799.Qan köçürən zaman xəstənin halı pisləşirsə tibb bacısı nə etməlidir?
A) Köçürməni dayandırıb, həkimi çağırmalı
B) Qanəvəzedici köçürməli
C) Termometr qoymalı
D) Buz qoymalı
E) Nəbzə diqqət etməli
Qan köçürən zaman xəstənin halı pisləşirsə tibb bacısı dərhal qan köçürməni dayandırıb əlavə qorxulu fəsadlar(transfuzion şok) əmələ gəlməsininin qarşısını almaq üçün həkimi çağırmalıdır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.
800.Diz oynağının zədələnməsi zamanı hansı sarğı qoyulur?
A) Tısbağavari sarğı
B) Səkkizvari sarğı
C) Spiralvari sarğı
D) T-şəkilli sarğı
E) Sürünən sarğı
Diz oynağının zədələnməsi zamanı tısbağavari sarğı qoyulur. Bu sarğının 2 forması mövcuddur: yaxınlaşan və uzaqlaşan.
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 97
801.Əməliyyatdan sonrakı dövrdə tibb bacısının müstəqil hərəkəti nədən ibarətdir?
A) Drenajın dəyişdirilməsi
B) Antibiotiklərin inyeksiyası
C) Özünə qulluqda xəstəyə yardım etmək
D) Rasional pəhriz təyin etmək
E) Qanəvəzedici köçürmək
Əməliyyatdan sonrakı dövrdə tibb bacısının müstəqil hərəkəti özünə qulluqda xəstəyə yardım etməkdən ibarətdir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287.
Dostları ilə paylaş: |