777. Bədxassəli şişlərin radikal müalicəsi nə vaxt mümkündür?
A) III mərhələdə
B) III-IV mərhələdə
C) II-III mərhələdə
D) I-II mərhələdə
E) IV mərhələdə
Bəd xassəli şişlərin radikal müalicəsi, yəni şişin ətraf toxumalar və limfa düyünləri ilə birlikdə götürülməsi metastaz yaranmadıqda aparılmalıdır. I mərhələdə metastaz yoxdur, II mərhələdə isə yaxın (ətraf) limfa düyünlərində olduğuna görə bədxassəli şişlərin radikal müalicəsi I-II mərhələdə mümkündür.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 163
778.Kalkulyoz xolesistitdə ağrı necə başlayır?
A) Sağ qalça çuxurunda qəfləti ağrılarla
B) Sağ qabırğaaltında daimi ağrılarla
C) Sağ qabırqaaltında qəfləti ağrılarla
D) Sol qalça nahiyəsində küt ağrılarla
E) Göbək nahiyəsində küt ağrılarla
Xolesistit öd kisəsinin iltihabi xəstəliyidir. Kalkulyoz xolesistit isə öd kisəsində daşların olması ilə gedən iltihabi xəstəlikdir. Öd kisəsi sağ qabırğa altında yerləşir. Daşlı və ya kalkulyoz xolesistitdə tutmaşəkilli, şiddətli, qəfləti ağrılar sağ qabırğa altından başlayır.
Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 234
Dostları ilə paylaş: |