940. Nüvə zədələnməsi ocaqlarında göstərilən ilk tibbi yardıma hansı aid deyil?
A) Yanıqlarda ağrıkəsicilərin yeridilməsi
B) Qanaxmanın müvəqqəti dayandırılması
C) Arterial qanaxmanın daimi dayandırılması
D) Yanan paltarların söndürülməsi
E) Yuxarı tənəffüs yollarının keçiriciliyinin bərpası
Arterial qanaxmanın daimi dayandırılması ilk tibbi yardıma aid deyil, ilk həkim yardımına aiddir.
Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh102
941. Təbii fəlakətlərə hansı aid deyil?
A) Qasırğa
B) Terrorizm
C) Daşqınlar
D) Zəlzələ
E) Torpaq sürüşməsi
Terrorizm təbii fəlakətlərə aid deyil,sosial fəlakətlərə aiddir.
Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 31-34
942. Bunlardan hansı texnogen fəlakətlər deyil?
A) Yanğınlar, partlayışlar
B) Vulkan püskürmələri
C) Yoluxucu xəstəliklər
D) Narkomaniya
E) Hərbi münaqişə
Vulkan püskürmələri təbii texnogen fəlakət növünə aiddir.
Ədəbiyyat:A. Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 29
943. Bunlardan hansı əhalinin kütləvi qırğın silahlarından mühafizəsi üsullarına aid deyil?
A) Fərdi mühafizə vasitələrindən istifadə edilməsi
B) Əhalinin mühafizə qurğularında yerləşdirilməsi
C) Əhalinin evlərdə, binalarda gizlədilməsi
D) Əhalinin sayının seyrəkləşdirilməsi
E) Əhalinin şəhərkənarı əraziyə təxliyyəsi
Əhalinin evlərdə, binalarda gizlədilməsi çox təhlükəli olduğundan bu üsul əhalinin kütləvi qırğın silahlarından mühafizəsi üsullarına aid deyil.
Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı-2008, səh 81
Dostları ilə paylaş: |