Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


Pul-kredit əməliyyatlarını həyata keçirən beynəlxalq müəssisələr



Yüklə 109,82 Kb.
səhifə20/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   16   17   18   19   20   21   22   23   ...   44
bim imt sual cavab (1) yeni

25. Pul-kredit əməliyyatlarını həyata keçirən beynəlxalq müəssisələr
Bütünlüklə , pul vəsaitlərinin səfərbər edilməsi və onların borc şəklində verilməsi bank sistemləri tərəfindən həyata keçirilir. Bu maliyyə -kredit institutları aşağıdakılardan ibarətdir :
-mərkəzi bank
-kommersiya bankarı
-ixtisaslaşmış kredit –maliyyə müəssisələri
Qeyd etdiyimiz ixtisaslaşmış kredit – maliyyə müəssisələri ayrı-ayrı sahələrin kreditləşməsi ilə məşğuldur. Bu müəssisələrin müştəriləri investisiya bankları,əmanət kassaları,sığorta kompaniyaları ,pensiya fondları və investisiya kompaniyalarından ibarətdir. Beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi ilə beynəlxalq maliyyə sistemindədə müəyyən irəliləyişlər ,dəyişikliklər özünü göstərmişdir.Belə ki, II dünya müharibəsindən sonra bir neçə ixtisaslaşmış beynəlxalq iqtisadi müəssisələr yaranmışdır. Bunların bir çoxu,pul –kredit əməliyyatlarını həyata keçirməyə başlamışdır. Bu müəssisələrdən daha böyük nüfuza malik olanı BVF və BYİB-dir. Bu müəssisələrin kapitalı onlara daxil olan ölkələrin üzvlük haqqı hesabına formalaşır.
BVF-in əsas vəzifəsi beynəlxalq valyuta münasibətlərində sabitliyin yaranmasına kömək etməkdir . Ancaq belə vəziyyətdə beynəlxalq iqtisadi artıma ,beynəlxalq ticarətin inkişafına yüksək məşğulluğa və gəlirə nail olmaq mümkündür. Beynəlxalq valyuta fondu ayrı-ayrı ölkələrdə tədiyyə balansının tənzimlən-məsinə də texniki və maliyyə yardımları edir. 1960-cı illərin əvvəllərində beynəlxalq valyuta fondunun təklifi ilə “Onluqlar qrupu “ yaranmışdır. Bura qabaqcıl 10 ölkə daxildir. Onlar borc verilməsi üzrə razılığa gələrək BVF-a əlavə maliyyə vəsaitləri ayırırlar.
BVF ilə yanaşı 1946-cı ildə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı yaranmışdır. Bu bankın əsas vəzifəsi müharibədən zərər çəkmiş dövlətlərin iqtisadi bərpasına uzunmüddətli kredit verməkdən ibarətdir. Əvvəllər bu bank ancaq inkişaf etmiş dövlətlərə kredit verirdi.Sonralar vaxt keçdikcə bu bank inkişaf etməkdə olan ölkələrə də kredit verməyə başlamışlar. Bu ölkələrin kreditləşməsi üçün bu bank Beynəlxalq Inkişaf Birliyi və BMK kimi filiallarını yaratmışdır. Beləliklə, Dünya Bankı və onun filialları öz kreditləri ilə inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial tərəqqisinə köməklik göstərir, onlarda effektivli təsərrüfatçılığa və məşğulluğun artmasına yardım edir.
DB və onun filialları inkişaf etməkdə olan ölkələrə kredit verməklə iqtisadi məsləhətçi kimi çıxış edirlər. DB-in özü isə tədiyyə qabiliyyətli borcalanlara kredit verir. Bu borcalanlar daha yüksək ,effektivli layihələr həyata keçirməyə malikdirlər.
Beynəlxalq kreditləşmə problemində ərzaq köməkliyi məsələsi əsas yerlərdən birini tutur. 1950-1960-cı illərdə ərzaq köməkliyi Cənubi Asiya ölkələrinə daha çox həyata keçirilirdi. Son dövrlərdə isə belə bir köməklik Afrika ölkələrinə daha çox həyata keçirilir. İlk dəfə ərzaq köməkliyi barədə proqram 1954-cü ildə ABŞ tərəfindən bəyan edilmişdir. Beləliklə uzun müddət ABŞ ərzaq köməkliyi proqramının vahid donoru olmuşdur. Lakin digər Qərb ölkələrində kənd təsərrüfatının inkişafı donor ölkələrinin sayının 25-ə çatmasına səbəb olmuşdur.1950-ci illərin ortalarına demək olar ki, bu kimi köməklik 3 ölkə - ABŞ,Fransa və İngiltərə tərəfindən həyata keçirilirdi. Hazırda isə demək olar ki, bütün inkişaf etmiş ölkələr ərzaq köməkliyində iştirak edirlər. Donor ölkələri büdcə xərcləri hesabına güzəştli kreditlər və subsidiyalar verir.Beləliklə, Dünya Bankının 1960-cı ildə yaranmış Beynəlxalq İnkişaf Birliyi hər nəfərə düşən ÜDM-in həcmi az olan ölkələrə kredit verir.1956-cı ildə yaranmış Beynəlxalq Maliyyə Korperasiyası isə zəif inkişaf etmiş ölkələrin xüsusi bölməsinə investisiya vəsaitləri ayırır.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin