859. Aptekdə hazırlanmış göz məlhəminin saxlanma müddəti neçə gündür?
A) 20
B) 15
C) 7
D) 10
E) 2
Tibb bacısı dərman preparatlarının alınması, saxlanılması və istifadə olunmasına cavabdeh şəxsdir. Göz preparatları müəyyən olunmuş qaydaya əsasən saxlanılır. Göz məhlulunun saxlanma müddəti 10 gündür.
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 219
860. Hansı üsulun köməyi ilə gözün periferik görmə sahəsi müayinə edilir?
A) Tonometriya
B) Oftalmoskopiya
C) Qonioskopiya
D) Biomirkoskopiya
E) Perimetriya
Düzgün -cavab - Perimetriya
Görmə sahəsini müayinə etmək üçün xüsusi cihazdan- perimetrdən istifadə olunur. Onun köməyilə göz sahəsinin sərhədlərinin qrafik təsvirini xüsusi cədvəldə almaq mümkün olur. Bu müayinə üsulu perimetriya adlanır.
И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 221-223
861. Aşağıda sadalananlardan hansı göz xəstəliklərinin müayinəsi proseduruna aiddir?
A) Göz daxili təzyiqin ölçülməsi
B) Gözün yuyulması
C) Konyuktivial kisəyə dərman pereparatlarının damızdırılması
D) Konyuktivial kisəyə məlhəmlərin sürtülməsi
E) Gözə sarğının qoyulması
Göz daxili təzyiqin ölçülməsi gözün müayinə üsullarına aiddir. Digər variantlardakı cavablar isə gözün müalicə üsullarına aiddir. Bura gözün yuyulması, konyuktivial kisəyə dərman preparatlarının damızdırılması və məlhəmlərin sürtülməsi həmçinin gözə sarğının qoyulması aiddir.
И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 240
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 240
Dostları ilə paylaş: |