804.İnhalyasion anesteziyada dərman maddələri hara yeridilir?
A)Dəri altına
B) Dil altına
C) Tənəffüs yollarına
D) Selikli qişalara
E) Əzələ daxilinə
İnhalyasion anesteziyada dərman maddələri tənəffüs yollarına narkoz aparatı vasitəsilə yeridilir.Bu zaman qaz və ya maye halında olan anestetik maddələrdən istifadə olunur. Ümumi anesteziyada dərman maddələri tənəffüs yolları ilə yeridilərək xəstənin mərkəzi sinir sistemini müvəqqəti tormozlayır.
Ədəbiyyat:Н.В.Барыкина «Травматология для медицинских колледжей», Феникс, 2007 стр-207
805.Anestezist tibb bacısının vəzifələrinə nə aid deyil?
A)Arterial təzyiq və nəbzə nəzarət etmək
B) İntubasiya vaxtı həkimə kömək etmək
C) Əməliyyat otağının temperaturuna nəzarət etmək
D) Narkoz aparatının göstəricilərinə nəzarət etmək
E ) Ağciyərin süni ventilyasiya aparatına nəzarət etmək
Əməliyyat otağının temperaturuna nəzarət etmək anestezist tibb bacısının səlahiyyətinə aid deyil.Bu əməliyyat blokunun böyük tibb bacısının vəzifəsidir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.242
Dostları ilə paylaş: |