794.Hansı sarğı növü paltar və ayaqqabı üzərindən qoyulur?
A) Yapışqanlı sarğılar
B) Nəqliyyat şinası ilə sarğılar
C) Gips sarğıları
D) Bint sarğıları
E) Plastırlı sarğılar
Ayaqqabı və paltarı soyundurduqda sınmış sımük fraqmentlərinin yerini dəyişməməsi üçün nəqliyyat şinası ilə sarğılar ayyaqabı və paltar üzərindən qoyulur.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
795.Qanəvəzediciləri köçürülərkən hansı fəsadlar törənir?
A) Sadalananların hamısı
B) Allergik reaksiya
C) Yerli reaksiya
D) Pirogen reaksiya
E) Toksiki reaksiya
Qanəvəzediciləri köçürülərkən orqanizmdə allergik,pirogen toksiki reaksiyalar və inyeksiya nahiyyəsində müxtəlif yerli reaksiyalar yarana bilər.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 354
796.Bioloji antiseptikaya hansı aiddir?
A) Zərdabların vurulması
B) Sulfanilamidlərdən istifadə
C) Hidrogen-peroksiddən istifadə
D) Yaraların I-li cərrahi işlənməsi
E) Drenajların qoyulması
Zərdablar canlı orqanizmdən alındığına görə onlardan istifadə bioloji antiseptikaya aiddir.
Ədəbiyyat:H.Sultanov. “Cərrahiyyə”. Səh. 19
Dostları ilə paylaş: |