Partiyanın yeni rəhbərliyi Makdonald, Tomas və Snoudenə qarşı
özünün düşmən münasibət bəslədiyini qeyd etdi və onları satqın
adlandırdı. Əslində isə bu, partiya rəhbərliyini öz əlində saxlamaq
üçün leyborist partiyasının rəhbərliyi tərəfindən boşboğazlıqla
işlədilən kələkdən başqa bir şey deyildi. Yeni rəhbərlik suravi
leyboristləri inandırmağa çalıçırdı ki, satqınlıqda yalnız Makdonald,
Tomas və Snouden müqəssirdirlər, leyborizmin digər rəhbərləri sə
partiyanın sıravi üzvləri kimi satqınlara qarşı nifrət bəsləyirlər.
198
“Milli” hökumət öz fəaliyyətinə Mey komissiyasının
məsləhətlərini həyata keçirməklə başladı. 1931-ci ilin sentyabrında
işsizlərə verilən yardım 10% azaldı. “Miili” hökumət təkcə işsizlərin
maddi yardımına deyil, hərbi dənizçilərin yaşayış səviyyəsinə də
hücum etdi. İngiltərə hərbi donanmasında icbari hərbi mükəlləfiyyət
olmadığı bir şəraitdə donanma könüllülər toplamaq əsasında təşkil
edilir, həm də donanmanдан şəxsi müvafiq maaş alırdı. Sentyabrın
12-də hərbi dəniz donanması naziri donanmanın şəxsi heyətinin
maaşlarının azaldıldığını elan etdi. Üç gündən sonra İngiltərənin
manevr keçirmək üçün Şotlandiyanın şimal sahilində, İnverqordon
limanında toplanmış olan Atlantik donanması dənizə çıxmaqdan
boyun qaçırdı. Sentyabrın 17-də hökumət güzəştə getməyə məcbur
oldu və maaşların azaldıması məsələsinə dənizçilərin xeyrinə olaraq
yenidən baxıldı.
1931-ci ilin payızında “Milli” hökumət parlamentə vaxtından
əvvəl seçkilər keçirdi. Mühafizəkarlardan, milli leyboristlərdən və
liberallardan ibarət təşkil olunmuş koalisiya seçki kampaniyası
zamanı seçiciləri iqtisadi böhranın nəticələri ilə qorxutmaq və
leyboristləri hər vasitə ilə gözdən salmaq üçün var qüvvəsini
toplamışdı. Seçkilərdə koalisiya, əslində isə nümayəndələr
palatasında 472 yer almış olan mühafizəkarlar qalib gəldilər. Milli
leyboristlər mühafizəkarların yardımı sayəsində parlamentdə 13 yer
ala bildilər. Liberallar 72 yer aldılar. Leyborist partiyası ciddi
məğlubiyyətə uğradı. Onun parlamentdəki deputatlarının sayı 1929-
cu ildəki 289 – dan 46 – ya endi.
Seçkilərdən sonra ingilis burjuaziyasının fəhlə sinfinin
yaşayış səviyyəsinə və siyasi hüquqlarına hücumu daha da gücləndi.
Hökumət hələ leyboristlər hakimiyyət başında olan zaman qəbul
olunmuş və işsizlərə maddi yardımı azaltmağa yönəldilmiş, sığorta
məbləğlərinin verilişindəki xətalar haqqındakı qanunu amansızlıqla
həyata keçirməyə başladı. Bundan başqa hökumət, noyabrın 12-də
işsizlik üzrə verilən maddi yardımı daha da azaltmaq məqsədilə
ehtiyacı yoxlamaq haqqındakı qanunu qüvvəyə mindirdi. İngilis
burjuaziyası bu qanunun köməyilə işsizlərə verilən onsuz da cüzi
miqdar maddi yardımın ümumi məbləğindən 30 milyon funt –
sterlinq kəsdi.
İngiltərənin hakim dairələri fəhlə sinifi üzərinə hücum etmək
yolu ilə öz gəlirlərini iqtisadi böhranın zərərlərindən müdafiə etməyə
199
cəhd edirdilər. Lakin bu vasitələri yalnız müəyyən çərçivə içində
tətbiq etmək mümkün idi. Zəhmətkeşlərin yaşayış səvyyəsinə
hücumun davam etdirilməsi burjuaziya üçün böyük siyasi çətinliklər
törədə bilərdi. Buna görə də ingilis burjuaziyası böhranı aradan
qaldırmaq üçün göstərdiyi səylərdə başqa vasitələrdən də istifadə
edirdi.
Bu vasitələrdən biri 1931-ci il sentyabrın 21-də funt –
sterlinqin qızıl standardını ləğv etməkdən ibarət oldu. Bu tədbir
dünya bazarında ingilis mallarının rəqabət qabiliyyətini artırdı.
Funtun dəyərinin aşağı düşməsi nəticəsində ingilis malları hələlik
möhkəm valyutanı mühafizə edən ölkələrin, məsələn ABŞ-ın
mallarına nisbətən xeyli üstünlük qazandı.
İngiltərənin hakim dairələri eyni zamanda beynəlxalq
miqyasda öz maliyyə mövqelərini möhkəmlətmək uğrunda mübarizə
aparırdılar. 1931-ci ildə İngiltərənin və bir sıra digər kapitalist
ölkələrinin, sterlinq ittifaqı adlandırılmış valyuta qruplaşması əmələ
gəldi. Sterlinq ittifaqına daxil olmuş ölkələr öz valyutalarının
dəyərini ingilis funtunun dəyərinə uyğunlaşdırdılar, onların valyuta
ehtiyatları əsasən Londonda saxlanırdı, ittifaqa daxil olan ölkələr
arasındakı ticarətdə haqq hesab vahidi ingilis funtu idi. Sterlinq
ittifaqının əsasını – itifaq iştirakçıları olan ölkələrin iqtisadi və siyasi
cəhətdən İngiltərədən asılılığı təşkil edirdi. Sterlinq ittifaqı, qızıl
standardının iflasına baxmayaraq, ingilis funtuna dünya əmtəə
tədavülünün 40-50%-nə xidmət etmək imkanı verirdi.
İqtisadi böhranı aradan qaldırmaq üçün İngiltərə
kapitalizminin istifadə etdiyi tədbirlərdən
ən mühümü
proteksionizmin tətbiq edilməsi idi. Dünya iqtisadi böhranının təsiri
altında 1931-32-ci illərdə İngiltərə azad ticarətdən tamamilə əl çəkdi.
Proteksionizmin tətbiq edilməsi İngiltərə iqtisadiyyatı üçün müsbət
rol oynadı. İngiltərənin daxili bazarı başqa ölkələrin mallarının
rəqabətindən qorundu.
Bir müddət sonra proteksionizm 1932-ci il iyul-avqustunda
Ottavada olmuş imperiya konfransında qəbul edilən preferensial tarif
sistemi ilə təkmilləşdirildi. İngiltərə, dominionların keçmişdə
gömrüksüz gətirilən mallarını yenə də gömrük rüsumu olmadan öz
bazarına buraxmağı öz öhdəsinə götürdü. Bu, imperiya ğlkələrindən
İngiltərəyə gətirilən malların 80%-nin gömrüksüz buraxılması demək
idi. Yerdə qalan 20% mallara isə az miqdar vergi qoyulmalı idi.
200
İngiltərə dominionların müвафиг mallarının ingilis bazarında üstünlük
qazana bilməsi üçün başqa ölkələrdən gətirilən mallara yeni gömrük
qoymağı və yaxud köhnə gömrükləri artırmağı öhdəsinə götürürdü.
Öz növbəsində dominionlar da ingilis mallarına qoyulan
gömrüyü bir qədər azaltmağa və müəyyən miqdarda ingilis mallarını
öz bazarlarına gömrüksüz buraxmağı öhdələrinə götürürdülər.
Dominionların bazarlarında ingilis malları digər ölkələrin mallarına
nisbətən üstün mövqe tuturdu. Lakin bu mallar, dominionların milli
sənayesinin istehsal etdiyi mallara nisbətən daha zəif mövqeyə malk
idilər.
İngiltərənin hakim dairələri böhranın ingilis iqtisadiyyatına
olan təsirini öz müstəmləkələrinin və hamıdan əvvəl, Hindistanın
istismarını gücləndirmək yolu ilə azaltmağa çalışırdılar. Bu illərdə
ingilis müstəmləkələrinin vəziyyəti xüsusilə ağır idi. Çünki böhran
onların da iqtisadiyyatını bürümüşdü.
Böhran illərində ingilislərin müstəmləkələrə gətirdikləri
malların qiymətləri, onların müstəmləkələrdən apardıqları malların
qiymətlərinə nisbətən xeyli az aşağı düşmüş oldu. Qiymətlərinin
səviyyəsinin dəyişməsindəki bu fərq İngiltərə ilə müstəmləkələrin
arasındakı mübadilənin ekvivalentsizlik dərəcəsini artırıdı.
Dünya iqtisadi böhranı illəri ingilis müstəmləkələrində milli
azadlıq mübarizəsinin yeni yüksəliş dövrü olmuşdu.
Hindistanda çox vaxt polis və qoşunlarla toqquşmaya gətirib
çıxaran böyük tətillər, kütləvi nümayişlər baş verirdi.
Müstəmləkəçilər çıxışların iştirakçılarına vəhşicəsinə divan
tuturdular. 1930-31-ci illərin 10 ayı ərzində Hindistanda antiingilis
çıxışlarına görə 90 min adam məhkun dilmişdi. Bu cəza tədbirlərini
Makdonaldın leyborist hpkuməti ciddi cəhdlə həyata keçirirdi, məhz
onun dövründə Hindistanda Hindistan fəhlə hərakatının 32 rəhbəri
üzərində biabırçı mirut məhkəmə prosesi qurulmuşdu.
Eyni zamanda İngiltərənin hakim dairələri Hindistan
burjuaziyasının və mülkədarlarının yuxarı təbəqəsi ilə sazişə gəlmək
üçün yollar axtarırdılar. Bu məqsədlə Saymonun başçılığı ilə
İngiltərədə komissiya təşkil edilmişdi ki, bu komissiya 1930-cu ilin
yayında təqdim etdiyi məruzədə Hindistanın konstitusiyasını
dəyişdirmək haqqında təkliflər irəli sürmüşdü. Bu təkliflər 1930
1931-ci illərdə “dəyirmi masa” adlanan konfransda ingilis
hökumətinin və Hindistan burjuaziyasının nümayəndələrinin iştirakı
201
ilə müzakirə edilmişdi. Hindistan burjuaziyasının yuxarı təbəqəsinə
güzəşt edilməsini layihələşdirənlərin Hindistanda ingilis ağalığının
ləğv edilməsini nəzərdə tutmaмаlarına baxmayaraq, müstəmləkə
xalqları ingilis imperializmi əleyhinə çıxış edirdilər.
1932-ci ilin ortalarından başlayaraq ingilis iqtisadiyyatı
yavaş-yavaş böhran vəziyyətindən çıxmağa başladı. 1934-cü ildə
sənaye məhsulunun həcmi 1929-cu il səviyyəsinə gəlib çatmışdı.
Sənaye məhsullarının indeksi, 1929-cu il 100 götürülərsə, 1932-ci
ildə 82,5-ə enmiş, 1937-ci ildə isə 123-ə qədər qalxmışdı. Keçən
illərdə olduğu kimi, indi də ingilis təsərrüfatının ayrı-ayrı
sahələrərinin inkişafı bir səviyyədə deyildi. Sənaye məhsulunun
artımı əsasən yeni sənaye sahələrinin (aviasiya, kimya, avtomobol,
elektrik maşınqayırma sənayesi) və intensiv mənzil tikintisinin xeyli
inkişaf etdirilməsi hesabına baş verirdi. Hərbi sənaye də sürətlə
inkişaf edirdi. Kömür, gəmiqayırma, və toxuculuq kimi ənənəvi
sənaye sahələri tənəzzül vəziyyətində idi. İstehsal aparatının işlə
təmin olunması və daimi kütləvi işsizlik böhran illərinin səviyyəsində
qalırdı.
İngiltərə sənayesində baş verən canlanmanın başlıca
səbəbərinədn birisi hərbi sənaye sahələrinin sürətlə inkişaf etməsi idi.
Proteksionizm də ingilis sənayesinin canlanmasına kömək etmişdi.
Böhran nəticəsində sənaye mallarının qiyməti aşаğı düşmüş olsa da,
ingilis idxalatının əsas hissəsini təşkil edən ərzaq və xammala
nisbətən qiymətlərin nisbətən az aşağı düşməsindən İngiltərə
iqtisadiyyatı xeyli qazanmışdı. Bunun nəticəsində İngiltərənin ticarət
şəraiti xeyli yaxşılaşmışdı.
Lakin 1937-ci ilin ortalarında İngiltərədə başlanmış yeni
iqtisadi böhran nəticəsində 1938-ci ildə sənaye məhsulunun indeksi
aşağı düşmüş və 1937-ci ilə nisbətən 115,7 təşkil etmişdi. Böhran
ingilis təsərrüfatının bütün sahələrinin ixtisar olunmasına gətirib
çıxarmışdı. 1939-cu ildə iqtisadi böhranın güclənməsi İkinci Dünya
Müharibəsinin başlanması ilə dayandırıldı.
Almaniyada faşizmin hakimiyyət başına gəlməsi digər
kapitalist ölkələrində irticanın güclənməsinə səbəb oldu. İngiltərədə
faşist təşkilatlarının fəaliyyəti artdı. Hələ 1932-ci ildə İngiltərənin
faşist partiyası – “Faşistlərin Britaniya İttifaqı” əmələ gəlmişdi. Onun
202
rəhbəri, ingilis aristokratları dairələrindən çıxmış 1929-1931-ci illərin
leyborist hökumətində nazir vəzifəsində işləmiş Osvald Mosle idi.
İngiltərə faşistlərinin proqramı ölkə daxilində demokratiya
əleyhinə mübarizə aparmaq, fəhlə hərakatını boğmaq və xarici siyasət
sahəsində ingilis imperializminin dünya ağalığını qurmaq, Sovetlər
İttifaqı əleyhinə müharibə əleyhinə müharibə təşkil etmək
məqsədini güdürdü. İngilis faşistləri alman faşistlərini
yamsılayırdılar. 1937-ci ildən sonra ingilis faşizminin iflasa uğradığı
nəzərə çarpırdı. Bunu onunla izah etmək lazımdır ki, ingilis
burjuaziyası, Almaniya və İtaliyanın hakim dairələrinə nisbətən
özünü daha möhkəm hiss edirdi. İngilis leyboristləri fəhlə sinfini
tabelikdə saxlamaqda burjuaziyaya müvəffəqiyyətlə kömək edirdilər.
Burjuaziya nöqteyi nəzərindən fəhlə hərakatını yatırmaq üçün lazım
olan bütün zəruri tədbirlər “Milli” hökumət tərəfindən həyata
keçirilirdi. Digər tərəfdən, İngiltərə faşizminə ingilis fəhlə sinfinin
göstərdiyi müqavimətin onun müqəddaratı üçün böyük əhəmiyyəti
var idi. Leyborist rəhbərlər faşşizm əleyhinə mübarizədən boyun
qaçırıdılıar. Lakin kommunistlərin və fəhlə hərakatının mübariz
ünsürlərinin rəhbərliyi altında ingilis fəhlələri faşizm təhlükəsinə
qarşı mübarizəyə qalxışırdırlar, bu isə nəticə etbarı ilə ingilis
faşistlərinin kütlələrdən təcrid edilməsinə və onların fəaliyyətinin
məhdudlaşmasına səbəb olmaya bilməzdi.
1933-cü ilin sonunda işsizlər hərakatı güclənmişdi. İşsizlər,
maddi yardımın 1931-ci ilin sonundakı azaldımasının ləğv edilməsi
uğrunda, işsizlər üçün yarımhərbi qaydada “tədris mərkəzi”
yaradılmasını nəzərdə tutan işsizlik haqqındakı yeni qanun
layihəsinə qarşı mübarizə aparırdılar. İngilis zəhmətkeşləri bu qanun
layihəsini “köləlik” adlandırmışlar. İşsizlərin milli hərakatı 1934-cü
ilin yanvarında ümumingiltərə aclıq yürüşü təşkil etmişdi, bu yürüşdə
2000 nəfər iştirak edirdi. Yürüş həm işsizlərin, həm də işləyən
fəhlələrin yaşayış səviyyəsini müdafiə etmək üçün fəhlələri
mübarizəyə çağıran birlik və hərəkət konqresi ilə başa çatdı. İşsizliyə
görə verilən maddi yardımın azaldılmasının ləğv edilməsi haqqında
yürüş iştirakçılarının irəli sürdükləri tələb, ingilis xalqının müxtəlif
təbəqələri içərisində qızğın müdafiə edldi. Nəticədə hökumət güzəştə
getməli oldu və 1934-cü ildə maddi yardımın azaldılmasını ləğv etdi.
Fəhlə sinfi yeni dünya müharibəsi təhlükəsinin getdikcə
artdığını dərindən dərk edir və onun qarşısını almaq üçün tədbirlər
203
görməsini tələb edirdi. Fəhlələrin bu əhval-ruhiyyəsi 1933-cü ilin
payızında leyborist konfransının qəbul etdiyi qətnamədə öz əksini
tapmışdı. Leyborist partiyası “müharibədə iştirak