Азярбайъан республикасы дахили ишляр назирлийи


Cəlaləddinin Cənubi Qafqazdakı fəaliyyəti



Yüklə 304,19 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix20.12.2023
ölçüsü304,19 Kb.
#187417
1   2   3   4   5   6   7   8   9   ...   15
282 azerbaycan tarixi m N6azerbaycanda monqol esareti

Cəlaləddinin Cənubi Qafqazdakı fəaliyyəti. 
1226-
ildə atabəy 
Özbəyin məmlükləri Bəklik əs-Sədidi və Seyfəddin Sunqurca sultana qarşı 
çıxdılar, lakin əvvəlcə Xoy yanında basılıb təslim oldular, sonra isə əfv 
edilərək, sultanın xidmətinə keçdilər. Buna baxmayaraq, 1229-cu ildə 
atabəy Özbəyin başqa məmlükləri ilə birlikdə onlar yenidən sultana qarşı 
çıxaraq, ən-Nəsəvinin sözləri ilə desək, "əvvəlki sülaləni (yəni, atabəyləri) 
bərpa etmək istədilər". Təbriz yanındakı döyüşdə atabəyin tərəfdarları 
darmadağın edildi; qiyamın əsir düşmüş bir neçə başçısı, o cümlədən 
Bəklik və Nəsrəddin Ağ Quş çarmıxa çəkildilər.
1229-
cu ildə soltan Cəlaləddin Gürcüstana ikinci böyük yürüşünü 
başlayır. Gürcü hökmdarı Rusudananın cəhdlərinə baxmayaraq, baş verən 
qanlı döyüş xarəzmlilərin qələbəsi, Tiflisin yenidən alınması və qarəti ilə 
nəticələnir.
Gürcü qoşunlarını məğlubiyyətə uğradan sultan ordusu yalnız il 
yarımlıq mühasirədən sonra, 1230-cu ilin aprelin 14-də Xilatı da ələ keçirə 
bilir. Lakin bu müvəffəqiyyət Cəlaləddinin ətraf yerlərin hakimləri arasındakı 
siyasi nüfüzunu möhkəmlədə bilmir. Əksinə, Cəlaləddini Kiçik Asiyanın, 
Şamın və Şimali Mesopotamiyanın bütün kiçik xanədanları üçün təhlükə 
hesab edən və onunla danışıqlarda müvəffəqiyyət qazana bilməyən Konya 
soltanı I Əlaəddin Keyqubad xarəzmşaha qarşı ittifaq yaradır. Dəməşq, 
Hims, Xortabirt, Hələb, Məyyəfariqin və Bənyəs hakimləri bu birliyə daxil 
olurlar.
Birləşmiş qoşunlarla Cəlaləddin ordusu arasında əsas döyüş 1230-cu 
ilin avqustun 10-
da Ərzincan yaxınlığında, Yassı-Çəmən dağı ətəyində baş 
verir. Xarəzmşahın ordusu darmadağın edilir. Xilatda sığınacaq tapmış 
Calaləddin az sonra qoşununun qalıqlarını Azərbaycana aparır.
Su
ltan Calaləddinin məğlubiyyətindən xəbər tutan Ələmut 
ismaililərinin başçısı III Əlaəddin Məhəmməd (1221-1255) xarəzmşahın 


9
indiki zəifliyi haqqında monqolları xəbərdar edir. Bu xəbəri alan monqollar 
1231-
ci ildə yenidən Azərbaycana hücum etdilər. Təhlükəni hiss edən 
Cəlaləddin kömək ümidini itirsə də, öz köhnə rəqiblərinə - ətraf yerlərin 
hakimlərinə müraciət edərək, onları monqollara qarşı birləşməyə çağırır. 
Lakin onun çağırışı cavabsız qalır.
Monqollara qarşı müqaviməti təşkil etmək iqtidarında olmayan ayrı-
ayrı hakimlər təzminatla canlarını qurtarmağa çalışırdılar.
Azərbaycanın ayrı-ayrı yerlərində yerləşdirilmiş xarəzmli dəstələr də 
əhalini talan və məhv etməkdən çəkinmirdilər. Buna görə də Cəlaləddin 
monqolların dərbədər saldığı döyüşçülərini bir yerə toplamaq cəhdi ilə çıxış 
etdi
kdə, Gəncə əhalisi vilayətdə özbaşınalıqlar törədən Xarəzm 
qarnizonuna 
qarşı ayağa qalxdı, xarəzmlilərin kəsilmiş başları Aran 
ərazisinə qədəm qoyan monqollara göndərildi.
Hadisədən xəbər tutan və bir neçə min xarəzmli döyüşçünü toplaya 
bilən Cəlaləddin Qarqarçay vadisində düşərgə salır. Monqol qoşunu 
başçısı Çormaqun-noyon sultana elçi yollayaraq, təslim olmasını tələb edir. 
Monqol elçisini öldürmək əmrini verən Cəlaləddin qoşununu xarəzmlilərə 
qarşı mübarizəni davam etdirən gəncəli Bəndlərin qiyamını yatırmaq üçün 
Gəncəyə göndərir. Qiyamçıların dinc yolla tabe edilməsi cəhdləri heç bir 
nəticə vermir. Şəhərə daxil olan və qiyamçıları amansızlıqla cəzalandıran 
sultan, Bəndər başda olmaqla otuz qiyamçını edam etdirir.
Monqollara qarşı ittifaq yarada bilməyən Cəlaləddin 1231-ci ilin 
avqustunda kürdlər tərəfindən qətlə yetirildi.
Su
ltan Cəlaləddin Manqburnının ölümü ilə bir çox ölkələrə, o 
cümlədən Azərbaycana monqol müdaxiləsinin qarşısını alan maneə aradan 
götürüldü.

Yüklə 304,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin