850. Xəstənin fizioloji sakitliyini təmin etmək üçün tibb bacısı nə etməlidir?
A) Həkimin təyinatı ilə xəstəyə ağrıkəsicilər yeritməli
B) Xəstəyə çarpayıda lazımı vəziyyət verilməli və otağın havasının dəyişdirilməli
C)Əməliyyatdan sonrakı sarğını dəyişdirməli
D)Bədən hərarətini gündə iki dəfə ölçməli
E)Arterial təzyiqi ölçülməli,nəbzi saymalı
Tibb bacısı xəstənin fizioloji sakitliyini təmin etmək üçün xəstəyə çarpayıda lazımı vəziyyət verməli və otağın havasının dəyişdirməlidir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.162
851. “Kəskin qarın” sindromunda ilkin tibbi yardım zamanı nədən istifadə etmək olmaz?
A) Təxirə salınmaz yardımın çağırılması
B)Xəstəyə horizontal vəziyyətin verilməsi
C)Qarın nahiyəsinə buz qovuğunun qoyulması
D)Xəstənin xəstəxanaya çatdırılması
E) Ağrıkəsicilərin yeridilməsi
“Kəskin qarın” sindromunda ilkin tibbi yardım məqsədilə ağrikəsicilərdən istifadə etmək olmaz,çünki,ağrıkısicilərin yeridilməsi xəstəliyin klinik şəklini təhrif edə bilər. Bu zaman xəstəyə horizontal vəziyyət verməli, qarın nahiyəsinə buz qovuğu qoyaraq təcili sürətdə xəstəxanaya çatdırılmalıdır.
Ədəbiyyat Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.343
Dostları ilə paylaş: |