Bilal Həsənli Nazilə Abdullazadə


Nitqin və oxunun emosionallığı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Nitqin və oxunun emosionallığı.
İnsan həyatda müxtəlif insan-
larla, hadisələrlə qarşılaşır, müəyyən münasibətdə olur və bu müna-
sibət onun hislərində öz əksini tapır. “Emosiya insanın dərk etdiyi 
cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və dav-
ranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi pro-
sesdir”.
1
İnsan hisləri idrak, qavrama obyektinə subyektiv müna-
sibətin inikasıdır. Beyinin məhsulu olan insan hisləri, emosiyaları 
mürəkkəb və rəngarəngdir. Emosiyalar ifadəli hərəkətlərdə, jestlər, 
mimikalar, pantomimalar (bədən üzvlərinin ifadəli hərəkətləri), səs 
və nitqdə, o cümlədən ifadəli oxuda təzahür edir. 
K.S.Stanislavski diqqəti belə bir mühüm cəhətə cəlb edirdi ki, 
hislərə əmr etmək olmaz, hisləri digər yollarla yaratmaq lazımdır. 
İnsanın müəyyən hadisələrə emosional münasibətini yaratmağa im-
kan verən psixoloji vəziyyət yaradılmalıdır və yaranan emosional 
münasibət onun tərəfindən yaşanmalıdır.
2
Stanislavski metodunun mahiyyəti ondan ibarətdir ki, ifaçı pye-
sin qəhrəmanının hərəkətlərini yerinə yetirərkən emosiyaların ya-
ranması üçün zəruri olan şərtləri təmin edir. Bu, “fiziki təsir 
1
Ə.Bayramov, Ə.Əlizadə. Psixologiya. Bakı: Maarif, 1989, s.128. 
2
Якобсон П.М. Психология искусств. М.,1958, с.342.


110 
metodu” adlanır. İfadəli oxuda bu metod özünü onda göstərir ki, 
əsəri oxuyan və ya təhkiyəçi sözdən məqsədyönlü istifadə edirsə, o, 
mütləq “hislərlə” danışacaqdır. 
Müəllifin dünyagörüşü təsvir edilən hadisələrdə və onlara bəs-
lədiyi münasibətdə, həyat mövqeyində, əsərin ideyasında öz əksini 
tapır. Bütün bunları ilk növbədə ifaçı özü üçün aydınlaşdırmalı, 
sonra onu dinləyiciyə necə çatdıracağı barədə düşünməlidir. Bədii 
əsərin məzmununun dolğun şəkildə çatdırılması üçün sənətkarın 
təsvir edilənlərə emosional münasibəti, onu necə qiymətləndirməsi, 
yozumu, hadisənin onda doğurduğu hiss və duyğular aydınlaşdırıl-
malıdır.
Səslənən sözdə bədii obrazların fərdi-konkret forma və ideya-
məzmun vəhdətində canlandırılması 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin