855.Qastrostomaya qulluq tibb bacısı tərəfindən gündə neçə dəfə aparılmalıdır?
A) Gündə üç dəfə
B) Sutkada bir dəfə
C) Səhər və axşam
D) Hər qidalanmadan sonra
E) Bir gündən bir
Qastrostomalı xəstələrdə hər qidalanmadan sonra stoma ətrafı nahiyə tibb bacısı tərəfindən təmizlənməlidir. Stoma ətrafındakı dəri 0.1%-li kalium permanqanat məhlulunda isladılmış kürəcik ilə təmizlənilir və quru steril kürəciklə qurudulur. Sonra steril şpatel vasitəsilə 0.5sm. qalınlıqda lassar pastası sürtülür. Pastanın üzərinə steril salfet qoyularaq stoma sarınır.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.403
856. Reanimasion tədbirlər zamanı dil kökünün qatlanmaması üçün xəstənin başına hansı vəziyyət verilir?
A) Sağa, yana çevrilmiş
B) Sola, yana çevrilmiş
C) Arxaya əyilmiş
D) Önə əyilmiş
E) İlkin vəziyyətdə saxlanılmış
Reanimasion tədbirlər zamanı dil kökünün qatlanmaması üçün xəstəni arxası üstə uzadıb ehtiyyatla başını arxaya əymək və çənəni qaldırmaq lazımdır.Ağız boşluğunda yad cismin olmadığına ,dil tənəffüsə maneəçilik etmədiyinə əmin olmaq lazımdır.Tənəffüs bir də yoxlanılır.Əgər tənəffüs yoxdursa,süni tənəffüs verməyə başlamaq lazımdır.
Ədəbiyyat:R.Əkbərov.İlk Tibbi yardım.-Baki:Mütərcim,2001.səh.116
Dostları ilə paylaş: |