555. Hansı çəkidə doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır?
A) 3000 qr
B) 2800 qr
C) 2500 qr
D) 4000 qr
E) 2700 qr
Vaxtından əvvəldoğulmuş uşağın çəkisi 2500 və ondan az olur. Bunun əsas səbəbi hamiləlik dövrünün başa çatmamasıdır. Çünki hamiləliyin axırıncı 2 ayında dölün ana bətnində fiziki cəhətdən böyüməsi başa çatır.
Ədəbiyyat: N. Tağıyev Neonatologiya” Bakı, 2007 səh 125 556. Uşaqda burun – udlaq keçəcəyinin iltihabı necə adlanır?
Uşaqda burun udlaq keçəcəyinin iltihabı nazofaringit adlanır. Anatomik fizioloji xüsusiyyətə görə burunda iltihab olduqda prosesə burun udlaq keçəcəyi də qoşulur,bu səbəbdən də uşaqlarda nazofaringitə çox rast gəlinir.