779. Mədə xorası üçün xəstənin xarakterik vəziyyəti hansıdır?
A) Hərəki narahatlıq
B) Hərəkətsiz, yarımoturaq
C) Dizləri qarına yığılmış (sıxılmış) vəziyyətdə
D) Opistotonus
E) Trendlenburq
Mədə xorası ağrıları zamanı xəstə ayaqlarını qarnına yığdıqda, qarın əzələlərinin gərilməsi azalır və bu da ağrının intensivliyinin azalmasına səbəb olur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.
780.Mexaniki antiseptikaya hansı aiddir?
A) Yaraya bakteriofaq vurmaq
B) Yaraların spirtlə dezinfeksiyası
C) Yaraların I-li cərrahi işlənməsi
D) Eyni qrupdan qan köçürmək
E) Yaraya sarğı qoyulması
Bütün təsadüfi yaralar bakteriyalarla çirkləndiyinə görə 12 saatdan gec olmayaraq I-li cərrahi işlənməlidir (üz, boyun və əldən başqa). İşlənmə əl və alətlərlə aparıldığına görə bu üsul mexaniki işlənmə adlanır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 343
781.Uzunmüddətlisıxılma sindromu zamanı ilk yardıma aid olmayan əlamət hansıdır?
A) Zədələnmiş ətrafın immobilizasiyası
B) Ətrafların qızdırılması
C) Ağrısızlaşdırıcı maddələrin təyini
D) Sedativ maddələrin təyini
E) Turnanın qoyulması
Ətrafların qızdırılması uzun müddətli sıxılma sindromu zamanı aparılan ilk yardıma aid deyil. Ətrafların qızdırılması zamanı sıxılmış toxumalarda yığılmış toksinlər qana sorularaq intoksikasiya yaratdığı üçün qətiyyən ətrafı qızdırmaq olmaz.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 344
Dostları ilə paylaş: |