Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Bitkin intonasiya
fikrin tamamilə bitdiyini bildirib səs tonunun tam alçalması, 
yarımçıq intonasiya
fikrin davamını bildirmək baxımından səs 
tonunun nisbətən alçalması ilə səciyyələnir.
İntonasiya cümlənin hissələri arasında müxtəlif sintaktik müna-
sibətləri də əks etdirir, danışanın məqsədi, istək və arzuları ilə 
əlaqədar olduğundan həm də modallıq bildirir. Modallığa görə, 
məlumatvermə, sual və əmr intonasiyaları, eləcə də sadalama, qarşı-
laşdırma, aydınlaşdırma mənaları fərqləndirilir. ”Cümlənin məqsə-
dindən asılı olaraq onun ümumi tonunu, nitqin ayrı-ayrı hissələrinin 
düzgün əlaqələnməsini intonasiya təmin edir. Ona görə də intona-
siya daha çox sintaktik quruluşla əlaqəlidir. Əgər biz fikrimizin 
məqsədindən asılı olaraq düzgün intonasiya seçməsək, müsahibimiz 
1
Bax: Горбушина Л.А., Николаичева А.П. Выразительное чтение. М.: 
Просвещение, 1978, с.4-5. 
2
Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. Bakı: Maarif, 1984, s.165. 


112 
nitqimizi çətin başa düşər. Məsələn, sadalama intonasiyası aydınlaş-
dırma intonasiyasından, qarşılaşdırma intonasiyası şərt və sual into-
nasiyasından köklü şəkildə fərqlənir və biz çox zaman buna psi-
xoloji vəziyyətdən asılı sövqi-təbii əməl edirik. Məsələn, insan sual 
cümləsini nəqli cümlənin intonasiyasında deyə bilməz, yaxud 
əksinə. 
Xitabların, ara sözlərin intonasiyası da fərqlənir və bu, nitq 
prosesində mütləq nəzərə alınmalıdır”.
1
İfadəli oxu texnikasında intonasiyanın müxtəlif funksiyaların-
dan istifadə olunur. 
1. İntonasiyanın 
estetik funksiyası
daha çox bədii qiraətdə, 
natiqlik sənətində özünü göstərir.
İndi mən nə edim, Qəmər? Axı sən mənim sirdaşım, dar günümdə harayım 
idin. Sən məni çox dardan çıxarmısan. Sən mənim urəyimdən keçənləri balaca bir 
işarədən başa düşürdün. Sən quşdan ayıq və ehtiyatlı bir atsan, Qəmər.
Çox qaranlıq gecələrdə, məndən qabaq yolda təhlükə olduğunu sən başa dü-
şübsən. Qulağını yapıxdırıb sakitcə dayanmısan və məni başa salmısan ki, irəli 
getmək olmaz. Məndən qabaq özün yolu dəyişmisən, Qəmər. Bir toyda, bir nişan-
da geri qalmamısan, hələ indiyəcən cıdırlarda səni keçən olmayıb. Məni utan-
dırmamısan, həmişə başımı uca eləmisən. Neçə dəfə mən sənin yalına yatıb, 
«gözlərinə qurban, Qəmər, əlac sənə qalıb» demişəm. Sən quş kimi qanad açıb 
məni güllənin altından çıxarmısan. Mən səni özümə qardaş, sirdaş bilirdim, 
Qəmər, sən kişnəyəndə ürəyim dağa dönürdü 
( İ. Şıxlı). 
2. İntonasiyanın 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin