53
III. FƏSİL. YEMƏKXANA TƏYINATLI METAL QABLARIN ISTEHLAK
XASSƏLƏRININ QIYMƏTLƏNDIRILMƏSI.
3.1. Yeməkxana təyinatlı metal qabların mexaniki xassələrinin laboratoriya
üsulu ilə qiymətləndirilməsi.
İstehlak mallarının tədqiqində istifadə olunan laboratoriya metodları üç qrupa
bölünür. Bunlar fiziki, kimyəvi və mikroskopik üsullardır.
Fiziki üsul-məmulatın fiziki xassələri yəni, kütlə, mexaniki, termiki, optiki və s.
Kimyəvi üsul-məmulatın tərkibinin yoxlanması zamanı aparılır.
Mikroskopik üsul-məmulatın mikrostrukturunu təyin etməyə köməy edir.
Əmtəə və materialların tədqiq olunmasında ümumi olaraq kütlə və mexaniki
xassələrin yoxlanması geniş yayılmışdır. Mexaniki xassə göstəriciləri dağıdıcı
maşınlarla təyin edilir. Dağıdıcı maşınlar üç qrupa bölünür:sıxıcı
hissələri daimi
sürətlə işləyən;sürətin artması ilə bərabər nümunəni dartan;yükün artma sürəti ilə
nümunəni dartan.
Sıxıcı hissələri daimi sürətlə işləyən maşınlar rəqqaslı qüvvəölçənə malikdirlər.
İstifadə qaydası belədir, əvvəlcə nümunə sıxac arasın yerləşdirilir və bərkidilir. Alt
sıxac
daima sürətlə işləyən, radiusu R olan, M rəqqasın fırlanma oxu ilə P halında
yerləşir. Beləliklə. rəqqasın meyletmə dərəcəsinə görə ona P qüvvəsi təsir edir.
(6). P=
(𝑚𝑙 ∗ 𝑠𝑖𝑛𝛼)/𝑅
Metallardan və ərintilərindən hazırlanan hər bir əşyanın, avadanlığın, detalın,
qabların və s. məmulatların hazırlanması zamanı metalın isehlak xassəsini bilmək
vacibdir. Məsələn, yeməkxana qabların
möhkəmlik, odadavamlılıq, bərklik,
mexanikidavamlılıq, gigyeniklik, təhlükəsizlik xassələrinin olması keyfiyyətə birbaşa
təsir edir. [3]
54
Hər bir məmulatın keyfiyyətini yoxlayarkən onun mexaniki, fiziki-kimyəvi
xassələri, termiki, qoruyucu və qalvanik
örtüyün keyfiyyətinin təyini və s.
xassələr
müxtəlif metodlarla təyin
edilir. Bu proseslər normativ-texniki
sənədlərə uyğun olaraq,
mütəxəssis
ekspertlər
tərəfindən
müasir
avadanlıqlarla
təchiz
olunan
laboratoryalarda aparılır.
Mexaniki
xassələrin
qiymətləndirilməsi zamanı məmulatın
elastikliyi, plastikliyi, özülülüyü,
möhkəmliyi, bərkliyi tədqiq olunur. Metal
məmulatlara xaricdən edilən təsir göstərilə bilər. Bu zaman metalda gərginlik əmələ
gəlir. Gərginlik-yükün metal səthə etdiyi təsirlə ölçülür. Bu zaman metal
deformasiyaya uğrayır. Deformasiya-xarici təsirin
nəticəsində, məmulatda baş verən
fiziki-mexaniki prosesdir. Yəni məmulatın öz əvvəlki formasını dəyişə bilməsi və ya
saxlamasıdır. Xarici qüvvələrin təsiri nəticəsində deformasiyaya uğramış metalın,
təsir kəsildikdən sonra öz əvvəlki formasına qayıtması
elastiklik adlanır.
Plastiklik isə
deformasiya olunmuş metalın, xarici təsir kəsildikdən sonra öz əvvəlki forması
saxlamaq qabiliyyətidir.
Möhkəmlik. Metalların xarici təsirlərin qüvvəsinə məruz qaldıqda dağılmaya
müqaviməti
möhkəmlik adlanır. Möhkəmlik göstəricisini təyin etmək üçün sınaq
nümunəsini xüsusi maşınlarda sınaqdan keçirirlər. Bu zaman nümunənin dartılma
davamlıığı, sıxılma, burulma, əyilmə qabiliyyəti yoxlanılır. Yeməkxana təyinatlı
mallarda keyfiyyətə verilən tələblər içərisində möhəmlik əsas göstəricidir. Dartılma
sınaqları geniş istifadə olunur. Bu üsulla metal nümunə standarta uyğun olaraq
(DÜST 1497-72) yoxlanılır.
Dostları ilə paylaş: