Cəmil Əli oğlu haciyev elxan Rəcəf oğlu allahverdiyev



Yüklə 2,38 Mb.
səhifə21/41
tarix24.05.2020
ölçüsü2,38 Mb.
#31488
1   ...   17   18   19   20   21   22   23   24   ...   41
N 81

Çəltik



Çəltiyin vətəni cənub-şərqi Asiya ölkələrinin tropik və sub- tropik əraziləridir. Bu bitki Çində, Hindistanda, Yaponiyada bizim eradan 4-5 min il əvvəl becərilmişdir. Avropada Aralıq dənizi ölkələrindən İtaliyada, İspaniyada, Fransada, Yunanıstanda, Bol- qariyada və s. XV əsrdən becərilməyə başlanmışdır. Azərbaycanda çəltik bitkisinin becərilməsi qədim tarixə malikdir. Azərbaycan ərazisinə bu bitki İrandan və Orta Asiya respuğlikalarından gətiri- lərək becərilməyə başlanmışdır. Çəltik əsasən Lənkəran və Şəki- Zaqatala bölgəsində geniş sahələrdə becərilir.

Əhəmiyyəti. Çəltik bitkisi digər dənli bitkilərdən yüksək key- fiyyətinə və məhsuldarlığına görə fərqlənir. Planetimizin bir sıra ölkələrində əhalinin əsas qidasını çəltik məhsulu təşkil edir.Çəltik ən dəyərli ərzaq bitkisidir. Dən istehsalının həcminə və əkin sahəsinə görə yer kürəsində buğdadan sonra ikinci yeri tutur. Çəltik yarmalıq bitkidir, yarmanın tərkibində karbohidratlar çox, zülal və yağ isə az olur. Çəltik yarması yüksək keyfiyyətlidir. Orqanizmdə asan həzmə gedir. Mədə-bağırsaq xəstəliyinin müali- cəsində çəltiyin həlimindən geniş istifadə olunur. Çəltik qabıqdan təmizlənmiş halda düyü adlanır. Düyünün tərkibində orta hesabla 0, 6% su, 0, 3% sellüloza, 0, 5% yağ, 6% zülal, 88% nişasta, 0, 5% şəkər olur. Düyü orqanizmdə asan həzm olunur ondan pəhriz

yeməklərinin hazırlanmasında istifadə edilir. Çəltiyin zülalı digər dənli taxıl bitkiləri ilə müqayisədə tərkibində yüksək miqdarda lizin, valin və metionin kimi əvəzedilməz amin turşularının olması sayəsində insan orqanizmi tərəfindən yaxşı mənimsənilir

Düyüdə zülal az, öz maddəsi yox dərəcədə olduğundan çörək bişirmədə istifadə edilmir.

Düyüdən alınan nişasta toxuculuq sənayesində, ətriyyatda, tibdə geniş istifadə edilir. Rüşeymindən alınan yağdan sabunbişirmədə şam hazırlanmasında istifadə olunur.

Çəltik küləşindən məişətdə geniş istifadə olunur.Küləşindən əla keyfiyyətli kağız, karton, kəndir, kisə, şlyapa, səbət, dənizçilikdə işlədilən kəndir və s. istehsalında istifadə edilir. O, həm də yem əhəmiyyətinə malikdir. Çəltik küləşinin bir sentnerdə 24 yem vahidi və 2200 qram protein vardır.Bir çox ölkələrdə spirt və pivə istehsalında çəltiyin dənindən istifadə olunur.

Məhsuldarlığı. Araşdırmalardan məlum olur ki, dünyanın 60- dan çox ölkəsində çəltik bitgisi becərilir. Statistik məlumatlar göstərir ki, çəltiyin əkin sahəsi dünya miqyasında 150 mln. hektara yaxındır. Dünya üzrə orta məhsuldarlıq hektardan 28-29 sentner- dir. Əkin sahələrinin 90%-i Asiya xalqları ölkələrinin payına düşür. Çəltik bitgisinin məhsuldarlığı ABŞ-da 55, Afrikada 17,4; Asiya ölkələrində 29; Avropa ölkələridə 47,6 s/ha-ya çatır. Orta Asiya və Zaqafqaziya respublikaları da qədimdən çəltik becər- məklə məşğul olmuşdurlar. Kənd təsərrüfatı nazirliyinin 2008-ci il məlumatlarında göstərilir ki, Azərbaycanda çəltik bitgisinin əkin sahəsi 1337 hektar, orta məhsuldarlıq 28,2 s/ha, ümumi məhsul istehsalı 3771 ton olmuşdur. Azərbaycan ərazisində çəltik bitgisi əsasən Astara, Lənkəran, Masallı, Şəki, Ağdaş, Ucar və digər rayonlarda geniş sahələrdə becərilir.

Çəltik birillik dənli bitkilərdən olub, kök sistemi saçaqlıdır, əsas kök kütləsi torpağın 25 sm dərinliyinə işləyir. Su bitkisi sayılmır, kökü, gövdəsi və yarpaqlarında inkişaf etmiş hava daşıyan (aeranxim) toxumalar vardır. Ona görə də oksigenlə zəngin (bol) təmin olunur. Bir bitkidə çoxsaylı, 300-ə qədər kökləri, ancaq az bir miqdarda isə kök telləri də olur. Bəzən aşağı gövdə buğumunda

su təbəqəsinin dərin qatında bitkinin qidalanmasında iştirak edən kök əmələ gəlir.

Çəltik istiliyə tələbkar bitkidir. Süd yetişkənlik fazasında tem- peraturun 100C-yə qədər enməsi yetişməni dayandırır. Vegetasiya müddəti sortun biologiyasından asılı olaraq 120-150 gün arasında dəyişir.Çəltik bitkisi adətən ağır, suyu özündən zəif sızdıran torpaqları sevir, yüngül və qumsal torpaqlarda bitmir.

Çəltik suya çox tələbkar bitkidır. O kollanma və süpürgələmə fazalarında suya daha çox tələbkardırlar. Ona görə də çəltik su- varma şəraitində tarlada müəyyət edilmiş su təbəqəsi saxlanıl- maqla becərilir. Amma cücərmə zamanı suya basdırmaq lazım de- yil, çünki, kök əmələ gəldikdə, və mum yetişkənlik dövrünün baş- lanğıcından tam yetişkənlik dövrünə qədər kökün fəaliyyəti zəiflə- yir. Su örtüyü altında becərilməsinə baxmayaraq toxumalarda su- yun miqdarı azdır. 10-15 sm-lik su örtüyü altında uzun müddət in- kişaf edə bilir, çəltiyin transpirasiya əmsalı 600-800-dür. Havanın nisbi nəmliyinin 70-80% olması bitki üçün əlverişli şərait yaradır.

Çəltik öz təbiətinə görə (hidrofil) rütubət sevəndir. Onun toxumalarında, su təbəqəsi ilə doldurulmuş (örtülmüş) bitkinin aşağı hissəsinə daxil olmaq üçün çoxlu hüceyrə araları və hava boşluqları vardır. Çəltiyin kök sistemi yaxşı inkişaf edir və su ilə təmin olunmasından asılı olaraq öz quruluşuna görə əhəmiyyətli dərəcədə fərqlənir.

Çəltik becərilən zaman zəif tarla cücərməsi problemi yaranır. Çəltik toxumu digər rütubət sevən bitkilərin toxumlarından bir qədər fərqlənir. Bu və ya digər şəraitdə onlar müxtəlif dərəcədə cücərirlər, buna səbəb oksigen faktorudur. Oksigen çatışmamaz- lığının ilk əlaməti toxumların yalnız tumurcuqlanma yolu ilə cücərməsidir.

Əkinlərdə məhsuldar gövdələr kollanma zoğlarının hesabına formalaşır. Hər zaman tam bitki sıxlığını bərpa etmək baş tutmur. Çəltik bitkisinin cücərtilərini almaq üçün üç üsul vardır.



  1. Təbii nəmlik hesabına toxum 5-6 sm dərinliyə basdırılır və çıxışlar alındıqdan sonra su qatı yaradılır. Belə üsulda tarla cü- cərməsi 70%-ə çata bilər, lakin əkinləri daima suya basdırmaya

keçdikdə çəltiyin kök sistemi yenidən aerob şəraitdən anaerob şəraitə keçir, bu vaxt bitkilərin əhəmiyyətli dərəcədə məhv olması qeydə alınır.

  1. Torpağı islatmaq yolu ilə toxumların 1 sm dərinliyə qədər basdırılması. Bu üsulla çıxışların alınması üçün tumurcuqlar daima nəmlənmiş vəziyyətdə olmalıdır ki, koleoptelin suyun səthinə çıxmasına köməklik etsin, lakin bu cür su rejimində tarla cücər- məsi az-az hallarda 40%-i keçir.

  2. Su örtüyü altında toxumu torpağa basdırmadan səpələmə əkin üsulu. Bu halda tarla cücərməsi 20%-dən aşağı olur, belə ki, toxum üçün 3-5 sm su təbəqəsi yaradılan şəraitdə, suya basdırma zamanı torpaqda olan oksigen tamamilə aerob mikroorqanizmlər tərəfin- dən istifadə olunur, toxumun tumurcuqlarından əmələ gəlmiş cü- cərtilər oksigensiz mühitə düşərək məhv olurlar. Bundan əlavə müxtəlif sələflər özlərindən sonra torpaqda cürbəcür kök və köv- şən qalıqlarının kütləsini saxlayırlar ki, bunlar da anaerob şəraitdə minerallaşma zamanı cücərtilərə məhvedici təsir göstərən hidrogen sulfid və metan əmələ gətirirlər.

Toxumların cücərti verməsi üçün torpağın üst qatında 12-150C temperatur olmalıdır. Bu halda ilk cücərtilər səpindən 17-20 gün sonra əmələ gəlməyə başlayır. 16-200C temperaturda cücərtilər 10- 12 günə əmələ gəlir. Tədqiqatlar göstərir ki, toxumun cücərməsi üçün optimal temperatur 22-250C-dir.Həmin temperaturda çıxışlar 6-7 günə əmələ gəlir. Kollanma üçün minimum temperatur 15- 180C, çiçəkləmə üçün 18-200C, dənin yetişməsinin başlanğıcı 19- 250C təşkil edir. Bitkinin inkişafı üçün optimal temperatur 25- 300C, maksimal temperatur isə 400C-dir. –10C şaxtada cücərtilər məhv olur. Vegetasiya ərzində sortlar 2200-32000C aktiv tempe- ratur tələb edirlər. Respublikamızın aran rayonlarında o cümlədən Muğan, Mil, Şirvan bölgələrində çəltiyin vegetasiya dövrü sərf etdiyi aktiv temperatur kifayət qədərdir.

Çəltik yüksək səviyyədə kollanma qabiliyyətinə malikdir. Op- timal temperaturda (23-260C) bu faza əsas gövdədə 3-4 yarpaq əmələ gəldikdən sonra, lakin aşağı temperaturda (18-200C) 5-6 və daha çox yarpaq əmələ gəldikdə başlayır. Bu fazadan ötrü minimal

temperatur 16-180C-dir.

Kollanma prosesinə suya basdırma dərinliyi və suyun şəffaflığı təsir edir. 5 sm-ə qədər su təbəqəsində kollanma sürətlə gedir, lakin hədsiz (15-20 sm) çox su qatında yan zoğlarda tumurcuqların əsasının qoyulması və boy atma intensivliyi gecikir. Bulanlıqlı suda isə kollanma düyünündə (buğumu) işıqlanma azalır və zoğların əmələ gəlmə sürəti aşağı enir.

Əlverişli şəraitdə yan zoğlar aşağı buğumaralarında əmələ gəlir. Belə zoğlar əmələ gəldikdə kök sistemi daha yaxşı inkişaf edir, yarpaqlar çox əmələ gəlir, Buda ki, bitki üzərində süpürgələrin bir bərabərdə yetişməsinə gətirib çıxarır. Kollanmanın sonunda bö- yümə konusu, onda (orada) süpürgə və sünbülcüyün rüşeym halın- da formalaşması başa çatır. Bitki sıxlığı tamamilə kollanmanın intensivliyindən və davam etmə müddətindən asılıdır. 1 m2-də 500-600 gövdənin olması optimal sıxlıq hesab edilir. Kollanma fa- zasının ortalarında azotla yemləmə yan budaqlarda iri süpürgələrin əmələ gəlməsinə səbəb olur.

Kollanma dövründə kombinə edilmiş su rejimi saxlanılır. Lazı- mi miqdarda zoğların əmələ gəlməsinə qədər su təbəqəsi 5 sm-i keçməməlidir. Onların formalaşması başa çatdıqda su təbəqəsinin dərinliyi 25-30 sm –ə qədər artırılır.

Boruya çıxma fazası çəltikdə 8-9 yarpaq əmələ gəldikdə başla- yır. Bu zaman küləşin yuxarı buğumaraları və süpürgənin rüşeym halı böyüyür. Boruya çıxmanın xarici əlaməti axırıncı yarpağın bitkinin küləşinə perpendikulyar olaraq yerləşməsidir. Bu fazada çəltik süpürgələrində dənin əmələ gəlməsinə su və temperatur rejimi böyük təsir göstərir. Optimal su təbəqəsi 15 sm-dir. Sü- pürgənəin formalaşmasının sonunda küləşin yuxarı hissəsindəki buğumarası hiss olunacaq dərəcədə uzanır.

Çiçəkləmə süpürgə axırıncı yarpaq bükümündən çıxdıqda baş- layır. Çəltikdə süpürgələmə və çiçəkləmə fazası üst-üstə dəüşür. Çəltik öz-özünü tozlayandır, çiçəklər çiçək pulcuqları örtülü olan zaman tozlanır. Çəltiyin çiçəkləməsi üçün optimal teperatur 27- 280C, minimal 15-20, maksimsl isə 500C-yə yaxındır. Havanın daha əlverişli nisbi rütubəti 70-80%-dir. 40%-dən aşağı rütubətdə

çəltik çiçəkləmir.

Əsas süpürgənin çiçəkləməsi 5-7 gün davam edir. Süpürgədə boş sünbülcüklərin olmasına çiçəkləmə zamanı torpaqda nəmliyin çatışmaması, temperaturun aşağı olması (14-160C) və azotun artıqlığı səbəb olur.

Yetişmə 30-40 gün davam edir. Bu dövrə süd, mum və tam yetişmə fazaları daxildir. Tozlanmadan süd yetişkənliyin sonuna qədər 11-12 gün keçir. Mum yetişkənlik dövrü 20 günə qədər davam edir, fazanın sonuna yaxın dənin tərkibində nəmlik 35%-ə qədər azalır. Mum yetişkənlikdən tam yetişkənliyə qədər 5-7 gün keçir. Mum yetişkənlik fazasının başlanğıcına qədər suyun tar- ladan çıxarılması məhsulun kəskin azalmasına gətirib çıxarır.

Çəltiyin bəzi sortları uzun müddət suya basdırılır, bəziləri dövri suya basdırılma tələb edir, bəziləri isə suyun az olmasına dözür. Suyun az olmasına dözən çəltik sortları illik atmosfer çöküntüləri 1200-1500 mm olan dəmyə şəraitdə becərilir, lakin onların məh- suldarlığı aşağı olur.

Uzun müddət suya basdırılma tələb edən sortlar respublikanın şoran torpaqlı bölgələri üçün əlverişli sortlar hesab edilir. Çünki həmin torpaqlarda çəltik becərməklə həm şoranlıq yuyulur, həm də yüksək məhsul əldə edilir.

Səthində suyu saxlamaq qabiliyyətinə malik olan əksər torpaq tiplərində çəltik becərmək mümkündür. Qumlu və daşlı torpaqlar suyu özündə yaxşı saxlaya bilmədiyiyindən çəltik əkinləri üçün istifadə edilmir. Çəltiyin becərilməsi üçün istifadə edilən torpaqlar suyu özündə saxlamaqla bərabər humus və qidalı maddələrlə zəngin olmalıdır.

Çəltik qida maddələrinə çox tələb göstərən bitkidir. Onun məhsuldarlığı torpaqda kifayət qədər qidalı maddələrin olmasından çox asılıdır. Sortun xüsusiyyətindən, torpaq-iqlim şəraitindən və tətbiq edilən becərmə texnologiyasından asılı olaraq aldığı qida maddələrinin miqdarı artıb-azala bilər. Bu bitki vegetasiya müd- dəti ərzində istifadə etdiyi qida elementlərinin çoxunu (70-80%) kollanma-çiçəkləmə fazaları arasında istifadə edir. Sonra qida maddələrinə tələbat azalır.

Çəltik çay vadilərinin lilli torpaqlarında daha yüksək məhsul verir. Ağır qranulometrik tərkibli, su saxlama qabiliyyəti yüksək olan zəif turş mühitli (pH=5, 0-6, 6) torpaqlarda bitki yaxşı inkişaf edir. B.A.Neunılovanın məlumatlarına görə çəltik toxumları oksi- gen az olan mühitdə cücərə bilir. Çıxışdan sonra kökü oksigenlə təmin edən aeranxim hüceyrələrin hesabına inkişaf davam edir.



Torpağın becərilməsi. Torpağın becərilməsində məqsəd, orada gedən biokimyəvi proseslərin sürətləndirilməsindən, aerasiyanın artırılmasından, kök sisteminin inkişafı üçün şəraitin yaxşılaşdırıl- masından, alaq otlarının və zərərvericilərin məhv edilməsini sürətləndirməkdən ibarətdir. Torpağın becərilməsinə sələf bitkisi yığılan kimi başlamaq lazımdır. Çəltik ağır qranulometrik tərkibli torpaqlarda becərilir. Çəltik becərilən torpaqlar dərin şum edilməli, torpaq yaxşı xırdalanıb yumşaldılmalıdır. Çəltik zəmisi su örtüyü altında qaldıqda torpağa hava daxil ola bilmir. Ona görə də anaerob şəraitdə torpaqda hidrogen–sulfid, dəmir birləşmələri və müxtəlif zəhərli maddələr toplanır. Bunun üçün erkən payız şumu ön kotancıqlı kotanla 25-28 sm dərinliyində aparılır. Şumun opti- mal müddətdə aparılması zəhərli maddələrin təsirinin azalmasına kömək edir. Şum tirə şəklində saxlanır ki, torpaq yaxşı havalansın. Dondurma şumu yazda becərilib yumuşaldılır. Köküpöhrəli və kökümsovgövdəli alaqlarla zibillənmiş torpaqlar bir neçə dəfə becərilməklə onlardan təmizlənilir.

Çəltik əkinləri üçün yaz şumunun aparılması səmərəli deyildir. Ona görə ki, yaz şumu ilə torpaqda əmələ gələn zəhərli birləşmə- lərə və alaqlara qarşı mübarizə aparmaq az səmərə verir.

Payızda aparılmış dondurma şumu ilk yazda malalanır, sonra isə sahə laydırlı kotanla pərşum edilir. Pərşumdan sonra sahəyə səpindən bir neçə gün əvvəl mala və kultivasiya çəkilir, torpağın səthini düzəldir, ləklər və onların tirələri çəkilir. Tirələr arasında bütün ləklərə suyun axması üçün tirələrarası şırımlar açılır.

Şoran torpaqlarda kotana dərinləşdirici bərkidilir və yaxud laydırsız kotanla 3-5 ildən bir 40-50 sm dərinliyində yumşaldılır. Bu zaman sıxlaşmış şum altı qat dağılır, aerasiya və su keçirmə qabiliyyəti yaxşılaşır. Belə torpaqları 2 mərtəbəli üsulda becərdik-

də də yaxşı nəticə verir. Yazda torpaq çizel kultivatorla 2 dəfə 12- 16 sm dərinliyində yumşaldılır. Birinci yumşaltma erkən yazda, 2- cisi səpinə 1-2 gün qalmış aparılır. 1-ci kultivasiyadan sonra torpaq səthi qreyderlə hamarlaşdırılır. Axırıncı kultivasiyadan sonra torpaq səthi malalanır və ya vərdələnir. Torpağın iki yaruslu becərilməsi PTN-40 markalı kotanla aparılır. Torpağın becərilmə- sində əməliyyatları birləşdirirlər (minimum becərmə), bunun üçün kultivator-freyzerlərdən KFS-3, 6 və 2, 4-dən istifadə edilir.

Gübrələmə. Çəltik bitkisinin məhsuldarlığının yüksəldilməsin- də ən əsas aqrotexniki tədbirlər sistemindən biri mineral gübrələrin tətbiqidir. Yüksək məhsul əldə etmək üçün torpaqda kifayət qədər qida elementləri olmalıdır. Çəltik gübrələrə çox tələbkar bitkidir, onun gübrələnməsi böyük diqqət tələb edir. Belə ki, çəltiyin kökü əsasən su ilə təmin edilmiş sahədə inkişaf edir və onun üçün verilən qida elementlərinin çox hissəsi suda həll olaraq torpağın alt qatına keçir.

Q.Q.Quşin göstərir ki, bütün mədəni bitkilər içərisində çəltik daim suvarıldığından gübrəyə daha çox tələbkardır. Gübrələmə sistemi əsas gübrə, səpinqabağı və əlavə yemləmə şəklində apa- rılır. Çəltikdən yüksək məhsul əldə edilməsində peyinin də əhə- miyyəti böyükdür. Odur ki, peyinin fosfor gübrəsi ilə şum altına verilməsi məsləhət görülür.

F.H.Axundovun məlumatlarına görə fosfor və kalium gübrələri ayrılıqda verildikdə çəltik bitkisinin məhsuldarlığı artmır, eyni zamanda gübrələnməmiş sahəyə nisbətən məhsuldarlıq azalmır. Azot, fosfor, kaliumun birlikdə təsirindən isə torpaq tipindən və çəltik sortlarından asılı olaraq məhsul 30-80% artır.

Azot gübrəsinin ən əhəmiyyətlisi ammonium sulfatdır. Bu gübrənin tərkibində olan azot torpaq tərəfindən udulub saxlanılır, suda çətin həll olduğu üçün tez yuyulub torpağın alt qatına getmtr. Ammonium nitrat isə suda tez həll olur, yuyulur və əhəmiyyəti azalır. Azotun illik dozasının 50%-ni səpinlə birgə və ya səpindən bir neçə gün əvvəl, yerdə qalan hissəsini isə cücərmə və kollanma fazalarında hissə-hissə vermək lazımdır. Bitkiyə fosfor daha çox inkişafının ilk dövründə kök sistemi sürətlə formalaşdığı dövrdə

lazımdır. Odur ki, illik dozanın 70-80%-ni peyinlə birlikdə şum altına vermək məsləhətdir. Kollanma fazasında əlavə yemləmə gübrəsi verildikdə ləklərə suyun verilməsi müvəqqəti olaraq da- yandırılmalıdır. Məhsuldarlığa kalium gübrəsi də müsbət təsir göstərir.

Bir ton dən və ona müvafiq miqdarda küləş məhsulu ilə çəltik torpaqdan 24, 2 kq azot, 12, 4 kq fosfor və 30 kq kalium elementi aparır. Bitki kollanma fazasında qida maddələrini nisbətən az mənimsəyir. Lakin, qida elementlçrinin çatışmamasına dözmür.

Kollanmadan çiçəkləməyə qədər illik azot normasının 70%-ni, fosforun 90%-ni kaliumun isə 80%-ni mənimsəyir. Çəltik tarlasına şumaltına hektara 30-40 ton yarımçürümüş peyin verilir. Çəltik sahələrinə 3-4 ildən bir yaşıl gübrə verilməsi də yaxşı nəticə verir. Gübrə normaları torpaq tipindən və planlaşdırılmış məhsuldan asılı olaraq müəyyənləşdirilir. Krasnodar diyarında hektara 60-200 kq azot, 60-120 kq fosfor və 45-60 kq kalium verilir. Çəltik sahələrinə amonium sulfat, superfosfat və kalium xlorid verilir. Azot cücərmə və kollanma fazalarında 2 dəfə yemləmə şəklində verilir. Səpinlə birlikdə cərgələrə 1 sentner amonium nitrat və 1 sentner super- fosfat verilir.

Səpin müddəti, üsulu və normaları. Səpinin tez aparılması cücərtinin əmələ gəlməsini gecikdirir və sahədə seyrəklik yaradır, gec aparılmış səpinlərdə isə yetişmə ləngiyir, yığımı gecikdirir, bu isə məhsuldarlığa mənfi təsir göstərir. Torpağın əkin qatında temperatur 14-150C olduqda səpin aparılır. Tez yetişən sortları bir qədər gec, may ayının əvvəlində səpmək olar. Gec yetişən sortlar bir qədər tez müddətdə səpilməlidirlər. Çəltiyin səpini adi cərgəvi, darcərgəvi və çarpaz üsullarla aparılır.

Şəki-Zaqatala bölgəsində kiçik həcmli ləklərə su doldurulur və taxta bellə (kürək) qarışdırılır ki, su bulansın və kiçik torpaq hissəcikləri yuxarı qalxsın. Bundan sonra toxum əllə səpilir və həmin kiçik torpaq hissəcikləri tədricən çökərək toxumun üstünü 0, 5-1 sm-ə qədər örtür.

Çəltik toxumları əsasən 1-2 sm dərinliyə cərgəvi üsulda səpilir. Səpindən sonra sahə 5-7 sm qalınlığında suya basdırılır. Bu üsulda

toxumları tarlada cücərdirlər sonra alaqlara qarşı herbisid çilənir, bundan sonra isə ləklər suya basdırılır. Bu üsulun müsbət cəhətləri çoxdur. Çünki, cücərtilər daha güclü kök sistemi əmələ gətirərək yatmağa qarşı davamlı olurlar. Hektara su sərfi 15-20% az olur.

Su doldurulmuş ləklərə təyyarə ilə toxum səpmək üsulu digər üsullar mümkün olmadıqda aparılır. Bu halda gündə 120-150 hektar sahəyə toxum səpmək mumkündür. Üsulun çatışmayan cəhəti ondan ibarətdir ki, toxumların bir qismi suyun üzərində qalıb tirələrə qədər suyun üzü ilə hərəkət edərək oraya düşür və nəticədə eyni bərabərlikdə səpilmir.

Səpin normaları və üsulları sort xüsusiyyətlərindən və suvarma rejimindən asılı olaraq dəyişir. Seyrək səpində alaq otlarının in- kişafı üçün şərait yaxşılaşır, sıx səpində isə bitkilər yaşayış faktorlarından tam istifadə edə bilmirlər. Onların gövdələri uzun və nazik olur. Odur ki, torpaq-iqlim şəraitindən, suvarma üsu- lundan və sortun bioloji xüsusiyyətlərindən asılı olaraq səpin norması düzgün təyin edilməlidir. Çəltik çox kollanaraq məhsuldar gövdələr əmələ gətirir. Səpin norması elə qəbul edilməlidir ki, yığım vaxtında 1m2-də 250-350 və ya 350-450 məhsuldar gövdə olsun. Buna nail olmaq üçün cərgəvi üsulda hektara 6-7 mln. ədəd cücərən toxum (180-230 kq) səpilir. Səpini 6 sm dərinlikdə apar- dıqda hektara 6,5-7,5 mln. ədəd cücərən toxum olmalıdır. Yüksək aqrotexnika tətdiq edilən sahələrdə səpin norması artırılır. Səpin normalarına düzgün riayət edildikdə qabaqcıl fermer təsərrüfatlar hektardan 60-80 sentnerə qədər məhsul əldə edə bilirlər.



Şitil üsulu ilə yetişdirilməsi. Şitillik kiçik sahələrdən (20 m2) ibarət olur, tumcar adlanır. Tumcarda alaq otunun toxumlarını tam məhv etmək üçün onun torpağı 3 sm götürülür, sonra isə sahə səpin üçün hazırlanır. Hər bir tumcar ləkinin suvarma sistemi, yəni suyun ləklərə axıdılması və oradan xaric edilməsi arxları, bundan əlavə şitilliklərin üst hissəsində bölüşdürücü kanal da vardır. Suvarma arxlarına su həmin kanaldan keçir.

Tumcarda səpin martın sonu və ya aprelin əvvəllərində hektara 2-3 milyon ədəd toxum hesabı ilə aparılır.



Əkinlərə qulluq. Bitkinin məhsuldarlığı əkinə edilən qulluq iş-

lərindən asılıdır. Çəltik tarlasında aparılan qulluq işləri su rejimi- nin nizama salınmasından, alaqlara, xəstəlik və zərərvericilərə qarşı mübarizənin təşkilindən və bitkilərin əlavə yemləndiril- məsindən ibarətdir.

Çəltik müxtəlif suvarma rejimlərində becərilir:


  1. Daimi su örtüyü altında

  2. Qısa müddətli – cücərti alındıqdan sonra su örtüyü altında

  3. Arası kəsilən və yaxud fasiləli suya basdırma

  4. Vaxtaşırı suvrma üsulu ilə becərmə.

Yer kürəsində becərilən çəltik əkinlərinin 90%-i birinci və ikinci üsulla aparılır.

Daimi su örtüyü altında çəltik ləklərində bütün veqetasiya müddətində su örtüyü saxlanılır. Hektara 30 000 m3-ə qədər su sərf olunur. Dayaz səpin üsulunda 1-2 sm ləklər 8-10 sm qalınlığında su ilə doldurulur. Bitki böyüdükcə su örtüyü tədricən artırılaraq səviyyəsi 12-15 sm-ə çatdırılır. Yetişmə dövründə su tədricən azaldılır və nəhayət tamamilə qurudulur. Sulufla mübarizə məq- sədi üçün 7-8 günlüyə su örtüyü 20-25 sm səviyyəsində saxlanılır. Kollanma fazasının əvvəlində su örtüyü 5 sm-ə endirilir, və yenidən 12-15 sm-ə çatdırılır.

Çəltiyi qısa müddətli suya basdırma üsulu ilə becərdikdə to- xumlar 4-5 sm dərinlikdə basdırılır. Sonra tarla suvarılır. Cü- cərtilər alındıqdan sonra isə alaqlara qarşı herbisid çilənir və ləklərdə suyun səviyyəsi 6-8 sm-ə çatdırılır. Bitki böyüdükcə suyun səviyyəsi 12-15 sm-ə qaldırılır. Kollanmanın əvvəlində bit- kilər üçün yaxşı şərait yarandıqda onlar güclü kök sistemi və gövdələr əmələ gətirirlər. Bunun üçün kollanmanın əvvəlində su örtüyü tədricən azaldılaraq qurudulur, əkinlərə herbisid çilənir və yemləmə gübrəsi verilir. Yenidən suyun səviyyəsi 12-15 sm-ə çat- dırılır. Su örtüyü mum yetişkənlik fazasının əvvəlinə qədər sax- lanılır, sonra tədricən azaldılaraq qurudulur və mexanikləşdirilmiş yığım aparılmağa şərait yaradılır. Qısa müddətli suya basdırma ən yaxşı üsuldur.



Fasiləli suya basdırma üsulunda çəltik becərərkən toxum səpildikdən sonra dərhal ləklərdə 6-8 sm su təbəqəsi yaradılır.

Toxumlar çirtdikdə su örtüyü ləğv edilir. Cücərtilər göründükdə tarlaya herbisid çilənir və 2-3 gün sonra ləklərdə suyun səviyyəsi 10-15 sm-ə çatdırılır. Kollanma fazasının başlanğıcında su təbəqəsi 5 sm-ə endirilir. Kollanmanın sonunda isə su təbəqəsi yenidən 10-12 sm-ə qaldırılır. Yığıma bir neçə gün qalmış su örtüyü tədricən ləğv edilir və qurudularaq yığıma hazırlanır.

Vaxtaşırı (dövri) suvarma üsulunda çəltik becərərkən torpağın nəmliyi suvarma yolu ilə səpindən cücərtilər alınana qədər 65-70% sonra isə 75-80% həddində saxlanılır. Tarla ən azı 15 dəfə suvarılır. Nəmləndirmədə yağış yağdıran aqreqatlardan istifadə edildikdə səmərəli olur. Hektara su sərfi 8-10 min m3 azalır. Bu üsul da əlverişli hesab olunmur.

Alaqlar məhv edildikdən 2-5 gün sonra ləklərdə su örtüyü bərpa edilir (10-12 sm). Ləklərdən suyun 5-7 gün qurudulması alaqlara qarşı yaxşı mübarizə tədbiridir.(Şəkil 20).




    1. Yüklə 2,38 Mb.

      Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin