etməməyi və
ümumi tətil də daxil olmaqla fəhlə hərakatının sərəncamında olan bu
vasitələrlə onun əleyhinə mübarizə aparmağı” öz ğhdəsinə götürdü.
Bu qərar İngiltərə fəhlə hərakatının mürtəce rəhbərlərinin xoşuna
gəlmirdi, onlar Sovetlər İttifaqı əleyhinə müharibə hazırlayan “milli”
hökumətin xarici siyasətini müdafiə edərək, bu qərarı pozmaq üçün
hər şeyi edərdilər. Bir neçə aydan sonra, leyborist partiyasının və
trедйunionların nümayəndələrinin daxil olduqları Milli əmək şurası,
1933-cü il leyborist konfransının qərarını əslində ləğv etmiş olan bir
bəyanatla çıxış etdi.
Həmkarlar ittfaqları rəhbərlərinin fəhlə sinfinin bərabərliyi
əleyhinə, həmkarlar ittifaqında inqilabi ünsürlərin təsiri əleyhinə
mübarizəsi 1935-ci ilin martında özünü göstərdi.
İngilis burjuaziyasının ayrı-ayrı qruplar arasında uzun
müddət proteksionizm məsələsi ilə əlaqədar olaraq mübarizəси davam
etdi. Mühafizəkarlar proteksionizm siyasətinin yeridilməsinin ardıcıl
tərəfdarları kimi çıxış edirdilər. Liberallar və leyboristlər isə azad
ticarətin tərəfdarı idilər. 1931-ci ilin sentyabrında İngiltərəyə bir sıra
malların gətirilməsində proteksionizm siyaəsti yeridilsə də, amma o
yenə də azad ticarət ölkəsi olaraq qalırdı. Бу дюврдя эениш сосиал
прогпрамлар да щяйата кечирилди. Йени иш йерляри ачылды. 1931-жи илин
августунда ишсизляря йардым щаггында йени ганун гябул едилди.
Гануна эюля мювсцмц фящляляр, аиляли гадынлар, фасилясиз иш стаъы
олмайан шяхсляр йардым алмагдан мящрум едилдиляр. 1932-жи илин
нойабрында гябкл едилмиш «Ещтийажларын йохланылмасы щаггында»
гануна ясасян йардымларын юдянилмяси цзяриня жидди нязарят
гойулду.
1931-32-ci illərdə isə dünya iqtisadi böhranının təsiri altında
İngiltərə qəti olaraq sərbəst ticarətdən əl çəkib proteksionizmə keçdi.
Bu keçid bir neçə mərhələdə həyata keçirildi. 1931-ci ilin noyabr
ayında parlament mehriban qonşuların mallarına qarşı qanun qəbul
etdi. 1931-ci ilдя həmçinin proteksionist siyasətə keçmək haqqında
qanun qəbul edildi. Ümumiyyətlə 1932-ci ilin fevralında qəbul
edilmiş qanun hökumətə imkan verirdi ki, gömrüyü 100%-ə qədər
qaldırsın. Proteksionizm göstərdi ki, İngiltərə böhranı azad ticarət
şəraitində aradan qaldırmağa qabil deyildir, onu ancaq proteksionizm
204
öz rəqiblərinin pəncəsindən azad edə bilər. 30-cu illərdə bu siyasətin
yeridilməsi dünya bazarında ingilis iqtisadiyyatı üçün əlverişli rol
oynadı. İngilis burjuaziyası həmçinin iqtisadi böhranı müstəmləkə
xalqlarını istismar etmək hesabına azaltmağa çalışırdı. Böhran
müstəmləkə ölkələrinin ticarətini kəskin surətdə ixtisar etdi.
