Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Şuşa 
 
 
Daşaltı çayına yol vermək üçün
Dağ öz ətəyini yığıb altına. 
Elə bil bu yeri yaratdığı gün, 
Düşübdür Allahın xoş saatına. 
Hər daş öz rəngiylə dünyaya baxır, 
Hər qaya elə bil bir qərinədi. 
Çay da əsrlərin dibindən axır, 
Hər dağ daşa dönmüş zamandır, nədir?! 
“Qıy səsi” özünü atır qayadan, 
Başqa qayalara dəyir qayıdır. 
Dərə ümman olur gələndə duman, 
Buludlar üstündə boz qağayıdır. 
Sanki duman üstə dayanmışam mən, 


126 
Nağıl dünyasıdır bura elə bil. 
Günəş Simurq kimi qalxır dərədən, 
Qulaq as, daşlar da dil açıbdır, dil. 
Dağ düyüb alnını dərdi var kimi
Deyirsən, nədənsə söz salacaqdır. 
Qayalar sehrli qapılar kimi, 
Deyirsən, üzünə açılacaqdır. 
Burda cəm olubdur əzəmət, vüqar, 
Duman çəkiləndə hər səhər-səhər. 
Dumandan tökülüb qalır qayalar, 
Dumandan səpilir çölə çiçəklər. 
Vallah, göz sevinir baxırsan hara 
Öz yaşıl səsiylə çağırır çəmən. 
Şuşa, ucalmısan boz buludlara, 
Vətən torpağının heykəlisən sən. 
F.Qoca

 
 
Analar 
 
Elə ki, balalar gəlir dünyaya, 
O gündən hey ölçüb-biçir analar. 
Mahnı da oxuyur, şeir də deyir 
Bəstəkar analar, şair analar. 
Dözür hər əzaba o bilə-bilə, 
Yaşayır, sirrini salmadan dilə. 
Vaxt olur, qaldırıb ağını belə 
Şərbət əvəzinə içir analar. 
Unudub illərin yorğunlğunu,
Həyatda dincliyi, evdə yuxunu, 
Sevincin azını, qəmin çoxunu, 
Yükün ağırını seçir analar. 
Alnında hər zaman açdığı qırış,
Başına qar tökür, qar ələyir qış. 
Odun istisindən aralanmamış, 
Suyun soyuğundan keçir analar. 
Özüm də bilmirəm, Hüseyn, niyə, 
Başımın tüstüsü çəkilir göyə? 
Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar?



127 
H.Arif

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin