Bilal Həsənli Nazilə Abdullazadə


Ünsiyyət.  İfaçı ilə dinləyicilər arasında ünsiyyətin yaradılması ifadəli oxunun təsirinin artırılması baxımından zəruridir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Ünsiyyət. 
İfaçı ilə dinləyicilər arasında ünsiyyətin yaradılması
ifadəli oxunun təsirinin artırılması baxımından zəruridir.
 
Ünsiyyət 
nə qədər təbii, canlı olarsa, bədii mətn daha emosional, fəal qavra-
nılar. İfaçı əsərin ideya-bədii məzmununa dərindən nüfuz etməli, 
bu, nəticə etibarilə, onda əsərin doğurduğu təəssüratı, hiss və dü-
şüncələri dinləyicilərlə bölüşmək tələbatı yaratmalıdır. Auditoriyanı 
ələ almaq üçün ifaçının nitqi canlı, təbii olmalıdır. 
İfadəli oxu zamanı 
ünsiyyətin 3 növündən
istifadə olunur: 
1.
Birbaşa ünsiyyət - ifaçının bilavasitə dinləyicilərə müra-
ciəti. 
Bu zaman ifaçı sanki öz hislərini, düşüncələrini qarşısındakı 
dinləyici ilə bölüşür, onu inandırmağa, dediklərinə uyğun ovqat 
yaratmağa, öz hiss və duyğularını - sevincini, kədərini, heyranlığını, 
qəzəbini, nifrətini bölüşməyə can atır. A.Səhhətin “Vətən”, 


108 
S.Vurğunun “Bahar”, H.Arifin “Təbiət düşünür” şeirlərinin ifası 
zamanı birbaşa auditoriyaya müraciət edilir.
Dinləyicilərlə birbaşa ünsiyyət məktəb təcrübəsində geniş 
yayılıb. Bu ünsiyyət növü daha təsirlidir, nitqin təbii, anlaşıqlı 
olmasına daha çox imkan verir. 
2. Təsəvvür edilən, xəyalda canlandırılan subyektə və ya 
obyektə müraciət.
Bu zaman ifaçı dinləyicilərlə ünsiyyətə xəya-
lında canlandırdığı, nəzərdə tutduğu subyektə, obyektə müraciət 
etməklə, fikrən onunla danışmaqla girir. Təxəyyüldə canlandırılan
dinləyici ilə ünsiyyət dedikdə, ifaçı qarşısında olmayan dinləyiciyə 
müraciət edir. Təxəyyüldə canlandırılan dinləyici ilə ünsiyyət zama-
nı müəyyən şəxsə, obyektə müraciətlə yazılan əsərlər (məsələn, N. 
Gəncəvinin “Ayüzlü nigarım, kimə mehman olacaqsan”, İ.Nəsimi-
nin “Dilbəra, mən səndən ayrı”, S.Ə.Şirvaninin “Qafqaz müsəlman-
larına xitab,” M.Ə.Sabirin “Əkinçi”, Aşıq Ələsgərin “Yaylaq”, 
“Dağlar” şeirlərinin, C.Məmmədquluzadənin “Ölülər” əsərində 
İsgəndərin monoloqunun, M.Müşfiqin “Oxu, tar”, Ə. Kərimin “İki 
sevgi”, şeirlərinin ifası zamanı ünsiyyətin bu növündən istifadə 
edilir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin