807. Qastrostoma ətrafındakı dərini qorumaq məqsədi ilə nədən istifadə olunur?
A)Brilliyant yaşılı
B)Kamfora spirti
C) Lassar pastası
D)Yod
E)Vazelin yağı
Qastrostomadan xaric olan möhtəviyyatın qıcıqlandırıcı təsirini nəzərə alaraq hər dəfə sarğı zamanı stoma ətrafı dəri xüsusi pasta-lassar pastası ilə işənilir.Bu pasta iltihab əleyhinə təsirə malikdir.Prosedura zamanı stoma ətrafı dəri 0.1-0.5%-li kalium –permanqanat məhlulunda isladılmış kürəciklə işlənilir və sonra quru steril kürəciklə qurudulur.Steril şpatel vasitəsi ilə lassar pastası 0.5 sm. qalınlıqda dəriyə sürtülür.
Ədəbiyyat Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.403
808. Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb bacısı xəstəyə nəyi məsləhət görür?
A) Ədviyyatlı qidaların qəbulu
B) Süd məhsullarının qəbulu
C) Aktivləşmiş kömürün qəbulu
D) Hisə verilmiş qidaların qəbulu
E) Mineral suların qəbulu
Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb bacısı xəstəyə aktivləşmiş kömürü və ya çobanyastığı dəmləməsini qəbul etməyi məsləhət görür.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.373
Dostları ilə paylaş: |