Maliyyə böhranı ilə əlaqədar İngiltərə 1931-ci ilin ortalarından 1934-
cü ilin əvvəllərinə qədər Hindistandan funt – sterlinq mövqeyini
möhkəmləndirmək üçün 2 milyard funt – sterlinq dəyərində qızıl
aparmışdır. Böhran dövründə müstəmləkə xalqlarında ingilis
imperializminə qarşı milli azadlıq hərəkatı gücləndi. Bu ilk növbədə
özünü Hindistanda göstərdi. Rəsmi məlumatlara görə 1930-31-ci
illərin 10 ayı ərzində Hindistandaн antiingilis çıxışlarına görə 90
mindən artıq adam istintaqa cəlb edilmişdi. Leyborist hökunəti
Hindistanda İngiltərə tarixində biabırçı hal kimi qalan Mирут
məhkəmə prosesini keçirdi ki, 1929-cu ilin martında Hindistan fəhlə
hərəkatının 32 lideri məhkəməyə cəlb edildi. 1930-cu ildə İngiltərə
hökuməti Hindistandakı fəhlə hərakatının qarşısını almaq üçün
Saymonun başçılığı altında xüsusi komissiya yaratmağı qərara aldı
ki, həmin komissiya Hindistanın konstitusiyasını işləyib hazırladı.
Bu dövrdə həmçinin İngiltərənin Asiya və Afrikadakı
müstəmləkələri də azadlıq hərəkatını genişləndirdi. Qeyd etmək
lazımdır ki, bu dövrdə İngiltərя öz ərazisindən даща böyük olan
müstəmləkələrə malik idi.
İqtisadi böhranın inkişafı kapitalist dövlətləri arasında
ziddiyətləri kəskinləşdirdi. Böhran ilk növbədə İngiltərə ilə ABŞ
arasındakı satış bazaлары, хам mal mənbələri, kapital qoyuluşu
sferaları, və Çinin hərbi dəniz silahlanması sahəsində mübarizəni
kəskinləşdirdi. Hərbi dəniz donanması quruculuğunu nizama
salmaqməsələsi ilə əlaqədar olan məsələni həll etmək üçün
Londonda İngiltərə, ABŞ, Yaponiya, Fransa və İtaliyanın iştirakı ilə
konfrans keçirildi. İtaliya və Fransa arasında Aralıq dənizində ağalıq
uğunda ziddiyйət meydana çıxdı. İngiltərə Aralıq dənizində onu
gözləyən təhlükədən, yəni dəniz silahlanamsında mövqeyini itirmək
təhlükəsindən yaxa qurtara bilmədi. 1930-cu ilin London
konfransında hərbi dəniz qüvvələri üzrə münasibətlər ABŞ-ın xeyrinə
dəyişildi. İngiltərənin dəniz hökmranlığı keçmişdə qaldı. İqtisadi
böhran İngiltərə, ABŞ və Fransa hökumətlərinin yenidən
Almaniyanın təzminat məsələsi ilə məğul olmağa vadar etdi. 1931-ci
205
ilin iyununda ABŞ hökuməti təklif etdi ki, Almaniyadan artıq
təzminat alınmasın. Bu məsələ ilə əlaqədar olaraq 1932-ci ildə
Lozannada xüsusi konfrans çağırıldı və orada Almaniyadan təzminat
alınması saxlanıldı. Almaniya ancaq 15 il müddətinə 3 milyard markа
təzminat verməli idi ki, sonralar Almaniya bunu da verməkdən boyun
qaçırdı.
1932-ci ilin noyabrında İngiltrə hökuməti Almaniyanın
silahlanması haqqında tədbirlərini müdafiə etdi.
1932-ci ilin dekabrında 5 dövlətin – ABŞ, İngiltərə, Fransa,
İtaliya, Almaniyanın birgə keçirilən konfransında Almaniyanı onlarla
bərabərhüquqlu olduğunu İngiltərə də qəbul etdi. İngiltərə bu dövrdə
öz xarici siyasətində SSRİ-yə qarşı antisovet siyasətini davam
etdirirdi. 1931-ci ilin fevralında İngiltərə burjuaziyası ticarəti
qorumaq adı altında xüsusi təşkilat yaratdı ki, bu da SSRİ-ni iqtisadi
blokadaya almaq siyasəti yeridirdi. İngiltərə xarici siyasətində
Yaponiyaya qarşı elə bir mövqe tuturdu ki, bu Yaponiyanın Uzaq
Şərqdə yeni işğallara başlaması üçün şərait yaradırdı.
1934-cü ildə artıq İngiltərədə sənaye məhsulunun həcmi
1929-cu il səviyyəsinə çatdı. Keçən illərdə olduğu kimi, indi də
ingilis təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı eyni səviyyədə
deyildi. İngiltərə sənayesində baş verən bəzi canlanmanın başlıca
səbəblərindən biri də hərbi sənaye sahələrinin sürətlə inkişaf etməsi
idi. Proteksionizm də ingilis sənayesinin canlanmasına kömək
etmişdi.
1937-ci ilin ortalarında İngiltərədə başlamış yeni iqtisadi
böhran nəticəsində 1938-ci ildə sənaye məhsulunun indeksi aşağı
düşmüş, 1937-ci ilə nisbətən 115,7 təşkil etmişdi. Лакин бющран
узун сцря билмяди. Мцщарибянин башланмасы буна мане олду.
1929-1933-cü illəri əhatə edən ümümdünya iqtisadi böhranı
Avropa ölkələrini sarsıtdı. Böhran həmçinin bölünmüş dünyanı
yenidən bölüşdürmək üçün yeni cahan müharibəsinin başlanmasında
başlanğıc rolunu oynayan, ona təkan verən amillərdən biri oldu.
Almaniyada faşizmin hakimiyyət başına gəlməsi ilə bu proses daha
da gücləndi. Aydındır ki, Almaniyanın Avropada hegemonluq
iddiası ən çox İngiltərənin mənafeyinə toxuna bilərdi. 30-cu illərin
ikinci yarısında bəşəriyyət günbəgün yeni dünya müharibəsinə doğru
getməyə başladı. Əlbəttə İngiltərə kimi bir dövlətin 30 cu illərin
ikinci yarısında Almaniyaya verdiyi imkanlar da bu prosesdə az rol
206
oynamamışdı. 1935-ci ildən İngiltərədə mühafizəkarlar partiyası
hakimiyyətdə idi. 1937-ci il seçkilərində də onlar qələbə qazandılar.
Fəhlə sinfi yeni dünya müharibəsi təhlükəsinin artdığını
dərindən dərk edir və onun qarşısını almaq üçün tədbirlər
görülməsini tələb edirdi. 1934-cü ildə dövlətin “Qiyama təhrik
haqqında” qanunu ən mürtəce tədbirlərdən biri idi, çünki o, əslində
antimüharibə təbliğatı əleyhinə yönəldilmişdi.
1935-ci ildə müharibə təhlükəsi daha çox artdıqda, ingilis xalqı
Millətlər cəmiyyəti ittifaqı və bəzi digər təşkilatlar tərəfindən
keçirilmiş “sülh haqqında rəy sorğusu” ilə cavab vermiş və xalqın
böyük əksəriyyəti öz səslərini kollektiv təhlükəsizliyə, tərksilah
olunması və təcavüzkar dövlətlər əleyhinə sanksiya tətbiq edilməsinə
vermişdi. 1935-жи илдя кечириляжяк сечкилярдян габаг Макданалд
истифадяйя эетмяли олду. 1935-ci ilin iyununda mühafizəkar Balduini
baş nazir etdilər. Mühafizəkarlar seçkiqabağı kampaniyada daxili
siyasət sahəsində heç bir nəzəri vədlər verməyərək əməli fəaliyyət
göstərəcəklərini, xarici siyasət sahəsində isə beynəlxalq aləmdə
kollektiv təhlükəsizlik sistemi yaratmaq və sülh uğrunda mübarizə
aparmaq niyyətlərini bəyan etdilər.
1935-ci ilin noyabrında İngiltərədə növbəti parlament
seçkiləri keçirildi.
1935-ci ilin yayında hökumət yenidən formalaşdırıldı. İyun
ayından ona Bolduin başçılıq etməyə başladı. Noyabr ayında isə
parlamentə yeni seçkilər keçirildi.
