216
— Ledi Ketrin, doğrudan da, çox güclü və həssas
xanımdır, — Şarlotta təsdiqlədi. — Üstəlik o, çox
diqqətcil qonşudur.
— Tamamilə doğrudur, əzizim, mən məhz bunu
nəzərdə tuturdum. Heç bir hörmət-ehtiram bu cür ülvi
şəxsiyyət üçün ifrat görünə bilməz.
Axşam söhbət əsasən artıq oxucuya məlum olan
Hartfördşir xəbərlərinə həsr olundu.
Yuxudan əvvəl otağında tək qalan Elizabet rəfiqəsinin
taleyindən nə qədər məmnun olduğunu düşündü,
Şarlottanın ərinə münasibətdə seçdiyi hərəkət tərzindən
baş açmağa çalışdı və axırda bu qərara gəldi ki, o, işin ən
yaxşı çəmini tapıb. O, Hansforda ziyarətinin necə davam
edəcəyini də özü üçün xəyalən təsəvvür edə bildi: ev
işlərinin ölçü-biçili gedişi və rəfiqə ilə söhbətlər, mister
Kollinzin zəhlətökən müdaxilələri,
Rozinqsdə məzəli görüşlər - bu lövhələr bir-birinin
ardınca onun təxəyyülündə canlanırdı.
Növbəti gün günorta Elizabet gəzintiqabağı otağında
geyindiyi vaxt aşağıda gözlənilməz hay-küy qopdu. Ona
elə gəldi ki, mister Kollinzin evində tamamən
qarmaqarışıqlıq düşüb. O, səs-küyə qulaq verərək ayırd
etdi ki, kimsə onun adını çağıra-çağıra çox tələsik şəkildə
otağına gətirən pilləkənlə qalxır. Elizabet qapını açdı və
kandarda Mariyanı gördü. Mariya həyəcandan nəfəsi
tutula-tutula püskürdü:
— Eliza, əzizim, Allah xatirinə, tez olun!
Yeməkxanaya qaçın. Bir bilsəydiniz, pəncərədən nə
downloaded from KitabYurdu.org
217
görəcəksiniz! Mən bunu sizə heç vəchlə deməyəcəyəm.
Tez olun, tez olun, elə bu dəqiqə!
Elizabet Mariyanı baş verənlərə dair əbəs yerə sorğu-
suala tutdu. Qız heç nə demək istəmədi və hər ikisi fayton
yoluna açılan pəncərədən möcüzəyə baxmaq üçün
yeməkxanaya qaçdı. Onlar bağın darvazasının ağzında
dayanmış alçaq faytonda oturmuş iki xanım gördülər.
— Elə bu? — Elizabet dilləndi. — Mən gözləyirdim
ki, bağa ən azı donuz girib, bu isə yalnız və yalnız ledi
Ketrin və onun
qızıdır.
— Siz nə danışırsınız, əziz Eliza! — Mariya onun
səhvindən açıq-aşkar qeyzlənərək cavab verdi. — Bunun
harası ledi Ketrindir? Yaşlı qadın missis Cenkinsondur,
onun ortağı, o biri, gənc olan isə miss de Börün özüdür!
Siz bir ona baxın. Görün necə də zərifdir! Kim düşünə
bilərdi ki, o, bu qədər anq və balacadır!
— Şarlottam belə küləkdə darvazanın ağzında
dayanmağa vadar etmək olduqca nəzakətsizlikdir. Evə
girmək doğrudanmı ona belə çətindir?
— Şarlotta deyir ki, o, heç vaxt onlann evinə qədəm
basmır. Miss de Börün evdə görünməsi onun tərəfindən
xüsusi mərhəmətdir.
— Onun görünüşü mənə xoş gəlmədi, — Elizabet
beynində yenidən qabaran düşüncələrin təsiri altında dedi.
— O, xəstə və əsəbi görünür. Lap yaxşı, bu qız ona əla
yaraşacaq — tam ona layiq bir arvad olacaq.
Darvazanın ağzında dayanan Şarlotta və mister
downloaded from KitabYurdu.org
218
Kollinz arabadakı xanımlarla söhbət edirdilər. Həmin
vaxt Elizabetin
tam təəccübünə rəğmən, eyvanda duran ser Uilyam
önündə gördüyü möhtəşəm şəxsiyyəti ehtiramla gözdən
keçirir və miss de Börün nəzərləri ona doğru yönələndə
hər dəfə gərilərək təzim edirdi.
Nəhayət, hər şey deyildi, araba uzaqlaşdı və ev
sahibləri evə qayıtdılar. Mister Kollinz hər iki xanımı
görən kimi onları şad xəbər münasibətilə təbrik etdi.
Şarlottanm izahına görə, xəbər ondan ibarət idi ki, sabah
onlann hamısı Rozinqsdə nahara dəvətlidir.
VI
FƏSİL
Alınmış dəvətlə bağlı mister Kollinz təntənədə gerçəkdən
də tam idi. O, hər şeydən çox qonaqlara öz rəhbərinin
möhtəşəmliyini göstərmək, missis Kollinzə və öz
şəxsiyyətinə münasibətdə onun diqqətinin təzahürünə
şəxsən əmin olmaq imkanı vermək istəyirdi. Ledi Ketrinin
yanında belə rəğbətli olduğuna dəlalət imkanını bu qədər
tez əldə etmiş Kollinz təəccüblənməkdən heç cür doya
bilmirdi.
— Etiraf edirəm ki, — o deyirdi, — əgər lütfkar xanım
bizə bazar axşamını Rozinqsdə onunla birgə keçirməyi və
bir fincan çay içməyi təklif etsəydi, mənə qəribə
görünməzdi. Bundan ötəsi, onun hüdudsuz mehribanlığını
bildiyimdən, açıq desəm, hətta buna hazır idim. Ancaq
kim düşünə bilərdi ki, o bizə belə böyük diqqət yetirəcək!
Kim təsəvvür edə bilərdi ki, biz nahara dəvət alacağıq,
üstəlik, bu dəvət bizim bütün kampaniyamız üçün olacaq,
downloaded from KitabYurdu.org
219
özü də sizin gəlişinizdən, demək olar, dərhal sonra!
— Bu məni azacıq da olsa təəccübləndirmədi, — ser
Uilyam cavab verdi. — Cəmiyyətdəki mövqeyim
sayəsində, Allaha şükür, böyüklər dünyasının adətləri ilə
tanışam. Və deməliyəm ki, sarayda bu sayaq davranış
nümunələri heç də nadir hal sayılmır.
Günün yerdə qalan hissəsi və ertəsi günün səhəri evdə
yalnız söhbət lütfkar xammgilə ziyarətdən getdi. Mister
Kollinz qonaqlarını diqqətli bir şəkildə onları Rozinqsdə
nəyin gözlədiyinə hazırlayırdı ki, nəhəng zalları, çox
sayda xidmətçiləri və möhtəşəm xidməti görəndə ağılları
başlarından çıxmasın.
Qadınlar libaslarını dəyişməyə getməzdən öncə o,
Elizabetə aşağıdakı tövsiyəni verməyi lazım bildi:
— Siz kostyumunuza görə həyəcanlanmaya bilərsiniz,
əziz əminəvəsi. Ledi Ketrin bizdən heç də lütfkar xanıma
və miss de Börə xas olan libas nəfisliyi gözləmir. Mən sizə
məsləhət görərdim ki, sadəcə, özünüzə bir qədər daha
qəşəng görünən paltar seçəsiniz — başqa bir tələb
olunmur. Sizi inandırıram, sadə geyinsəniz, ledi Ketrin
sizin haqqınızda pis düşünməyəcək.
Əksinə, mövqelərdəki fərq nəzərə çarpan olanda bu hətta
onun xoşuna gəlir.
Hamı geyinincəyə qədər o, iki-üç dəfə otaqların
qapısına yaxınlaşdı və tələsməyi tövsiyə etdi, çünki
lütfkar xanım onu nahara gecikdirənləri heç sevmir. Ledi
Ketrinin və onun şakərlərinin bu sayaq qorxunc biçimdə
təsvir edilməsi, nəhayət, cəmiyyətə öyrəşməmiş Mariya
downloaded from KitabYurdu.org
220
Lukası utandırdı. O, Rozinqsdə görünməsinə uçuna-
uçuna baxırdı - necə ki, bir vaxtlar atası sarayda təqdim
olunmasını eləcə titrəyişlə gözləmişdi.
Gözəl hava şəraitindən yararlanaraq onlar parkla bir
mil yanma qədər piyada getdilər. Hər bir parkın xüsusi
gözəlliyi və cazibəsi vardı. Elizabet gördüyü mənzərələrə
məmnuniyyətlə tamaşa edir, mister Kollinzin ondan
gözlədiyi heyranlıqla olmasa da, gördüklərindən zövq
alırdı. O, hətta evin fasadındakı pəncərələrin sayından və
onlara bir vaxtlar mərhum ser Luis de Börün saldırdığı
şüşələrin qiymətindən də sarsılmadı.
Evin giriş pilləkənləri ilə atılan hər addımda
Mariyanın ürkəkliyi artırdı. Hətta bu dəqiqələrdə ser
Uilyam özü də bir elə
sakit deyildi. Elizabet isə, əksinə, həyəcan keçirmirdi. O,
ledi Ketrinin hansısa müstəsna istedadı və ya xüsusi
kəraməti barədə eşitməmişdi, onun kübarlığının və
sərvətinin əlamətlərinə gəlincə isə, qız onlan çox da
həyəcanlanmadan seyr edə bilərdi.
Dəhlizdən keçərkən müzəffər mister Kollinz onların
diqqətini binanın böyüklüyünə və naxışların zərifliyinə
cəlb etdi. Onlar xidmətçilərin ardınca zaldan adlayaraq
lütfkar xanımın, miss de Bör və missis Cenkinsonun
əyləşdiyi otağa keçdilər. Ledi Ketrin onlan qarşılamaq
üçün oturduğu yerdən qalxacaq qədər iltifatlı addım atdı
və Şarlotta əriylə öncədən şərtləşdiyi kimi, qonaqları
xanıma şəxsən özü təqdim etdi. Tanışlıq mərasimi təbii
şəkildə, mister Kollinzin bu kimi hallarda ifadə etmək
downloaded from KitabYurdu.org
221
fürsətini əldən vermədiyi izafi üzrxahlıqlar və bəraət
qazandırmalar olmadan başa çatdı.
Nə zamansa hətta Sent-Ceymsdə olmaq şərəfində
bulunsa da, ser Uilyam onu əhatə edən möhtəşəmlik
qarşısında o qədər əzilmişdi ki, yalnız ikiqat əyilərək
təzim edib və susqun halda ona göstərilmiş yerdə otura
bildi. Onun, demək olar, özünü hiss
etməyəcək dərəcədə qorxmuş qızı baxışlarını yuxarı
qaldırmağa cürət etmədən kətilin lap qırağında əyləşdi.
Yalnız Elizabet xüsusi bir həyəcan keçirmədi və
qarşısında dayanan üç xanımı sakitcə nəzərdən keçirə
bildi. Ledi Ketrin hündürboy, dolubədənli, uzun illər öncə
gözəl olmuş təəssüratı yarada biləcək sərt üz cizgiləri olan
qadın idi. O, heç nəylə özünə rəğbət oyatmırdı və
maneralannda qonaqlarının özlərini daha aşağı ictimai
zümrədən olduğunu unutmalarını istəyən sahibə ədası hiss
olunmurdu. O, sükutuyla xof yaratmırdı, ancaq danışdığı
hər
şey
etiraza
yol
verməyən,
şəxsiyyətinin
mühümlüyünü nəzərə çarpdıran ahənglə ifadə olunurdu.
Bu, məhz mister Uikhemin təsvir etdiyi kimi idi. Elizabet
onu bütün axşam ərzində müşahidə edərək bu qərara gəldi
ki, ledi Ketrin Uikhemin təsvir etdiyi portretə tam uyğun
gəlir.
Ev sahibəsinə göz qoyan Elizabet tezliklə onun
sifətində və jestlərində mister Darsi ilə nəsə bir bənzərlik
tutdu. O, ledi Ketrinin qızma da nəzər yetirdi, onun
arıqlığına və demək olar, Mariya Lukas qədər halsızlığına
heyrətləndi. Ana ilə qızı arasında nə sifətdə, nə də
downloaded from KitabYurdu.org
222
qamətdə bir oxşarlıq sezilirdi. Miss de
Bör solğun bənizli və xəstəhal xanım idi. Onun sifət
cizgiləri yetərincə düzgün olsa da, ifadəsiz görünürdü. O,
demək olar, bütün vaxt ərzində susur, missis Cenkinsona
ünvanlanan bir neçə cümlə nəzərə alınmasa, danışmırdı.
Heç nə ilə diqqətəlayiq olmayan missis Cenkinson yalnız
şagirdi ilə danışmaqla və qoruyucu ekranı onun gözlərinin
qarşısında daha yaxşı yerləşdirməklə məşğul idi.
Qonaqlar beş dəqiqə oturmamışdılar ki, onları pəncərə
önünə gəlməyə və ordan açılan mənzərəyə baxmağa dəvət
etdilər. Bu zaman mister Kollinz mənzərənin gözəlliyini
tərifləməyə girişdi, ledi Ketrin isə iltifatla izah etdi ki, bu
mənzərəyə yay vaxtı baxmaq daha xoş olur.
Nahar əla idi və o davam etdikcə mister Kollinzin vəd
etdiyi kimi, bütün xidmət əşyalan və bütün xidmətçilər
qonaqlara təqdim olundu. Kollinzin öncədən gördüyü
kimi, lütfkar xanımın istəyi ilə o, ev sahibəsi ilə üzbəüz
oturmalı oldu. Bu zaman Kollinz dünyada ən ali şərəfə
layiq görülmüş təsiri bağışlayırdı. O, bıçaqdan istifadə
edərək yeyirdi və süfrəyə verilən hər bir yeməyi
tərifləyirdi. Əvvəlcə mister Kollinz rəy
verirdi, onun ardınca kifayət qədər özünə gəlmiş ser
Uilyam kürəkənin sözlərini əks-səda kimi təkrar edirdi.
Elizabetin təəccübünə rəğmən ledi Ketrin nəinki bütün
bunlara dözürdü, hətta onlann ifrat iltifatından məmnun
görünürdü və xüsusilə süfrəyə verilən xörəklərin qonaqlar
üçün tamamilə yabançı olduğu məlum olan hallarda
onlara çox anlayışlı təbəssümlə baxırdı. Süfrə arxasında
downloaded from KitabYurdu.org
223
heç bir söhbət aparılmırdı. Elizabet söhbət salmağa hazır
idi, ancaq o, Şarlotta və miss de Börün arasında
oturmuşdu. Birinci, bütünlüklə ev sahibəsinin sözlərini
dinləməklə məşğul idi, ikincisi isə nahar ərzində bir dəfə
də olsun Elizabetə xitab etmədi. Missis Cenkinsonun
bütün diqqəti himayəsində olan qızın daha çox yeməsinə
yönəlmişdi. O, miss de Börü daha bir xörəkdən dadması
üçün dilə tutur və özünü necə hiss etməsi barədə sorğu-
sual edirdi. Mariya kəlmə belə kəsə bilmirdi, centlmenlər
isə hey yeyir və tərifləyirdilər.
Qadınlar qonaq otağına qayıtdıqda Elizabetin qəhvə
verilənə qədər ledi Ketrinin fasiləsiz davam edən
mühakimələrini dinləməkdən başqa çıxış yolu qalmadı.
Ev
sahibəsi qənaətini elə əminliklə söyləyirdi ki, bu onun
etiraza öyrəşmədiyinə dəlalət edirdi. O, təfərrüatlı və çox
boşboğazlıqla Şarlottadan onun ev işləri barədə
soruşurdu, ona müxtəlif cür məsləhətlər verirdi,
təsərrüfatı necə aparmağı izah edirdi və quşları, inəkləri
necə saxlamaq lazım olduğunu öyrədirdi. Elizabet başa
düşdü ki, bu qadının diqqətinə layiq olmayan xırdalıq
yoxdur - yetər ki, bu xırdalıqlar ətrafdakıları öyrətməkçün
səbəb yaratsın. Missis Kollinzin müxtəlif işlərinin
müzakirəsindən sapan ledi Ketrin müxtəlif suallarla
Mariya və Elizabetə müraciət etdi. Onu xüsusilə nəsil-
nəcabəti barədə çox az şey bildiyi miss Bennet
maraqlandırırdı və Şarlottaya müraciətlə Elizabeti çox
ləyaqətli və gözəl qız kimi səciyyələndirirdi. Tədricən o,
downloaded from KitabYurdu.org
224
Elizabetin neçə bacısı olduğunu, onların böyük və
kiçikliyini, hansınınsa ərə gedəcəyinə ümid bəsləməyin
mümkünlüyünü, onlann gözəl olub-olmadıqlarını, harada
tərbiyə aldıqlarını, atasının ekipajının necəliyini və
anasının qızlığında hansı soyadı daşıdığını öyrəndi.
Elizabet bu sorğusualın gəlişigözəl səciyyə daşıdığını
dərk etsə də, hər dəfə
ev sahibəsinə təfərrüatlı cavablar verirdi. Daha sonra ledi
Ketrin qeyd etdi:
— Eşitmişəm ki, atanızın malikanəsi kişi xətti ilə
vərəsələnir və mister Kollinzə keçməlidir? Bu halda, sizin
maraqlarınızı nəzərə alaraq, missis Kollinz, — o,
Şarlottaya müraciətlə dedi, — mən, əlbəttə, sevinməyə
bilmərəm. Ancaq ailədə qadınların varislik hüququndan
məhrum edilməsini bəyənmirəm. Allaha şükür ki, ser Luis
de Börün ailəsində bu qaydanı qoymağı zəruri
saymayıblar. Siz oxuyur və çalırsınızmı, miss Bennet?
—
Bir qədər.
—
Bu halda biz sizə necəsə qulaq asmağa şad olarıq.
Məndə, bilirsiniz, əla alətlər var, düzü, çox yaxşı... Siz
özünüz də buna əmin olacaqsınız. Bəs bacılarınız da
oxuyub-çalırlarmı?
—
Bəli, onlardan biri bacanr.
—
Nə üçün yalnız biri? Hamısını öyrətmək lazım idi.
Mister Uebbin bütün qızları musiqi ilə məşğul olurdular,
onun gəliri isə hətta sizin atanızmkmdan da azdır. Siz
rəsm çəkirsiniz?
—
Təəssüf ki, yox.
downloaded from KitabYurdu.org
225
—
Necə, sizdən heç kim çəkmir?
—
Heç kim.
— Qəribədir. Yəqin ki, sizdə öyrənməyə imkan
olmayıb. Gərək ananız sizi hər yaz dərs almağınız üçün
paytaxta gətirəydi.
— Mənim anam buna etiraz etməzdi, ancaq atam
Londona nifrət edir.
—
Sizin mürəbbiyəniz sizdən gedib?
—
Bizim heç vaxt mürəbbiyəmiz olmayıb.
— Mürəbbiyəniz olmayıb? Sadəcə, ağlasığmazdır!
Beş qız mürəbiyyəsiz tərbiyə edilib! Heç vaxt belə şey
eşitməmişəm. Yəqin ki, ananız sizin tərbiyənizin
qayğısına qalaraq bir dəqiqə də olsun rahatlıq tapmayıb!
