmin  edən  tədbirlər  kompleksi  nəzərdə  tutulur. 

Ə

rzaq  təhlükəsizliyinə  nail  olunması  üçün  dövlət  tərəfindən  seleksiya  proqramları  maliyyələşdirilir, 



qabaqcıl  üsul  və  texnologiyalardan  istifadə  etməklə  bitkilərin  yaxşılaşdırılması  üzrə  rəsmi 

strategiyalar  da  mövcuddur.  Yoxsulluğun  aradan  qaldırılması  və  regionların  inkişafı  üzrə  dövlət 

proqramlarını misal göstərmək olar. 

Đ

nstitutların  mövzu  planları  şəklində  dövlət  sifarişləri  və  bu  sifarişlər  üzrə  icra  edilmiş 



layihələr də ərzaq təhlükəsizliyi istiqamətində strateji planlaşdırmaya aid edilə bilər.  

 

Azərbaycanda ərzaq təhlükəsizliyinin vəziyyəti ildən-ilə yaxşılaşırsa da hələ də xaricdən taxıl 



alınmasını  dayandırmaq  mümkün  olmur.  Qazaxıstan  (idxalın  50  %-i,  Ukrayna  və  Rusiyadan  taxıl 

idxal olunur. Azərbaycanın taxıl məhsullarına ehtiyacını tamamilə ödəyə bilməsi üçün bütün tədbirlər 

görülür. Bu gün Azərbaycan meyvə bitkilərinin və üzümün ixracatçısıdır.  

Ə

KTBGE-nin  dövlətin  iqtisadi  inkişafına  və  yoxsulluğun  azaldılmasına  verdiyi  töhfələr 



çoxşaxəlidir. Azərbaycanda son illərdə aqrar sahədə 170 min iş yeri açılmışdır ki, bunun da mühüm 

bir hissəsi birbaşa və ya dolayısı yolla ƏKTBGE-dən istifadə ilə bağlıdır. Ölkədə ərzaq çatışmazlığı 

(əsasən  qaçqınlarla  bağlıdır)  son  10  ildə  37  faizdən  21  faizə  düşmüşdür.  Beynəlxalq  Ərzaq 

Müfəttişliyinin 2006-cı il üzrə hesabatinda qeyd edilir ki, Azərbaycanda əhalinin 29 faizi  yoxsulluq 

həddində  yaşayır. Bu rəqəm ölkədə əvvəlki illərlə və digər qonşu ölkələrlə müqayisədə əhəmiyyətli 

dərəcədə  (bəzən  2-3  dəfə)  azdır  və  daim  azalmaqdadır.  Bu  faktı  Romada  Azərbaycan  Prezidenti 

Cənab  Đlham Əliyevi qəbul edərkən FAO-nun Baş Katibi Cənab Jak Dyuf da xüsusi vurğulamışdır. 

Cənab  Jak  Dyuf  FAO-nun  BGE,  ərzaq  təhlukəsizliyi  və  yoxsulluğun  azaldılması  sahəsində  həyata 

keçirdiyi layihələrdə Azərbaycanın iştirakını xüsusi qiymətləndirmişdir.  

 

Azərbaycan  hökumətinin  tutduğu  siyasi  xəttin  həyata  keçirilməsi  ƏKTBGE-nin  geniş 



miqyaslı tədqiqatlara cəlb edilməsi, toplanması, in-situ və ex-situ şəraitində mühafizəsi, ərzaq, geyim, 

təsərrüfat  və  seleksiya–bitki  yaxşılaşdırması  məqsədlərilə  səmərəli  istifadəsi  ölkədə  təmin  edilmiş 

sosial-siyasi sabitlik şəraitində getdikcə daha da genişlənəcək və nəhayətdə yoxsulluğun tam şəkildə 

aradan qalxmasına və xalqın rifahına oz layiqli töhfəsini verəcək. 

 


 

57 


Ə

sas qısaltmalar: 

 

Xarici təşkilatlar: 

Qısa adı 

Tam adı 


ATƏT 

Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı 

BMT 

Birləşmiş Millətlər Təşkilatı 



CGĐAR 

Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məşvərət Qrupu 

ECP/GR 

BGE üzrə Avropa Əməkdaşlıq Proqramı 



Đ

CARDA 


Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi 

CIMMYT  Buğda və Qarğıdalının yYaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz 

Đ

PGRĐ 


Beynəlxalq Bitki Gebetik Ehtiyatları Đnstitutu 

FAO 


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı 

QFP 


Qlobal Fəaliyyət Planı 

USDA 


ABŞ Dövlət Departamentinin Kənd Təsərrüfatı Đdarəsi 

VĐR 


Ümum-Rusiya Bitkiçilik Đnstitutu 

VDU 


Vaşinqton Dövlət Universiteti 

 

Ölkə təşkilatları: 

Qısa adı 

Tam adı 


AEM 

KTN Aqrar Elm Mərkəzi 

AMEA 

Azərbaycan Milli Elmlər Akademiyası 



BĐ 

AMEA Botanika Đnstitutu 

KTN 

Kənd Təsərrüfatı Nazirliyi 



GEĐ 

AMEA Genetik Ehtiyatlar Đnstitutu 

ETÜŞĐ 

ET Üzümçülük və Şərabçılıq Đnstitutu 



MNB 

AMEA Mərkəzi Nəbatat Bağı 

“ARAZ” EĐB  “ARAZ” Elm-Istehsalat Birliyi 

ETBSBĐ 


ET Bağçılıq və Subtropik Bitkilər Đnstitut 

ETĐĐ 


ET Ipəkçilik Institutu 

ETTĐ 


ET Tərəvəzçilik Đnstitutu 

NBĐ 


AMEA Naxçıvan Bölməsi Bioresurslar Đnstitutu 

ETƏĐ 


ET Əkinçilik Đnstitutu 

ETPĐ 


ET Pambıqçılıq Đnstitutu 

ETYÇOĐ 


ET Yemçilik, Çəmənçilik və Otlaqlar Đnstitutu 

AKTA 


Azərbaycan Kənd Təsərrüfatı Akademiyası 

SNSMDK 


Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası 

 

 



Digər qısaltmalar: 

Qısa adı 

Tam adı 

MMB 


Azərbaycanın ex-situ genetik ehtiyatlarının Mərkəzi Məlumat Bazası 

BGEĐS 


Azərbaycanın Bitki Genetik Ehtiyatlarının Đnformasiya Sistemi 

BGE 


Bitki Genetik Ehtiyatları 

Ə

KTBGE  Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatları 



 

 

 



 

 

58 


Đ

darəedici Komitənin üzvləri 

 

 



Ad, soyad 

Vəzifə 




Cəlal Əliyev 

AMEA-nın  akademiki,  AMEA  Rəyasət  Heyətinin  üzvü, 

Milli  Məclisin  (Parlament)  deputatı,  BGE  üzrə  Milli 

Proqramın rəhbəri 



Zeynal Əkpərov 

AMEA  Genetik  Ehtiyatlar  Đnstitutunun  direktoru,  Genetik 

Ehtiyatlar üzrə Milli Koordinator 



Musa Musayev 

AMEA-nın  akademiki,  Biologiya  Elmləri  Bölməsinin 

akademik-katibi, Zoologiya  Đnstitutunun direktoru 



Vahid Haciyev 

AMEA-nın akademiki, Botanika Đnstitutunun direktoru 

Ə

səd Musayev   



Kənd  Təsərrüfatı  Nazirliyi  Aqrar  Elm  Mərkəzinin  Baş 

direktoru 



Səlim Musayev 

AMEA-nın müxbir üzvü, Botanika Đnstitutunun şöbə müdiri 



Tariyel Talıbov 

AMEA  Naxçıvan  Bölməsi  Bioresurslar  Đnstitutunun 

Direktoru, Naxçıvan MR Ali Məclisinin (Parlament) deputatı 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

59 


QFP-nin yerinə yetirilməsi üzrə MĐMM-nin Maraqlı Tərəfləri

 

1. 



Genetik Ehtiyatlar Đnstitutu 

Tabeçiliyi: Azərbaycan Milli Elmlər Akademiyası 

Ünvanı: Azadlıq prospekti 155, AZ1106, Bakı 

Tel: (+994 12) 449 91 29 

Fax: (+994 12) 449 92 21 

E-mail: 

akparov@yahoo.com

 

Web: 

www.biodiversity.az

 ; 

http://www.cac-biodiversity.org/aze/aze_instgen.htm

  

Fəaliyyət sahələri: Genbank (uzunmüddətli, ortamüddətli, qısamüddətli saxlanma kolleksiyası, 



tarla genefondu); Tədqiqat; Đdarəetmə

 

Prioritet bitkilər: Azərbaycan üçün prioritet olan bütün ƏKTBGE: Kənt təsərrüfatı bitkiləri, 



onların yabanı əcdadları, dərman, aramatik və yağlı bitkilər

 

Kolleksiyada nümunə sayı: 5706 



       

2.

 

Botanika Đnstitutu  

Tabeçiliyi: Azərbaycan Milli Elmlər Akademiyası 

Ünvanı: Batamdart küç. 40, AZ1073, Bakı 

Tel: (+994 12) 497 59 45 

Fax: (+994 12) 497 59 45 

E-mail: 

botanica@baku.ab.az

 , 

v.gadjiev@yahoo.com

 

Web: 

http://www.science.az/en/botany/index.htm

  

Fəaliyyət sahələri: Floranın Tədqiqi; Herbari Fondu 

Prioritet bitkilər: Yabanı flora, faydalı bitkilə

 

3. 



Mərkəzi Nəbatat Bağı 

Tabeçiliyi: Azərbaycan Milli Elmlər Akademiyası 

Ünvanı: Batamdart küç. 40, AZ1073, Bakı 

Tel: (+994 12) 438 11 72 

Fax: (+994 12) 438 11 72 

E-mail



cbg@lan.ab.az ; vahid.botany@bakililar.az



 

Web: 

www.aznabatat.com

  

Fəaliyyət sahələri: Botanika bağı; Tədqiqat; Laboratoriya 

Prioritet bitkilər: Azərbaycan üçün prioritet olan bütün BGE 

Kolleksiyada nümunə sayı: 465 

 

4. 

Bioresurslar Đnstitutu  

Tabeçiliyi: Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi 

Ünvanı: Babək k. 10, Naxçıvan, AZ7000 

Tel: (+994 99) 45 05 01 

Fax: (+994 99) 446580 

E-mail: 

tariyel_talibov@box.az

 , 

ttalibov@yahoo.com

  

Fəaliyyət sahələri: Botanika bağı; Floranın tədqiqi,  Genbank (qısamüddətli saxlanma 



kolleksiyası); 

Prioritet bitkilər: Buğda, arpa, noxud, lobya, mərci,  meyvə bitkiləri, yabanı flora, faydalı bitkilər, 



dərman bitkiləri 

Kolleksiyada nümunə sayı: 811 

 

 


 

60 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin