Şəkil 2.1.Polad qazanın en
kəsiyi.
48
Qazan:Qara çuqun, alüminum ərintilərindən tökmə üsulu ilə istehsal olunur.
Əsasən iri, orta və xirda ölçülərdə buraxılır. Amma geniş çeşiddə müxtəlif ölçülərdə
istehsal edilir. Tutumu 1 l-dən 50 l-ə qədər olan qazanlar buraxılır. En kəsiyi gövdəsi
və oturacağına görə fərqlənir. Şəkil 3-də qazanın en kəsiyi verilmişdir. Qazanlar
təyinatına görə sıyıq
bişirmək üçün, mürəbbə bişirmək üçün, xörək bişirmək üçün, süd bişirmək üçün və
s. işlərdə istifadə olunur. İki tutacaqlı və onunla eyni materialdan və ya şüşədən
qapağı olur.
Buxar qazan:Xüsusi təyinatlı olan bu qazanlarda əsasən xəmir xörəyi bişirilir.
Alüminiumdan hazırlanır. İki təbəqədən ibarətdir. Üst təbəqədə dəlikləri olan qab
vardır. Bu qab ümumi qazanın içərisinə yerləşdirilir. İçərisində hazırlanacaq yeməklə
birlikdə. Qazanın içinə su töküb qızdırıcıya yerləşdirilir. Suyun buxarı vasitəsilə
yemək bişirilir.
Tava:Tavalar alüminium ərintilərindən, paslanmayan poladdan tökmə üsulu ilə
hazırlanır. Tavalar hündürlüyunə görə qazanlardan fərqlənirlər. Məhz qazanların
hündürlüyü 10-20 sm və daha çox olduğu halada, tavalarda isə 5-8 smdir. Formasına
görə oval və dairəvi, müxtəlif ölçülərdə, qapaqlı və ya qapaqsız olurlar. Adətən bir,
uzun qulplu olurlar. Tavalar yeməyin qızardılması üçün istifadə edilir. Son zamanlar
qidanın yapışmamağının qarşısının alınması üçün qeyr-stik təbəqə çəkilir. Həmçinin
qazanlarda da bu örtük istifadə edilir.
Qəhvədan:Suyun qaynadılması məqsədilə istifadə edilir. Çuqundan, emallı
poladdan, təbəqəli alüminiumdan olmaqlar müxtəlif tutumlu buraxılır. Bir tutacaqlı və
suyun tökülməsi üçün xüsusi axacaq olur.
Çaynik:Çayın dəm alması məqsədi ilə buraxılır. Qəhvədanla eyni xüsusiyyətlərə
malikdir, lakin, kiçik tutumlu olur. (0, 5 l-2 l)
Samovar:Tarixidən indiki dövürə qədər gəlib çatan bu məmulatlarda suyun
qaynadılması və üzərində çaynikin dəm alması məqsədilə istifadə olunur. Müxtəlif
tutumlu olmaqlar, əsasən misdən istehsal olunur.
|