788.“Diterexs” şinası ilk yardım kimi hansı sınıqlarda qoyulur?
A) Aşağı ətraf sınıqlarında
B) Yuxarı ətraf sınıqlarında
C) Qabırğa sınıqlarında
D) Çanaq sınıqlarında
E) Onurğa sınıqlarında
“Diterexs” şinası 3 hissədən ibarətdir: Birinci boyuna müvafiq qoltuq altı şuxura yerləşdirilərək tış tərəfdən, ikinci hissə qasıq nahiyyəsinə, üçüncü hissə isə ayaq nahiyyəsinə təsbit edilir. İlk yardım kimi aşağı ətraf sınıqlarında qoyulur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
789. Sınıqlar zamanı şokun profilaktikası üçün həkimə qədər ilk yardım zamanı nə etmək olmaz?
A) Xəstəni hərəkət etdirmək
B) Xəstənin immoblizasiyası
C) Ağrıkəsicilərin tətbiqi
D) Qanaxmanı dayandırmaq
E) Soyuq qoymaq
Sınıqlar zamanı şokun profilaktikası üçün ilk yardımda xəstəni hərəkət etdirmək olmaz.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 289
790.Əməliyyat zamanı qanaxmanı müvəqqəti saxlamaq məqsədilə tibb bacısı hansı aləti verməlidir?
A) Koxer zondunu
B) Farabef qarmağını
C) Damar sıxıcısını
D) Cərrahi pinseti
E) Tutqac
Əməliyyat zamanı qanaxmanı müvəqqəti saxlamaq məqsədilə zədələnmiş damara sıxıcı qoymaq lazım gəldiyinə görə tibb bacısı “damar sıxıcısı”nı verməlidir.
Ədəbiyyat:H.Sultanov. “Cərrahiyyə” .Səh. 42
Dostları ilə paylaş: |