Elizabet ledi Ketrini yanıldığına əmin edərək, özünü
gülməkdən birtəhər saxladı.
— Ancaq o zaman sizin təhsilinizlə kim məşğul olub?
Sizə kim nəzarət edib? Mürəbbiyə olmadan öz
ixtiyarınıza buraxılmısmız?
—
Bəzi ailələrlə müqayisədə bu, görünür, elə də olub.
Ancaq bizdən kim oxumaq istəyibsə, bundan ötrü tələb
olunan hər şeyi
olub. Bizi
həmişə
mütaliəyə
həvəsləndiriblər və lazımi müəllimlərimiz olub. Əlbəttə,
əgər bizdən biri avaraçılıq etməyi üstün tuturdusa, bundan
ötrü onun bütün imkanları qalırdı.
— Bəs necə, heç şübhə etmirəm. Belələri ilə
mürəbbiyə də mübarizə aparmalıdır. Mən sizin ananızla
tanış olsaydım, ona qətiyyətlə mürəbbiyə tutmağı
məsləhət görərdim. Artıq neçə dəfə demişəm ki, təhsildə
downloaded from KitabYurdu.org
226
gündəlik, davamlı çalışmalar etmədən heç nə qazanmaq
mümkün
deyil,
gündəlik
çalışmalar isə yalnız
mürəbbiyənin
olduğu
zaman
mümkündür.
Məsləhətlərimin nə qədər ailəyə fayda gətirdiyi, sadəcə,
heyrətamizdir. Mən həmişə məmnuniyyətlə gənc
xanımlara yer tapmaqda kömək edirəm. Məsələn, missis
Cenkinsonun dörd bacısı qızını əla yerlərə düzəltmək
mənə müyəssər oldu. Elə bu günlərdə adı mənə təsadüfən
deyilən qızı bir ailəyə tövsiyə etdim və təsəvvür edin ki,
ondan çox məmnun qalıblar. Missis Kollinz, mən sizə
dünən ledi Metkafm yanıma gələrək mənə çox
minnətdarlıq bildirdiyini danışmamışam? Bir düşünün ki,
o, miss Popun əsl
xəzinə olduğunu hesab edir. Birbaşa belə də dedi: “Ledi
Ketrin, siz mənə xəzinə bağışlamısınız”. Yaxşı,
bacılarınızdan kimsə cəmiyyət içinə çıxıran, miss Bennet?
—
Bəli, xanım, hamısı.
— Necə hamısı? Necə yəni beşi də birdən? Qəribədir!
Siz isə yalnız ailədə ikinci qızsınız! Böyüklər ərə
getməmiş kiçik bacılar cəmiyyət içinə çıxırlar! Sizin kiçik
bacılarınız, yəqin ki, hələ çox gəncdirlər?
— Bəli, ən kiçik bacımın on altı yaşı hələ tamam
olmayıb. Ola bilər, o, gerçəkdən də cəmiyyət içinə çıxmaq
üçün çox gəncdir. Ancaq vicdanla desək, böyük bacıların
ərə getmək imkanı olmadığı və ya erkən ərə getmək
istəmədikləri üzündən kiçiklər öz dünyəvi əyləncə
paylanndan məhrum olsaydılar, bu, kiçik bacılara
münasibətdə çox amansızlıq olardı. Sonuncu doğulan
downloaded from KitabYurdu.org
227
bacının birinci qədər öz gəncliyində fərəhlənmək haqqı
var. Başqalarından gənc olduğuna görə bu sevincdən
məhrum olmaq! Bu zaman, güman edirəm ki, bacılar
arasında kifayət qədər bağlılığın mövcudluğuna və
onların lazımi mənəvi keyfiyyətlərə sahib olmasına ümid
etmək çətin olardı.
— Düzü, siz bu qədər gənc bir xanım üçün kifayət
qədər qətiyyətli danışırsınız, — ledi Ketrin dedi. —
Maraqlıdır, sizin neçə yaşınız var?
—
Üç yetkin kiçik bacımın olduğunu nəzərə alaraq,
— Elizabat güləgülə cavab verdi, — lütfkar xanım, çətin
ki, mənim yaşımı deyəcəyimi güman edir.
Birbaşa cavab almadığı üçün ledi Ketrinin büsbütün
şaşırdığı nəzərə çarpdı və Elizabet şübhələndi ki, belə
vacib bir xanımın boşboğazlığına təpki verməyə cəsarət
edən ilk insan olmaq ona müyəssər olub.
— Əminəm ki, sizin iyirmidən artıq yaşınız ola
bilməz. Odur ki, yaşınızı gizlətməyin lüzumu yoxdur.
—
Təəssüf ki, yaşım artıq iyirmi bir də deyil.
Centlmenlər onlara qoşuldu və çay dəstgahından sonra
kart masaları peyda oldu. Ledi Ketrin, ser Uilyam, mister
və missis Kollinzlər kadril oynamağa başladılar. Miss de
Bör kazinoda oynamaq istədiyindən iki qonaq qızın
bəxtinə missis Cenkinsonla birlikdə ona tərəf-müqabil
olmaq şərəfi düşdü. Onlann masası arxasında tam bir
cansıxıcılıq hökm sürürdü.
Missis Cenkinsonun hərdən öz şagirdinin qayğısına
qalaraq, ona soyuq və ya isti, çox işıqlı və ya qaranlıq
downloaded from KitabYurdu.org
228
olub-olmamasını soruşmasını nəzərə almasaq, bütün
partiya ərzində çətin ki, oyuna aidiyyəti olmayan bir
kəlmə söz dilə gətirildi. Bunun əvəzində o biri masa xeyli
şiddətli qızğınlığı ilə seçilirdi. Ledi Ketrin, demək olar,
kəsib-kirimədən danışır, gah oyun yoldaşlarının səhvini
tutur, gah da öz həyatıyla bağlı hansısa bir hadisədən bəhs
edirdi. Mister Kollinz lütfkar xanımın sözləri ilə razılaşır,
hər qazandığı xal üçün ona minnətdarlıq edirdi və
həddindən artıq çox udduğunu güman edən zaman üzr
istəyirdi. Ser Uilyam az danışırdı, yaddaşında qalan
eşitdiyi lətifələr və zadəgan adları idi söhbətinin mövzusu.
Oyun ev sahibi və onun qızını bezdirəndə masalar
yığışdırıldı. Ledi Ketrin Şarlottaya ekipaj təklif etdi,
qonaqlar təklifi minnətdarlıq bildirərək qəbul etdikləri
üçün ev sahibəsi zəruri göstərişlər verdi. Bunun ardınca
hamı buxarının yaxınlığında toplaşdı ki, ledi Ketrinin
sabahkı havaya dair sərəncamlarını dinləsin. Onun
öncəgörmələri karetanm gəlişi ilə yanmçıq kəsildi.
Kollinzin uzun-uzadı minnətdarlıq
nitqindən və ser Uilyamm təzimlərindən sonra, nəhayət,
yola düşdülər. Onlar tərpənərtərpənməz, mister Kollinz
Elizabetin
Rozinqs
təəssüratları
ilə maraqlandı.
Rəfiqəsinin xətrinə o, gerçək təəssüratlarla müqayisədə
qənaətini bir qədər yumşaq ifadə etməyə çalışdı. Ancaq
göstərdiyi səyə baxmayaraq, onun gəldiyi nəticələr mister
Kollinzi heç cür qane etmədi və o özü lütfkar xanımın
təriflənməsinə girişməli oldu.
VII
FƏSİL
downloaded from KitabYurdu.org
229
Ser Uilyam Hansfordda yalnız bir həftə keçirdi. Ancaq bu
müddət ərzində o, belə bir həyat yoldaşı tapmaq
Dostları ilə paylaş: |