Seçkilərdə mühafizəkarlar 387, leyboristlər isə 154 yer aldılar.
Hökuməti mühafizəkarlar təşkil etdilər. Baş nazir İngiltərənin
mövqelərinin gücləndirilməsi uğrunda siyasəti fəal müdafiə edən
S.Bolduin oldu. Hökumətdə xarici işlər naziri vəzifəsini Semuel Xor,
maliyyə naziri vəzifəsini isə Nevil Çemberlen tutdular.
Leyboristlər isə «Sosializm və sülh uğrunda» adlı yeni proqram
qəbul etdilər. Əvvəlki «Leyborizm və millət» proqramından xeyli
geniş olan bu proqramda bank, nəqliyyat, enerji sistemlərinin yenidən
qurulması, daş kömür, gəmiqayırma və maışnqayırma sahələrinin bir
qisminin milliləşdirilməsi irəli sürülürdü. Bundan ötrü milliləşdirmə
prosesinin hüquqi əsaslarının işlənib hazırlanması zəruriliyi
göstərilirdi. Leyboristlər demokratiya və sülh ideyalarına sadiq
olduqlarını bəyan etdilər. 1935-ci ildə leyboristlərin lideri Klement
Ettli seçildi.
207
Liberallar partiyasında bu zaman qruplaşma mövcud idi.
L.Corcun tərəfdarları “Milli hökumət”lə əməkdaşlıq ideyasını rədd
edirdilər. Con Saymonun milli liberalları hökumətlə əməkdaşlıq
etməyə, Herbert Samuelin tərəfdarları isə əməli müxalifətdə qalmağa
üstünlük verirdilər. Partiyanın yeni ideoloji platforması tarixçi
professor Ramsey Myuar və iqtisadçı Con Keyns Meynardın 1928-ci
ildə çap olunmuş “Britaniyanın sənaye gələcəyi” (bu əsərə bəzən
“Sarı kitab”da deyilir) adlı kitabı oldu. Onlar dövlətin geniş sosial
siyasət yeritməsinin, istənilən forma və təzahürləri ilə sosializmin
əleyhinə çıxaraq fərdin azadlığını və rəqabəti irəli sürürdülər. Buna
görə dövlət cəmiyyətin inkişafının mexanizmlərini işləyib hazırlamalı
idi. Bütün bunlar əslində “Keyniz inqilabı” olub “yeni kurs”
mahiyyətini daşısa da, liberalların proqramı geniş tərəfdar
qazanmadı.
Bolduin hökumətinin daxili siyasəti başlıca olaraq ölkə
iqtisadiyyatının sağlamlaşdırılmasına yönəldilmişdi. Hökumətin
həyata keçirdiyi geniş iqtisadi və sosial tədbirlər nəticəsində
iqtisadiyyat sağlamlaşmağa başladı. Sənaye və kənd təsərrüfatında
yüksəliş əldə edildi. Əmək məhsuldarlığı 1932-37-ci illərdə 20%
artdı. İqtisadi yüksəliş 1937-ci ilədək davam etdi. İşsizliyin səviyyəsi
aşağı düşdü. Əgər 1934-cü ildə ölkədə işsizlərin sayı 2 mln. nəfər
idisə, 1935-37-ci illərdə 1,7 mln. nəfər oldu.
Parlamentin hələ 1934-cü ildə qəbul etdiyi işsizlərə yardım
verilməsi haqqında qanun uğurla tətbiq edildi. 1936-cı ildə isə ictimai
qayda-qanun haqqında qanunlar qəbul edildi. Bununla belə,
hakimiyyətin yuxarı dairələri arasında narazılıqlar da hökm sürürdü.
1936-cı ildə ölkənin siyasi həyatı qalmaqallarla müşayiət olundu.
Həmin ildə vəfat edən kral V Georqun yerinə VII Eduard kral olmalı
idi. Lakin duyğusal, əhlikef və subay olan VII Eduard 1937-ci ildə
evləndikdən sonra kral olacağını bəyan etdi. Onun sevgilisi bundan
əvvəl iki dəfə ailə qurmuş və boşanmış Uellis Simpson idi. Hökumət
kral ailəsinin şərəfi üçün alçaldıcı olan bu nigaha qarşı çıxdı. Bolduin
yaranmış vəziyyət haqqında VII Eduarda radio ilə çıxış etməyi
qadağan etdi. Onun qarşısına iki şərt qoyuldu: ya həmin qadından
imtina edib kral taxt-tacına yiyələnsin, ya da onunla evlənib kral taxt-
tacından imtina etsin. VII Eduard kral taxt-tacından imtina etdi. Onun
əvəzinə qardaşı VI GEorq kral oldu. Beləliklə, böhran aradan
qaldırıldı.
208
Bundan sonra ölkədə idarəçilik sisteminin daha da
təkmilləşdirilməsi davam etdirildi. 1937-ci ildə nazirlər haqqında
qanunun qəbul edilməsi ilə icra hökümətin səlahiyyətləri xeyli
genişləndirildi və baş nazir üstün hüquqlar aldı.
Bolduin hökumətində Makdonald da təmsil olunmuşdu.
Nəşriyyat işləri naziri kimi o, 1937-ci ildə Latın Amerikasında
səfərdə ikən vəfat etdi.
Bolduin hökumətinin xarici siyasətində Avropa ölkələri ilə
münasibətlər xüsusi yer tuturdu. İngiltərə Almaniya və İtaliya ilə
əlaqələrini sıxlaşdıraraq faşizmi «sakitləşdirmək» xəttini götürdü.
1935-ci ilin iyununda Almaniya və İngiltərə hökumətləri hərbi dəniz
sazişini imzaladılar. Bu sazişə görə Almaniyanın hərbi dəniz
donanması İngiltərə donanmasının 35%-i qədər ola bilərdi.
1935-ci ilin iyulun 15-də İngtiltərə Almaniya, İtaliya və Fransa
ilə birlikdə Versal sülh müqaviləsi ilə Almaniya üçün nəzərdə tutulan
məhdudiyyətlərə yenidən baxılmasını mümkün sayan «Razılıq və
əməkdaşlıq paktı»nı imzaladı.
İtaliya Həbəşistana hücum edərkən İngiltərə hökuməti Millətlər
Cəmiyyətindən İtaliyaya qarşı iqtisadi sanksiyalar tətbiq olunmasını
tələb etdi. Lakin bu tələb heç bir nəticə vermədi. 1935-ci ilin
dekabrında Samuel Xor və Fransanın xarici işlər naziri naziri Laval
Həbəşistanın bir hissəsinin İtaliyaya verilməsini nəzərdə tutan saziş
imzaladılar.
Hökumət 1936-cı ildə yeni silahlanma proqramını qəbul etdi.
Həmin ildə Böyük Britaniya İspaniya işlərinə Avropa dövlətlərinin
qarışmamasına dair sazişin işlənib hazırlanmasının iştirakçısı oldu.
İngiltərə Sakit okeanda Yaponiya ilə digər dövlətlər arasında mövcud
olan ziddiyyətlərdən məharətlə istifadə edərək Uzaq Şərqdə
yaponların hərəkətlərini şirnikləşdirir və regionda yapon hökumətini
sabitliyin təminatçısı kimi qəbul edirdi.
İngiltərənin xarici siyasətində mühüm yerlərdən birini
Hindistan tutdu. Milli azadlıq mübarizəsinin genişləndiyi bir vaxtda
ingilis və hind ictimai-siyasi xadimlərinin nümayəndələri 1935-ci
ildə yeni konstitusiyanı qəti hazırlayaraq qəbul etdilər. Hindistan
federasiya oldu. Hindistanlıların iştirakı ilə mərkəzi və yerli icraedici
və qanunverici orqanlar yaradıldı. Beləliklə, Hindistanda qarşıdurma
və antiingilis əhval-ruhiyyəsi zəiflədi.