Азярбайъан республикасы дахили ишляр назирлийи


Qıpçaqların və gürcülərin Azərbaycandakı əməlləri



Yüklə 304,19 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix20.12.2023
ölçüsü304,19 Kb.
#187417
1   2   3   4   5   6   7   8   9   ...   15
282 azerbaycan tarixi m N6azerbaycanda monqol esareti

Qıpçaqların və gürcülərin Azərbaycandakı əməlləri. 
Monqol 
yürüşlərinin dağıdıcı təsiri aradan götürülməmiş, azərbaycanlılar yeni qüvvə 
ilə üzləşməli oldular. Bu, monqol təhlükəsinin dərbədər saldığı əlli minlik 
qıpçaq eli idi. Dövrün qaynağı xəbər verir ki, monqol hücumundan sonra 
qıpçaqların bir hissəsi dağlara, bir hissəsi rus torpaqlarına, bir hissəsi isə 
Dərbəndə üz tutdu. Dərbənd civarına gəlmiş qıpçaqlar, Dərbənd əmirinə iki 
dəfə elçi göndərərək, xidmətləri müqabilində onlara bu yerlərdə 
məskunlaşmaq üçün torpaq verilməsini xahiş etmiş, lakin hər dəfə rədd 
cavabı almışdılar. İbn əl-Əsirin məlumatına görə, onda qıpçaqlar hiylə ilə 
Dərbəndi tutub, o zaman gürcülərin əlində olan Qəbələni işğal etmək 
istədilər. Lakin buna nail ola bilməyib, şəhər ətrafını zəbt edib, Gəncəyə 
tərəf hərəkət etdilər. Bu zaman Gəncədə əmir olan Qaşqara əvvəlcə onlara 
qarşı çıxmağa cəhd göstərdisə də, danışıqdan sonra qıpçaq çadırlarının 
Gəncə ətrafında qurulmasına icazə verdi. Əmirin bu tədbiri qıpçaqların 
başçısının xələtlə mükafatlandırılmasını əmr edən atabəy Özbəyin də 
xoşuna gəldi.
Lakin dinclik bu yerlərdə uzun sürmədi. Monqol hücumundan sonra 
az-
çox özünə gəlmiş gürcülərin Gəncəyə yeni hücumu xəbərini alan əmir 
Qaşqara qıpçaqların qüvvəsindən istifadə etmək qərarına gəldi. Lakin 
onların Gəncə civarlarında törətdikləri pozğunçuluq hərəkətləri əmir 
Qaşqaranın qıpçaqları qovmasına, Arranın müsəlman və qeyri-müsəlman 
əhalisinin isə onları hər yerdə, xüsusilə Şirvanda təqib etməsinə səbəb 
oldu. Qıpçaqların Şirvanda darmadağın edilməsində xüsusi fəaliyyət 
göstərən gürcülər 1222-ci ildə, bir il əvvəl monqolların viran qoyduqları 
Beyləqana hücum etdilər. Dövrün müəlliflərinin yazdığına görə, gürcülərin 
bu şəhərdə törətdikləri əməllər onları heç də monqollardan geri qoymurdu.


7
1225-
ci ildə yenidən Gəncə yanında görünən gürcülər şəhəri 
mühasirə etdilər, lakin dəf edilərək, geri oturduldular. Onların yeni hücumu 
İraqın bir sıra yerlərində, o cümlədən Bəsrədə xəlifə qoşunlarını 
darmadağın edən, Bağdad ətrafına hücum çəkərək, əhalini var-yoxdan 
çıxaran xarəzmşah Cəlaləddin Manqburnının Azərbaycan ərazisinə yürüşü 
ilə dayandırıldı. 

Yüklə 304,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin