Metioritin yerə düşməsi və ya planetimizin digər kosmik obyektlərlə toqquşması nəticəsində baş verən zəlzələlər.
Zəlzələ ocağının yerin altındakı mərkəzi - hipomərkəz (hipo-dərin deməkdir), yerin səthindəki proyeksiyası isə - epimərkəz (epi-dayaz deməkdir) adlanır.
Zəlzələ zamanı epimərkəzin ətrafında ən güclü təkanlar hiss edilən sahəyə – episentral sahə deyilir.
Zəlzələnin yaratdığı zəlzələ ocağından və ya epimərkəzdən yerin səthi üzrə hər tərəfə yayılan titrəyişlər elastiki (seysmik) dalğalar adlanır.
Zəlzələnin gücünü və xarakteristikasını səciyyələndirən əsas parametrlər – zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ enerjisinin intensivliyidir.
Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən, 0-dan 8,5 - dək hədd çərçivəsində dəyişən enerjiyə mütanasib olan şərti kəmiyyətdir. Zəlzələnin maqnitudasını ölçmək üçün, Rixter şkalasından istifadə edilir ki, bu şkalada hər bir vahid, özündən əvvəlki vahidə nisbətən, titrəyiş enerjisinin yüz qat artığına müvafiqdir.
Zəlzələ ocağının dərinliyi –zəlzələnin gücündün asılı olaraq 0-dan 700 km-dək dəyişə bilər. Hər bir seysmik rayon üçün, ehtimal olunan zəlzələnin dərinliyinin müəyyən həddi mövcuddur.
Zəlzələ enerjisinin intensivliyi, 12 (on iki) ballıq Rixter şkalası üzrə ölçülür.